17 yaşlı türk I Divizondan Bundesliqa klubuna keçdi

17 yaşlı türk I Divizondan Bundesliqa klubuna keçdi

TFF I Liqa təmsilçisi "Altınordu"nun 17 yaşlı oyunçusu Burak İncə karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, gənc futbolçu "Arminiya"ya transfer olunub. 

Yarımmüdafiəçi onu yetişdirən "Artınordu"nu "xüsusi klub" adlandırıb: "Özümü Bundesliqada və Biyelefelddə sübut etmək istəyirəm. Üzərimdə daim çalışacağam. Çox xoşbəxtəm. Dünyanın ən böyük liqalarından birinə gedirəm. Həyəcanlıyam, mənim üçün hər şey yeni başlayır. Çox çətin olacağını bilirəm. Bunun öhdəsindən gələcəyimə inanıram. 

"Altınordu"nun missiyası fərqlidir. Klub prezidenti bu torpağın uşaqlarına güvənir. "Altınordu" Türkiyədə yeganə klubdur ki, əcnəbilərlə oynamır. Bizim prezidentimiz hörmət edilməli bir insandır. Mən ona təşəkkür etmək istəyirəm, o, mənim üzərimdə çox zəhmət çəkdi”.

Qeyd edək ki, Türkiyə I Liqasında iki həmyerlimiz - Namik Ələskərov və Vüsal İsgəndərli çıxış edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər