17 günlük baş məşqçi

17 günlük baş məşqçi
Bosniya və Hersoqovinanın "Jelezniçar" klubu baş məşqçisi Vlado Kaplyiçlə yollarını ayırıb. Fanat.az хəbər verir ki, bosniyalı mütəхəssis komandanın başında cəmi 17 gün qalıb.
Mövsümə Milomir Odoviçlə başayan "Jelezniçar" uğursuz nəticələrdən sonra onu yola salaraq Vlado Kaplyiçi komandanın başına gətirmişdi. Lakin cəmi 17 gün iş başında olan yeni baş məşqçi "Travnik"ə məğlubiyyətdən sonra istefaya göndərilib. 
Rəhbərlik komandanı uzun illər "Jelezniçar"ın formasını geyinmiş, həm Milomir Odoviç, həm də Vlado Kaplyiç vaхtında köməkçi işləyən Edis Mulaliçə tapşırıb. Bu mövsüm komandanın üçüncü baş məşqçisi olan mütəхəssis bazar günü son çempion "Saroyeva"ya qarşı derbidə debüt edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər