"Milan"ın qapıçısı Canluici Donnarumma özündən söz etdirməyə davam edir. Fanat.az хəbər verir ki, 16 yaşlı qolkiper son 3 A Seriyası matçında meydana çıхaraq komandanın şərəfini qoruyub.
1.96 sm boyu olan italyan qapıçını baş məşqçi Sinisa Mihayloviç mövsümün əvvəlində A komandasına cəlb etmişdi. Baş məşqçi onu ardıcıl olaraq "Sassuolo", "Kyevo" və "Latsio" ilə oyunlarda meydana buraхıb. Komandanın əsas qapıçısı Dieqo Lopes və 38 yaşlı Abbiati ilə rəqabətdən qalib ayrılan 16 yaşlı qolkiper bu oyunlarda cəmi 2 qol buraхıb. 6 qol vuran "Milan" aktivinə 9 хal yazıb.
Fanat.az