16 yaşlı idmançı faciəvi şəkildə dünyasını dəyişdi

16 yaşlı idmançı faciəvi şəkildə dünyasını dəyişdi
Dırmanma idmanı üzrə gənc istedadlardan hesab olunan Lüs Duadi dünyasını dəyişib.
Fanat.Az Fransa Dağa Dırmanma Federasiyasının (FFME) saytına istinadən xəbər verir ki, Duadi Alp dağlarında 150 metrlik qayalıqdan yıxalaraq vəfat edib. FFME-nin açıqlamasında qeyd olunub:
"Lüs Fransa yığmasının gənc və perspektivli atletlərindən biri idi. O, dırmanmanın bütün növlərini sevirdi. Dırmanma icması adından kədərimizi bölüşür, Lüsün ailəsinə və sevənlərinə başsağlığı veririk".
Duadi 2019-cu ildə İtaliyada keçirilən gənclərin boulderinq üzrə dünya birinciliyində qalib adını qazanmışdı. 16 yaşlı idmançı elə həmin il baş tutmuş böyüklərin dünya çempionatında isə beşinci olmuşdu.
Qeyd edək ki, dırmanma idman növü Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər