“Mançester Yunayted” və “Arsenal” “Sanderlend”in hücumçusu Brayan Brobbeylə maraqlanırlar. Fanat.Az xəbər verir ki, informasiyanı “LiveScore” yayıb. Məlumata görə, hər iki klub 24 yaşlı niderlandlı futbolçu üçün təklif verməyə hazırlaşır. Brobbey son Premyer Liqa oyununda “Mançester Siti”yə qarşı het-trik edərək diqqətləri üzərinə çəkib. “Sanderlend” həmin görüşdə 3:5 hesabı ilə məğlub olub. Brobbey hazırda “Çelsi” və “Tottenhem”in də diqqət mərkəzindədir. Lakin “Mançester Yunayted” və “Arsenal”ın da futbolçu üçün mübarizəyə qoşulduğu bildirilir. Klubların Brobbey üçün hələlik rəsmi təklif göndərmədiyi, lakin yanvar və ya yay transfer pəncərəsində bunun baş verə biləcəyi qeyd olunur. Brobbey 2025-ci ildə “Ayaks”dan “Sanderlend”ə keçib. O, İngiltərə klubunda keçirdiyi ilk mövsümdə 7 qol vurub, bu mövsüm isə “Mançester Siti” ilə oyunda ilk het-trikinə imza atıb. Əlisahib İbrahimli
İngiltərə klubları bu hücumçunu "radar"ına aldı
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:38
15.10.2026
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:50
15.10.2026
"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi
Azərbaycan futbolu
17:14
15.10.2026
1-ci Liqa: Lider ilk məğlubiyyətin acısını daddı, "Səbail"dən inamlı qələbə