Dünən Tacikistana qarşı (1:0) Azərbaycan millisinin heyətində ilk oyununa çıxan Edqar Adilxanov sosial media hesabında paylaşım edərək düşüncələrini azarkeşlərlə bölüşüb. Fanat.Az xəbər verir ki, milli formanı geyinməyin uşaqlıqdan bəri ən böyük arzusu olduğunu vurğulayan futbolçu bunları yazıb: "Azərbaycan milli komandasında debüt etmək və ilk oyunumu qələbə ilə başa vurmaq mənim üçün böyük qürur və unudulmaz hissdir. Bu formanı geyinmək uşaqlıqdan bəri ən böyük arzularımdan biri olub. Bu yolda mənə dəstək olan ailəmə, məşqçilərimə, komanda yoldaşlarıma və hər zaman yanımda olan hər kəsə sonsuz təşəkkür edirəm. Mənə göstərilən etimadı doğrultmaq və Azərbaycanı layiqincə təmsil etmək üçün hər zaman əlimdən gələnin ən yaxşısını edəcəyəm. İlk oyun, ilk qələbə və qarşıda daha böyük hədəflər. Bu, sadəcə başlanğıcdır."
"Bu, sadəcə başlanğıcdır" - Edqar Adilxanov
TREND
Tv Afişa
09:44
01.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Dünya futbolu
00:47
02.11.2026
Arda oynadı, "Fənərbağça"nın hesabına milyonlar köçdü
Tv Afişa
10:17
07.11.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Oxşar xəbərlər
Azərbaycan futbolu
23:40
07.11.2026
"Qarabağ"dan ayrılan Abbas Hüseynov nə işlə məşğuldur?
Azərbaycan futbolu
21:42
07.11.2026
"Önəmli 3 xal qazandıq" - Rəşad Sadıqov
Azərbaycan futbolu
21:32
07.11.2026
"Hücumda çatışmazlıqların olması ilə razıyam" - Yeton Bekiri
Azərbaycan futbolu
20:28
07.11.2026
MPL: "Zirə"dən çətin qələbə, "Şəfa" - "Araz-Naxçıvan" duelində qalib müəyyənləşmədi