Danimarka millisinin baş məşqçisi Morten Olsen istefa verib. Fanat.az хəbər verir ki, buna səbəb komandanın Avropa çempionatına vəsiqə qazana bilməməsi olub.
Danimarka "pley-off" mərhələsində İsveçlə qarşılaşıb. İlk oyunda 1:2 hesabı ilə yenilən danimarkalılar evdə heç-heçəyə razı olub - 2:2. Bu nəticə Danimarkanın qitə çempionatından kənarda qalmasına səbəb olub.
Oyundan sonra Morten Olsen istefasını açıqlayıb. Danimarkanın "AVRO-2016"ya qatıla bilməməsinin ağır olduğunu bildirən mütəхəssis bütün məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, Morten Olsen 2000-ci ildən Danimarka millisinə başçılıq edirdi.
Fanat.az