14-cü yerdə olan komandanın baş məşqçisini ən yaxşı seçdilər

14-cü yerdə olan komandanın baş məşqçisini ən yaxşı seçdilər

La Liqada yanvarın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı turnirin mətbuat xidməti yayıb. 

"Xetafe"nin çalışdırıcısı Xose Bordalas bu ayın ən yaxşısı seçilib.

O, səsvermədə Karlo Ançelotti ("Real") və Borxa Ximenesi ("Leqanes") qabaqlayıb.

Yanvarda “Xetafe” 7 xal toplayıb. Bordalasın komandası “Las Palmas” və “Real Sosyedad”a qalib gəlib, “Barselona” ilə heç-heçə edib. Sözügedən komanda 21 oyundan sonra 23 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər