14-cü medalımız

14-cü medalımız
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığması 14-cü medalını qazanıb.
Bu dəfə atletimiz Dmitri Marşin fəxri kürsüdə yer alıb. O, çəkicatma növündə 3-cü yeri tutub. Təmsilçimiz "çəkici"ni 70,68 metr tullayıb və bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bundan əvvəl Rafael Ağayev, Ayxan Mamayev, Boris Kirilov, karate yığmamız qızıl, Şahin Atamov, Niyazi Əliyev, Silviya Angelova, Əfqan Bayramov, İntiqam Zairov gümüş, Zülfüqar Süleymanov, Namiq Cəlilov bürünc, Yevgeni Lazuka həm gümüş, həm də bürünc medal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər