"Nyukasl"ın braziliyalı yarımmüdafiəçisi Bruno Qimaraes PSJ-nin radarındadır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.
Mənbənin məlumatına görə, yarımmüdafiəçi Paris nəhəngi rəhbərliyinin yay üçün transfer istəkləri siyahısına başçılıq edir.
İngilis tərəfi maliyyə feyr-pleyi ilə bağlı problemlərə görə cənubi amerikalını satmağı düşünür. Qimaraesin təxmini dəyəri 100 milyon avrodur.
Bruno iki il əvvəl "Lion"dan "Nyukasl"a keçib. Futbolçunun "sağsağanlar"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Braziliyalı bu mövsüm 34 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa