Millimizin sabiq baş məşqçisi Şahin Diniyev bir müddətdir ki, yığma ilə birgə səfər oyunlarına aparılmır və Məşqçilərin Komitəsinin iclaslarında iştirak etmir.
Fanat.Az olaraq bunun səbəbini mütəxəssisin özündən soruşduq.
Diniyev saytımıza açıqlamasında bildirdi ki, "Məşqçilər Komitəsinin yığıncaqlarında məqsədlər olur. Sonuncu dəfə mart ayında görüşümüz keçirilmişdi. Bütün klubların prezidentləri və baş məşqçiləri ilə birgə yüksək səviyyəli görüşlərimiz olmuşdu. Hətta I Divizionda çıxış edən klublarımızın da rəhbərlikləri bu yığıncaqların iştirakçısı idi. Böyük bir iş görüldü. Hazırda da bizi peşəkarcasına qarşıladıqları üçün iclasın təşkilatçılarına öz minnətdarlığımı bildirmək istərdim. I Diviziondakı limitlərin aradan qalxmasına və iştirak etməyən üç komandanın yenidən liqaya qayıtmasına məhz həmin görüşlər təsir etdi. Əlbəttə ki, buna federasiya qərar verir, amma bizim tövsiyyələr və yazılı müraciətimizin də böyük rolu vardı. Bəzi müraciətlərimiz qəbul olundu, bəziləri isə yox. Məsələn, 10 komandanın olması maliyyə çətinliyinə görə qəbul olunmadı".
Emin Mənsiyev