1/8 final cütlərindən 6-sı bəlli oldu

1/8 final cütlərindən 6-sı bəlli oldu

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə sabah yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, mərhələnin sonuncu günü 2 qarşılaşma baş tutacaq.

"İmişli" - "Cəbrayıl" və "Qəbələ" - "Baku Sportinq" görüşləri başa çatdıqdan sonra bütün 1/8 finalçılar müəyyənləşəcək. Mübarizəyə 1/8 finaldan qoşulacaq "Qarabağ" "İmişli" - "Cəbrayıl" cütünün qalibini gözləyir. "Qəbələ" ilə "Baku Sportinq"in duelində qalib olacaq komanda isə növbəti mərhələdə "Kəpəz"lə qarşılaşacaq. 

Beləliklə, bu gün keçirilən oyunlardan sonra artıq 6 cüt bəllidir: 

Araz-Naxçıvan - Mingəçevir Zirə - Şamaxı Qaradağ Lökbatan - Səbail Neftçi - Difai Turan Tovuz - Sabah Sumqayıt - MOİK

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər