"0:4 uduzmaq bizi gücləndirir" - Gilyermo Abaskal

"0:4 uduzmaq bizi gücləndirir" - Gilyermo Abaskal

Moskva "Spartak"ının baş məşqçisi Gilyermo Abaskal Rusiya Superkuboku matçında Sankt-Peterburq "Zenit"inə böyük hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.

Fanat.Az "MatchTV" telekanalına istinadən xəbər verir ki,mütəxəssisin fikrincə, mövsümün əvvəlində 0:4 hesablı məğlubiyyət onun komandasını daha da gücləndirəcək.

“Bu gün biz bu məğlubiyyəti qəbul etməliyik. Sabah isə başımızı dik tutaraq daha çox işləməliyik. Bu cür məğlubiyyətlər bizi zəiflətmir, əksinə, gücləndirir”, - deyə çalışdırıcı kanalın efirində bildirib.

Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər