00:14 22.01.2020 630

Yovan Krneta: "Onunla işləmək daha asandı" - MÜSAHİBƏ

"Zirə”nin yeni transferi Yovan Krneta klubun rəsmi saytına müsahibə verib.

 

Fanat.Az həmin müsahibəni təqdim edir:


- Yovan, yenidən səni "Zirə”də görmək xoşdu. Evinə xoş gəlmisən. "Zirə”də olmadığın bir il yarım müddətdə də azarkeşlər də səni unutmamışdı. Sosial şəbəkələrdə də tez-tez yenidən səni komandada görmək istədiklərini bildirirdilər. Bununla bağlı nə deyə bilərsən?

- Bunu eşitmək çox xoşdu. Təbii ki, 3 il "Zirə”nin şərəfini qorumuşam. "Zirə”nin ilk Premyer Liqa və avrokubok oyunlarında heyətdə olmuşam. "Zirə”nin ilkləri mənim üçün də ilklərlə yadda qalıb. 3 ili yüksək dəyərləndirirəm. Fikrimcə, azarkeşlər də bu müddəti yüksək dəyərləndirir. Mənə elə gəlir ki, onlara legioner futbolçular həmişə maraqlı olur. Çünki yerli futbolçuları kifayət qədər yaxşı tanıyırlar, amma bir legioner futbolçunun Azərbaycanda 3 il çıxış etməyi onlarda da maraq doğurur. İnanıram ki, yenidən komandaya kömək edə biləcəm. Çox istərdim ki, azarkeşlər oyunlarımıza gəlib bizi dəstəkləsinlər. Bizim onların dəstəyinə ehtiyacımız var. Onların varlığı bizə güc verir və bizi daha mübariz komandaya çevirir.

 

- İlk olaraq, qış toplanışı ilə bağlı fikirlərini bilmək maraqlı olardı...

- Demək olar ki, toplanışın ilk günlərindən komanda ilə birlikdəyəm. Hazırlığın ən yaxşı tərəflərindən biri o oldu ki, son iki yoxlama oyununda qələbə qazandıq. Hazırda çempionatın bərpasını səbrsizliklə gözləyirik.

 

- Sən əvvəl də "Zirə”də çıxış edəndə indiki baş məşqçi Zaur Həşimov komandada idi. Onunla işləmək sənə nə dərəcədə rahatdı?

- Zaur müəllimin futbolçulardan nə istədiyini bilirəm. Qeyd etdiyiniz kimi, daha əvvəl də bir yerdə çalışmışıq. Buna görə də onunla işləmək daha asandı. Buna baxmayaraq, üzərimdə bir az daha artıq məsuliyyət hiss edirəm. O, məni tanıdığına görə gözləntiləri də fərqlidi. Bu etimadı bacardığım qədər doğrultmağa çalışacam.

 

- Sənin ilk dəfə "Zirə”də birlikdə oynadığın futbolçuların əksəriyyəti artıq komandada yoxdu. Yeni kollektivə uyğunlaşma necə gedir?

- Əvvəlki heyətdən Tellur Mütəllimov və İlkin Muradov qalıb. Amma istənilən halda uyğunlaşma asan olmur. Komandada olan həm yerli, həm də legioner futbolçuların hamısı mənim üçün yeni simalardı. Düşünürəm ki, məşqlərdə, oyunlarda özümüzü yaxşı göstərə bilsək, uyğunlaşma prosesi heç də çətin olmayacaq.

 

- Qarşıda bizi iki dövrə gözləyir. Vaxtilə "Zirə”nin heyətində avrokuboklarda çıxış etmiş futbolçu kimi komandanı yenidən qitə səhnəsində görə biləcəyikmi?

- Növbəti oyunlara yaxşı köklənmək lazımdı. Nəzərə alsaq ki, qarşıda 3-4 ay vaxtımız qalıb. Bilirəm ki, Avroliqaya gedən yollar həm çempionatdan, həm də kubokdan keçir. Amma təbii ki, çempionata önəm verməklə yanaşı kubok oyunlarında da özümüzü ən yaxşı tərəfdən göstərməliyik.

 

Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2020
02:00

Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

01:00

"Qəbələ" məşqçisi ilə vidalaşdı

00:58

Gürcüstan federasiyasının prezidenti azərbaycanlı oldu

00:42

"Real" və "Yuventus" ÇL-lə vidalaşdı - YENİLƏNİB

07 Avqust 2020
22:32

Tuhelin ayağı sındı

22:31

Prosineçki özünə iş yeri tapdı

22:26

Səmədov karyerasını bərpa etdi

21:23

Azərbaycanda açıq havada idmana icazə verildi - RƏSMİ

19:29

"Zirə" milli üzvü ilə müqavilə yenilədi

18:19

"Keşlə" yeni transferini açıqladı

18:01

Bakıda çempion olan güləşçi öldürüldü

17:39

UEFA klublarımıza neytral meydanda oynamağı təklif etdi

17:29

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Səbail" braziliyalı futbolçu ilə yolları ayırdı

17:15

"Real"ın futbolçusu koronavirusa qalib gəldi

16:41

Premyer Liqa: Əvəzetmə sayı ilə bağlı qərar ləğv olundu

16:22

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

16:10

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

15:59

"Qarabağ"ın futbolçuları bu gün koronavirus testindən keçəcək

15:43

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

15:24

Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

14:24

"Roma" MY-nin müdafiəçisini alır

14:21

UEFA Azərbaycan klublarına vəsait ayıracaq

13:59

Döyüşə qondarma bayraqla çıxan erməni idmançı cəzalandırıldı

13:37

"Sumqayıt"dan ayrılan futbolçu "Makkabi"də?

13:17

Çempionat yubanır, Byazinin işi çətinləşir - Heyəti necə quracaq?

12:51

Ştuxlik gedəsi olmadı - AFFA-dan rəsmi cavab

12:30

Filip Novak "Fənərbağça"da!

12:06

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

11:55

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

11:09

"Roma"nı məğlub edən "Sevilya" rekord qırdı

10:50

Həftənin oyunçusu adına namizədlər

10:36

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

10:20

"Sevilya" "Roma"nı üstələdi - VİDEO

10:03

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTOLAR

09:58

Emin Ağalarov "Qarabağ" formasında - FOTO

09:45

"Bayer”ə bir qol bəs etdi - VİDEO

09:32

"Barselona" 4,5 milyon avroya aldığı futbolçuya elə qiymət qoydu ki... - ŞOK RƏQƏM

09:17

Renat Dadaşovun komandası AL-də mərhələdə adladı - VİDEO

09:06

Avropa Liqası: 1/4 finalda görüşəcək cütlüklər

08:54

Ronaldu yeni imicdə - FOTO

01:04

AL: Bütün 1/4 finalçılar bilindi

00:08

Millimizin sabiq baş məşqçisi postundan getdi

06 Avqust 2020
19:56

Çilili forvard "İnter"lə müqavilə bağladı - RƏSMİ

17:54

Daha bir bölgə klubu fəaliyyətini dayandırır?

17:16

"Fənərbağça"da yeni baş məşqçi

16:52

Sançesin “İnter”ə keçidi rəsmiləşdi

16:25

"Fənərbağça"dan yeni transfer - 4 illik müqavilə imzalandı

15:58

Dördqat dünya çempionu yeni komandada

15:05

"Kim oyunçu axtarırsa..." - Moytsa Pene

14:46

Azərbaycan və Türkiyə şahmatçıları yoldaşlıq görüşü keçirəcək

14:17

Azərbaycan klubu avrokuboklarda iştirakdan imtina etdi

13:53

"Zirə"dən ayrılan legioner Azərbaycanı tərk edə bilmir

13:32

Avropa Liqasının oyunları bu kanallarda - AFİŞA

13:11

Avropa Liqası: 1/8 final mərhələsinə yekun vurulur

12:55

Futbol federasiyasının prezidenti koronavirusdan öldü

12:30

Azərbaycan klubu ispaniyalı məşqçi ilə anlaşdı

12:16

Paytaxt klubu satıldı - 591 milyon avroya

11:59

Sumqayıtda sökülən stadion necə olacaq? - FOTOLAR

11:44

UEFA-dan Azərbaycan klublarına məktub: 40 min verib, şərt qoydular - ÖZƏL

11:30

UEFA reytinqi: Azərbaycan yerində sayır

11:18

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

11:10

"Qalatasaray"a geri dönən Arda Turan: "Çox xoşbəxtəm"

10:50

98 yaşlı klub müflis olub dağıldı

10:29

"Qarabağ" "Keşlə"ni peşman etdi

10:01

"Mançester Yunayted" rəqibini belə üstələdi - VİDEO

09:45

Alman klubu "Şaxtyor"la bacarmadı - VİDEO

09:21

"İnter"dən qələbə - VİDEO

09:00

"Başakşəhər" Avropa Liqası ilə vidalaşdı - VİDEO

00:50

AL: "Kopenhagen" "Başakşəhər"i darmadağınla keçdi

Facebookdan bizi izləməyi unutmayın.