18:32 25.08.2019 634

Tahir Süleymanov: “Futbola yatırılan milyardlarla dollar ciblərə axdı"

"Neftçi”nin sabiq prezidenti Tahir Süleymanovun müsahibəsini təqdim edirik:

- "Neftçi” "Bney Yehuda” ilə olan hər iki matçda da, "Sabah”la ilk oyunda da azarkeşlərini qane edəcək nəticə qazanmadı. Bu uğursuzluq seriyasının səbəbini nədə görürsünüz?
- Avrokubok oyunları ilə boş tribunalı "Bakı birinciliyi" görüşlərini müqayisə etmək doğru olmaz. İlk turda 4 qarşılaşmanı tribunalardan ümumilikdə 3200(!) azarkeş izləyib. Avropadakı son 2 ev oyunumuzu isə 40.000(!). Real fərq, oyunlara göstərilən maraq göz önündədir. 

Elə "Neftçi"nin "Bney Yehuda" ilə ilk görüşünün nəticəsini böyük ölçüdə azarkeşlər komandaya möhtəşəm dəstək verməklə, israilliləri təzyiq altında saxlamaqla nəticəyə birbaşa təsir etdilər. Bunu oyundan sonra kapitan Emin Mahmudov da doğru olaraq vurğuladı. Uğursuz seriya deməzdim, "Neftçi" Avroliqaya çox yaxşı başlamışdı. 

"Arsenal" mərhələsindən sonra tək komandada deyil, klub daxilində efyoriyadan tutmuş qarşılıqlı çəkişmələr başladı. İsraillilərlə oyunlarda açıq-aşkar sezilirdi. Təbii, bunun da təsiri "Sabah"la oyunda özünü göstərməli idi. Bəxt gətirdi, məğlubiyyət də ola bilərdi. 

Dəfələrlə bildirmişəm, təkrarçılığa yol vermək istəmirəm, Roberto Bordin "Neftçi" ruhuna, ənənəsinə, lıderlıyınə uyğun baş məşqçi deyil. Futbol fəlsəfəsi ortabab klublar üçündür. Moldovada çempionluq yaşayıb, bu göstərici deyil, "Şerif" italyansız da uzun illərdi ölkəsində liderdir. Bordin "Şerif"i çempion etməyib, "Şerif" Robertonu çempion edib. Futbol tarixində belə hallar çox yaşanır... "Neftçi" rəhbərliyi də futbol incəliklərini bilmədikləri üçün italyanla böyük məbləğdə uzunmüddətli müqavilə bağlayıb. Bordin "Neftçi"yə yad olan ikinci rolda çıxış etməyi xoşlayır, başqa, əlahiddə məşqçilik bacarığı yoxdur. Zəif olmalarına baxmayaraq ağıllı israillilər də daha güclü "Neftçi"ni analiz edərək mərhələ adladılar... 

Vaxtilə İsraildə biz də məğlub olmuşuq. Fərq bilirsiniz nədədir? Məğlubiyyətdən dərhal sonra ciddi qərarlar qəbul edərək Ç.L.-1/4 çıxmış etmiş qat-qat güclü APOEL-i yenməklə, tarixi qruplara vəsiqə qazanaraq uğursuzluğun təsadüf olduğunu sübuta yetirmiş olduq. İndi isə "Neftçi" daha güclü rusiyalıları keçərək zəif "Bney Yehuda" qarşısında dayanaraq təəssüf ki, əksini etdi. 

"Arsenal"la oyunların təsadüf və rəqibin ciddi yanaşmadığını əyani göstərmiş oldu. Bu da komandanın stabil, möhkəm olmamasının, klubda ehtiyac duyulduqda qəti qərarların verə bilməməklərinin göstəricisidir. Ölkə futbolunda təhlillərdən çox şayiələrə daha çox yer verilir. 

Acınacaqlısı odur ki, "Neftçi" də bu baxımdan ön sıralardadır. Son hadisələr bir daha göstərir ki, daxili çəkişmələr nəinki davam edir, daha da sürətlənir... 

- Bu tip məğlubiyyətlər mövsüm sonunda çempionluq  üçün yarışan "Neftçi”yə mane ola biləmi? 
- Çempionluqlar 1-2 oyuna həll edilmir. 8 komandalı rəqabətsiz çempionat olsa da, gələn ilə hələ çox var. Problemin kökü 1-2 uğursuz çıxış deyil, bu gün çempionluq adına "Neftçi" ruhunun itirilməsidir. Artıq 4-5 ildir davam edir, "Neftçi" yükünü çəkə bilməyənlər kluba rəhbərlik edirlər. Bir dəstə gedir, digərləri gəlir. Qocaman, tarixi klubu isə ancaq özləri ilə, son biabırçı nəticələrlə müqayisə edirlər. 

İmkanları olsa komandanın adını dəyişib yeni klubların cərgəsinə qatarlar. Belə yanaşma bu gün klubu dağıdanlara sərf edir. Təsəvvür edin, 5 ildi rəzalət içinə salınan "Neftçi" anti-rekordları, "Qarabağ"ın çempionluqları fonunda yenə də ümumi çempionluqda liderdir. Belə müqayisələr əvvəlki və indiki "Neftçi" rəhbərliyinə sərf etmir, 2-3-cü yerlərin medallarını fəxrlə boyunlarından asırlar, həvəskar "Sperantsa" keçidinə mükafatlar paylayırlar, "Neftçi" hədəflərini kiçildib sıradan bir klub/komandaya çevirmək istəyirlər. 

Bu yöndə də "təbliğat maşını" gecə-gündüz çalışır. Belə münasibəti nə "Neftçi" adı, nə də "Neftçi"nin ruhən liderliyini qoruyan fanat, azarkeşlər qəbul etməz. Ümumiyyətlə, heç birimiz qəbul etmərik və "Neftçi" adına belə düşüncə tərzi yolverilməzdir. Çempionluqların, uğurların qazanılması üçün "Neftçi" adı kimi liderlik psixologiyasına, ruhuna sahib olmalısan. "Neftçi" çempionluqlarına maneələr kluba rəhbərlik edənlərin beyin dərinliklərindədir. 

Digər tərəfdən də, çempionluq "Neftçi" üçün minimum hədəf olmalıdır. Liderliklə yanaşı əsas Avropadakı nəticələrdir. 

- Azərbaycan klublarının xaricdə uğurlu olmadığını düşünürlər. Bu klubların yaxşı futbolçu transfer etməməsi ilə bağlıdır, yoxsa bizim futbol sistemimizlə?
- Sual ümumi Azərbaycan futbolunun durumuna aiddir. Üç klubumuz, "Qarabağ", "Neftçi”, "Qəbələ" qruplarda çıxış edib və "Qarabağ" hələ ki, təkbaşına bu yolu davam etdirir. "Neftçi"nin son illər milyonların xərclənməsi qarşılığında vəziyyəti bəllidir, "Qəbələ"nin də artıq kölgəsi qalıb. 

İllərdi bildirirdik, klublar çökdürüləcək. Öncədən də yarıtmaz futbol siyasətilə klublar dağılırdı. Əsas isə klubların qrup yolunu açsığı anda son zərbənin təməli 6 il öncə məlum şuralaşma qərarı ilə verilib. Nonsensdir, xəyal görünən qruplar qazanandan sonra dəstək vermək əvəzinə futbolda monopoliyanın yaradılması, müstəqil klubların çöküşünə start verildi. Burada klubların da günahları az olmadı. 

Birlik nümayiş etdirmək əvəzinə, 3-5 il sonranı görmədən hərə özü üçün çalışdı. O vaxta kimi ki, "qara buludlar" başlarının üstünü aldı. Futboldakı üzdənyanaşmalar, dərin təhlillərə, məsləhətlərə məhəl qoymamaq "plan" sahiblərinin işinə yaradı. Klubların Avropadakı uğurları ümumi futbol sisteminin yararlığı yox, klublarda çalışanların fərdi əməyi, bacarığı, peşəkarlığı sayəsində qazanılıb. 

Baxmayaraq ki, zamanında dəfələrlə bildirirdik, Azərbaycan çempionatında hər tur minimum 3-4 pley-off, qrup oyunları səviyyəsində qarşılaşmalar keçirilir. "Xəzər Lənkəran", "Bakı", "İnter", "MKT Araz", "Turan", "Kəpəz", "Karvan", "Simurq", AZAL.... Dünənki "Linfild"-"Qarabağ" pley-off oyununun səviyyəsi dediklərimə əyani sübutdur. Təəssüf ki, 100 milyonlar fonunda futbola axışan təsadüflər böyük futbol nə olduğunu dərk etmirdilər, gözlər tutulmuşdu. 

Ümumi futbol sistemi yerində, işlək mexanizm kimi olsaydı, yuxarıda adlarını qeyd etdiyim klublar indi tarixin yaddaşında yox, hər mövsüm qruplarda çıxış edərdilər. Reytinq xallarımızı yığa-yığa ilk 15-yə də düşə bilərdik. Bu da Avrpada reytinqlə, imtiyazlarla yanaşı əlavə bir komandamızın artımı demək idi. Bunun əvəzinə isə indi Azərbaycan futbolu boş tribunalar önündə 8 komandalı "Bakı birinciliyi"nə möhtac edilib. 

Futbolda vəsait mütləqdir, əsas isə beyinlərdir. Düşüncənin yerində olmaması son 15 ildə ölkə futboluna yatırılan milyardlarla dollar vəsaitin havaya, ciblərə axınını təmin etdi. Bu gün də can verən futbolumuzda təsadüflərin hegemonluğu davam etməkdədir...

- "Neftçi” rəhbərliyi, futbolçuları ilə azarkeşlər arasındakı soyuqluq hökm sürür. Sizcə, rəhbərlik azarkeşlərin sözü ilə razılaşıb istefa verməlidirmi? 
- Möhkəm idarəçilik sistemi olmadan istənilən narazılıq, başıpozuqluq yaranır. Bir var fərdi olaraq futbolçu və ya digəri intizamı pozur, bir də var proses kütləvi hal alır. Baş məşqçi Bordindən tutmuş Petrova kimi fanat, azarkeş günahlandırıldı. Ardınca Dabonun başından böyük hərəkəti baş verdi. Bu, onu göstərir ki, bunlar vahid mərkəzdən idarə olunurlar və ardıcıllıqla "Neftçi"yə canını verən azarkeşlərə qarşı addımlar atılır. 

Son mənasız bəyanat da bunu birbaşa təsdiq edir. Klubun rəhbər- sifarişçiləri daxildə qəti, "Neftçi" adına yaraşan qərarlar qəbul etmək əvəzinə, dolayısı ilə azarkeşləri günahlandırdılar. Dabonun etdiyi hərəkət formasını geydiyi "Neftçi"yə və ümumilikdə xalqa qarşıdır. 

Fanat, azarkeş xalqın bir parçasıdır. Bu tərbiyəsizlik birmənalı olaraq bağışlanmazdır. Reallıqda isə rəhbərlik malalanması mümkün olmayan "malalamaqla" məşğuldur. "Neftçi" cavabdehləri məşhur tikinti materialları firmaları ilə əməkdaşlıq, tərəfdaşlıq müqavilələri bağlayıb ən möhkəm semet, "şpaklyovka"larla da Dabo hərəkətini malalaya bilməzlər. Mümkünsüzdür. 

Bu azmış kimi "Neftçi" prezidenti Kamran Quliyev fanat, azarkeşləri dövlət orqanları ilə üz-üzə qoyur. Futbolda təsadüfi adamlardı, bəllidi, bunların heç "Neftçi" kimi böyük klubda, bu yüksəklikdə vəzifələri daşımaqla siyasi savadları da ciddi axsayırmış.... 

Azarkeş xalq deməkdir və onları polislə üz-üzə qoymaq yolverilməzdir. Fanat, azarkeş bütün dünyada çılğınlığı ilə seçilir. Bu cür məsuliyyətsiz açıqlamalarla növbəti oyunlarda tribunalda fanat-polis qarşıdurmasına zəmin yaradılır, toxum səpilir. Nə yaxşı ki, müvafiq orqanlar dərhal bu avantürist açıqlamaya reaksiya verərək fanatların stadiondan çıxarılmasına aydınlıq gətirdi. 

Ümumiyyətlə indiki rəhbərlik şaiyələrlə, araqatmalarla, dezinformasiyalarla klubu idarə edirlər. 

Necə ola bilər ki, 1-2 həftə öncə dolu tribunalar "Neftçi"yə möhtəşəm dəstək verirdilər, onda yaxşı idilər, indi isə "öyrədilmiş" olurlar?! Uğursuz nəticələrə don dəyişdirilməsi üçün hər yola əl atırlar. Fanat azad ruhludur, onlar üçün kimlərin "Neftçi"də olması önəmli deyil, önəmli olan "Neftçi" adına qazanılan uğurlardır. 

Hər kəs dərk etməlidir, fanat, azarkeş psixologiyasının bir dönməz yolu var, nəticə olanda dəstək, olmayanda "istefa". Azarkeşlərin tribunalardan çəkilməsi məsələsi tək "Neftçi"yə aid deyil. Ölkə futbolunda boş tribunaları hər kəs görür. Bu, hazırda futbolda olanlara sərfəlidir. Elə "Neftçi"ni də buna uyğun xüsusi göndərilmiş adamlar "idarə" edir. Dolu tribunalar təzyiq, möhtəşəmlik, futbolun inkişafına, oyunların səviyyəsinə birbaşa təsir deməkdir. 

Təsadüflərə isə xalqın, dövlətin ayırdığı vəsaiti rahat, boş tribunalar önündə mənimsəmək lazımdır. Menecmentlikdən çox danışılır. Fanat, azarkeş olmadan hansı marketinq fəaliyyətindən, futbolda gəlirlərdən söhbət gedə bilər. Avropada dolu tribunalara görə milyardlıq tv, sponsorluq müqavilələri bağlanılır. Tribunalar dolmasa, azarkeş marağı olmasa heç kim futbola maraq göstərməz, yatırım etməz. 

Avroliqa finalı öncəsi Bakıya gələcək fanat, azarkeşlər önə çəkilir, nə qədər gəlir olacağından söhbət açılırdı. Çempionatda isə tribunalardan fanat, azarkeşlər çıxarılır, üzlərinə qapılar bağlanır. Bu da müasir, analoqu olmayan futbol menecmentliyi. "Neftçi"lə isə zarafat etmək olmaz. "Neftçi" böyüklüyü, ruhu ruhsuzları, araqatanları qəbul etmir. 

- Azarkeşlərin bəzilərinin rəyindən belə anlamaq olur ki, sizi yenidən "Neftçi”də görmək istəyirlər…
- Futbol fanat, azarkeşlər üçün oynanılır. "Neftçi" kimi klub isə adına layiq davamlı nəticələr qazanmalıdır. Bunun üçün "Neftçi"nin Azərbaycan şərtlərinə uyğun istənilən şəraiti var. Futbolda 5 il 25 ilə bərabərdir. Uzun müddət keçməsinə baxmayaraq, biz unudulmamışıqsa, həyatda ən böyük qələbə budur. 

Fanat, azarkeşlər çox həssas olurlar və "Neftçi" adına qazanılan uğurlara, rəğbətə yenidən klubda görmək istəməklərinə görə hər birinə təşəkkürümü bildirirəm. "Neftçi"nin qələbələri onların qələbələridir!

Mənbə: yenisabah.az
Oxşar xəbərlər

Xəbər lenti

21 Sentyabr 2020
16:29

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:20

"Sabah"da uruqvaylı qapıçı - RƏSMİ

15:45

“Keşlə” rekordunu təkrarladı: 3-cü “3"

15:32

İclas keçirildi, millimizin baş məşqçisi Abdullayev oldu

15:17

Madrid klubunun forvardı "Yuventus"a gedir

14:50

Semedu İngiltərə klubuyla 5 illik müqavilə razılaşdırdı

14:34

Zidan: "Beyllə aramızda problem olmayıb, sadəcə..."

14:20

"Neftçi" - "Qalatasaray" oyununda təxribat

14:11

"Milan"ın oyununa azarkeşlər buraxılacaq

13:55

"Qarabağ" italiyalı oyunçu ilə danışıq aparır

13:37

I Divizionun başlanma tarixi açıqlandı

12:28

"Neftçi" "Qarabağ"ın uğurlu seriyasını qırdı

10:20

Evlilik öncəsi ulduz futbolçunu sarsıdan etiraf - FOTOLAR

10:00

De Byazinin millidə görmək istədiyi yeni hücumçu

09:11

"Liverpul"dan "Çelsi"yə iki qol - VİDEO

20 Sentyabr 2020
23:02

"Qarabağ" - "Neftçi" oyunu FOTOLARda

23:00

Azərbaycan derbisində vurulan qollar - VİDEO

22:57

Qurban Qurbanov: “Fikirləşirlər ki, prinsipə hücumçu almıram”

22:54

Füzuli Məmmədov: "Bu qələbə bizim üçün çox vacib idi"

22:25

"Qalatasaray" çempionu məğlub etdi - VİDEO

22:09

Azərbaycan derbisi: "Qarabağ" 5 oyun sonra "Neftçi"yə uduzdu

21:49

Abdullah Zubir "Neftçi"yə qarşı niyə oynamır?

21:10

"Zirə" "Sabah"a bu qollarla uduzdu - VİDEO

20:30

Rəşad Sadıqov: "Məğlubiyyətlər qaçılmazdı"

20:15

"Sabah"ın baş məşqçisi: "Avrokuboklar uğrunda mübarizə apara bilərik"

18:32

Azərbaycan Kubokunun TƏQVİMİ

18:28

Azərbaycan Premyer Liqasının tam TƏQVİMİ açıqlandı

17:50

Millimizlə oyunu buraxan futbolçu koronavirusu yendi

17:15

Çempionlar Liqası yeni formatda keçirəcək

16:49

"Səbail"in qapıçısı: “Azərbaycanda quzu əti çox yeyirlər”

16:18

“Neftçi” Türkiyədə və dünyada tanınan komandadır" - Mert Çelik

15:55

Olimpiyaçılar arasında yarış keçirildi

15:37

Asim Xudiyev Avroliqa oyununda

15:16

Azərbaycanın MMA döyüşçüsündən qələbə - VİDEO

14:59

“Qarabağ”ın potensial rəqibi uduzdu

14:34

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

14:14

Sumqayıtda "Şən startlar" yarışı keçirildi

13:58

"Barselona" mövsümə kubokla başladı

13:35

Günün oyunları bu kanallarda - AFİŞA

13:12

Dünya çempionatı ilə bağlı açıqlama yayıldı

12:53

Türkiyə millisinin üzvü İngiltərə Premyer Liqasında - RƏSMİ

12:30

Nəbiyevin komandasının "tilsim"i qırıldı

12:06

“Fənərbaxça”dan daha bir transfer - RƏSMİ

11:50

Millimizin baş məşqçisi: "Lazım olan şərait yaradılıb"

11:31

Dəhşətli yol qəzası: 8 futbolçu öldü, 4-ü yaralıdı

11:15

Cazibədar idmançı gizli FOTOLARını çəkən gəmi kapitanını ifşa etdi

10:56

"Kəpəz" "Turan Tovuz"la heç-heçə etdi

10:32

Qaret Beylin yeni klubu rəsmən açıqlandı - 20 milyon avro...

10:08

Nurlan Novruzovun komandası məğlubiyyətə üzüldü

09:47

Paşayev oynadı, komandası uduzdu

09:29

"Liverpul"dan yeni transfer

19 Sentyabr 2020
22:11

"Sumqayıt"ın qələbə qazandığı oyun - VİDEO

21:54

“İmamverdiyev öz üzərində işləsə, ...” – Ayxan Abbasov

21:50

"Səbail" yaşayarsa, ..." - Aftandil Hacıyev

21:11

"Sumqayıt"dan qələbə, "Qəbələ" "Keşlə" ilə heç-heçə etdi

20:17

Qəbələdə qolsuz heç-heçə - VİDEO

20:06

“Onunla söhbətimiz olacaq” – Elmar Baxşıyev

19:51

Yunis Hüseynov: "Cavid özü xahiş etdi ki, ..."

17:47

"Qalatasaray"ın yetirməsi rəsmən "Neftçi"də

16:08

Levandovski dələduzluqda ittiham olunur

15:07

"Qarabağ" - "Neftçi" oyununa hakim təyinatı

14:39

"Əminəm ki, federasiya lazımi dəstəyi göstərəcək" - Millimizin üzvü

14:14

Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxdu

13:53

Hacı Əliyev: "Bu, bizim üçün mənfi haldır"

13:31

17 gün əvvəl satdıqları hücumçunu yarım milyon avro bahasına aldılar

13:02

Azərbaycanlı federasiya prezidetinin oğlu 2,1 milyon manat borca düşdü - FOTOFAKT

12:43

Millimizin baş məşqçi: "Güləşçilərimizin hamısı hazırdır"

12:19

Tahir Gözəl: “Qarabağ”sız Qurban, Qurbansız “Qarabağ” olmaz"

11:52

Ronaldo “dünyanın ən yaxşı bombardiri“ seçildi

11:36

"Legiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

Facebookdan bizi izləməyi unutmayın.