13:35 25.06.2019 766

Stiven Monroz: "Bizi "Sperantsa" ilə asan oyun gözləmir"

"Neftçi"nin yeni transferi Stiven Jozef-Monroz klubun rəsmi saytına müsahibə verib. 

Fanat.Az xəbər verir ki, yeni komandasındakı hədəflərindən danışan fransalı hücumçu adaptasiya və hazırlıq prosesini də dəyərləndirib.

- "Neftçi"dəki hədəflərin nədir?
- "Neftçi" kimi böyük tarixi olan bir kluba gəldiyimə görə çox şadam. Hədəflərim böyükdür. İstərdim ki, "Neftçi"də qazana biləcəyim bütün titullara sahib çıxım, öz oyunumla hücum xəttinə güc qatım. Şəxsi hədəfim bacardığım qədər çoxlu qol vurmaqla komandaya fayda verməkdir.

- Komandaya uyğunlaşa bilirsən?
- Adaptasiya prosesi gözlədiyimdən də yaxşı gedir. Bu da komandadakı yüksək əhval-ruhiyyədən irəli gəlir. Burada əla atmosfer var. Komanda üzvləri məni yaxşı qarşıladılar. Həm də "Neftçi"yə gələnədək bir neçə futbolçu ilə paltardəyişmə otağını bölüşmüşük. Bunlar Rauf Əliyev və Voislav Stankoviçdir. Bundan əlavə, Baqali Dabo ilə 2017/2018 mövsümündə birlikdə oynamışıq, meydanda bir-birimizi çox yaxşı anlayırıq. Üstəlik, gənclərdən ibarət milli komandada bir çıxış etdiyimizə görə Soni Mustivarı da yaxşı tanıyıram.

- Təlim-məşq toplanışı necə gedir? Hazırlıq prosesindən razısan?
- Öz qaydasında davam edir. Düşərgəyə gec qoşulmağıma baxmayaraq, fiziki hazırlıq üzrə məşqçimizlə bir neçə gün fərdi məşqlər keçəndən sonra komanda ilə ümumi hazırlığa qatıldım. Özümü yaxşı hiss edirəm. Məncə, toplanışın sonuna kimi istədiyim formanı tam bərpa edəcəm.

- "Sperantsa" ilə oyundan nə gözləyirsən?
- Baş məşqçinin tapşırığı ilə hazırlığı davam etdiririk. Əvvəlcə məqsədimiz Avropa Liqasına uğurlu başlamaqdır. Rəqibimiz "Sperantsa" haqda çox məlumatım olmasa da, son oyununun bəzi epizodlarını izləmişəm. Məğlub olmaqlarına baxmayaraq, yaxşı oynadılar. Qol epizodlarından istifadə edə bilmədilər. Yaxşı heyəti, legionerləri var. Buna görə də hesab edirəm ki, bizi asan oyun gözləmir. Bizim də gözəl kollektivimiz, güclü futbolçularımız var. Çalışacağıq, səfərdən yaxşı nəticə ilə qayıdaq ki, doğma meydanda, azarkeşlərimizin gözü önündə qalib gəlib mərhələni keçək. Azarkeşlərimizi, bütün "Neftçi" ailəsini sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

13 Avqust 2020
12:00

“Kəpəz” rəhbərliyi Yaşar Vahabzadə ilə görüşdü

11:50

Məşhur baş məşqçi "Barselona"nın təklifindən imtina etdi

11:36

Çempionlar Liqası iştirakçısına texniki məğlubiyyət

11:06

"Qarabağ" barədə düşünməyi qadağan etmişəm" - "Sileks"in baş məşqçisi

10:41

Dünya çempionatı ləğv olundu

10:27

Toya gedən Super Liqa ulduzu və hamilə xanımı koronavirusa yoluxdu - FOTO

10:10

Asim Xudiyev Çempionlar Liqası matçına təyinat aldı

09:57

"Qarabağ" - "Sileks" oyunu ukraynalılara tapşırıldı

09:43

"25 baş mənim düşündüyümü fikirləşsə..." - Millimizin yeni baş məşqçisi

09:31

Canni De Byazi yığmaların məşqini izləyib

09:22

"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça"da

09:20

Çempionlar Liqası: “Atletiko” “Leyptsiq”ə qarşı - YENİLƏNİR

09:16

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:00

Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşdi - VİDEO

12 Avqust 2020
23:58

Matyuidi "Yuventus"dan getdi

22:43

"Qalatasaray" Emreni heyətinə qatdı - RƏSMİ

21:46

Riera "Qalatasaray"a döndü - RƏSMİ

19:52

"Fənər" Sassuolonun müdafiəçisini gətirir

18:25

İtalyan məşqçilər Bakıda nə qədər qalacaq?

18:15

"Kəpəz" baş məşqçi ilə müqaviləni rəsmiləşdirdi

17:58

Meksika klubu Kriştianu Ronaldunu transfer etdiyi barədə məlumat yaydı - FOTO

17:32

"Səbail"də ayrılıq - RƏSMİ

17:24

Azərbaycan Premyer Liqası: Mövsüm Sumqayıtda başlayacaq

17:18

"Beşiktaş" Atiba ilə bağlı qərar verdi

16:42

Canni De Byazi “CBC Sport”un qonağı olacaq

16:31

Ukrayna klubu Paşayevlə müqaviləni yenilədi

16:04

Millimizin toplanışa başlayacağı vaxt açıqlandı

15:57

Premyer Liqamızda yoluxma olarsa, hansı qərar veriləcək?

15:54

Azərbaycan Premyer Liqasında necə əvəzetmə olacaq?

15:45

İlham Zəkiyevə yeni vəzifə verildi - FOTO

15:31

PFL prezidenti avrokubokların püşkünü dəyərləndirdi

15:22

Premyer Liqanın püşkü atıldı: İlk turun təqvimi - YENİLƏNİB

15:17

Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edildi - VİDEO

15:05

"Neftçi" ilə matçda turu keçmək istəyirik" - "Şkupi"nin yeni transferi

14:31

"Barselona"da koronavirus ŞOKU

14:13

Canni De Byazi Bakı bulvarında – FOTO

13:55

Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək

13:36

İngilis psixoloq türk azarkeşləri coşdurdu - FOTOLAR

13:12

DÇ-2022-nin seçmə mərhələ matçları növbəti dəfə təxirə salındı

12:23

"Keşlə"nin oyununun başlama saatı bəlli oldu

12:10

"Sumqayıt" - "Şkendiya" matçının başlama saatı açıqlandı

11:34

Həftənin oyunçusu adına namizədlər

11:14

"Neftçi"nin rəqibindən daha bir transfer

10:59

PFL-də prezident seçkiləri nə vaxt keçiriləcək? - AÇIQLAMA

10:41

Azərbaycanlı baş məşqçi Küveyt millisini çalışdıra bilər

10:20

Çempionlar Liqası: 1/4 final mərhələsinə start verilir

09:58

Millimizin futbolçusu yenidən İngiltərə klubunun diqqətində

09:10

"Şaxtyor"un 4 qoluq qələbəsi - VİDEO

09:05

"Sevilya"dan tək qolluq qələbə - VİDEO

08:20

Altıqat dünya çempionu gözəlliyini belə göstərdi - FOTO

00:46

AL: "Şaxtyor" yarımfinala darmadağınla yüksəldi

00:37

"Qarabağ" "Sabah"ı belə yendi - FOTOLAR

00:10

Riberi hamını qabaqladı

00:08

İsrafilov milliyə gec qoşulacaq

11 Avqust 2020
23:53

"Qalatasaray" heyətinə yarımmüdafiəçi qatdı - RƏSMİ

23:02

"Azərbaycanda futbol mənim oynadığım dövrdəki qədər güclü deyil"

21:33

"Qarabağ" "Sabah"ı məğlub etdi

20:57

ÇL oyunu neytral meydanda keçiriləcək

18:36

"Borussiya" Sançoyla bağlı qərar verdi - RƏSMİ

17:08

Azərbaycan Milli Paralimpiya Komitəsindən yenilik

16:52

Elxan Məmmədov Canni De Byazi ilə görüşdü

16:29

"Hamı "Sumqayıt”ın çətinliklə üzləşəcəyini söyləyir" - Kapitan

15:55

"Real" dünya çempionu ilə yolları ayırdı

15:18

“Keşlə” - “Laçi” oyununun məkanı açıqlandı

15:05

Canni De Byazinin köməkçiləri açıqlandı - RƏSMİ

14:52

Qurban Qurbanovun imtina etdiyi posta kim gətirildi?

14:46

"Səbail"in yeni transferi: "Azərbaycanın yüksək səviyyəli liqası var"

13:59

"Qarabağ" "Sabah"a qarşı

13:31

Millimiz Zaqatalada məşqlərə başladı

12:58

“Laçi”nin direktoru: "Mərhələni keçəcəyimizə inanıram"

Facebookdan bizi izləməyi unutmayın.