15:49 17.09.2019 1005

Roman Qriqorçuk: "Azərbaycana qayıdıb, nələrisə tənqid etmək istəmirəm"

"Qəbələ” futbol komandasının sabiq, Qazaxıstanın "Astana” kollektivinin hazırkı baş məşqçisi Roman Qriqorçuk Karaqanda "Şaxtyor”una 2:1 hesabı ilə qalib gəldiklərini Premyer Liqa matçından sonra "Report”un güləş üzrə dünya çempionatı üçün Nur-Sultana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Burada sizinlə görüşməkdən çox şadıq...
- Qarşılıqlıdır. Azərbaycanda tanıdığım hər kəsə, o cümlədən, jurnalistlərə salamlarımı göndərirəm.

- Vəzifənizdən ailə məsələlərini səbəb göstərərək, ayrılmışdınız. Həmin dövrü də nəzərə almaqla, "Astana”dakı işinizi necə dəyərləndirə bilərsiniz?
- Açığı, indi hər hansı analizlər etməyə hazır deyiləm. Deyə bilərəm ki, hər şey öz ardıcıllığı ilə gedir. Çox ciddiyyətlə çalışır, işimizin bəhrəsini görürük. Yenə davam və inkişaf etmək istəyirik. Bunun üçün daha çox çalışmalıyıq. Hazırda çox çətin dövrə qədəm qoymuşuq. Həm Qazaxıstan Premyer Liqasında, həm də Avropa Liqasında layiqincə çıxış etmək niyyətindəyik. Qarşıdakı aylarda sadəcə tamamilə futbola baş vurmalı və hər şeyimizi verməli olduğumuzu anlayırıq. Çünki vəziyyət belə tələb edir.

- Daha əvvəl "Qəbələ” və Ukraynanın "Çernomorets” klubları ilə də Avropa Liqasının qrup mərhələsinə yüksəlmişdiniz. Bu baxımdan, "Qəbələ” ilə növbəti belə nailiyyət sizin üçün nə qədər çətin alındı?
- Avrokuboklarda qrup mərhələsinə yüksəlməyi hamı istəyir. Bundan ötrü əksəriyyətimiz çempionlarla oynayırıq. Çünki qrupadək Çempionlar Yolu ilə irəliləyirik. Həmişə demişəm ki, heç bir ölkənin çempionu pis və ya zəif ola bilməz. Bütün futbolçular, kollektiv çempiondur. Ona görə də qalib psixologiyası və futbolçu seçimi ilə yanaşı, savadlı baş məşqçilər olmalı, bütün futbolçular özlərini fiziki və texniki baxımdan ifaçılığa hazırlıqlı vəziyyətə çatdırmalıdırlar. Yəni, qrupadək irəliləmək çox çətindir.



- Bəs qrup mərhələsində nəyə ümid edirsiniz?
- Qlobal baxımdan nəyisə deməyin mənası yoxdur. Bayaq çox çətin dövrümüzün olduğunu bildirdim. Artıq 3-4 gündənbir oynayacağıq. İndidən gələcək üçün hansısa fikir bildirmək lazım deyil. Sadəcə, hazırkı dövrdə addım-addım, oyundan-oyuna irəli getməliyik. Əlbəttə, "Mançester Yunayted”lə bağlı müəyyən məlumatlar toplamışıq ki, futbolçularımıza göstərək. Amma bu rəqib barədə komandada xüsusi söhbətimiz olmayıb. Çünki hazırkı görüşün bizim üçün inanılmaz dərəcədə vacib olduğunu anlayırdıq. Yalnız "Şaxtyor”la qarşılaşmaya köklənmişdik. 2:1 hesabı ilə qalib gəldik, bir az sevinc içərisindəyik. Amma tezliklə 19 sentyabrda İngiltərədə keçirəcəyimiz oyuna planlı yanaşacağıq. Daha sonra 48 saatlıq istirahətdən sonra çempionatdakı "Jetısu” və "Atırau” ilə səfər matçlarına yollanacağıq. İndi uzağa boylanmaq lazım deyil. Sadəcə, bir oyundan sonra digərinə hazırlaşmalıyıq.

- Sentybarın 19-da səfərdə "Mançester Yunayted”ə keçirəcəyiniz oyundan sonra ölkə çempionatının görüşlərinin başqa vaxta təxirə salınması üçün təşkilatçı quruma müraciət etməyi düşünmürsünüz?
- Xeyr. Onsuz da qrup mərhələsinə vəsiqə qazanana qədər avrokuboklarda bir neçə matçımızı təxirə saldırmışıq. İndiki vəziyyətdə hansısa dəyişiklikdən söhbət getmir. Artıq təqvimi dəyişmək üçün gecdir. Çünki həm rəqiblər öz oyunların planlaşdırıblar, həm də başqa vaxtda keçirmək üçün təqvimdə yer yoxdur. Çempionatda 9 matçımız qalıb. Hər oyunda qalib gəlməyə çalışmalıyıq.

- Avropa Liqasında qrup mərhələsindəki rəqiblərinizdən fərqli olaraq, "Astana”a ev oyunlarını süni örtüklü meydanda keçirir. Bu, sizin üçün problem yarada bilər?
- Bizim süni meydanın keyfiyyəti çox yaxşıdır. "Astana Arena”da həm biz, həm də milli komanda oynayanda, bu eyhamı nadir halda eşidirik. Çünki rəqiblər üçün süni meydan problem yaradırsa, bizim üçün də eynisi təbii ot örtüyündə olur. İndiki turnirdə bir komanda ilə ev və səfərdə olmaqla, 2 matç keçirir. Bu isə o deməkdir ki, rəqiblərlə eyni şərtlər altında oynayırıq.

- "Astana Arena”dakı süni meydan Azərbaycandakılardan fərqlənir?
- Çox keyfiyyətlidir. İlk vaxtlarda, ümumiyyətlə ideal idi. İndi də keyfiyyət yaxşıdır. Azərbaycana qayıdıb, nələrisə tənqid etmək istəmirəm. Yalnız onu vurğulaya bilərəm ki, arena möhtəşəmdir. Avrokuboklardakı ab-hava heyrətamizdir. Azarkeşlər burada elə atmosfer yaradırlar ki, tüklərim biz-biz olur. Buna görə onlara təşəkkür edirəm.

- Ancaq çempionat matçlarında az adam gəlir...
- Bəli, az olur. Bunun nədən qaynaqlandığını bilmirəm. Həmişə deyirəm ki, insanların çempionat oyunlarına gəlməsi üçün daha yaxşı, əla oynamalıyıq. Nə qədər yaxşı oynasaq, bir o qədər də çox azarkeş gələcək. İstənilən harda, azarkeşlərə minnətdarıq. Onlar möhtəşəmdirlər.



- Yəqin, azarkeşlər beynəlxalq oyunlara daha çox maraq göstərirlər...
- Bəli. Xatırlayıram ki, Azərbaycanda da vəziyyət bu cür idi. Çempionat görüşlərinə az sayda tərəfdar gəlirdi. Amma avrokubok və millinin oyunlarında tribunalar dolurdu. Burada da eyni vəziyyətdir.

- Son turda "Qarabağ”ın "Neftçi”ni 2:0 hesabı ilə məğlub etdiyi matçda 7 min tamaşaçı olub...
- Bu cür derbiyə, çempionluq mübarizəsi baxımından önəmli qarşılaşmaya daha çox adam gəlməlidir. Bilmirəm niyə belədir.

- "Mançester Yunayted”ə qarşı oynamaq necə hissdir?
- Yeni bir söz deyəcəyimi düşünmürəm. Əlbəttə, bu, Qazaxıstan, klubumuz, hər kəs üçün önəmli hadisədir. Başa düşürük ki, top-komanda, çox böyük brendlə oynayırıq. İndiyə qədər Qazaxıstanda İngiltərə Premyer Liasında çıxış edən komanda oynamayıb. Qorxuram səhv edəm, amma bu cür eşitmişəm. Yəni, bu da bəxtimizə düşən hadisədir. Hər halda rəqib adı gur səslənən "Mançester Yunayted”dir.

- "Mançester Yunayted”dən gücünə görə ehtiyatlanırsınız?
- Bu vəziyyətə heç cür təsir edə bilmərik. Bu durumu normal qarşılamalı və imkandan yararlanmalıyıq. Futbolçularımızın öz güclərini sınamaq, yüksək səviyyəni hiss etmək imkanları var. Fikrimcə, bunun faydası çoxdur.

- Qrupdan çıxmaq şansınız var?
- İndidən "vardır” və ya "yoxdur” deyə bilmərəm. Deyə bilmərəm ki, şansımız yoxdur. Ancaq şansımız nə qədərdir? Hər zaman söyləyirəm – bir şansımız varsa, onun uğrunda mübarizə aparacağıq. Dekabrda necə olacağını biləcəyik.

- "Qəbələ” ilk titulunu sizin gedişinizdən sonrakı mövsümdə qazandı. Bunu necə qarşıladınız?
- Çox yaxşı qəbul etdim və klubda çalışan bütün insanlara – rəhbərliyə, baş məşqçiyə, futbolçulara təbriklərimi çatdırdım. Çox sevinirəm, çünki böyük yol qət etmişdilər. Hesab edirəm ki, "Qəbələ” buna layiq idi. Belə bir hadisənin baş verməsi çox xoş oldu. Doğrudan da pozitiv haldır.

- Demək olarmı ki, klub elə sizin dövrünüzdən bu titula doğru istiqamət götürmüşdü?
- Xeyr. Biz burada hər hansı fikir yürüdə bilmərik. "Qəbələ”də çalışdığım dövrü özüm üçün çox faydalı, çox yaxşı qiymətləndirə bilərəm. Hamıdan çox razıyam. Çox yaxşı nəticələrə nail olduğumuzu düşünürəm. Ən böyük nailiyyətim isə odur ki, hələ də Azərbaycanda xeyli dostum var. Bunu çox cəsarətlə deyirəm. Sizinlə olduğu kimi onlarla da məmnuniyyətlə görüşüb ünsiyyətdə ola bilərəm. Ümidvaram ki, bunların hamısı qarşılıqlıdır.



- "Qəbələ”dəki köməkçiniz Sənan Qurbanov sizdən sonra baş məşqçi təyin olundu və bu yaxınlarda istefa verdi. Onu "Astana”da köməkçiniz kimi görmək istərdiniz?
- Hər şeyi bilirəm, bütün xəbərlərdən məlumatlıyam. Onunla əlaqə də saxlayaraq, dəstək vermişəm. Həmçinin, bir-birimizə uğurlar arzulamışıq. Amma indi belə məsələlər barədə danışa bilmərik. Sənanla hər zaman görüşməkdən şad olaram. Daim ünsiyyətdəyik, bir-birimizə köməyə gələrik. Amma yalnız bunu deyə bilərəm. Özünə və ailəsinə isə xoşbəxtlik arzulayıram.

- Hazırda "Qəbələ” çox çətin dövrlərini yaşayır...
- İndi mən analiz apara bilmərəm. Çünki təfərrüatlardan, məhz hansı çətinliklərin olmasından xəbərsizəm. Onu deyə bilərəm ki, bütün rəhbərliyə, birgə çalışdığım bütün insanlara böyük minnətdarlıq hissi ilə yanaşıram. Çünki həqiqətən də həmin dövrü xoş və müsbət dəyərləndirirəm. Çox şadam və xoşbəxtəm ki, həyatımda belə bir dövr olub.

- Azərbaycanda çalışdığınız dövrdə "Qəbələ” üçün əsas rəqib "Qarabağ” idi. İndi isə Ağdam komandası ilə çempionluq uğrunda "Neftçi” mübarizə aparır. Sizcə, "Qarabağ”ın hegemonluğuna son verə bilməməyin səbəbi nədir?
- Daim hamıdan güclü olmaq üçün maddi imkanlar, yaxşı iş qabiliyyəti olmalıdır. O zaman nəticə də gələ bilər. Strateji cəhətdən belədir: Təkcə əsas rəqibindən yox, bütün komandalardan xal almağı bacaran komanda çempion olur. Çempion hər zaman qalib gəlməlidir. "Qarabağ” da müntəzəm olaraq, avrokuboklarda qrupa düşür, əsl futbol qrafikində çıxış edir. Bilirik ki, komandalar bundan ötrü çox yaxşı komplektləşməli, iki bərabər heyətə və avtoritetə malik olmalıdır ki, ona hakimlər və digər amillər maneçilik törətsinlər. Bunlar çempionluq üçün başlıca amillərdir.

- Hazırda çempionluq yolunda əsas rəqibiniz azərbaycanlı qapıçının çıxış etdiyi "Tobol” komandasıdır?
- Biz təkcə "Tobol” barədə danışa bilmərik. Daha bir neçə rəqibimiz də var ki, onlar çempionluğa iddialıdır. Çox yaxşı komandalar olduqlarını da qeyd etməliyəm. Bunlar yaxşı səviyyəyə və oyunçulara malik 3-4 klubdur. Burada ciddi mübarizə gedir.

- Vaxtilə Azərbaycanda çempionluq uğrunda 3-4 komanda mübarizə apardığı kimi...
- Bəli. Hazırda Qazaxıstanda vəziyyət belədir. Real olaraq, hazırda 5 komanda çempionluğa iddialıdır.

- Əvvəllər Riçard Almeyda və Pedro Enrike "Astana”da da çıxış edib. Azərbaycandan daha hansı futbolçunu öz komandanızda görmək istərdiniz?
- Mən bu suala başqa cür cavab verərdim: Riçard Almeyda və Pedro Enrikenin burada çalışdıqları qısa dövr yaddaqalan idi. Onlar peşəkar və yüksək səviyyəli futbolçular idilər. Birgə çalışmaqdan böyük zövq alırdıq.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

10 Aprel 2020
15:24

Koronavirusa yoluxan dünya çempionu xəstəxanaya yerləşdirildi

14:58

Bir futbolçunu başqasına dəyişən Oliviya - FOTOLAR

14:50

110 milyon avroluq futbolçu "Mançester Yunayted"də oynamaq istəyir

13:55

"Putinə zəng etməyi unutmayın" - Həbibin meneceri UFC-ni məsxərəyə qoydu

13:19

Rüştü Reçber: "Uzun müddətdi ki, siqareti tərgitmişəm"

12:56

Messi "İnter"ə keçidinə münasibət bildirdi

12:28

Azərbaycan klubu panamalı qapıçını istəyir

11:57

"Yuxarı"dan gələn zəng - UFC-249-un ləğvinə səbəb olan şəxs kimdi?

11:40

Neymarın maaşı 50% azaldılacaq

10:58

Premyer Liqada mövsümün rəmzi komandası - FOTO

10:35

"Barselona"da kütləvi istefalar

09:45

Emeri "Milan"ı çalışdıra bilər

09:10

UFC 249 ləğv olundu

08:40

Daha bir dünya ulduzu "Qalatasaray" yolunda

08:20

21 yaşlı futbolçunun özündən 12 yaş böyük sevgilisi - FOTOLAR

08:00

Həbsdə olan Mübariz Mənsimovdan pis xəbər

09 Aprel 2020
23:04

Telefon nömrəsini yaydı, 40 saatda 2,2 milyon mesaj aldı

22:30

29 dəfə rəmzi komandada, 5 dəfə ən yaxşı

22:20

Qara Qarayev qan verib, çağırış etdi

21:15

Ən yaxşı başla oynayan Alveşdi, bəs qalanları? - SİYAHI

20:48

"Zirə"də ən gənc beşlik

18:47

Ulduz futbolçunun ofisiant qızla barda başlayan eşq hekayəsi - FOTOLAR

18:37

Messi, Xavi, İnyesta... - Ture top-5-ni açıqladı

17:40

Avro-2020-nin ev sahiblərinin sayı azaldılır? - UEFA-dan cavab

17:12

Acun Ilıcalıdan Pərviz Abdullayevlə bağlı şok sözlər - VİDEO

17:09

"Qəbələ" maaşımı azaltsa, anlayışla qarşılayaram"

17:03

"Dünyada Messini əvəzləyə biləcək yeganə oyunçu Neymardı"

16:14

Millimizin digər voleybolçusu da karantindən evə buraxıldı

16:09

MMA döyüşçüsü evinin yaxınlığında güllələndi

15:45

Ferqyuson - Qetji döyüşünün harada keçiriləcəyi bəlli oldu

15:21

Türkiyə millisinin futbolçusu karantinə alındı - Koronavirus şübhəsi

15:18

Tacikistan çempionatında mükəmməl qol vuruldu - VİDEO

14:42

"Çelsi"nin futbolçusu alman nəhənglərinin hədəfində

14:04

"Barselona" "Real"ın oyunçusuna "elçi düşüb"

13:35

İdman mediası adından hökumətə müraciət olundu

13:18

"Tennis mənim sevimli idman növümdü, artıq futbol oynaya bilmirəm" - Ronaldo

12:30

Bu şəhərlər Avro-2020-nin ev sahibliyindən məhrum edilə bilər

12:23

Azərbaycan millisi mövqeyini qorudu

12:00

İPL-də çıxış edən futbolçulardan örnək addım: Koronavirusla mübarizə fondu

11:29

Saxta jurnalist kimi tutulan şəxs dünya çempionu imiş - FOTOLAR

11:19

La Liqanın oyunları adalarda keçirilə bilər

10:38

Tiaqonun "Bavariya"dakı gələcəyinə aydınlıq gəldi

10:00

"Yuventus" Ronaldu ilə bağlı qərarını verdi

09:45

"Barselona" "Çelsi"nin futbolçusundan imtina etdi

09:30

Belarus klubu ilkə imza atdı, tribunada manekenlər "əyləşdi" - FOTOLAR

09:10

İngiltərə çempionatları tarixinin 10 supertransferi açıqlandı

09:00

Joze Mourinyu səhvini boynuna aldı

08:20

Futbolçunun özündən məşhur xanımı yenə ana olacaq - FOTOLAR

01:26

BİZİM FUTBOL: Fransada "papaqdan dovşan çıxaran" səfər qolçusu - VİDEO

08 Aprel 2020
22:16

Şotlandiya çempionatlarının taleyini səsvermə müəyyənləşdirəcək

21:46

"Real" da futbolçuların maaşlarını azaldacaq - RƏSMİ

19:15

Klopp: "Mane təcrübəsiz reperlərə oxşayırdı"

18:20

"Qarabağ"ın legioneri: "Evdə qalaraq, yemək bişirməyi öyrənirəm"

18:02

Özilin meneceri futbolçulara məsləhət verdi: "Maaşların azaldılmasına razılıq verməyin"

17:19

"Komandamızın üzvləri Moskvada koronavirusa yoluxublar" - "Fənərbağça"nın oyunçusu

17:17

"Roma" Cengiz Ünderlə vidalaşmağa hazırlaşır

16:53

"Neftçi"nin yarımmüdafiəçisi İsrail yolunda

16:40

"Ronaldunu Messi ilə müqayisə etməyə dəyməz. Leo bir nömrədi"

16:21

“Survivor”u tərk edən Pərviz daha bir şok yaşadı

16:11

"Barsa"nın vitse-prezidenti Bartomeu ilə yola getmədiyini təsdiqlədi

15:54

Alman futbolçu "Beşiktaş"da oynamaq istəmir

15:25

Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu

15:20

"Barselona"da gərginlik: Prezident vitse-prezidentləri aradan götürür

14:45

"Klopp oyunçuların səviyyəsini necə qaldıracağını yaxşı bilir" - Mane

14:06

Zaur Axundov: "Maaşların azaldılması müzakirə olunacaq"

14:00

VAR-dan istifadə qadağan olunur - Koronavirusa görə

13:54

Mourinyu parkda məşq keçdi, karantin qaydaları pozuldu - FOTOLAR

13:38

"Bu idman əsl kişilər üçündü, Həbiblə Konor isə əskidi"

13:34

La Liqa klubu futbolçuların maaşlarını 70% azaltdı

13:18

"Zirə"nin legioneri: "Karantin günlərində yeni dil öyrənirəm"

Facebookdan bizi izləməyi unutmayın.