Topaz Premyer Liqasının bitməsindən sonra istirahətə çıxan "Simurq" yeni mövsümə hazırlıq planı artıq məlumdur.
İdman24.az klubun rəsmi saytına istinadən xəbər verir ki,"Simurq" iyun ayının 17-dən etibarən bir araya gələcək. Bakı şəhərində toplaşacaq Zaqatala təmsilçisi tibbi müayinədən keçdikdən sonra 21-nə qədər paytaxtda hazırlıq mərhələsinin ilk hissəsin başa vurub, 23-də Türkiyəyə yollanacaq.
Kartepedə məskunlaşacaq komanda əsasən fiziki hazırlığın artırılmasından ibarət təlim-məşq toplanışı çərçivəsində üç yoldaşlıq görüşü keçirdəcək. İyulun 8-nə qədər qardaş ölkədə qalacaq komanda daha sonra vətənə qayıdacaq.
Bir neçə günlük istirahətdən sonra "Simurq" hazırlıq mərhələsinin 3-cü hissəsi üçün Avropa ölkələrindən birinə yollanacaq. İyulun 13-də yola düşəcək komandamızın buradakı təlim-məşq toplanışı 27-nə qədər davam edəcək və Georgi Çixradzenin yetirmələri taktiki-texniki ağırlıqlı məşqlər çərçivəsində dörd yoldaşlıq görüşündə gücünü sınaqdan keçirəcək.
Qeyd edək ki, hazırlıq mərhələsi çərçivəsində "Simurq"un yoldaşlıq görüşü keçirəcəyi komandalar məlum olduqca əlavə məlumat verəcəyik.
İdman24.az