15:43 17.10.2019 1511

Messi: “Başqa bir vərdişim də var, amma onu demək istəmirəm...”

Fanat.Az Lionel Messinin "Marca” və "Fanatik”ə verdiyi geniş müsahibəni təqdim edir:

- Kriştiano Ronaldo və İbrahimoviç özlərini tərifləyirlər. Siz isə bunu etmirsiniz...
- Özümü tərifləməyi deyil, insanların mənim haqda danışmalarını üstün tuturam. Mən özüm kiməm, nə etmişəm və nəyə qadir olduğumu yaxşı bilirəm. Lakin bütün bunları özümdə saxlayıram. Özüm haqda danışmağı xoşlamıram.

- Keçmişə baxdıqda nələr düşünürsünüz?
- Uzun illər peşəkar oyunçu kimi çıxış etdiyinizə görə, keçmişə baxmağa heç bir şansınız olmur. Ümumi götürəndə sən indiki vəziyyətinlə yaşayırsan. Nələr etdiyini deyil, nələr edə biləcəyin haqda fikirləşirsən. Təəssüflər olsun ki, futbolda sevinməyə çox vaxtımız olmur. Çünki hər 3 gündən bir qarşınıza yeni hədəflər çıxır. Ancaq bir gün karyeramı başa vuranda, keçmişdə baş verənləri yada salmağa vaxtım olacaq və bütün edilənlərlə qürur duyacağam.

- "The Best 2019" mükafatının qalibi oldunuz. Övladlarınızın buna reaksiyası necə oldu? Sevindilər?
- Əlbəttə. Çox xoşbəxt idilər. Mərasim bir qədər uzun çəkdiyinə görə, çox yorulmuşdular. Mənimlə hər zaman qürur duyduqlarını bildirdilər. Mükafat qazandığım zaman mənimlə birgə səhnəyə çıxdıqlarına görə də çox sevinirdilər.

- Tiaqo və Mateo digər oyunçular haqda nə düşünürlər?
- Onların futbola olan sevgiləri tamam başqadır. Bütün futbolçuları tanıyırlar. Televizordan bir çox komandanın oyunlarını izləyirlər. Futbola aid kartları var və bütün oyunçuları oradan tanıyırlar. Bir az utancaq olsalar da, mövzu futboldursa, buna qarşı ayrı hisslər yaşayırlar.

- Övladlarınız haqda nələr söyləyə bilərsiniz?
- Mateo tamamilə başqa xüsusiyyətə malikdir. Hər zaman yeni şeylər etməyə çalışır. Hər üçü də mənim üçün xüsusidir. Hər birinin özünəməxsus xasiyyəti var. Əgər Mateo haqqında çox danışsam, o birilər üstümə gələr! Tiaqo artıq 7 yaşındadır. Bir çox şeyləri dərk edir. Siro isə elə Mateo kimidir, bəlkə də ondan pisdir (gülür). Zamanla görəcəyik.

- Boş vaxtlarınızda evdə nə işlə məşğul olursunuz?
- 3 övladınız varsa, evdə boş vaxtınızın olması müşkül məsələdir. Evdə hər birimiz hər andan zövq almaq üçün çalışırıq. Övladlarımla birlikdə televizor izləyirəm və video oyunlar oynayıram.

- Bu il zədə səbəbilə bir çox oyunlarda iştirak edə bilmədiniz. Bədəniniz sizə daha çox dincəlməli olmaqla bağlı xəbərdarlıqmı verir?
- Burada əsas olan özünüzü necə hiss etməyinizdir. Əgər özünüzü 25 yaşındakı kimi hiss edirsinizsə, eyni şeyləri etməkdə davam edəcəksiniz. Ancaq diqqətli olmalısınız. Bu şərtdir. Özümü hər zaman eyni səviyyədə saxlamaq üçün həm oyunlar, həmdə məşqlərdə ayrı metodlar üzərində çalışıram.

- "Qızıl buts” qazanmağınız adət halını alıb...
- Arzum klub səviyyəsində qazana biləcəyimiz qədər kubok qazanmaqdır. Çempionlar Liqasını yenidən qazanmaq istəyirəm. Onsuz da böyük turnirləri qazanmaq, fərdi mükafatlara da yol açır.

- Çox vaxt etdiyiniz vərdişlər nələrdir?
- Bir çox vərdişlərim var. Yatmazdan əvvəl yemək masasını səhəri gün üçün mütləq hazırlamalıyam. Masa ətrafında hər kəsin yeri bəllidir. Hər kəs eyni yerdə oturur. Evə girəndə öncə sağ ayaqqabımı çıxardıram. Başqa bir vərdişim də var. Amma onu demək istəmirəm.

- Kriştiano sizə "Barsa”dan başqa bir yerdə də çıxış etməli olduğunuzu demişdi. Onun dediyini edəcəksinizmi?
- Hər kəsin hədəfləri və təcrübə yığmaq istəyi olur. Amma mənim heç bir halda dünyanın ən yaxşı klubundan ayrılmaq istəyim olmadı. "Barsa”nı sevirəm.

- Yarımmüdafiəçi kimi inkşaf etməyiniz?
- Bunu dəqiq bilmirəm. Bu, əsasən vəziyyətdən asılı olan bir şeydir. Ümumi götürəndə, topla və yarımmüdafiəçilərlə daha çox təmas yaratmaq üçün arxaya çəkilirəm. Bilmirəm gələcəkdə necə olacaq.

- Karyeranızı neçə yaşa qədər davam edəcəksiniz?
- Bunu zamanla biləcəyəm. Davam edib-etməməyimlə bağlı ilk olaraq özüm deyəcəyəm.

- İndiki "Barsa” ilə Qvardiolanın vaxtındakı "Barsa” arasında fərq nədədir?
- Qvardiolanın zamanından uzun illər keçib. İndi komandada yeni oyunçular var. Həmin dövrdən isə cəmi 3-4 oyunçu qalıb.

- Hər şeyi qazanmısınız, bircə "Puşkaş” mükafatınız çatmır. Bu barədə fikirləriniz?
- Hər zaman demişəm. Fərdi mükafatlar hədəfimdə yoxdur. Nə "Ballon d'Or”, nə "Qızıl buts”, nə də "Puşkaş”. "Puşkaş”ı qazansam, yaxşı olar, qazanmasam heç nə olmaz. Mənimçün fərqi yoxdur.

Alpər
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2020
12:21

"Keşlə" Aleksandr Kristovao xəbərini təsdiqlədi

12:16

Qattuzo yeni müqavilənin detallarını razıalşdırdı

12:08

Amit Quluzadə Moldova klubunda debüt etdi

12:02

Anri diz çökdü və 8 dəqiqə 46 saniyə bu vəziyyətdə qaldı - VİDEO

11:47

Avropa Liqasında mövsümün son püşkü atılır - YENİLƏNİR

11:19

"Qarabağ" millimizin oyunçusunu transfer etdi - FOTO

11:05

"Neftçi" rəsmisinin "Keşlə" "bazar"ı

10:58

De Xea Şmeyxeli geridə qoydu, rekordu ələ keçirdi

10:40

Çempionlar Liqasında 1/4 final və yarımfinal cütləri müəyyənləşir - YENİLƏNİR

09:54

"Tottenhem" bərabərliyə razı oldu - VİDEO

09:45

Dörd qol vuruldu, "İnter" xal itirdi - VİDEO

09:15

"Mançester Yunayted"dən üç cavabsız qol - VİDEO

08:20

Dünyanın ən gözəl qadın idmançısı "Instagram"da gündəm oldu - FOTO

00:40

"Beşiktaş" belə qazandı - VİDEO

00:35

Türkiyə Superliqası: "Beşiktaş"dan çətin qələbə

09 İyul 2020
23:39

UEFA-dan avrokuboklarla bağlı son qərar

23:17

İsrafilov bu tur nə etdi?

22:15

Ən yaxşı qol hansıdı? - VİDEO

21:45

"Neftçi"nin yeni məşqçisi açıqlandı - RƏSMİ

21:10

"Sabah" Şevçenkonun sabiq köməkçisini gətirir - ÖZƏL

20:20

"Arsenal"ın futbolçusu La Liqa klubunun "radar"ında

19:10

"Buffon məşqçi olmalıdı. O, "Yuventus"u çalışdıra bilər"

18:06

"Yuventus" 21 yaşlı futbolçuya görə 50 milyon avro ödəməyə hazırdı

17:29

"Döyüş adası" - Xəyalların layihəsi, yoxsa böyük fiasko?

17:06

Əmir Ağayev: "Mənim millidə oynamağım..."

16:45

"Həbib karyerasını bitirməyə qərar versə, dəstəkləyəcəm"

15:52

İsayevin "Qarabağ"a keçidi niyə baş tutmadı? - 100 min dollar...

15:46

Pelleqrini yenidən La Liqada - RƏSMİ

15:34

"Real"ın futbolçusu koronavirusa yoluxub? - SON DURUM

14:58

De Rossi bu klubda məşqçi olmaq istəyir

14:57

"Klub prezidenti cinsi əlaqədə olmaq üçün məni transfer etdi”

14:21

"Qızıl top"a namizədləri açıqladı: Nə Messi var, nə də Ronaldu

13:59

"Qarabağ" Qəbələyə Emil Balayev və legionerlərlə yollanır

13:43

Özil "Arsenal"la bağlı qərarını verdi

13:37

"Keşlə" legioneri ilə müqaviləni uzatdı

12:54

"Mbappe texniki baxımdan Ronaldudan üstündü"

12:35

"Sabah" milli komandamızın futbolçusunu transfer etdi

12:24

"Barselona"nın ulduzu "Kamp Nou"ya velosipedlə getdi - VİDEO

12:20

UFC döyüşçüsü restoranda dalaşdı - VİDEO

11:55

Ukraynalı futbolçu Azərbaycanı tərk etdi

11:38

"Mançester Siti" Premyer Liqada yeni rekord müəyyənləşdirdi - FOTO

11:33

Kay Haverts "Çelsi"yə can atır

11:06

Messi, yoxsa Ronaldu? - De Rossinin seçimi

10:37

Millimizin futbolçusundan açıqlama: Koronavirusa yoluxub?

10:30

Azərbaycan çempionu birnəfəsə 30 çiy yumurtanı içdi - VİDEO

10:16

"Qarabağ"dan ayrılan futbolçunun taleyi necə olacaq?

09:58

"Liverpul"un növbəti qələbəsi - VİDEO

09:41

"Qalatasaray"ın məğlubiyyəti - VİDEO

09:33

"Mançester Siti"dən darmadağın - VİDEO

09:10

"Barselona" derbidən qalib ayrıldı - VİDEO

08:20

Bu idman növünün ən gözəli ukraynalıdı - FOTOLAR

01:16

Ukrayna Kubokunu "Dinamo" qazandı

00:47

"Latsio"nun futbolçusu 4 oyunluq cəzalandırıldı

00:01

Türkiyə Superliqası: "Qalatasaray"a divan tutdular

08 İyul 2020
22:23

Nağıyev uduzdu

22:20

"Bu necə qol olmadı?" deyəcəyiniz 10 epizod - VİDEO

21:30

"Bu barədə danışsam, mənim üçün problem yaranacaq" - Mourinyu

20:15

Eden Azar yenə oynamayacaq? - SON DURUM

19:05

"Tottenhem"in futbolçusuna ağır cəza - Azarkeşlə dalaşdığına görə

18:20

8 ay Azərbaycandan ayrı düşmüş məşqçi: “Səfirlikdən bizə yardım edilməyib”

18:10

Vaqner Lav rəsmən Qazaxıstan klubunda

17:28

Puarye meydan oxudu: "Qetjini yenə əzişdirərəm"

17:18

"Layptsiq" yeni transferini açıqladı

17:00

Anridən sonra bunu bacaran ilk "Arsenal"lı - Obameyanq

16:20

"Neftçi" Hacıyevin müqaviləsini uzatdı, icarəyə verdi

16:16

Vitali Kliçkonun 15 yaşlı oğlu 198 sm. boya malik Vladimirdən uzundu - FOTO

16:09

"Qarabağ"ın Çempionlar Liqasına hazırlaşacağı məkan bilindi

16:04

Azərbaycan millisinin futbolçusu "Zenit"də - RƏSMİ

15:54

Klubu məşhur almanı "su qiyməti"nə satır - SƏBƏB

15:48

Dünya çempionu "Formula 1"-ə qayıtdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image