10:00 03.12.2019 1009

Elxan Məmmədova sualın cavabı - IV hissə

2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycan adını layiqincə təmsil etməsi idi. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın əsas tərkib hissələri kimi önə çəkilmişdi.


Fanat.az olaraq Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız var" lahiyəsindən xəbərdarsız. Hər dəfə bir sual və bir cavabdan ibarət olacaq araşdırmamızın artıq üç hissəsi yayımlanıb. (I hissə,II hissə,III hissə)


3-cü hissədən xatırlatma:


...Katiblik dünya futbolunda ciddi səlahiyyətləri olmayan əlaqələndirici orqandır. Federasiyanın strukturları arasında kargüzarlıq, sənədləşmələrin nizamlanması prosedurunu həyata keçirir. Ona görə də baş katib konfransda seçilmir, Icraiyyə Komitəsində təklifə uyğun üzvlər tərəfindən təsdiq edilir. AFFA reallığında vəziyyət necədir? Qanuna uyğun prezidentin olmadığı vaxtlarda səlahiyyət birinci vitse-prezidentdə olur. Reallıqda isə baş katibə AFFA-da prezident kabineti də həvalə edilib. İcraiyyə Komitəsinin əksər üzvlərinin də vəzifə sahibləri olduğunu nəzərə alsaq, mənzərə tam aydınlaşar. AFFA-da faktiki rəhbər şəxs baş katibdir.


Çox vaxt Elxan Məmmədovun niyə bu qədər tənqid olunduğu müzakirəyə çıxarılır. Konfransdan-konfransa əsas söz sahibinə çevrilən İcraiyyə Komitəsi katibliyə müstəsna səlahiyyətlər verib və bu anormallıq qanunlaşdırılıb. Mövcud durum AFFA-da iş başında olmayan assosiasiya rəhbərliyi üçün də münasibdir. Fürsətdən yararlanan Elxan Məmmədov AFFA-nın bütün sahələrini ələ keçirib…


Sual:


Dövlət Proqramı tətbiq edilən vaxtdan - 2005-ci ildən sponsorlar futbola cəlb edilməyə başladı. Yeni klublar yaradılır, hazır klublarda isə infrastruktur müasirləşdirilirdi. Strateji xətt də doğru idi. Bakı ilə yanaşı bölgə klublarına da üstünlük verilirdi. Müstəqillik dövründə hələ bu sayda imkanlı komandalar olmamışdı. Proqram çərçivəsində qəbul edilən qərarlara çox ciddi və həvəslə yanaşıldığı açıq-aşkar görünürdü. Qalırdı ölkə futbolunun nizama, necə deyərlər, relsə salınması.


Gözləntilərin əksinə olaraq, qısa vaxtdan sonra klublar bir-bir dağılmağa başladı. İqtisadi böhrandan da söhbət gedə bilməzdi. Yeni stadionlara, bazalara qovuşmuş "Karvan", "MKT-Araz" kimi klublardan başlayaraq futbolumuzu amansız fırtına - çöküş dalğası bürüdü. Hiss olunurdu ki, futbol strukturunda, idarəetməsində böyük boşluqlar var. Sonrakı proseslər, klubların kütləvi şəkildə sıradan çıxması, iqtisadi böhranla yanaşı futbol böhranının da qorxunc hala gəldiyini göstərirdi. Niyə dövlət dəstəyi ola-ola, inkişafları üçün bütün imkanlar yaradılan klublar dağılsın?


2007-ci ildən AFFA rəhbərliyində strateji post tutan, Icraiyyə Komitəsi tərəfindən görünməmiş, geniş səlahiyyətlər verilən, futbol idarəetməsini, layihələrin hazırlanmasını həyata keçirən baş katib Elxan Məmmədova növbəti sualımız var.


Sizin səlahiyyət sahibi olduğunuz dövrdə yeni yaranmalarına baxmayaraq klubların sürətlə dağılmasının səbəbləri nə idi, nə baş verdi?


Beləliklə, sualın cavabı:


Dövlət Proqramının qəbulundan sonra ölkə futbolunda elə bir canlanma, inam yaranmışdı ki, tribunalara on minlərlə azarkeş axışırdı. Ciddi sponsor dayaqları olan iddialı klublar çempionata rəngarənglik gətirir, meydanda sərgilənən futbolun səviyyəsi ilə ümumi rəqabət artırırdı. Belə tempə AFFA qurum olaraq hazır deyildi. Keçmiş idarə üsulu, günün tələblərinə cavab verməmək, futbol qanunlarındakı boşluqlar, komitələrdəki özbaşınalıqlar, haqsızlıqlar meydanlarda xoşagəlməz qalmaqallara yol açırdı. Buna baxmayaraq stadionlar, bazalar inşa edilir, "Birlik kubokları" qazanılır, bu və buna bənzər dirçəliş cücərtiləri sabaha inam yaradırdı. Kütləvi futbol sıçrayışı assosiasiya rəsmilərini qorxuya salmışdı. Ölkədə iqtisadi-siyasi sabitliyin görünməmiş həddə çatması, stadionlarda müvafiq dövlət orqanları tərəfindən qayda-qanunun yaradılması futbolun inkişafına təkan verirdi.


Sirr deyil, dünya futbolunda ən çox vəsait aparan sahə transferlər, legionerlərə xərclənən külli miqdarda pullardır. Futbola yatırılan 100 milyonlarla dollar maliyyə Azərbaycana legioner futbolçuların axınını sürətləndirmişdi.


Futbolçu transferlərinə FİFA, UEFA tərəfindən ciddi önəm verilir, ildən-ilə keçidlər təkmilləşdirilir, şəffaflıq artır. Milli federasiyalar da strukturda önəmli rol oynayırlar. Federasiyada rəsmi qeydiyyatdan keçmədən heç bir futbolçu beynəlxalq qurumlar tərəfindən təsdiq edilə bilməz. AFFA, milli federasiyalar FİFA-dan öncə son təsdiqedici səlahiyyətlərə malikdir və hər şeyi müvafiq tələblərə uyğun yoxlayaraq həyata keçirməlidir.


Dövlət Proqramının müddəalarını yerinə yetirmək, yuxarıda qeyd olunanları tənzimləmək əvəzinə federasiyada yeni nizamnamə qəbulundan sonra nüfuz bölgüsü aparıldı. AFFA idarəçiliyində katiblik - PFL qarşıdurmasının təməli qoyuldu. Federasiya daxilində legioner və yerli futbolçuların qeydiyyatı saxtakarlıq üzərində quruldu. Səbəbsiz deyildi.


Baş katib Elxan Məmmədov şəffaflıqdan, futbolda çirkinliklərdən danışmağı çox xoşlayır. Qanunsuzluğa rəvac verən, şərait yaradan özləri olub. Bəzi AFFA, PFL rəsmiləri, onların yaxın ətrafı illərdi menecerliklə məşğuldular, klubları təzyiq altında saxlayıb futbolçu transferlərindən külli miqdarda gəlir götürürlər. Belədə, bu sahəni şəffaflaşdırmaq təbii ki, özlərinə sərf etmirdi.


Elxan Məmmədov lisenziyalaşdırma tələblərindən də ağızdolusu bəhs edir. Vaxtilə bu komissiyanın rəhbəri olub, indi də birbaşa nəzarətindədir. Əsas tələblərdən birincisi maliyyə meyarıdır. 300-500 minlik təzminat məktubuna görə klubları gözümçıxdıya salan baş katib illərdi lisenziyalaşdırma sənədlərində 100 milyonlarla dollar transfer saxtakarlıqlarına göz yumub, dolayısı və faktiki qanunsuzluqlarda iştirak edib. Dövlət büdcəsinə külli miqdarda ziyan vurulub.

2005-2015 Dövlət Proqramı çərçivəsində ikili müqavilələrin bağlanmasına şərait yaradılıb, reallıqdan uzaq olan futbolçuların PFL müqavilələri Lisenziyalaşdırma Komissiyasında qəbul edilib, ölkə futbolunda maliyyə fırıldaqlarının təməli qoyulub.


İkili müqavilələr nə deməkdir? Eyni legioner və hətta yerli futbolçunun klubla şəxsi və AFFA-ya təqdim edilməsi üçün maliyyənin minimuma endirilmiş PFL müqavilələri. Həqiqi, yüz minlərlə, milyonlarla ölçülən şəxsi müqavilələr AFFA-ya təqdim edilmir, klub-futbolçu arasında gizli saxlanılır, qeydiyyata alınmır. PFL, AFFA bunun qarşısını almaq, nizamlamaq, qaydaya salmaq əvəzinə, reallıqdan uzaq sənədləri Lisenziyalaşdırma Komissiyası vasitəsilə qəbul və təsdiq edilir. Bu, həm vergidən yayınanlara vasitəçi olmaq, həm də illərdi FİFA və UEFA-ya yalan sırımaq anlamındadır.


Ən əcaibi budur ki, bir çox legionerlərin şikayətindən sonra şəxsi müqavilələr üzə çıxmış olur və FİFA tərəfindən federasiyaya göndərilir. Təsəvvür edin, AFFA, PFL-dən keçməyən müqavilə FİFA tərəfindən qəbul edilərək qanuni sənəd kimi federasiyaya göndərilir və məcburi qəbul etdirilir. Bu azmış kimi, illərdi AFFA-da üzə çıxmış şəxsi və PFL müqavilələri belə, üzə çıxarılmır. Çünki federasiyanın özü bu maxinasiyaların rəvacvericisi, səbəkarı və dolayısı ilə iştirakçısıdır.


AFFA Lisenziyalaşdırma Komissiyası təzminat məktubu kimi bu məsələrdə qanunu təmin etsəydi, saxtakarlığa yol verməsəydi, həqiqi, real müqavilələr qeydiyyatdan, yoxlamadan keçəcək, vergisi ödəniləcək, futbol təsərrüfatında şəffaflıq təmin ediləcəkdi.


Fəqət, önəmli qanunların təmin edilməməsi növbəti qanunsuzluqlara vüsət verirdi. Klubların böyük əksəriyyəti bu boşluqdan istifadə edir, belə desək, oturduqları ağacın budaqlarını kəsməklə klubların kütləvi dağılmasına şərait yaratdı. AFFA-dakı idarəçi rəsmilərinin başının monopoliyanın yaradılmasına, qohumların, dostların federasiya strukturlarına yerləşdirilməsinə qarışması klublarda da eyni proseslərin yaşanmasına səbəb olurdu.


Dövlət Proqramı yaddan çıxmışdı, futbolda böyük şəbəkə qurularaq milyonların mənimsənilməsi yarışında rəqabət gedirdi.


Bir-iki klubu çıxmaq şərtilə, hər mövsüm komandalar 15-20 legioner transfer edirdi. Bəzi imkanlı Azərbaycan təmsilçiləri isə mövsümə 30-35 futbolçu gətirirdi. Əvvəl 7-4, sonra 6-5 legioner limiti olduğu halda bu sayda əcnəbi futbolçuya nə ehtiyac vardı? Buna da imkan yaradan AFFA-nın qəbul etdiyi yarımçıq qərarlar idi. Əsas heyətlə yanaşı ümumi sifariş vərəqinə legioner limiti də tətbiq edilsəydi, heç bir klub limitdən yuxarı transfer edə bilməzdi.

Bir tərəfdən bu, digər tərəfdən də ikili müqavilələr. Beləcə Dövlət Proqramı çərçivəsində ayrılan milyonlarla vəsait futbola deyil, dəllallara, şəxsi məqsədlərə xidmət etdi.


AFFA strukturlarında qanunların qəbulu, icrası, nəzarəti yetində olsaydı, hər bir klub mövsümə minimum 2-3 milyon dollar qənaət etmək məcburiyyətində qalacaqdı. Bu vəsait də ağızdolusu danışılan uşaq futboluna, akademiyalara artıqlaması ilə yetərdi.


Sual oluna bilər, bəs klubların özləri bunu niyə etmirdi? Hətta belə futbol idarəçiliyində "Bakı" akademiyasının aqibəti məlumdur, "Qəbələ" uşaqları da yol üstədir. Qanunsuzluq həmişə yeni qanunsuzluqlar gətirir.


Ölkə futbolunda qarşıdurmalardan çox bunlar müzakirəyə çıxarılmalıdır. Əks halda sabahın futbolu da qaranlıq görünür.

 

Əli Sahib

Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

14 Avqust 2020
20:41

"Səbail" - "Keşlə" oyunu heç-heçə bitdi

19:23

Həbib Nurməhəmmədov: "Turnikdə 12 dəfə dartına bilirəm"

17:50

Moldovada futbol çempionatı dayandırıldı

17:13

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:57

"Sumqayıt"da yeni hücumçu

16:30

İdmançılara tövsiyə: Bu ayaqqabılardan istifadə edilməlidir

16:07

"Mançester Siti" afrikalı oyunçunun klubuna 63 milyon təklif etdi

15:50

Əmir Ağayev Yunanıstan klubunda - RƏSMİ

15:28

Koronavirus "Qalatasaray" və "Trabzonspor"lulara da yoluxdu

15:02

Millimizin təlim-məşq toplanışı start götürdü

14:51

Çempionlar Liqası: "Barselona" "Bavariya"ya qarşı - YENİLƏNİR

14:37

Həbib karyerasını başa vurmağı düşünür?

14:19

“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu

14:03

"Qəbələ" monteneqrolu futbolçu ilə müqavilə imzaladı

13:46

"Keşlə" yeni qapıçı transfer etdi

13:13

Millimizin məşqçiləri yoxlama oyunlarını izləyəcək

12:55

"Sumqayıt" millimizin sabiq futbolçusuna məşqçilik təklif etdi

12:50

"Özümüzü Bakı səfərinə və avrokuboka kökləyəcəyik" - “Sileks”in müdafiəçisi

12:31

8 Premyer Liqa klubu "Qəbələ"nin bazasında - İCMAL

12:20

18 yaşlı boksçu atışmada öldürüldü

12:16

"Neftçi"nin son sınağı

12:10

Klublarımızın avrokubok oyunlarını bu kanallarda - TV AFİŞA

12:00

"Sumqayıt" iki hücumçu transfer edir - 3 futbolçu getdi

11:40

Azərbaycan çempionatı: "Neftçi" öndə, "Qarabağ" bir addımlığında

11:19

"Gələn il üçün planımız yoxdur" - UEFA prezidenti

10:51

DƏHŞƏT! 400 kq ağırlığı qaldırarkən canlı yayımda dizləri qırıldı - VİDEO

10:47

"Komandada hamı çox xoşbəxtdir" - "Neftçi"nin legioneri

10:30

Kriştianu Ronalduya şok zəng: "Səni istəmirəm"

10:13

Bakıda Qran-pri keçiriləcək

09:56

"Fənərbağça"da koronavirus şoku

09:40

"Atletiko" Çempionlar Liqası ilə vidalaşdı - VİDEO

01:50

Müller: "Messini saxlaya bilərik"

00:57

Çempionlar Liqası: “Layptsiq” "hindular"ı yarımfinalsız qoydu

13 Avqust 2020
22:01

Şehiç Superliqada klub dəyişdi

21:59

Kiyev "Dinamo"su İtaliya klubuna "qiymət oxudu"

21:31

Premyer Liqa klubları bu qış dincəlməyəcək

20:02

"Səbail" qapıçısı ilə vidalaşdı - RƏSMİ

19:48

"Yuventus"u Bekhemin klubuna dəyişdi - RƏSMİ

18:00

Yunuszadənin "Neftçi"si

17:18

UEFA yığmalarımızın iştirak edəcəyi turnirlərlə bağlı qərar verdi

16:11

AMADA-nın cəzalandırdığı idmançı: "Karyeramı başa vurmuşam"

16:08

"Səbail" "Keşlə" ilə qarşılaşacaq

15:33

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı - YENİLƏNİB

15:11

Ronaldu ilə bağlı "Barselona"ya şok təklif

14:58

Alman klubu "Qarabağ"a satmadığı futbolçunu pulsuz buraxır

14:37

Türk klubundan yeni transfer

14:14

Koronavirusa yoluxan “Barselona”lı futbolçunun adı açıqlandı

13:50

İkardinin arvadından yarıçılpaq FOTOLAR

13:31

"Liverpul" firuzəyi rəngi seçdi - FOTO

13:13

Neymar Messinin rekordunu yenilədi

12:53

Yaşıl meydandakı "çantalı kişi"

12:33

28 mövsümdə 37 poker

12:14

“Elxan Məmmədovla Parisdə tanış olmuşduq” - Canni De Byazi

11:50

Məşhur baş məşqçi "Barselona"nın təklifindən imtina etdi

11:36

Çempionlar Liqası iştirakçısına texniki məğlubiyyət

11:06

"Qarabağ" barədə düşünməyi qadağan etmişəm" - "Sileks"in baş məşqçisi

10:41

Dünya çempionatı ləğv olundu

10:27

Toya gedən Super Liqa ulduzu və hamilə xanımı koronavirusa yoluxdu - FOTO

10:10

Asim Xudiyev Çempionlar Liqası matçına təyinat aldı

09:57

"Qarabağ" - "Sileks" oyunu ukraynalılara tapşırıldı

09:43

"25 baş mənim düşündüyümü fikirləşsə..." - Millimizin yeni baş məşqçisi

09:31

Canni De Byazi yığmaların məşqini izləyib

09:22

"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça"da

09:00

Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşdi - VİDEO

12 Avqust 2020
23:58

Matyuidi "Yuventus"dan getdi

22:43

"Qalatasaray" Emreni heyətinə qatdı - RƏSMİ

21:46

Riera "Qalatasaray"a döndü - RƏSMİ

19:52

"Fənər" Sassuolonun müdafiəçisini gətirir

18:25

İtalyan məşqçilər Bakıda nə qədər qalacaq?

18:15

"Kəpəz" baş məşqçi ilə müqaviləni rəsmiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.