09:14 21.10.2019 1992

Bütün Azərbaycanın haqqında danışdığı oğlan

Cari ay idmanın müxtəlif növlərində sevindirici, üz güldürən məqamlarla bol olsa da, sözsüz ki, diqqətlər, əsasən şahmata yönəlib. Bəli, zəka "savaşları"ndan gələn qələbə soraqları çox qısa zaman kəsiyində bir-birini əvəz edir.
 
Teymur Rəcəbovun Dünya Kubokundakı parlaq zəfərindən heç 10 gün keçməmiş, ölkə ictimaiyyəti 14, 16 və 18 yaşadək şahmatçılar arasında Hindistanın Mumbay şəhərində keçirilən dünya çempionatında qazanılan qızıl medalı bayram etməyə başladı. Keçirdiyi 11 görüşdən 9 xal toplamaqla, öz yaş qrupunda birinci olan 14 yaşlı Aydın Süleymanlı, bir gündəcə bütün ölkənin diqqət mərkəzinə düşdü. Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu nailiyyəti yüksək qiymətləndirərək, çempionumuzu təbrik ediblər. Beləliklə, sizi, son günlərin əsas qəhrəmanı ilə bir qədər də yaxından tanış edəcəyik.

Bağçadan gələn həvəs

22 mart 2005-ci ildə Bakıda doğulan, 2011-ci ildə 249 saylı orta məktəbin birinci sinfinə qədəm qoyan Aydın, şahmatla hələ bağça yaşından məşğul olmağa başlayıb. Belə ki, beş yaşında ikən şahmat dərnəyinə yazılan gələcəyin ulduzu, qısa vaxtdan sonra təxminən 50 uşaq arasında keçirilən yarışda birinci nəticə göstərib. Beləcə, ağ-qara fiqurlara qarşı marağı birə beş artıb. Əvvəlcə evlərinin yaxınlığında yerləşən Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə başlayan Aydın, sonradan Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinə üz tutaraq, Xalid Atababayevin yanında qədim idman növünün sirlərini dərindən öyrənib. Bu arada, vunderkind, adıçəkilən mütəxəssislə 2010-cu ilədək birgə çalışıb. Ondan bu yana isə beynəlxalq qrossmeyster, yeniyetmələrdən ibarət komandamızın baş məşqçisi Fərid Abbasovun rəhbərliyi altında hazırlıq keçir.

Üçrəqəmli ədədləri hesablayan uşaq

Kiçik qəhrəmanımızın ailəsində, o cümlədən yaxın qohumları arasında şahmatla məşğul olan və ya hər hansı idman növündə uğur qazanan biri olmasa da, qeyd etməyi borc bilirik ki, o, ziyalı köklərə söykənən ailənin davamçısıdır. Adını daşıdığı mərhum babası Aydın Süleymanov fizika-riyaziyyat elmləri doktoru, hazırda Texniki Universitetdə çalışan digər babası Əliabbas Faxıyev eyni istiqamət üzrə dosent dərəcəsinə yüksəlib. Atası Elşən məşhur şirkətlərin birinin bölmə rəhbəri, anası Jalə xanım həkim, bacısı Nəzrin isə Bakı Dövlət Universitetinin ekologiya ixtisasının üçüncü kurs tələbəsidir. Övladının püxtələşməsində babalarının rolundan danışan Jalə Süleymanovanın sözlərinə görə, onların təsiri ilə Aydın, hələ məktəbə getməmişdən iki və üçrəqəmli ədədlərlə toplama-çıxma, hətta vurma-bölmə əməllərini yerinə yetirməyi öyrənib: "Yaddaşı həddən artıq güclüdür. Hər ay minimum 10 gün dərs buraxsa da, gəlib bütün sinif yoldaşlarını keçir. Digər uşaqların bir neçə saata öyrəndiyi mətni, məzmunu bircə dəfə baxmaqla yadda saxlayır. Üstündən neçə il keçir-keçsin, soruşsan, az qala, hər mövzunu xatırlayar".

İkiqat Avropa çempionu

Məşğələlərə ciddi səy və sevgi ilə yanaşan, yuxudan ayılar-ayılmaz fiqurları qarşısına düzüb, kombinasiyalar fikirləşən, üstəlik, belə bir - hər addımında ona güclü dəstək verən ailə mühitində formalaşan Süleymanlının nəticələrini gözləmək üçün çox zaman lazım olmur. Belə ki, o, hələ altı yaşı tamam olmamış, Rumıniyada keçirilən məktəblilərin Avropa çempionatına qatılaraq, beşinci yeri tutur. Bu minvalla, ardıcıl olaraq respublikadaxili yarışlarda fərqlənən Aydın, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 8 yaşlılar arasında qalib adını qazanır, həmin il Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində təşkil olunan dünya çempionatında üçüncü nəticə göstərir. Müxtəlif ölkələrdə keçirilən "open" seriyalı turnirlərdə iştirak edərək, mükafata layiq yerlər tutan Aydın, 2014-cü ildə Estoniyanın ev sahibliyi etdiyi Avropa çempionatında həm rapid, həm də blits üzrə qızıl, məsələ həllində isə gümüş medala yiyələnir. Növbəti ildə Belarusda 10 yaşadək şahmatçılar arasında blits üzrə birinci olursa, 2017-ci ildə, dörd illik aradan sonra Rumıniyada klassik şahmat üzrə qitə çempionu adını qazanır.

Nəzərə çatdıraq ki, 2400 elo xalını keçən və digər normativləri yerinə yetirən 14 yaşlı Süleymanlı, cari ilin aprelində beynəlxalq usta dərəcəsi də alıb.

"İnanmadım, dedim ki..."

1-13 oktyabr aralığında şahmatın vətənində keçirilən dünya çempionatına qədər Şəhriyar və Zeynəb Məmmədyarovlar, Teymur Rəcəbov, Eltac Səfərli, Vasif Durarbəyli və digər şahmatçılarla müxtəlif aşağı yaş qruplarında dəfələrlə çempionluq sevinci yaşasaq da, sonuncu belə nailiyyətdən artıq 4 il keçirdi. Belə ki, axırıncı dəfə Məhəmməd Muradlı Yunanıstanda U-10 yaş qrupunda qızıl medal qazanmışdı. Dördillik sükutu pozan Aydın, qələbə qazanacağına inandığını, lakin birinciliyinin bu qədər ictimailəşəcəyini gözləmədiyini deyir: "Biz vətənə qayıdanda atam aeroportda mənə dedi ki, Aydın, səni Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təbrik edib. İnanmadım, dedim ki, zarafat edirsən. Telefonu açıb təbriki görən zaman inandım. Bu təbrik məni qürurlandırdı. Mən qələbə qazanacağıma inanırdım, amma bu qədər təbrik almağım gözlənilməz oldu".

"Şah"ın qiyməti: "Əsl ağsaqqal..."

Yeri gəlmişkən, Azərbaycan tarixinin ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov da Aydının uğuruna biganə qalmadı. Süleymanlının sevincinə şərik olan "Şah", sosial şəbəkə hesabında fikirlərini belə ifadə edib: "Aydın əsl ağsaqqal şahmatı göstərdi. Oyunları izləyirdim. Çox sevinirəm ki, belə rahatlıqla qalib gəldi. Özü də harada? Hindistanda!"

Maraq üçün qeyd edək ki, Azərbaycan son mundialda 5-i qız, 4-ü oğlan olmaqla, 9 nəfərlik heyətlə təmsil olunub. Onlardan sadəcə Aydın fəxri kürsüdə yer alıb ki, komandamız bu nəticə ilə yekun sıralamada ilk "beşlik"də qərarlaşıb. Süleymanlı ilə eyni yaş qrupunda yarışan Gövhər Beydullayeva (8 xal) 4-cü, Ayan Allahverdiyeva (8 xal) 5-ci, Jalə Kərimli (5 xal) 31-ci, Süleyman Süleymanlı (6 xal) 41-ci olub. U-16 yaş qrupunda Ləman Hacıyeva (7 xal) 12-ci, Vüqar Manafov (6,5 xal) 26-cı, U-18 yaş qrupunda Rəvan Əliyev (5,5 xal) 36-cı, Aytac Heydərova (4 xal) 55-ci pillədə qərarlaşıb.

Maqnusa bənzədirlər

Hər bir yeniyetmə şahmatçının bir kumiri olur. Süleymanlının kumiri isə əfsanəvi dünya çempionu Maqnus Karlsendir. Bu arada, yerli mütəxəssislər istər hücum, istərsə də müdafiədə yaradıcılığa üstünlük verməsi, habelə oyun tərzindəki bir sıra digər komponentlərə görə, onu məhz Maqnusa bənzədirlər.

"Hobbim kitab oxumaqdır" deyir. Vaxtının böyük hissəsini şahmata həsr etməsinə baxmayaraq, sinif əlaçısı olan Aydın, gələcəkdə informasiya texnologiyaları sahəsi üzrə ali təhsil almağı düşünür. 14 yaşlı dünya və Avropa çempionunun qarşısına qoyduğu əsas məqsəd isə şahmat tacını Azərbaycana gətirməkdir, şübhəsiz.

Təhsil mövzusunun davamı olaraq qeyd edək ki, 2018-ci ilin iyununda keçirilən Azərbaycan məktəblilərinin I Forumuna seçilmiş 40 istedadlı şagird arasında haqqında bəhs etdiyimiz yeniyetmə də olub.

Mumbay qəhrəmanımızın idman maraqları tək şahmatdan ibarət deyil, o, futbolla da yaxından maraqlanır. Azarkeşlik etdiyi kluba gəlincə, bu, "Barselona"dır.

Portret

Azərbaycan böyük şahmat ənənələri olan ölkə kimi tanınır. Hələ əsas hədəfə çatmasaq da, ölkəmiz artıq uzun illərdir elit qrossmeysterlər qrupunda təmsil olunur. Bütün aşağı yaş qruplarında dünya və Avropa çempionluqlarımız var. Lakin bu da bir faktdır ki, gənc çempionlarımızın əksəriyyəti sonradan onlara bəslənən etimadı lazımınca doğrulda bilməyiblər. Nəticədə, şahmat cameəsində "Şəhriyar və Teymur kimi qrossmeysterlərin yetişməsi üçün azı yarım əsr lazım olacaq" kimi bir fikir hökm sürür. Bütün bunlara rəğmən, Aydının 14 yaşa sığdırdığı parlaq nailiyyətlər, formalaşdırdığı xarakter gələcəyə ümidlə baxmaq üçün yetərincə ciddi əsaslardır. Bəli, bu gün o, "mənim böyük zəfərlərim hələ qabaqdadır" deyən təbəssüm dolu baxışları ilə hər birimizi sabahın aydınlığına inandırır.

Mənbə: "Kaspi" qəzeti
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2020
16:41

Premyer Liqa: Əvəzetmə sayı ilə bağlı qərar ləğv olundu

16:22

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

16:10

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

15:59

"Qarabağ"ın futbolçuları bu gün koronavirus testindən keçəcək

15:43

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

15:24

Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

15:01

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:42

Çempionlar Liqası cavab oyunları ilə bərpa olunur - YENİLƏNİR

14:24

"Roma" MY-nin müdafiəçisini alır

14:21

UEFA Azərbaycan klublarına vəsait ayıracaq

13:59

Döyüşə qondarma bayraqla çıxan erməni idmançı cəzalandırıldı

13:37

"Sumqayıt"dan ayrılan futbolçu "Makkabi"də?

13:17

Çempionat yubanır, Byazinin işi çətinləşir - Heyəti necə quracaq?

12:51

Ştuxlik gedəsi olmadı - AFFA-dan rəsmi cavab

12:30

Filip Novak "Fənərbağça"da!

12:06

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

11:55

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

11:09

"Roma"nı məğlub edən "Sevilya" rekord qırdı

10:50

Həftənin oyunçusu adına namizədlər

10:36

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

10:20

"Sevilya" "Roma"nı üstələdi - VİDEO

10:03

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTOLAR

09:58

Emin Ağalarov "Qarabağ" formasında - FOTO

09:45

"Bayer”ə bir qol bəs etdi - VİDEO

09:32

"Barselona" 4,5 milyon avroya aldığı futbolçuya elə qiymət qoydu ki... - ŞOK RƏQƏM

09:17

Renat Dadaşovun komandası AL-də mərhələdə adladı - VİDEO

09:06

Avropa Liqası: 1/4 finalda görüşəcək cütlüklər

08:54

Ronaldu yeni imicdə - FOTO

01:04

AL: Bütün 1/4 finalçılar bilindi

00:08

Millimizin sabiq baş məşqçisi postundan getdi

06 Avqust 2020
19:56

Çilili forvard "İnter"lə müqavilə bağladı - RƏSMİ

17:54

Daha bir bölgə klubu fəaliyyətini dayandırır?

17:16

"Fənərbağça"da yeni baş məşqçi

16:52

Sançesin “İnter”ə keçidi rəsmiləşdi

16:25

"Fənərbağça"dan yeni transfer - 4 illik müqavilə imzalandı

15:58

Dördqat dünya çempionu yeni komandada

15:05

"Kim oyunçu axtarırsa..." - Moytsa Pene

14:46

Azərbaycan və Türkiyə şahmatçıları yoldaşlıq görüşü keçirəcək

14:17

Azərbaycan klubu avrokuboklarda iştirakdan imtina etdi

13:53

"Zirə"dən ayrılan legioner Azərbaycanı tərk edə bilmir

13:32

Avropa Liqasının oyunları bu kanallarda - AFİŞA

13:11

Avropa Liqası: 1/8 final mərhələsinə yekun vurulur

12:55

Futbol federasiyasının prezidenti koronavirusdan öldü

12:30

Azərbaycan klubu ispaniyalı məşqçi ilə anlaşdı

12:16

Paytaxt klubu satıldı - 591 milyon avroya

11:59

Sumqayıtda sökülən stadion necə olacaq? - FOTOLAR

11:44

UEFA-dan Azərbaycan klublarına məktub: 40 min verib, şərt qoydular - ÖZƏL

11:30

UEFA reytinqi: Azərbaycan yerində sayır

11:18

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

11:10

"Qalatasaray"a geri dönən Arda Turan: "Çox xoşbəxtəm"

10:50

98 yaşlı klub müflis olub dağıldı

10:29

"Qarabağ" "Keşlə"ni peşman etdi

10:01

"Mançester Yunayted" rəqibini belə üstələdi - VİDEO

09:45

Alman klubu "Şaxtyor"la bacarmadı - VİDEO

09:21

"İnter"dən qələbə - VİDEO

09:00

"Başakşəhər" Avropa Liqası ilə vidalaşdı - VİDEO

00:50

AL: "Kopenhagen" "Başakşəhər"i darmadağınla keçdi

00:40

Rəşad Sadıqova ağır itki

05 Avqust 2020
21:35

NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO

20:40

Avroliqa yeni mövsüm ərəfəsində iki turnir keçirəcək

19:25

US Open: Cokoviç iştirakçılar siyahısında, Nadal və Vavrinka olmayacaq

18:30

"Qarabağ"ın yeni transferi ulduz futbolçuların sırasında

18:25

"Kəpəz" baş məşqçisi ilə müqaviləni uzatdı

18:20

"Sumqayıt" yenidən Qəbələyə üz tutacaq

18:17

Portuqaliya çempionatı bu tarixdə başlayacaq

18:14

Arda Turan 9 il sonra yenidən "Qalatasaray"da - RƏSMİ

17:42

"Mançester Yunayted" Sançoya üç dəfə artıq maaş ödəməyə hazırdı

17:34

"Barselona"ya 50 milyon avro təklif edən Premyer Liqa klubunun adı məlum oldu

16:45

ÇL: Oyunlar almanlara tapşırıldı

16:15

Quardiola və Mourinyunu qabaqladı, ayın məşqçisi seçildi

Facebookdan bizi izləməyi unutmayın.