16:37 04.11.2019 1531

Birinci sevgisi ədəbiyyat olan xanım pəhləvan - Portret

O, istəyinə çatmaq üçün aclıq edib, günlərlə ağlayıb
 
10 il əvvəl, 2009-cu ilin sentyabrında Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında 3 qızıl, 4 gümüş, 3 bürünc medal qazanan güləş komandalarımız, tarixin ən yaxşı göstəricisinə imza atmışdı. Medal keyfiyyətinə görə, yalnız güləşin əzəli lideri Rusiyanı önə buraxmışdıqsa, qadınların sıralamasında nəhəng Yaponiyanı da geridə qoyub, ən yaxşı olmuşduq. Halbuki o vaxt qadın güləşinin, sadəcə iki ilə söykənən ənənəsi vardı. Ümumkomanda şəklində ilk dəfə dünyanın ən yaxşıları sırasında yer aldığımız sözügedən mundialdan bu yana, bayrağımız altında çıxış edən zəriflər olimpiadalarda, dünya və Avropa çempionatlarında üst-üstə onlarla medal qazanaraq, bizləri davamlı uğurlara alışdırıblar. Nailiyyətlərdə, əsasən milliləşdirilmiş idmançıların payı olsa da, zaman-zaman yerli xanımlarımız da diqqət mərkəzinə düşüb. Sona Əhmədlidən başlayan ənənənin bu gün xeyli sayda davaçıları var. Statistikaya baxsaq, güləşə qoşulan qızların sayında hər il nəzərəçarpacaq artım müşahidə olunur. Bir sözlə, mənzərə, qadın güləşinin sabahı haqqında nikbin fikir yaradır. Bugünkü qəhrəmanımız, hazırda həm də məşqçiliklə məşğul olan Solmaz Həşimzadə də bu qənaətdədir. "Azərbaycan qadın güləşinin gələcəyi etibarlı əllərdədir" deyən Solmaz, məhz ənənələrin formalaşmağa başladığı dönəmdə güləşin sıralarına qoşulub.

"Karate" deyib ağlayan qız

Solmaz, 30 aprel 1994-cü ildə, az qala, hər iki uşaqdan birinin idmanla məşğul olduğu Sumqayıtda dünyaya gəlib. Lap kiçik yaşlarından oğlanlara xas xarakteri ilə seçilib, dəcəlliyi ilə başa bəla olsa da, idmana gəlişi bir qədər gec baş verib. Özü də güləşədək, nə az, nə çox, düz dörd il kamandan oxatma, 2 il isə əfsanəvi Rafael Ağayevin məşqçisi Rafael Məmmədovun yanında karate ilə məşğul olub. Üstəlik, bu arada bir ilə yaxın, paralel olaraq boksa da getməyə imkan tapıb. Paralimpiya millimizin keçmiş baş məşqçisi, mərhum Tahir Adilovun təkidi ilə başladığı oxatma və karate ilə vidalaşmağının maraqlı, bir qədər də dramatik tarixçəsi var: "İdmana marağım 2002-ci ildə keçirilən futbol üzrə dünya çempionatını izləyərkən yaranmışdı. Babama qoşulub, bütün oyunları izləmişdim. Məhəllədə hər gün futbol oynayırdıq. Bu ərəfədə kanalların birində tez-tez Məhəmməd Əlinin döyüşləri verilirdi, hər dəfə ona da baxırdım. Necə təsirlənmişdimsə, tez-tez küçədəki uşaqları başıma yığıb, döyüş turnirləri təşkil edirdim. Beləcə, döyüş növlərini daha çox sevməyə başladım. Karateyə getmək istədim, evdə dedilər ki, olmaz, qız hara, karate hara?! Tahir müəllim də yaxın qohumumuz idi, təklif elədi, anamgil də razılaşdı. Dedilər, elə ən yaxşısı budur. Həvəssiz getdim. Hər dəfə karateyə dəyişmək istədiyimi desəm də, qəti şəkildə buna qarşı çıxırdılar. Nəhayət, dedim ki, özüm bir çıxış yolu tapmalıyam. Axırda lap şıltaqlıq etdim. Respublika çempionatına hazırlaşanda oxları sağa-sola vurdum, guya bacarmıram, daha alınmır. Neçə dənə ox sındırdım. Hamısının da qiyməti çox baha idi. Məşqçim başa düşdü ki, qəsdən edirəm. Anamgillə danışdı. Amma yenə qol qoymadılar. Qərara gəldim ki, məsələni bir az da ciddiləşdirim. Aclıq elan elədim, günlərlə ağladım, axırda istəyimə çatdım. Tezliklə nəticələrim oldu. Heç bir il keçmədi ki, ölkə çempionatında üçüncü oldum. 2008-ci ildə nəhayət, finala çıxsam da, orada açıq-aşkar haqsızlıqla üzləşdim. Buna qarşı özümü heç cür ələ ala bilmədim, kobud reaksiya verdim. Nəticədə, məni iki il diskvalifikasiya etdilər. Bundan sonra qohumumuz Tofiq Eyvazov güləşə keçməyi məsləhət gördü, könülsüz də olsa, razılaşdım. Açığı, mən karateni daha çox sevmişəm. 10 ildən çoxdur güləşdə olsam da, gözüm hələ də karatedə qalıb. O vaxt mənə haqsızlıq edənləri hələ də bağışlaya bilmirəm".
 


Dünya və Avropa üçüncüsü

Oxatmada dəfələrlə respublikadaxili yarışların mükafatçısı olan, karatedə isə ölkəmiqyaslı yarışlardan əlavə, Ukraynada keçirilən beynəlxalq turnirdə də mükafata layiq yerlər tutan Həşimzadə, güləşdə də qısa zaman kəsiyində uğurları sıralayır. Belə ki, ardıcıl üç il yeniyetmələr arasında ölkə çempionu olur, açıq respublika yarışı və güləşdə ilk olimpiya mükafatçımız Rəşid Məmmədbəyovun xatirə turnirində qalib adını qazanır. Milli komandanın heyətində möhkəmlənən Solmaz, ardıcıl olaraq dünya və Avropa birinciliklərinə yollanır. Tunis, Polşa, Türkiyə və Kanadadan olan həmkarlarını üstələməklə medal hesabını Xorvatiyada keçirilən dünya birinciliyində açan xanım pəhləvanımız, bir il sonra eyni uğuru 23 yaşadək güləşçilərin qitə birinciliyində təkrarlayır. Polşada təşkil olunan bu yarışda o, əvvəlcə İspaniya təmsilçisini üstələyirsə, ardınca ukraynalı Avropa çempionuna uduzur. Bolqarıstandan olan rəqibi ilə dramatik mübarizə şəraitində keçən üçüncülük görüşündən qalib ayrılan Solmaz, beləcə, ötənilki uğurunun təsadüf olmadığını göstərir. Bunlardan başqa, o, üç dəfə komandalararası qitə kubokunun da mükafatçısı olub.

"Qızım olsa..."

Sonuncu dəfə Kaspiyskdə keçirilən Avropa çempionatında çıxış edən Həşimzadə, zədə səbəbindən bir ildən çoxdur ki, karyerasına ara verib. Bu müddətdə o, yeniyetmə və gənclərdən ibarət komandamızda məşqçi kimi çalışır. Noyabrda baş tutacaq qitə kubokunda geridönüş etməyi düşünsə də, komandamızın yarışdan geri çəkilməsi bu planı bir qədər də ertələməli olub.

"14 uşağa təmənnasız məşq keçirəm" deyir, Solmaz. Azərbaycanda qızların güləşə cəlb olunmasındakı çətinliklərdən danışan gənc məşqçi, səmimiyyətindən də qalmır: "Bizdə qızların güləşlə məşğul olmasına qarşı münasibət birmənalı deyil. Özüm də bu çətinliklərdən keçmişəm. Hətta yaxın qohumlarım bir ara mənimlə bütün əlaqələrini kəsmişdilər. Açığı, qızım olsa, mən də onun güləşlə məşğul olmasını arzulamaram. Çətin idman növüdür, hər adam dözə bilmir".
 

 
Birinci sevgi - ədəbiyyat

Bəli, "güləş qadın idman növü deyil" və bu kimi tənqidi fikirləri tez-tez eşidirik. Ancaq Solmaza nəzər saldıqda, bu düşüncələrdən uzaqlaşmamaq mümkün deyil. 27 yaşlı xanım zahiri gözəlliyini qorumaqla yanaşı, həm də poetik ruha sahib olması ilə fərqlənir. "Özümü biləndən şeir yazıram" deyən Həşimzadənin ötən il "Qanun" nəşriyyatında kitabı da çap olunub. "Yarım qalanlarım var" adlı bu kitabda həyatının müxtəlif illərində qələmə aldığı 150-dək şeir yer alır. Mövzuya gəldikdə, bir qayda olaraq sevgidən bəhs edir, güləşçi qızımız.

Əslində, Solmazın idmandankənar maraq və fəaliyyəti çoxşaxəlidir. Belə ki, o, altı il yerli kanalların birində uşaq proqramının aparıcısı olub. Dediyinə görə, yaxın gələcəkdə onu yenidən televiziyada izləyə bilərik. Lakin idman deyil, ədəbiyyatla bağlı veriliş aparmaq arzusundadır: "Ta uşaqlıqdan Mikayıl Müşfiqi, Cəfər Cabbarlını oxuyub-sevmişəm. Bundan başqa, Nüsrət Kəsəmənlinin, Ramiz Rövşənin yaradıcılığı ilə tanış olan adamın, cızma-qaralarına görə, özünə şair deməsi düz olmaz. Sadəcə, ədəbiyyat mənim tapındığım yerdir. Deyərdim ki, birinci sevgimdir".

Təzad: "Bura bizim küçədir, yolunu dəyiş"

Xatırlayırsınızsa, idmançı xanımlarımızla bağlı ötən yazılarda onların idmandankənar "döyüş" təcrübələri haqqında da bəhs etmişdik. Poetik ruh çaşdırmasın, Həşimzadənin də savaş macəraları, sadəcə idman meydanlarından ibarət deyil. Güləş tərzi kimi bir qayda olaraq müdafiəyə önəm versə də, adi həyatda hücum etdiyi oğlanların sayı bir deyil, iki deyil. "Kimsə ayırmasaydı, davalarımız saatlarla davam edə bilərdi" deyən Solmazı, bu mövzuda lap "rekordçu" adlandırsaq, yanılmarıq: "Bütün davalarım oğlanlarla olub. Qızlarla dava etməməyə çalışırdım, düşünürdüm, onlar məndən çox zəifdir. Məhəlləmizdən keçən oğlanlara "bura bizim küçədir, yolunu dəyiş" deyib, özüm sataşırdım ki, dava düşsün. Məktəb vaxtı, demək olar, hər gün dava edirdim. Yanımda olan sinif yoldaşlarıma, qızlara söz atan olsa, özümü qabağa verirdim. Dava da nə dava! Əməlli-başlı təpik-yumruqlar işə düşürdü. Dəfələrlə küçədə dalaşdığım üçün polis bölmələrinə qədər gedib çıxmışam.

Sonradan başa düşdüm ki, dava etmək idmançıya yaraşmaz. Çalışdım, hər şeyi sözlə, xoşluqla həll edim. Düzü, bunda dəyişən tərzimin də rolu az olmadı. 21 yaşıma qədər oğlandan seçilmirdim deyə, dava etməyə utanmırdım(gülür).

Portret

Göründüyü kimi, ölkə idmanı üçün yetərincə fərqli, maraqlı simadır. Lakin indiki məqamda "Solmazın idmançı portreti tamamlanmayıb" yazsaq, daha doğru olar. Özü demiş, hələ yarımçıq qalan çox iş var...

Mənbə: "Kaspi" qəzeti
 





Oxşar xəbərlər

Xəbər lenti

11 Avqust 2020
01:22

"Qarabağ"ın rəqibi Bakıya nə vaxt gələcək?

01:21

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01:17

Ronaldu mövsümün ən yaxşısı oldu

01:00

Avropa Liqası: "İnter" və MY yarımfinalda

10 Avqust 2020
22:08

Alban müdafiəçi "Qəbələ"də - RƏSMİ

20:37

Çay paylayan, hinduşka satan, pambıq yığan gələcək

20:24

"Sabah" "Qəbələ"ni yendi

19:52

"Qarabağ" - "Sileks" matçının başlama saatı bilindi

17:41

“Laçi”nin “Keşlə”yə böyük problem yaradacağına inanmıram" - ŞƏRH

17:23

Avropa Liqası: I təsnifat mərhələsinin bütün cütləri

17:11

"De Byazi milli üçün ən yaxşısını edəcək" - Nikola Yurçeviç

16:58

"Neftçi"nin rəqibi Elvin Yunuszadə ilə müqavilə bağladı

16:54

"Keşlə"nin baş məşqçisi: "Rəqib yaxşı futbolçulara malikdi"

16:46

"Neftçi" püşkün nəticəsindən razı qalıb

16:29

Ayxan Abbasov: "Öz meydanımızda üstünlüyümüz var"

16:14

"Neftçi"nin baş məşqçi: "Rəqibi detallarına kimi analiz edəcəyik"

15:58

"Dişimiz"ə görə rəqiblərdir" - Rəşad Ergün

15:43

PFL qərar verdi: Oyunlar qapalı olacaq

15:25

De Byazi Bakıya gəldi

15:17

Avropa Liqası: "Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibləri müəyyənləşdi

14:22

ÇL: "Qarabağ" mərhələ keçsə, hansı komandayla qarşılaşacaq? - Bütün cütlüklər

13:42

"Qarabağ" - "Sileks" matçının vaxtı bəlli oldu

13:29

"Qarabağ"ın sabiq qapıçısından transfer açıqlaması

13:07

"Red Bull” pilotu Qran-Prinin qalibi oldu

12:48

"Mançester Siti" müdafiəçisini satır

12:35

İstanbul nəhəngi Balotellinin agenti ilə danışıq aparır

12:09

Yeni mövsümün topları klublara paylandı

11:54

"Real" "Yuventus"un hücumçusunu istəyir

11:34

Cazibədar aktrisa özündən 19 yaş kiçik futbolçu ilə eşq yaşayır - FOTOLAR

11:05

Avropa çempionatı ləğv olundu

10:41

İbrahimoviç ən yaxşı transferlər sırasında

10:22

Monteneqro - Azərbaycan oyunu bu stadionda keçiriləcək

09:31

Tanınmış jurnalist "Qarabağ"ın rəqibini dəyərləndirdi: “Heç ölkəsinin aparıcı klubu deyil"

08:20

Voleybolu modelliyə dəyişdi, adından söz etdirdi - FOTOLAR

01:52

Azər açılış turunda nə etdi?

01:01

AL: "Neftçi", "Keşlə" və "Sumqayıt"ın potensial rəqibləri bilindi

09 Avqust 2020
23:45

Nurlan darmadağına üzüldü

23:35

Karlos Teves klubu ilə müqavilə yenilədi

21:41

"Qarabağ"ın rəqibi fırtına kimi başladı

21:20

Braziliyalı hücumçu Bakı klubunda - RƏSMİ

17:47

Villian “Çelsi”dən ayrıldı

17:34

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır - MÜSAHİBƏ

17:31

"Qarabağ"ın rəqibindən iddialı açıqlama: "Kişi kimi mübarizə aparıb..."

16:24

“Sileks”in baş məşqçisindən “Qarabağ” açıqlaması

16:00

Avropa Liqasında ilkin mərhələnin püşkü atıldı - Cütlüklər

15:30

"Qarabağ"ın vitse-çempion rəqibi

15:02

Qurban Qurbanov püşkü dəyərləndirdi

14:36

Çempionlar Liqası: I təsnifat mərhələsinin püşkü atıldı - Bütün cütlüklər

14:20

Matteys de Liqt 3 ay oynamayacaq - SON DURUM

14:18

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

13:34

Azərbaycanlı modelin idman görüntülərini sosial mediada marağa səbəb oldu - VİDEO

13:26

ÇL-də "ən yaxşı" adına namizədlər açıqlandı

12:03

Futbolçu cütlük tətildə - FOTOLAR

11:54

Millimizin üzvü ABŞ-da daha bir qol vurdu

10:09

Edinson Kavaninin yeni klubu müəyyənləşdi

09:28

Messidən gözəl qol, "Barselona"dan qələbə - VİDEO

09:21

"Bavariya" sürprizə imkan vermədi - VİDEO

09:14

Mourinyunun klubundan türk futbolçuya 40 milyon avro

09:00

İşinə görə boksçu sevgilisindən ayrıldı - FOTOLAR

01:37

Çempionlar Liqası: 1/4 finalın bütün cütləri bilindi

01:00

Çempionlar Liqası: "Barsa" və "Bavariya" 1/4 finalda

00:27

"Qarabağ"ın ÇL-dəki rəqiblərinin sayı 4-ə endi

00:24

ÇL-də yeni mövsüm başladı

00:07

Kavani müqavilə bağladı, ildə 9 milyon qazanacaq

08 Avqust 2020
22:56

“Yuventus”un yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

21:35

Norveç millisinin ulduzu "Qalatasaray"da - RƏSMİ

21:13

Elxan Məmmədov: "Qələbə üçün əlavə fədakarlıq lazım gələcək"

19:35

"Yuventus" Sarriyə böyük təzminat ödəyəcək - MƏBLƏĞ

18:03

Paytaxt klubunda yeni baş məşqçi

17:39

"Yuventus" Sarrini istefaya göndərdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.