14:06 08.04.2020 191

Zaur Axundov: "Maaşların azaldılması müzakirə olunacaq"

"Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun müsahibəsi

- Koronavirus pandemiyasına görə aprelin 20-dək Azərbaycanda karantin rejimi elan olunub. "Keşlə”nin futbolçuları qaydalara necə riayət edirlər?
- Hamı kimi, bizim futbolçular da fiziki hazırlıq üzrə məşqçinin verdiyi təlimləri yerinə yetirir, fərdi hazırlaşırlar. Bir sözlə, rejimə tam əməl edirlər.

- Koronavirus bir çox sahəyə olduğu kimi, futbola da ciddi ziyan vurur. Buna görə dünyada bəzi klublar artıq futbolçuların maaşlarını azaltmağa başlayıblar. "Keşlə”də də belə bir məsələ gündəmə gəlibmi?
- Hələ bu məsələ müzakirə olunmur. Futbolçular martın maaşlarını tam alacaqlar. Gələcəkdə UEFA və AFFA nə qərar verəcəksə, biz də ona uyğun addım atacağıq.

- Bəs, futbolçular özləri necə, belə bir təşəbbüs irəli sürüblər?
- Onlar istəmədən oynamırlar ki... Bu, bütün dünyada gedən prosesdir. Hamı əməl etməlidir. Başqa dövlətlərə baxanda bizdə vəziyyət müsbətdir. Hamımız dövlətimizin atdığı addımlara riayət edirik ki, virus tezliklə bitsin. Futbolçular hələ ki məvaciblərini alırlar. Vaxtı çatanda maaşların azaldılması da müzakirə olunacaq. Bütün respublikada karantin rejimi aprelin 20-dəkdir. Ondan sonra atılan addımlara uyğun hərəkət edəcəyik.

- Çempionatın bərpası uzansa, futbolçulara əlavə pul ödəməli olacaqsınız. Bu, kluba mənfi təsir göstərməyəcək?
- Təbii ki, təsir edəcək. Amma biz UEFA-ya bağlıyıq. Bu qurum nə qərar versə, biz də ona riayət edəcəyik. Qitə futbol qurumu da hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini gözləyir.

- "Keşlə”də əksər futbolçuların müqavilələri mövsümün sonunda başa çatacaq. Həmin vaxt sözləşmə müddətinin bitdiyini əsas gətirərək, getmək istəyə bilərlər. Bu, məsələni necə tənzimləməyi düşünürsünüz?
- Ümidvaram ki, tezliklə bu bəladan qurtaracağıq. Bu mövzuda söhbətimiz olmayıb. Düşünürəm ki, vəziyyəti bir az da zamana buraxmaq lazımdır. Gözləyək, görək hər şey necə başa çatacaq. Bundan sonra yəqin ki, lazımi qərarlar qəbul olunacaq. Hamımız bunu gözləyirik.

- AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi klublarla mütəmadi əlaqə saxlayır, müzakirələr aparır. Çempionatın startı üçün hər hansı tarix deyilibmi?
- Xeyr, konkret vaxt yoxdur, gözləyirik. Fikrimcə, təhlükəsizlik tam təmin olunandan sonra çempionatı bərpa etmək olar. Hamımız futbol üçün darıxmışıq.

- Siz özünüz karantin rejiminə necə əməl edirsiniz?
- Tam ciddi riayət edirəm. Bu rejim sağlamlığımız üçün tətbiq olunur. Yalnız özünütəcrid şəraitində bu bəladan birlikdə xilas ola bilərik.

- Virusa yoluxmamaq üçün nə edirsiniz?
- Spirt, əlcək və maskadan istifadə edirəm. Qaydalar nə tələb edirsə, ona uyğun davranıram. Eyni zamanda şirkət rəhbəri kimi öz işimə gedib-gəlirəm.

- İşdən sonra qalan boş vaxtlarınızı necə keçirirsiniz?
- Boş vaxtımı televizor qarşısında keçirirəm. Gözəl telekanallarımız var. Ailəliklə maraqlı verilişləri izləyirik. İdman kanalları sağ olsun, maraqlı oyunlar göstərirlər, biz də baxırıq. Arada kitab da oxuyuram. Bir sözlə, yalnız evdə oluram.

- Karantin dövründə ölkəsinə getmək üçün sizə müraciət edən legioner futbolçular, futzalçılar olubmu?
- Yox, elə bir futbolçu, futzalçı olmayıb. Hamısı karantin rejiminə ciddi əməl edir Hazırda Azərbaycan koronavirusla mübarizədə öncül ölkələrdən biridir. Legionerlər də burada özlərini rahat hiss edirlər.

- Komandanızda virusa görə karantin altına alınan oyunçu var?
- Xeyr, nə legionerlər, nə də yerli futbolçulardan bununla bağlı bizə müraciət edən olub. Hamısı peşəkardır, bilirlər ki, karantin rejiminə uyğun hərəkət etsələr, həm özlərini, həm də yaxınlarını qorumuş olarlar.

- Koronavirusla Mübarizəyə Yardım Fonduna ianə etmisiniz?
- Bəli, yardım olunub. Rəhbərlik etdiyim "Səmayə” şirkəti tərəfindən Fonda 50 min manat köçürülüb. Yaxın günlərdə, "Keşlə” klubu olaraq, yerləşdiyimiz ərazidəki 200-dək imkansız ailəyə yardım etməyə hazırlışırıq. Bakının Nizami rayonunun İcra Hakimiyyətinin nümayəndələri və klubumuzun üzvləri ilə birlikdə bu aksiyanı həyata keçirəcəyik.

Mənbə: Report.az
Oxşar xəbərlər

Xəbər lenti

04 İyun 2020
20:20

Tanınmış məşqçinin zalı yandırıldı

19:10

İran millisinin üzvü "Arsenal"ın "radar"ında

18:27

Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama

18:15

"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

17:35

Premyer Liqada 5 oyunçu dəyişikliyinə icazə verildi

17:10

Məhkəmə ulduz futbolçu barədə qərar çıxardı: 6 aylıq həbs cəzası...

16:30

"Real"ın əfsanəsi Bundesliqa klubunun baş məşqçi postuna əsas namizəddi

16:23

FİFA Rusiya klubuna transfer qadağası qoydu

15:59

Rakitiç keçmiş klubuna qayıdır?

15:24

"Neftçi"nin sınaqçı-rəqiblərinin adlarına aydınlıq gəldi

15:21

Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

14:37

Elvin Məmmədov: "Buna gücüm çatacağına əminəm"

14:35

Sabiq çempion qolunun hansı vəziyyətə düşdüyünü göstərdi və pul tələb etdi - FOTOLAR

14:02

Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)

13:39

Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

13:30

Yuri Syomin yenidən "Dinamo"da?

13:07

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"da - RƏSMİ

13:00

"Avrokuboklarla bağlı qərar verilməyib" - UEFA-dan reaksiya

12:36

Sexudo dünya çempionunu hədələdi: "Səni diz çökdürərəm!"

12:31

"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

12:12

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

11:56

Alaba və Tyaqonun "Bavariya"dakı gələcəyi necə olacaq? - SON DURUM

11:32

"Instagram" milyonerləri - Ronaldu, Messi və Neymar

11:05

Azərbaycanlı üçqat dünya çempionu koronavirusa yoluxdu - FOTO

10:55

"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

10:25

Operativ Qərargahdan açıqlama: Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq?

10:15

"Messi, yoxsa Ronaldu? Məncə, Levandovski daha yaxşıdı"

09:35

Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

09:17

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi göndərildi

09:00

"Barselona" Neymardan imtina etdi

08:20

Gözəl gimnastın çimərlik FOTOsu olay oldu

00:47

"Arsenal" milli futbolçumuzun qardaşını 23 milyona istəyir

03 İyun 2020
22:55

Sabiq "Playboy" modeli Rumıniya klubunu aldı - FOTO

20:32

UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdırdı - RƏSMİ

20:09

"Turan kuboku" keçirilə bilər

19:40

Bundesliqa: Turun ən yaxşı qolları - VİDEO

19:08

Corc Floyda dəstəyini nümayiş etdirən futbolçularla bağlı qərar verildi - Almaniyada

18:37

"Çelsi"ni "Roma"ya dəyişir

18:10

Ceydon Sanço karyerasını "Real"da davam etdirə bilər

17:32

"Barselona"nın futbolçusu "Yuventus"a keçməyə razılıq verdi

17:20

İbrahimoviç nə vaxt qayıdır? - SON DURUM

16:25

"Adidas" Özillə əməkdaşlığı dayandırır - SİYASİ SƏBƏB

16:00

Saul yeni klubunu açıqladı

15:32

"Atletiko"da məşqçi ayrılığı - RƏSMİ

15:30

"Xəzər Lənkəran" Azərbaycan futbolundan birdəfəlik çəkilir? - AÇIQLAMA

15:15

"Barselona"nın oyunçusu "Mançester Siti" yolunda

15:08

Rəfiyev yəhudi futbolçunu yola gətirə bildimi? - SON DURUM

15:02

Bakı klubu futbolçusu ilə müqaviləni yenilədi

14:54

Prezident yeni Olimpiya İdman Kompleksinin açılışını etdi - FOTOLAR

14:38

Ranqnik bu futbolçuları "Milan"a gətirmək istəyir - SİYAHI

14:05

Ramos hökumət nümayəndələri ilə danışmaqdan niyə imtina edib? - SƏBƏB

13:33

UEFA-nın ÇL və AL-lə bağlı yeni planı: "Səkkizlər finalı"

13:26

Mənsimovlardan üzücü qərar

13:11

Səlahət "Neftçi" rəhbərliyi ilə razılaşmır - SON DURUM

13:01

"Barsa"da fikir ayrılığı: Futbolçular maaşların azaldılmasına qarşıdılar

12:53

"Ekzklüziv yayım hüququmuzu başqa telekanalla paylaşmayacağıq"

12:36

Van Deyk 20 yaşında ölümdən dönüb: "Vəsiyyətimi yazırdım..."

12:25

"Sumqayıt" 2 yoxlama oyunu keçirəcək

12:10

Çimərlikdə futbol oynadı, sosial məsafə qaydalarını pozdu - FOTO

11:54

Azərbaycanlı hakimlər vebinara qatıldılar

11:52

"Neftçi" qapıçısı ilə müqaviləni yenilədi - RƏSMİ

11:47

Azərbaycanın millisinin sabiq üzvü Avropadan vətənə qayıda bilmir - FOTOLAR

11:40

"Barselona" 19 yaşlı yetirməsini geri qaytarmaq istəyir

11:36

Özbaşınalıq və iqtisadi sabotaj

11:10

"Arsenal"ın futbolçusu PSJ-nin "radar"ında

11:00

Pərvin Abıyeva canlı efirdə 25 kiloqramlıq ştanqla məşq etdi - VİDEO

10:52

Maksim Medvedev: "Oyunlarımızda 25 dəqiqədən bir su fasiləsi olacaq"

10:30

Messi də "Black lives matter" hərəkatına dəstək verdi

10:05

Premyer Liqanın ən sərt futbolçuları - SIRALAMA

09:36

"Sumqayıt"da ayrılıq - ÖZƏL

Facebookdan bizi izləməyi unutmayın.