13:44 25.01.2021 372

Yunis Hüseynov: “Yalan danışıb, ona belə söz deməmişəm”

"Keşlə” klubundan dünən istefa verən sabiq baş məşqçi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Qış fasiləsinin ardından cəmi bir oyun keçirdikdən sonra "Keşlə”dən ayrılmağınız gözlənilməz oldu...
- Qeyri-adi bir vəziyyət deyil. İstefa verdim, çıxdım. Komanda və ya rəhbərliklə heç bir problemim yox idi. Sadəcə, özüm oyundan sonra istefa ərizəmi rəhbərliyə təqdim etdim.

- Niyə qış fasiləsi zamanı yox, məhz indi bu qərara gəldiniz?
- Düzdür, qarşıda hələ 14 oyun, həmçinin ölkə kubokunda mübarizə qalmışdı. Ayrılmağım hansısa problemdən irəli gəlmir. Sadəcə, belə lazım oldu, ayrıldım. Yazırdılar ki, "Keşlə” sonuncu yerdə gedir, stabil çıxış etmir. Xalımız eyni olsa da, 7-ci yerdə idik. Üstəlik, yuxarı pillələrdən o qədər geri qalmamışdıq. Yolları ayırmaq sırf mənim istəyimlə oldu. Klub prezidenti Zaur Axundovla yaxşı münasibətim var. İnanıram ki, həmişə belə qalacaq.

- Qış fasiləsi zamanı ayrılmağı düşünürdünüz, yoxsa anidən belə qərara gəldiniz?
- Bilirsiniz ki, koronavirusa yoluxduğum üçün bir müddət xəstəxanada yatmışdım. Ani verilən bir qərar idi. Rəhbərliklə halallaşıb ayrıldıq.

- Ötən mövsüm bürünc medal qazanan komandanı qəbul etmişdiniz. Cari mövsümdəki enişin səbəbi nə idi?
- Eniş yox idi. Enişin olub-olmadığını ancaq mövsümün sonunda demək olardı. Axı qarşıda iki dövrə var idi. İnanıram ki, "Keşlə” bundan sonra yaxşı nəticələr qazanacaq. Buna əminəm.

- Uğursuz çıxışda heyətin kasad olmasının rolu nə qədər idi?
- Düzdür, qış fasiləsində çox oyunçu gətirmək çətindir. Biz 2-3 oyunçu gətirə bildik. Məsələn, Sadio Tounkara "Sumqayıt”la matçda çox yaxşı təsir bağışladı. O, şəxsən mənim təşəbbüsümlə gəlmişdi. Əvvəl də futbolçum olub, həmişə ona inanmışam. Ümumiyyətlə, transferlər əsasən yayda gerçəkləşir. Buna baxmayaraq, komanda normal vəziyyətdədir.

- Razısınız ki, mövsümün gedişində 3 əcnəbi futbolçunun gedişi işinizə ciddi təsir göstərdi?
- Həmin anda müxtəlif səbəblərdən onlarla yolları ayırmalı olduq. İkisinin müqavilə müddəti bitirdi, biri də zədəli idi. Hətta Şahrux Qadoyev sizə açıqlamasında demişdi ki, guya mən onu oynatmayacağımı dediyim üçün ayrılıb. Qadoyev yalan danışıb, ona belə söz deməmişəm. "Sumqayıt”la görüşdə əsas heyətdə meydana çıxmışdı. Xoşum gələn oyunçulardan idi, sürəti var idi. Amma təəssüf ki, zədə ucbatından dekabra qədər məşqlərə qatıla bilmədi. Demək olar ki, mövsümün ilk yarısını zədəli keçirdi. Ancaq ona deməmişdim ki, sənə şans verməyəcəyəm.

- Uzun müddət idi kənarda idiniz. "Keşlə”dəki uğursuzluğu nəzərə alsaq, bu komandaya gəlişinizə görə peşman deyilsiniz?
- Qətiyyən peşman deyiləm. Hər bir məşqçi nəyəsə nail olmaq istəyir. Mən də "Keşlə”yə gələrkən buna inanırdım. Təəssüf ki, belə alındı. Gələcəkdə başqa bir komanda olarsa, orada da gücümü göstərərəm. Komandanı özüm formalaşdırsam, nəticə göstərərəm. "Keşlə”də çox pis dönəmə düşdük. Koronavirus pandemiyasının yaratdığı problemlər ortaya çıxdı, bir çox çətinliklər yarandı. Mən gələndə "Keşlə” hazır komanda idi. Hər bir məşqçinin öz futbol fəlsəfəsi var. Mən də özüm formalaşdırdığım kollektivlə uğur qazanmağı yaxşı bacarıram.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 Mart 2021
00:09

Mesut Özil sıradan çıxdı

04 Mart 2021
23:55

Arturo Vidal Liqa 1 klubuna keçir

23:44

Kərim Benzema: "Taysonla qürur duyuram"

22:12

Türkiyə Superliqası: "Fənər" qələbə qazana bilmədi

21:38

Joze Alesio da Silva: "Erkən qol vurmağı tapşırmışdım"

21:04

Busatı millimizə məğlubiyyəti dəyərləndirdi

20:58

Millimiz Moldovanı 5 qolla yendi

17:38

Pandemiya yığma oyunçularını kuryer, taksi sürücüsü və ofisianta çevirdi

17:09

Türk klubu baş məşqçisini istefaya göndərdi

16:51

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

16:34

Kamal Umudlu I Diviziona göndərildi

16:16

AFFA cəzaları yağdırdı

15:56

“Neftçi” və “Sumqayıt”a pul cəzası

15:39

Millimizin növbəti rəqibi bəlli oldu

15:14

WADA və AMADA arasında görüş keçirdi

14:43

"Qurban Qurbanov qurban olmağı öyrətdi" - "Qarabağ"ın legioneri

14:21

Essyen ölümlə hədələndi

13:57

Qara Qarayev: "Biz komanda olaraq hər zaman doğru olanı etmişik"

13:36

39 nəfər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı

13:04

Tanınmış cüdoçu millimizin heyətindən çıxarıldı

12:41

Təmkin Xəlilzadənin yubiley matçı

12:29

Azərbaycan Kubokunda finalın vaxtı dəyişdi

12:10

Şəhriyar Məmmədyarov həmkarının suallarını cavablandırdı - VİDEO

11:55

"Sabah"ın 50-ci məğlubiyyəti

11:36

Mübariz Mənsimov bu tarixdə azadlığa çıxır?

11:19

20-ci heç-heçə

11:05

Son 17 ilin ən yaxşısı “Qarabağ”dır

10:49

Günün oyunları bu kanallarda - AFİŞA

10:32

Rəqabətli çempionatlar: Premyer Liqamız neçənci yerdədir?

10:08

"Neftçi"nin futbolçusu: "Çempionluq əlçatmaz deyil"

01:40

A Seriyası: "Atalanda" və "Verona"dan darmadağın, "Milan" yenə xal itirdi

03 Mart 2021
23:12

Türkiyə Superliqası: "Qalatasaray" autsayderə yenildi

22:03

Portuqaliya - Azərbaycan matçı Turində keçiriləcək

21:50

"Neftçi" "Sabah"ı belə məğlub etdi - VİDEO

21:29

Visente Qomes: "Məğlubiyyətlərə görə vəziyyət daha da çətinləşir"

21:08

Samir Abasov: “İtirəcəyimiz xal bizi panikaya sala bilər” - VİDEO

20:56

Ronaldudan daha bir rekord

20:32

“Neftçi” lider mövqeyinə qayıtdı

19:38

"Qəbələ" ilə oyunda çatışmayan aqressiya bu gün var idi"

18:40

"Neftçi" - "Sabah" oyunu dayandırıldı - SƏBƏB

18:07

Rəşad Sadıqov: "Kamerunlu yoldadır, sifariş edəcəyik"

17:26

Sadıqov “Neftçi”nin futbolçusuyla maraqlanıb

16:47

Qara Qarayev: "Çıx, get, xaricdə oyna"

16:38

Serbiya millisi sabiq oyun qurucusuna tapşırıldı

16:12

Avropa Liqası oyununun yeri dəyişdirildi

15:50

ABŞ-da xəstə yatan Azad Rəhimovun vəzifəsini kim icra edir?

15:33

Dmitri Kramarenkonun anası koronavirusdan vəfat etdi

15:28

İtaliya millisinin sabiq futbolçusu azadlıqdan məhrum edildi

15:08

Tanınmış şərhçi vəfat etdi

14:40

Bruno "Sabah"la oyunu buraxacaq

14:14

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

13:48

AVRO-2020-yə yenidən 100 gün qaldı: 100-ü keçənlərin siyahısı yeniləndi

13:19

Adı "Neftçi" ilə hallanan futbolçu həbs olundu

12:56

Ozan Can Kökçü: "Bakının yeri qəlbimdə ayrıdır"

12:37

Millimizin üzvü: "Onlarsız mübarizə aparmaq çox çətindir"

12:04

"Yuventus" Pirlonu istefaya göndərir?

11:26

Azərbaycan millisinin yekun heyəti açıqlandı

11:11

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

10:43

“Şalke” yeni baş məşqçi ilə anlaşdı

10:28

Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı...

10:17

"Barselona"dan Mikel Arteta açıqlaması

10:00

Dəhşətli yol qəzası: 9 futbolçu və bir məşqçi həlak oldu

09:31

"Qarabağ"la 5 dəfə Azərbaycan çempionu olan futbolçu karyerasını bitirdi

09:20

Azərbaycan boksçularının qatılacağı yarışın yeri və vaxtı açıqlandı

08:15

Rus gözəli "Instagram"dakı təqibçilərini belə coşdurur - FOTOLAR

00:56

"Bavariya" 17 yaşlı futbolçu transfer etdi - RƏSMİ

00:25

"Fulhem"in yarımmüdafiəçisinə böyrək köçürüləcək

02 Mart 2021
23:01

Həbs edilən "Barsa" prezidentinin aqibəti necə olacaq? - SON DURUM

22:37

Türkiyə Superliqası: "Beşiktaş" səfərdə qazandı

22:02

"Qarabağ" "Qəbələ"ni belə yendi - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.