15:08 06.03.2021 506

"Yəhudidən daha çox erməniyəm, amma..."

"Levon Aronyan doğulduğu Ermənistanda küçə ilə gedəndə kütlə onu çoşqu ilə qarşılayır, restoran sahibləri yeməyə görə ondan heç vaxt pul almazlar, gənc ailələr yeni doğulan körpəyə onun şərəfinə Levon adı qoyarlar.
 
Xarici mətbuat onu şahmatın Devid Bekhemi adlandırır...

Ermənistanda şahmat fənn kimi hər bir məktəbdə tədris olunur. Düşünün ki, Ermənistanın eks-prezidenti Serj Sakrsiyan eyni zamanda ölkənin Şahmat Federasiyasının da prezidentidir”. CNN-in 2016-cı ildə hazırladığı xüsusi reportajda belə deyilir. Maraqla vurğulanır ki, dünyanın ən nüfuzlu qrossmeysterlərindən olan Levon hər ay dövlətdən 120 dollar civarında simvolik maaş alır.
 
38 yaşlı Levon Aronyan dünənə qədər Ermənistanın milli sərvəti hesab olunurdu. Artıq o, Ermənistanı tərk edib. Zəka sahibi 2022-ci ildə Moskvada keçiriləcək Şahmat üzrə Olimpiadada ABŞ komandasını təmsil edəcək. Bu, artıq rəsmən təsdiq olunmuş qərardır.
 
Ən maraqlısı odur ki, "Ermənistanın milli sərvəti”nə görə ABŞ Ermənistana rəsmi qaydada cəmi 50 min avro ödəyəcək. Bu barədə isə "The Guardian" qəzeti məlumat verib.
 
Serj Sarkisyan prezident olanda Ermənistanda Levon Aronyana xüsusi simpatiya vardı. Levon Aronyan və onun rəhbərlik etdiyi komanda prezidentin şəxsi təyyarəsi ilə uçurdu.
 
2017-ci ildə Levon Aronyan qadın şahmatçılar arasında populyarlığı ilə seçilən Arianne Bo Caoili ilə evləndi. Anası filippinli, atası avstraliyalı olan bu xanım 1986-cı ildə Manilada doğulub. 6 yaşından şahmat ulduzu kimi parlamışdı. Bir müddət isə model kimi nüfuz qazanmışdı. 300 nəfərin iştirakı ilə keçirilən toya Serj Sarkisyan şəxsən qatılıb.
 
Bu evlilik uzun sürmədi. O, avtomobil qəzasından iki həftə sonra vəfat etdi. 2020-ci ilin martında Levon Aronyan öz Twitter hesabında belə yazmışdı: ”Həyat yoldaşımın ölümü ilə bağlı keçirdiyim sarsıntını sözlə ifadə edə bilmirəm. O, intellekt sahibi idi, zəhmətkeş, sevinclə dolu şəxsiyyət idi və gözəl bir həyat yaşadı. Canım mənin, səni sevirəm, rahat yat...”
 
O vaxt Nikol Paşinyan sosial şəbəkə üzərindən Levon Aroyana başsağlığı vermişdi: "Onun parlaq xatirəsi erməni xalqının ürəyində qalacaq”.
 
Dünyanın şahmat nəhənglərindən olan Levon Aronyan Ermənistanı tərk etməmişdən az öncə belə yazmışdı: "Ötən il bizim hamımız üçün çox çətin il oldu. Pandemiya, müharibə, üstəlik, şəxsi faciəm - həyat yoldaşım vəfat etdi”.
 
Maraqlıdır ki, Levon Aronyan Nikol Paşnyanı şahmata heç bir önəm vermədiyini vurğulayır. Hökumət rəsmən bəyan edib ki, Levon Aronyanda heç bir perespektiv görmür. Şahmatçı onu da vurğulayıb ki, indiyə kimi o, Nikol Paşinyanla cəmi 15 dəqiqəlik görüşdə olub. Serj Sarkisyanın vaxtında isə Ermənistanda şahmata xüsusi qayğı göstərilib. O da aydındır ki, Levon Aronyanın Serj Sarkisyanla bir vaxtlar yaxın olması Nikol Paşinyanın ürəyincə deyil...
 
Levon Aronyanın etnik kimliyi də diqqət çəkir. O, 1982-ci ildə İrəvanda doğulub. Anası Seda Avaqyan mühəndisdir, ixtisasca fizik olan atası Qirqori Leontieviç Aronov Rusiya yəhudisidir, Belarusun Vitebsk vilayətində doğulub.
 
Levon Aronov şahmatçı kimi parladıqdan sonra onun soyadının sonluğuna erməni mühürü basılıb. Müsahibələrinin birində bu məsələyə toxunan şahmatçı deyir: "Özümü yəhudidən daha çox erməni hesab edirəm. Ancaq incəsənət və musiqi sahələrində yəhudi mədəniyyətinin daşıyıcısıyam”.
 
Şahmatın siyasətlə hər hansı bir əlaqəsi varmı? Özünüz qərar verin.
 
Levon Aronyan 2005-ciildə Stepanakertdə (Xankəndi) beynəlxalq şahmat turniri keçirib və yarışın qalibi elan olunub. Onun təvazökarlıqdan xeyli uzaq olan bu açıqlaması da son dərəcə önəmlidir: "Mənim şəxsi fikrimə görə, müstəqilliyə yenidən qovuşan Ermənistanın Artsaxın azadlığı naminə 1992-1994-cü illərdə apardığı müharibənin qələbə ilə başa çatmasından sonra Ermənistanın öyünəcəyi ikinci uğur bizim şahmatda əldə etdiyimiz qələbələrdir”.
 
Maraqlıdır, deyilmi? Müstəqil Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal etməsini Levon Aronyan Ermənistanın ən böyük uğuru hesab edirdi. Şanlı Azərbaycan Ordusu bu qələbənin üstündən qara bir xətt çəkdi. Nəticədə Ermənistan və Dağlıq Qarabağdan erməni köçü başladı. Rusiya süni şəkildə bu köçü dayandırmağa çalışır. Ancaq bu prosesin qarşısını almaq mümkün deyil. İş o yerə çatıb ki, ermənilər Moskva reysinə birtərəfli bilet almaq üçün 700 dollar ödəyirlər. Bu fakt Ermənistan parlamentində hay-küylə müzakirə olunur.
 
Bir zamanlar bütün dünyadan erməniləri müxtəlif vədlərlə Azərbaycan torpaqlarında məskunlaşdırmağa çalışırdılar, indi isə Ermənistandan böyük köç başlayıb. Elə Levon Aronyanın Ermənistanı tərk etməsi də bu köklü prosesin görünən tərəfidir. Aronyanın gedişi həm də Ermənistanın gələcəyinə inamsızlıqdan xəbər verir. Bir az da dərinə baxsaq görərik ki, Ermənistan dövlətini şahmata biganə münasibətdə ittiham edən Levon Aronyanın gedişi (o, reytinq cədvəlində dünya üzrə beşinci şahmatçı sayılır. E.H) Ermənistanın şahmat komandasının da ciddi itkisidir. Obrazlı şəkildə desək, Azərbaycan Ordusu həm də Ermənistanın şahmatdakı uğurlarının da üstündən xətt çəkdi.
 
Caz musiqisinin vurğunu olan Levon Aronyanın Ermənistanda perspektivsiz şahmatçı elan olunması isə reallığı əks etdirmir. ABŞ-ın şahmat komandasının tərkibində anındaca yer alan şahmatçıya dünyada münasibət tam fərlidir. O da təsadüfi deyil ki, "perspektivsiz” söhbətindən az sonra Levon Aroyan dünya reytinq cədvəlində ikinci yerdə gedən şahmatçıya qalib gəlib.
 
Beynəlxalq Şahmat Olimpiyadasında 3 dəfə (2006-Turin, 2008-Drezden və 2012-İstanbul) Ermənistanı çempion edən Levon Aronyan haqqında onun anası kitab da yazıb. Yəqin ki, Levon Aroyanın Amerikaya gedişindən sonra kitabın ikinci cildi üzərində iş başlayıb.
 
Bu yaxınlarda onlayn formatda blits şahmat üzrə "Airthings Masters” turnirində iştirak edən Teymur Rəcəbovun Levon Aronyan üzərində möhtəşəm qələbəsi isə hamımızın sevinc dolu anlar yaşatdı.
 
Son olaraq onu da deyim ki, reytinq cədvəlinə görə, dünyanın ən yaxşı 10 şahmatçısı arasında 2 azərbaycanlı var. Dünyanın heç bir xalqı belə bir göstəriciyə sahib deyil... (musavat.com)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2021
13:06

“Səbail” – “Neftçi” matçını FIFA referisi idarə edəcək

12:41

"Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur" - De Byazi

12:34

Mourinyodan məşhur erməni futbolçuya ağır zərbə

12:01

"Xocalı" futbol klubu azyaşlılara enerji içkisi içirdir - FOTOLAR

11:50

Simeone "Barselona"nın futbolçusuna göz dikib

11:31

Xosep Qvardiolanın atası: "Ona nə edəcəyi mən deyə bilmərəm, amma..."

11:13

"Çelsi" Jorjinyo ilə bağlı qərar verdi

10:56

Həftənin futbolçusu adına namizədlər

10:43

AVRO-2020: Kubok Bakının müxtəlif məkanlarında

10:30

AVRO-2020-nin kuboku İlham Əliyevə təqdim olundu - FOTOLAR

10:27

AVRO-2020-nin kuboku Bakıda

10:03

Tokio-2020: Taekvondoçularımızın növbəti sınağı

09:56

Böyük Dəbilqə: Camal Feyziyev mübarizəyə başlayır

00:53

Avropa Liqası: Finalda MY və "Vilyarreal" oynayacaq

00:52

Nurlan Nepalda ilk qolunu belə vurdu - VİDEO

06 May 2021
22:04

"Barselona" Neymarı aparır - MƏBLƏĞ AÇIQLANDI

21:50

Güləşçilərimiz Olimpiadaya lisenziya qazana bilmədilər

18:35

"Neftçi" vaxtından əvvəl çempion oldu

17:51

"Real" Azərbaycana başsağlığı məktubu göndərdi

17:37

Həftənin rəmzi komandası açıqlandı

17:18

Milli Paralimpiya Komitəsi ilə ADBTİA arasında memorandum imzalandı

17:07

Tokio-2020: İki güləşçimiz yarımfinalda

16:58

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

16:40

Messi Neymarı razı saldı

16:11

"İki topluq fərqə görə demirəm, bombardir o olacaq"

16:07

"Real" Hazarla bağlı qərar verdi

15:55

"Mənim sizin köməyinizə ehtiyacım var!"

15:33

"Qəbələ" və "Keşlə"nin baş məşqçiləri kursa yazıldılar

15:21

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

14:54

Pyaniçin "Barselona"da gələcəyi sual altındadır

14:01

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

13:44

Hidayət Heydərov ipponla uduzdu

13:15

"İnter" Martineslə müqaviləni yeniləyir

12:52

"Çelsi"nin qapıçısı rekorda imza atdı

12:31

Tarixdə ilk dəfə: Transgender olimpiadaya vəsiqə qazandı

12:16

Fernandinyonun yerinə Rays

11:51

I Divizion: "Neftçi" çempionluğu təmin edə biləcəkmi?

11:35

"Çelsi"nin baş məşqçisi ÇL-in tarixinə düşdü

11:17

Günün oyunları bu kanallarda - AFİŞA

10:45

AFFA rəsmisi Çempionlar Liqasının finalına təyinat aldı

10:29

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

06:49

Vinisius Junior: "Bəlkə də yenilgi qaçılmaz idi"

06:32

"Eden Azar "Real"a belə tüpürür"

00:46

Komandası yenildi, bəs Pavel hanı?

00:38

ÇL: Finalda iki İngiltərə komandası qarşılaşacaq

00:10

"Qalatasaray"da prezident seçkiləri ləğv olundu

05 May 2021
18:00

AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

17:51

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

17:24

AFFA cəzaları yağdırdı

17:13

"Sabah" rəsmisi haqda araşdırma başa çatdı - Qərar

17:08

Azərbaycan Kuboku: Cəzalar açıqlandı

16:56

“Sumqayıt”ın futbolçusuna 4 oyunluq cəza

16:31

Naxçıvan stadionu təmirə bağlanıldı

16:08

Mourinyo "Roma"nın tarixinə düşdü

15:59

Lemann irqçiliyə görə klubdan qovuldu - FOTO

15:34

Honda "Qəbələ" ilə oyundakı hərəkətindən danışdı

15:21

“Sabah”ın futbolçusu üçün əlamətdar oyun

14:53

AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir

14:48

"Barselona"dan sabiq futbolçusuna 100 milyon avroluq təklif

14:08

Millimiz lisenziya turnirinə Özbəkistan və Fransada hazırlaşacaq

13:50

Əliyar Ağayev I Diviziona göndərildi

13:36

Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibidir

13:11

Amil Yunanovdan yubiley qolu

12:53

"CBC Sport" "Barselona" - "Atletiko" oyununu yayımlamayacaq - AÇIQLAMA

12:41

"Qarabağ"ın qapıçısı klubun tarixinə düşdü

12:29

Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı

12:19

Karantin rejimi qaydalarını pozan idman zalı aşkarlandı

12:02

Avropa nəhəngi Türkiyə millisinin üzvünü transfer edir - 50 milyon avroya...

11:51

"Qarabağ"ın legioneri: "Neftçi" ilə matç həlledici olacaq"

11:34

Rus qadın futbolçudan şok etiraf

Facebookdan bizi izləməyi unutmayın.