09:00 04.02.2021 549

Qarabağdan dönən şərhçimizin döyüş xatirələri - MÜSAHİBƏ

Vətən müharibəsi iştirakçısı, "CBC Sport” kanalının şərhçisi Süleyman Vəliyevin Fanat.Az saytına müsahibəsi...


"29 sentyabr tarixində Bakıdakı hərbi hissəyə toplandıq. Burada 1 həftəlik təlim keçdikdən sonra yollandıq Füzuliyə. Kəndlərdən birində 3-4 günlük təlim keçdik, ardından Cəbrayılda yerləşən Bakı korpusunun dayaq məntəqəsinə göndərdilər. Bir müddət orda məskunlaşdıqdan sonra irəli getdik. Bizim taborun ilk döyüşü Fizulinin Aybasanlı kəndi ərazisində oldu. İki hücum həmləsində iştirak etdik. Bir əraziyə qədər irəlilədikdən sonra dayandıq, 3-4 gün mövqe tutduqdan sonra yollandıq Xocavənd istiqamətinə. Taborumuzun ikinci döyüşü məhz orda oldu. Müəyyən qədər irəlilədikdən sonra bizi başqa bölük əvəz etdi. Ertəsi üz tutduq Şuşa istiqamətindəki Qarabulaq kəndinə. Topxana meşəsindən keçərək bu kəndə getdik. Biz gedəndə artıq Qarabulaq kənd alınmışdı. Oktyabrın sonu, noyabrın 1-i olardı, xüsusi təyinatlılarla birgə həmin kəndə daxil olduq. Müdafiə mövqeyi tutduq və demək olar ki, müharibənin sonuna kimi, deyəsən 25 noyabra kimi elə Qarabulaq kəndində qaldıq. Sonra bizi əvəz etdilər və düşdük Cəbrayılın Daşkəsən kəndində yerləşən dayaq məntəqəmizə. Dekabr ayının 7-inə kimi də orda qaldıq. Ayın 8-i artıq gəldik Laçına. Bizim taborun son tapşırığı Laçında olub. Laçın koridoru bitdiyi yerdə bizim postumuz qurulmuşdu. Rusların postundan sonra ilk Azərbaycan postu bizim idi. 29 dekabra qədər burada qaldıqdan sonra Cəbrayıla qayıdıb təxminən 3 aydan sonra 31 dekabr günü təxris olundum".

 


 

 "Aldığım təbriklər, təşəkkürlər qürurvericidi. Bu, heç nə ilə müqayisə olunmayacaq hissdi"


- Məlum məsələdir ki, uşaqlığımız I Qarabağ müharibəsinin psixoloji travması ilə keçib. Bu psixoloji travma ilə böyüyən bir insanın II Qarabağ müharibəsinin iştirakçısı olmaq və ən əsası qalib ordunun əsgəri olmaq necə duyğudur? Düzdür, müharibə dönəmində, və yaxud da qayıtdıqdan sonra ilk vaxtlarda insan bəlkə də mahiyyəti dərk etmir. Ancaq zaman keçdikcə, soyuq başla düşünəndə mahiyyəti dərk etmək olur ki, 30 ildir davam edən Qarabağ münaqişəsi artıq başa çatdı... Artıq torpaqlarımız işğal altında deyil, artıq Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu qələbədə mənim də payım var...


- Bəli, dediyiniz kimi, qayıdandan sonra nə dərəcədə böyük tarixi bir hadisənin canlı şahidi olduğunu dərk edirsən. Düzdür, bunu orada olanda da anlayırdıq. Ancaq sonradan daha dərindən dərk edirsən. Xüsusilə də, doğmalarından, küçədə-bayırda tanımadığın insanlardan isti münasibət görəndə... Bir jurnalist kimi dəvət olunduğum tədbirlərdə hər kəsdən aldığım təbriklər, təşəkkürlər qürurvericidi. Bu, heç nə ilə müqayisə olunmayacaq hissdi.


Amma sözsüz ki, bu, medalın bir üzüdü. Digər üzü müharibədəki çətinliklər, qurbanlar, şəhidlərimiz, yaralılarımızdı. Düzdü, şəhidlərimizin qanı yerdə qalmadı, qələbə qazandıq. Ancaq düşünəndə ki, onlar üçün, ailələri üçün həyat dəyişdi, bu, çox üzüntü yaradır. Ümid edirik ki, qazilərimizin hər biri sağalar. Hər birinə şəfa arzu edirəm. Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm.

 

Bu, müharibədi. Sözsüz ki, ölkə olaraq, millət olaraq bu yola çıxanda, yaşanacaq şeyləri göz önünə almışdıq. Döyüşdə iştirak edən hər kəs də ölümü gözə alaraq döyüşürdü. Biz hər birimiz harda olduğumuzu, hansı vəziyyətdə olduğumuzu başa düşürdük. Hər bir çətinliyə dözürdük və əsas odu ki, sonda zəfər qazandıq.

 


 

"İlk döyüşə girəndə özümü kinoda, video-oyunlardakı kimi hiss etdim. Qorxulu film kimiydi"

 

- Bizdən yaşca böyük nəsil müharibə görüb, onun çətinliklərini yaşayıb, nə olduğunu yaxşı dərk edirdi. Ancaq daha gənc nəsil müharibəni ya filmlərdə, ya da xarici ölkələrdə baş verən müharibələrdən mətbuatda yayımlayan videolarda görüblər. Ancaq gün gəldi biz də müharibə yaşadıq və artıq nə olduğunu uşaqdan böyüyə anlayırıq. Siz isə canlı iştirakçısı olmusunuz. Müharibəni necə təsvir edərsiniz?

- Bir cümlə ilə desəm, bəşəriyyətin başına gələ biləcək ən qorxulu fəlakətdi. Çünki orada insan həyatı demək olar ki, heç nəyə bərabərdi. 

 

Müharibədə taktika belədi ki, əvvəlcə artilleriya nöqtəni bombalayır və ondan sonra irəli gedirsən. Biz birinci döyüşdə getdiyimiz istiqamətdə artilleriya bombaladıqdan sonra irəlidə xüsusi təyinatlılar gedib çığır açırdı, sonra biz həmin çığırla irəlləyib mövqeləri möhkəmləndirirdik. Ancaq o məqamda tək bizim artilleriya işləmir, düşmən də bizim gəldiyimiz nöqtəyə atırdı. Və sən irəlilədiyin istiqamətdə üstünə mərmilər gəlsə də, irəli getməlisən, tapşırıq budu. Adi həyatda hardasa partlayış görsən, o yerdən uzaqlaşmağa çalışarsan, ancaq müharibədə bütün qorxunu unutmalısan. Sözsüz ki, qorxu hamıda var, kim deyirsə qorxmamışam, məncə yalan danışır. (gülür)... O qorxunu hiss edirsən, çünki ölümlə üz-üzəsən. Söhbət 10,15, 30 metrdən gedir. Hər halda yaxına və ya mən olan nöqtəyə mərmi düşsəydi, mən də ölə, yaralana bilərdim. Ancaq tapşırıq irəli getmək idi. Komandirlərimiz də çox ağılla hərəkət edirdilər. Taborumuz sağ-salamat çıxıbsa, demək ki, düzgün strateji istiqamətləri göstəriblər.

 

Yaşadıqlarımız filmlərdə gördüyümüzdən qat-qat fərqlidi. İlk döyüşə girəndə özümü kinoda, video-oyunlardakı kimi hiss etdim. Qorxulu film kimiydi. Çünki təhlükə çox yaxında idi. Ümid edirəm ki, bir də belə şey yaşanmayacaq. Düzdü, bəlkə də dediyim bu söz sadəlövh səslənir, nə qədər bəşəriyyət var, müharibələr həmişə olacaq, ancaq ümid edirəm ki, bizim ölkəmizin taleyində, tarixində bir də müharibə olmaz. Hələ belə baxanda, daha çətin tapşırıqları yerinə yetirənlər vardı, əsas da xüsusi təyinatlılar. "Yaşma"nı qeyd etmək istərdim. Həqiqətən də müharibənin qələbə ilə başa çatmasında onların çox böyük rolu var. Hazırlıqlı döyüşçülər idi və öz vəzifələrinin öhdəsindən gəldilər. Nəticə etibarı ilə bunu da görürük. Onların yanında deyə bilərəm ki, mən hələ müharibə görməmişəm.

 


"Müharibə iştirakçısı olacağımı ağlıma belə gətirə bilməzdim"


- Eşitdiyimə görə, müharibədə iştirak etmiş bəylərin savaş xatirələri heç vaxt unudulmur. Həmişə xatirələrində müharibə dünən olmuş kimi qalır. Necə düşünürsuz, sizcə, o yaşadıqlarınızı nə vaxtsa unuda bilərsinizmi?

- İnanmıram. Adi həyatda təkrar-təkrar yaşanan bir situasiyanı unutmaq olar. Açığı, belə bir hadisənin nə vaxtsa başıma gələcəyini, nə vaxtsa müharibə iştirakçısı olacağımı ağlıma belə gətirə bilməzdim. Nə yalan deyim, düşünürdüm ki, bizim nəsil artıq müharibə görməyəcək. Keçmişə baxanda onu tarix kimi oxuyursan, düşünmürsən ki, belə bir şeylər sənin də payına düşə bilər. Amma qismət belə gətirdi. Sözsüz ki, unudulmaz bir şeydi. Yaxşı ki, xatirə kimi bunu danışa bilirəm, bu baxımdan bəxtim gətirib. Mən həmişə orda da olanda deyirdim ki, bu günləri xatirə kimi danışacağım günü həsrətlə gözləyirəm. Nəsib oldu...(gülür)... 27 yaşım var, bu vaxta kimi buna oxşar dərəcədə həyəcanlı hansısa bir hadisə yaşamamışam.


- Hərbi komisarlıqdan orduya çağırılış gələndə nə hiss etdiniz, o an nə düşündünüz?

- Artıq nə üçün çağrıldığımı anladım. Nə olacağını soruşduqda, təlim olacağını dedilər. Müharibə vəziyyəti elan olunmuşdu. Təlimin nə üçün olacağını artıq hamımız başa düşürdük. Təlimin ilk günlərində heç nə bilmirdik, müharibə nə qədər davam edəcək, nə dərəcədə ciddi olacaq, nə qədər biz irəli gedə bilərik... Ancaq özümüzü psixoloji cəhətdən hazırlaşdırırdıq. Fiziki təlimlər keçirdik, bu öz yerində, amma nə qədər də hazırlaşsan da, orda görə biləcəklərini təsəvvür etmirsən. Buna qədər belə bir şey yaşamamısan deyə təsəvvür edə bilmirsən ki, nəyə hazırlaşmalısan. Döyüşdə ilk vaxtlar təhlükə ilə üzləşəndə şokda olursan. Amma orda şok keçirməyə vaxt yoxdu, gərək tapşırığı yerinə yetirəsən, salamat qalasan, özünü qoruyasan. O anda artıq nəyə görə çağırıldığımı anladım, hardasa özümü hazırlamağa başladım. Hətta evdən çıxmamışdan axşam öz şəxsi əşyalarım haqda qardaşıma məlumat verdim ki, bir şey olsa, nəyi hardan götürmək lazım olduğunu bilsinlər.

 


"Kobud səslənsə də, çöl heyvanı kimi yaşayırsan. Orda nə təmizlik, nə gigiyena ağlına gəlir"

 

- Müharibədə iştirak etməsək də, onun yaratdığı gərginliyi, qorxunu, stressi hər birimiz hiss edirdik. Bəlkə də həmin müddətdə kimsə başını yastığa qoyub rahat yuxuya gedə bilmirdi. Ancaq TV kanallarımızın cəbhə bölgəsindən yayımladığı süjetlərdə, sosial şəbəkələrdə yayımlanan videolarda əsgərlərimizdə çox böyük ruh yüksəkliyi, gözəl əhval ruhiyyə vardı. O qədər çətin şəraitdə bu necə alınırdı? (gülür)...

- Bir-birimizə ürək-dirək verib, adi mülki söhbətlər, zarafatlar edirdik, şəraitə uyğunlaşmağa çalışırdıq. Çünki psixoloji cəhətdən çox çətindi. Hələ müharibənin partlayışlarını, qəlpə, güllə təhlükəsini qoyaq bir kənara, müharibənin özü həm də yaşayış olaraq çox əziyyətlidi. Biz bölük olaraq hardasa iki ay torpaqda yatmışıq. Torpaqda, çöldə, soyuqda yatırsan, ancaq çöl şəraiti görürsən, suyu gündə 3-4 dəfə hardasa 500 metrdən gətirib daşıyırsan, getdiyin yol da ki, özü təhlükəlidi. Hər an təhlükə ilə üzləşə bilərsən. Döyüşə gedəndə sənin üzərində 20-30 kq çəkiyə qədər yük olur: zirehli jilet, dolu daraqlar, silah, ehtiyat sursat, əşyalarla dolu çanta, başında kaska, hamısı olmalıdı, özünü qorumaq üçün bu, lazımdı. Amma çox əziyyətlidi və sən bu 20-30 kiloqram ilə dağları, təpələri aşmalısan. Qarabağın da relyefini bilirsiniz... Heç yerdə düz yol yoxdu (gülür)... Kilometrlərlə piyada getməlisən. Hələ su, yemək, təminat daşımağı demirəm, başdan ayağa əziyyətdi. Bu cəhətdən bir də onu yaşamağı heç kimə arzu etmirəm. Müharibədə əsgərin yaşadığı insan yaşayışı deyil. Kobud səslənsə də, çöl heyvanı kimi yaşayırsan. Orda nə təmizlik, nə gigiyena ağlına gəlir. Çünki bunu düşünməyə nə vaxt, nə də şərait yoxdur. Yediyin də konservləşdirilmiş yeməklər, quru ərzaq payı. Sonra biz Qarabulağa getdik. Vaxtilə bizimkilərin, sonra ermənilərin yaşadığı kənd idi. Orda mal-qara var idi. Aramızda əldən iti uşaqlar onlardan kəsib kabab elədilər, evlərdən də bəzi şeylər götürürdük. Çox şeylər qalmışdı. Beləcə orda başımızı qatırdıq (gülür)... Amma çox əziyyətlidi. Əslində sözlə belə rahat danışıram. Bütün bu çətinliklər psixoloji cəhətdən adamı çökdürü. Düzdür, gələcək üçün bəlkə də gücləndiri, amma psixoloji cəhətdən sən buna hazır olmamısan, hələ də normal həyatın yaddan çıxmayıb deyə, onunla bunu müqayisə edəndə düşünürsən ki, görəsən normal həyata qayıda biləcəmmi? O fikirlər həmişə sənin beynində olur. Amma yaxşı xəbərlər gələndə sözsüz ki, ruh yüksəkliyi yaradırdı və öz aramızda hamımız dostlaşmışdıq. Artıq neçə gün idi birlikdə idik. Biri var işdə 7-8 saat dostlarınla, iş yoldaşlarınla olursan, amma orda həm xidmətdə bir yerdə olursuz, həm bir yerdə yatıb-durub, yemək yeyirsən... Bütün həyatın eyni adamlarla bir yerdə keçir. İndi kimləsə daha yaxın olursan, kimləsə uzaq, bu, normaldı, bütün hərbiçilərdə olduğu kimi. Ruhdan düşməmək üçün deyib-gülürdük, bir-birimizlə dəstək verirdik.

 


 

"Bizim mövqemizlə üzbəüz olan Qırmızıbazarda onların diversiya qrupları var idi"


- Bəs həmin yoldaşlarınızla hazırda əlaqəniz varmı?

- Bəli, hazırda da əlaqə saxlayırıq. Bizdə bölükdə 80 nəfər vardı. Bəlli məsələdir ki, 80 nəfərin hamısı ilə dostlaşmaq alınmır. "Votsap”da qrupumuz var. Bizim tağımımızın demək olar ki, bütün heyəti o qrupda var. Hələ də ara-sıra şəkillər atırıq, o vaxtdan qalma söhbətlər edirik, hətta bir dəfə görüşmüşük. Hər gün danışdığım iki nəfər var, yenə də görüşməyı planlaşdırırıq. İllər sonra bilmirəm necə olacaq, ancaq hələ ki, əlaqə var.

 

- Müharibənin artıq başa çatdığını və qələbə qazandığımızı ilk öyrəndiyiniz anı necə xatırlayırsız?

- Əvvəlcə inanmadıq. Çünki iki-üç gündən bir şayiələr olurdu. Onda da xəbər gələndə düşündük ki, yəqin ki, hansısa atəşkəs imzalanıb, ya başqa bir şey var. Gecə idi, biz də postda idik. Gördük ətrafımızda digər ərazilərdə olan əsgərlər hamı sevincdən havaya atəş açır. Artıq məsələnin nə qədər ciddi olduğunu anladıq. Sevinirdik. Həm qələbəyə, həm də müharibənin başa çatmasına. Amma bizim xidmətimiz davam etdi, yenə də posta çıxırdıq, ərazini qoruyurduq, müdafiə tapşırığını yerinə yetirirdik. Bildiyim qədərilə orda hələ də onların qrupları qalmışdı. Bizim Qarabulaq kəndindəki mövqemizlə üzbəüz Qırmızıbazarda onların diversiya qrupları var idi. Ara-sıra xəbərlər gəlirdi, ona görə ayıq-sayıq xidmətimizi davam etdirirdik. Amma şükürlər olsun, onların basqını ilə üzləşmədik.

 

"Beş dəqiqə əvvəl olduğum yerə düşmüşdü. Bir anlıq şok keçirdim"

 

- Ən yadda qalan xatirənizi bizimlə bölüşə bilərsiniz?

- Döyüş vaxtı Yuxarı Yağlıvənd deyilən ərazidə biz irəli gedirdik və gəldiyimiz istiqaməti ermənilər bombalayırdılar, ətrafımızda hər yerdə mərmilər partlayırdı. Bizim bölükdən orda bir neçə yaralılar oldu. Müharibədə daha çox işlənən silah minaatan olub. Onu artıq səsindən tanıyırdıq, fit səsinə oxşayır. O səsi eşitdiyin anda saniyə vaxtın olur və yerə uzanmalısan ki, qəlpənin dəymə ehtimalı maksimum azalsın. O səsdən anlayırdıq, dərhal hamı uzanırdı yerə, partlamasını gözləyib qalxıb yenidən irəli gedirdik. Elə anların birində yenə növbəti bir mərmi düşdü, yatdıq yerə, o da partladı. Ayağa qalxıb baxanda gördüm ki, arxama düşüb. Hardasa 30 metr məsafə var idi. Beş dəqiqə əvvəl olduğum yerə düşmüşdü. Bir anlıq şok keçirdim, mən tərpənməyə də bilərdim ordan. Yəni, çox da böyük məsafə keçməmişəm, o atılan an orada da ola bilərdim. Həmin anda şok keçirməyə də vaxtın yoxdur. Baxırsan görürsən yaxşısan, komandirin nə deyir, hər kəs hara hərəkət edirsə sən də ora getməlisən, geridə qalmamalısan. Ən psixoloji çətinliklərdən biri də bu idi, hisslərini yaşamağa belə vaxtın olmur. Hər an ölümlə üz-üzəsən. Orada keyiyib qalsaydım, üzərimə də düşə bilərdi.

 


 

"Yuxuda evi gördüm, evdəkiləri, doğmaları, "CBC Sport"a işə getdiyimi..."


- Ölümlə üz-üzə qalmaq və ona qalib gəlmək... Bunlar çox ağır duyğulardır. O yaşadıqlarınız sizə nəyi öyrətdi, həyata baxışınızda nələr dəyişdi?

- Dediyim sadə səslənsə də, adi şeylərin belə qədrini bilməyə başlayırsan. Gecə vaxtı hamı ayıq-sayıq xidmət edirdi, günorta vaxtı isə növbə ilə istirahət edirdik. Orda günorta vaxtı yatanda yuxuda evi gördüm, evdəkiləri, doğmaları, "CBC Sport"a işə getdiyimi. Yuxularım çox rəngarəng olurdu, bildiyin həyatdakı kimi. (gülür)... Yuxudan ayılmaq istəmirdi. Həmin vaxtda insan yuxuda yaşamaq istəyir. Çünki istədiyi həyat budur. Yuxudan ayılırsan, yenə səngərdə uzandığını görürsən, yenə posta çıxmalı olduğunu, yenə hansı durumda olduğunu anlayırsan. İndi belə rahat danışıram, amma həqiqətən o anlarda psixoloji cəhətdən çox çətin idi. Biz kişiyik, özümüzü saxlamalıyıq. Ancaq "yuxuda gördüklərimi bir daha həyatda görəcəmmi?" deyə düşünüb, adam az qala ağlamaq istəyir. Belə adi postda durduğum sakit bir vaxtda baxırsan əraziyə, beynində fikirlər fırlanır, hansısa hadisələri yada salırsan, düşünürsən ki, filan vaxt boş şeyə əsəbləşmişəm, boş şeyə deyinmişəm. İndi orada olsaydım, başqa cür davranardın, başqa cür olardı hər şey. Adi şeylərin qədrini belə ikiqat başa düşürsən. Boş söz deyil, həqiqətən belədir. Kinolarda, və ya kimdənsə həyatında təhlükə ilə üzləşmiş başqa insanlardan nələrsə eşitmişik. Ancaq həqiqətən o fikirlər olurmuş, içdən hiss edirsən, dəyərini-qiymətini tam anlamağa başlayırsan.

 


 

- Artıq psixoloji olaraq normal həyata uyğunlaşmısınız?

- Düşünürəm ki, normal həyata qayıtmışam artıq. Amma tanıdığım insanlar var, bəlkə də məndən də çox daha qorxulu şeylər, daha böyük təhlükələrlə üzləşiblər, ciddi problemlər yaşayanlar var. Ancaq mən artıq özümü tam uyğunlaşmış hiss edirəm.


Röya Kərimli


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2021
20:30

Raul Bundesliqa klubuna baş məşqçi təyin olunur

20:11

Bəybalayev oynadı, komandası...

20:01

Fəridə Tokioya lisenziya qazandı - YENİLƏNİB

19:45

Elis yarımfinalda, Abakarov "bürünc" aldı - YENİLƏNİR

18:23

MOİK də evdə sevindi, "Zaqatala" da

17:58

Araz Abdullayev "Boluspor"da dubl etdi

17:42

Turun oyun cədvəli müəyyənləşdi

17:30

Təcili Yardım maşını gecikdi, Azərbaycan çempionatının oyunu gec başladı

17:09

Millimiz Avropa çempionatına hazırdır

16:31

"Neftçi-2"dən ilk

16:04

Qadın güləşçilərimizdən uğursuz çıxış

15:44

Günün oyunları bu kanallarda - AFİŞA

15:29

Azərbaycanda ilin ilk beynəlxalq idman yarışının açılışı oldu

15:02

"Neftçi"nin baş məşqçisi: "İndiki futbolçular robotdur"

14:10

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

13:41

Millimiz Böyük Dəbilqəni bir medalla başa vurdu

13:06

“Səbail” – “Neftçi” matçını FIFA referisi idarə edəcək

12:41

"Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur" - De Byazi

12:34

Mourinyodan məşhur erməni futbolçuya ağır zərbə

11:50

Simeone "Barselona"nın futbolçusuna göz dikib

11:31

Xosep Qvardiolanın atası: "Ona nə edəcəyi mən deyə bilmərəm, amma..."

11:13

"Çelsi" Jorjinyo ilə bağlı qərar verdi

10:56

Həftənin futbolçusu adına namizədlər

10:43

AVRO-2020: Kubok Bakının müxtəlif məkanlarında

10:30

AVRO-2020-nin kuboku İlham Əliyevə təqdim olundu - FOTOLAR

10:27

AVRO-2020-nin kuboku Bakıda

10:03

Tokio-2020: Taekvondoçularımızın növbəti sınağı

00:53

Avropa Liqası: Finalda MY və "Vilyarreal" oynayacaq

00:52

Nurlan Nepalda ilk qolunu belə vurdu - VİDEO

06 May 2021
22:04

"Barselona" Neymarı aparır - MƏBLƏĞ AÇIQLANDI

21:50

Güləşçilərimiz Olimpiadaya lisenziya qazana bilmədilər

18:35

"Neftçi" vaxtından əvvəl çempion oldu

17:51

"Real" Azərbaycana başsağlığı məktubu göndərdi

17:37

Həftənin rəmzi komandası açıqlandı

17:18

Milli Paralimpiya Komitəsi ilə ADBTİA arasında memorandum imzalandı

17:07

Tokio-2020: İki güləşçimiz yarımfinalda

16:58

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

16:40

Messi Neymarı razı saldı

16:11

"İki topluq fərqə görə demirəm, bombardir o olacaq"

16:07

"Real" Hazarla bağlı qərar verdi

15:55

"Mənim sizin köməyinizə ehtiyacım var!"

15:33

"Qəbələ" və "Keşlə"nin baş məşqçiləri kursa yazıldılar

15:21

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

14:54

Pyaniçin "Barselona"da gələcəyi sual altındadır

14:01

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

13:44

Hidayət Heydərov ipponla uduzdu

13:15

"İnter" Martineslə müqaviləni yeniləyir

12:52

"Çelsi"nin qapıçısı rekorda imza atdı

12:31

Tarixdə ilk dəfə: Transgender olimpiadaya vəsiqə qazandı

12:16

Fernandinyonun yerinə Rays

11:51

I Divizion: "Neftçi" çempionluğu təmin edə biləcəkmi?

11:35

"Çelsi"nin baş məşqçisi ÇL-in tarixinə düşdü

10:45

AFFA rəsmisi Çempionlar Liqasının finalına təyinat aldı

10:29

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

06:49

Vinisius Junior: "Bəlkə də yenilgi qaçılmaz idi"

06:32

"Eden Azar "Real"a belə tüpürür"

00:46

Komandası yenildi, bəs Pavel hanı?

00:38

ÇL: Finalda iki İngiltərə komandası qarşılaşacaq

00:10

"Qalatasaray"da prezident seçkiləri ləğv olundu

05 May 2021
18:00

AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

17:51

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

17:24

AFFA cəzaları yağdırdı

17:13

"Sabah" rəsmisi haqda araşdırma başa çatdı - Qərar

17:08

Azərbaycan Kuboku: Cəzalar açıqlandı

16:56

“Sumqayıt”ın futbolçusuna 4 oyunluq cəza

16:31

Naxçıvan stadionu təmirə bağlanıldı

16:08

Mourinyo "Roma"nın tarixinə düşdü

15:59

Lemann irqçiliyə görə klubdan qovuldu - FOTO

15:34

Honda "Qəbələ" ilə oyundakı hərəkətindən danışdı

15:21

“Sabah”ın futbolçusu üçün əlamətdar oyun

Facebookdan bizi izləməyi unutmayın.