18:47 09.04.2020 1460

Ulduz futbolçunun ofisiant qızla barda başlayan eşq hekayəsi - FOTOLAR

"Barselona"nın xorvatiyalı futbolçusu İvan Rakitiçin həyat yoldaşı Rakellə tanışlığı Hollivud filmlərindəki kimi olsa da, tamamilə real idi.

Fanat.Az ulduz futbolçunun bara girməklə başlayan sevgi hekayəsini öz dilindən təqdim edir:

"Tam "Hollivud”a uyğun hekayəm var. Romantik komediyadı, amma tamamilə həqiqəti əks etdirir. Hər şey xorvatiyalı birinin bara daxil olması ilə başlayır.

2011-ci il, 21 yaşım var… İspaniyaya çatanda axşam saat 10 idi. 4 illik "Şalke" karyeramın ardından, "Sevilya" ilə müqavilə imzalamaq üçün buradaydım. Tibbi baxışdan keçməli və kağızları imzalamalı idim.

Böyük qardaşım Deyan da mənimlə birlikdə idi. Otelə çatanda bəzi klub rəsmiləri ilə yemək yedik. Yeməkdən sonra gərgin idim, gözümə yuxu getmirdi. Qardaşıma dedim: "Gəl, yatmamışdan öncə bir az içək".

Bu sözlər həyatımı dəyişdi. Çünki otelin barında işləyən qız… Vau… Bir anlıq hər şey "slow motion"a keçir. O, çox gözəl idi.

Öz-özümə dedim: "Sevilya. Vau. Bu yeri sevdim”.

İspanca bilmədiyimdən, "hola”dan (salam) başqa heç nə deyə bilmədim. Alman, ingilis, italyan, fransız və serb-xorvat dillərini bilirdim, amma siyahımda ispan dili yox idi. Qorxunc anlar idi.

Qardaşımla söhbətləşərkən telefonuna zəng gəldi. Bizim Sevilyada olduğumuzdan xəbərdar olan hansısa böyük Avropa klubunun rəsmiləri, "Sevilya” əvəzinə həmin klubla müqavilə imzalamağım üçün özəl təyyarə göndərməyə hazır olduqlarını dedilər.

"Sevilya” ilə rəsmi anlaşmamız yox idi. İspaniyaya köçmək mənim üçün böyük addım idi, ancaq bir o qədər də riskli idi: yeni ölkə, yeni dil, heç kimi tanımırdım. Mənim üçün özəl təyyarə göndərməyə hazır olan bir klub… - fikrimi dəyişdirməyə dəyəcək səbəb deyildi.

Qardaşım soruşdu: "Nə etmək istəyirsən?”

Mən: "Artıq "Sevilya” prezidentinə "hə” demişəm.

Verdiyim söz atacağım imzadan dəyərlidir”.

Qardaşım tərəddüd etmədən razılaşdı.

Əlavə elədim: "Oradakı xanım ofisiantı görürsən? "Sevilya”da oynayacam və bu xanımla evlənəcəm”.

Qardaşım gülürdü: "Ok. Sən nə deyirsənsə, odur”. Zarafat elədiyimi düşünürdü.

Ofisiant xanım bizə yenidən yaxınlaşdı və qalxıb-qalxmayacağımızı soruşdu. Qardaşıma dedim: "Hələ də gərginəm. İnanmıram ki, yata bilim. Birini də içək”.

Səhər "Sevilya” ilə müqavilə imzaladım və ev axtarana qədər 3 ay boyunca həmin oteldə yaşadım. Hər gün səhər o gözəl ofisiant xanımı görmək üçün otelin barına yaxınlaşıb kofe və "Fanta” sifariş edirdim.

Tək bildiyim adının Rakel olduğu idi. O, ingiliscə danışa bilmirdi, mən isə ispanca. Hər gün eyni şey: "Salam, Rakel. Bir kofe və "Fanta”.

Necə izah edəcəyimi bilmirəm. Bəzən biriylə qarşılaşırsan, səni tamamilə başqa hisslərə qapılmağa məcbur edir. Onu hər dəfə görəndə içimdə sanki bomba partlayırdı.

Zamanla yavaş-yavaş ispan dilini öyrənməyə başladım. Fikrimi çatdırmaqda çətinlik çəkəndə isə əllərimdən istifadə edirdim. Mən əl-qolla nəsə başa salmağa çalışanda gülürdü. Ceynlə Tarzan kimi bir şey idi.

Çox kofe içirdim, gülünc haldaydım. Bəlkə də 20-30 dəfə ona görüşmək təklifi etmişdim. "Yox” demirdi, ancaq "hə" də demirdi. Hər səfər bəhanə uydururdu. Üç ay sonra evə köçdüm. Hər şeyin bitdiyini düşündüyümdən, özümü pis hiss edirdim. Amma əl çəkmədim. Kofe içmək üçün yenə otelə getməyə başladım.

İşdə olmayanda dərhal başqa məkana üz tuturdum. Orada olanda isə... gün mənim günüm idi.

İspancam inkişaf edirdi. Artıq yavaş-yavaş danışa bilirdik. Özümü bütün gün ispan TV kanallarına baxmağa və ispan radiosu dinləməyə məcbur edirdim. Özümü şanslı sayıram, çünki Balkan zonasından olanlar dil öyrənməkdə bacarıqlı olurlar. Niyəsini bilmirəm, amma belədir.

Bir gün Rakel mənimlə görüşməməsinin səbəbini açıqladı: "Sən futbolçusan. Növbəti il başqa ölkədə ola bilərsən. Bağışla məni, ancaq olmaz”.

Öz-özümə düşündüm: "Bəlkə də, yaxşı oynamayacağıma və "Sevilya”nın yayda məni satacağına inanır”.

Artıq məşqlərə buralarda daha çox qalmaq və bu qızı mənimlə yeməyə getməyə razı salmaq üçün xüsusi motivasiya ilə çıxırdım. Tam 7 ayımı aldı mənim: 27 yanvarda İspaniyaya gəlmişdim, 20 avqusta qədər gözləməli oldum. Həmin gün mənə mesaj gəldi: "Qız bu gün işdə deyil, hazırda bacısıyla birlikdə barda içir”.

Görürsən, şəhərdə hamı mənim hekayəmi bilirdi, ona görə də həmin an barda olan biri məni olanlardan xəbərdar etmişdi. Mənbəmin adını verməyəcəm.

Dostumla birlikdə otelə yollandıq. Rakelin yanına oturdum və dedim: "Bu gün işləmirsən. Artıq mənimlə yemək yemək üçün vaxtın var”.

Təəccüblənmişdi. Nə edəcəyini bilmirdi. Əlavə etdim: "Sənsiz bir yerə gedən deyiləm. Bacınla olduğunu bilirəm. Ancaq bu gün yeməyə çıxmalıyıq. Mənimlə gəl. Hətta hamımız bir yerdə gedək”.

Birlikdə oradan ayrıldıq. Bir gün sonra da yemək yedik və o gündən bəri bərabərik. Birlikdə 6 il və iki gözəl qız uşağı...

Həyatımda bacardığım ən çətin şey idi. Onunla tanış olmaq Çempionlar Liqasını qazanmaqdan daha çətin idi. Açığı, elə bir o qədər vaxtımı aldı.

Ailəsi ilə ilk dəfə tanış olduğum an daha da komik idi. Artıq ispancam çox irəliləmişdi. Ancaq birdən-bir böyük bir ailənin ətrafında olanda... Allahım, çox sürətlə danışırdılar, özü də Sevilya ləhcəsi ilə.

Atası mənimlə zarafatlaşmağa çalışırdı, ancaq dediklərindən heç nə anlamırdım. Özümü başa düşürmüşəm kimi göstərib, yalandan gülürdüm. Ancaq danışılanlar haqqında heç bir fikrimin olmadığını başa düşürdü. Sonunda dilləndi: "Eybi yox. İki-üç ay sonra hər şeyi başa düşəcəksən”.

Sevilyalılar cana yaxın insanlardılar, onlar hər kəsi öz ailələrindən biri kimi qəbul edirlər. Həyat yoldaşımın futbol haqda heç bir anlayışı yoxdur, bu səbəbdən ailəsinin də elə olduğunu düşünürdüm. Amma sən demə, onlar əsl "Sevilya” azarkeşləri imiş. Rakelin babası mən onunla tanış olmamışdan öncə dünyasını dəyişmişdi. Həyat yoldaşımın atası onun xəstəxanadakı son günlərindən bəhs edərdi. Deyərdi ki, tibb bacısı onu soyundurub xəstəxana paltarı geyindirirmiş, ancaq o, təkcə saatını çıxarmaqdan imtina edib.

Saat "Sevilya” atributlarını daşıyan özəl saat imiş...

Rakelin babası tibb bacısına deyib: "Olmaz, bu, sona qədər mənimlə qalacaq. Klubumla birlikdə bu dünyadan köçəcəm”.

Məncə, insanlar futbolçuların həyatlarındakı insanlardan necə təsirləndiklərini anlamırlar. Həmişə müsahibə zamanı bizdən məşqçi, məşq prosesi və taktika haqda soruşurlar. Biri də çıxıb meydandan kənar nələrin baş verdiyi barədə sual vermir. Məncə, bu da önəmlidir. 6 il ərzində İsveçrədən Almaniyaya, oradan isə İspaniyaya köçmüşdüm. Olduqca gərgin, bir o qədər də yalnızlığı hiss etdiyim təcrübə idi. "Bazel” və "Şalke”də olanda da yaxşı futbolçu idim, ancaq həmişə nəyinsə çatışmadığını düşünürdüm.

Həyat yoldaşımla qarşılaşanda uğrunda oynaycağım bir şeyə sahib olduğumu anladım. Düzü, elə ondan sonra karyeram yüksəlişə keçdi. "Sevilya”da çox özəl illərimiz olub. 2013-cü ildə, Maradonadan sonra komandanın kapitanı seçilən ilk legioner futbolçu oldum. Bu, mənim üçün şərəf idi - xüsusilə də klubun həyat yoldaşımın babası üçün nə anlama gəldiyini anladığım üçün...

Böyük qızımızın dörd yaşı var. Artıq Barselonada insanların futbolu necə önəmsədiklərini anlamağa başlayır. Rakellə proqnozlaşdırmağa çalışırıq: görəsən, mənim kimi futbol xəstəsi olacaq, yoxsa anası kimi futboldan heç nə anlamayacaq? Hələlik ikisinin ortasında bir yerlərdədi.

Bəzən onunla birlikdə evdə futbola baxırıq. Qol vurulanda və qolun müəllifi məndən qeyri biri olanda özündən çıxır: "Yox! Qolu sən vurmalısan!”

Messi və ya Suarez, fərqi yoxdur, qolu ata vurmalıdı. O, assist edə bilməz, ancaq qol vurmalıdı. Mən də öz növbəmdə ən yaxşısını edirəm. Bəlkə də, Leoyla bu barədə danışmalıyam".

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

22 Sentyabr 2020
19:11

"Barselona"nın müdafiəçisi "Vilyarreal"da - RƏSMİ

17:56

"Trabzonspor"dan Bundesliqa klubuna 20 milyon avroluq transfer - RƏSMİ

17:55

“Zallar açılmasa, bəzi idmançıları itirə bilərik” - Millət vəkili

17:43

"Qəbələ" türkiyəli mütəxəssislə vidalaşdı

17:26

Premyer Liqada V turun oyun cədvəli açıqlandı

16:53

İspan hücumçunun "Yuventus"dakı qazancı açıqlandı

16:51

İki klub rəsmən Azərbaycan çempionatından imtina etdi

16:43

Millimizə 27 futbolçu dəvət olundu

16:37

AFFA 5 klubu cərimələdi

16:22

Azərbaycanlı uşaqlar üçün Beynəlxalq Şərhçi müsabiqəsi - ŞƏRTLƏR

16:01

Neymar ilin sonuna qədər diskvalifikasiya edilə bilər

15:51

MY "Barsa"ya hücumçusuna görə təklif göndərdi - SON DURUM

15:47

Elnur Məmmədli: "Olimpiya çempionluğu bazarda satılmır ki, alaq"

15:31

Madrid klubunun forvardı "Yuventus"da - FOTO

15:13

"Milli üçün can qoymuşam, çağırılmamaqda səbəb görmürəm"

14:54

Neymarın yapon oyunçuya qarşı irqçilik etdiyi aşkarlandı

14:40

Naxçıvanda C kateqoriyalı məşqçi kursu keçirilir

14:27

Roman Qriqorçuk: "Qarabağ" həqiqətən top-komandadı"

13:52

Rafael Ağayevin döyüşü son 10 ilin ən yaxşıları arasına düşdü - VİDEO

13:38

"Barselona"nın ulduzu rəsmən "İnter"də

13:12

"Molde" rəsmisi: "Qarabağ"la matçda futbola nifrət etdim"

12:57

Bakıda keçiriləcək dünya kuboklarının tarixi müəyyənləşdi

12:46

"Qalatasaray"la oyuna görə paylaşım etdi, ölkəni qarışdırdı - FOTOLAR

11:50

"Qarabağ"ın potensial rəqibi baş məşqçisini dəyişdi

11:30

"Tofiq Bəhramov" stadionu oyunlara hazırdı - FOTO

11:03

"Canavar" ləqəbli qadın idmançıdan inanılmaz uğur - FOTOLAR

10:45

Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir

10:29

Çempionlar Liqasında pley-off mərhələsi başlayır - YENİLƏNİR

10:04

Futbol tarixində ilk: Stadiona alpaka girdi - VİDEO

09:47

Futbol hakimi qətlə yetirildi

09:24

Sərgən Yalçın koronavirusa qalib gəldi

09:00

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21 Sentyabr 2020
22:55

Araz Abdullayev Türkiyə çempionatında debüt etdi

20:48

Ronaldudan yeni rekord

20:15

Xorvat ulduz milli karyerasını bitirdi

19:30

"Keşlə" 3 hücumçu arasında seçim edir

18:50

Arvadının 8 il həbsini tələb edir

18:36

"Sabah"ın futbolçuları qol vurduqları üçün xoşbəxtdirlər

17:35

"Keşlə"də qalmaqal: Baş məşqçi və futbolçu bir-birini yalançı adlandırdı

17:21

Fatih Terim: "Neftçi"dən daha yaxşı komandaya qarşı oynayacağıq"

17:06

İstefa verən Fazil Məmmədovun yerinə yeni prezident seçildi

16:20

"Sabah"da uruqvaylı qapıçı - RƏSMİ

15:45

“Keşlə” rekordunu təkrarladı: 3-cü “3"

15:32

İclas keçirildi, millimizin baş məşqçisi Abdullayev oldu

15:17

Madrid klubunun forvardı "Yuventus"a gedir

14:50

Semedu İngiltərə klubuyla 5 illik müqavilə razılaşdırdı

14:34

Zidan: "Beyllə aramızda problem olmayıb, sadəcə..."

14:20

"Neftçi" - "Qalatasaray" oyununda təxribat

14:11

"Milan"ın oyununa azarkeşlər buraxılacaq

13:55

"Qarabağ" italiyalı oyunçu ilə danışıq aparır

13:37

I Divizionun başlanma tarixi açıqlandı

12:28

"Neftçi" "Qarabağ"ın uğurlu seriyasını qırdı

10:20

Evlilik öncəsi ulduz futbolçunu sarsıdan etiraf - FOTOLAR

10:00

De Byazinin millidə görmək istədiyi yeni hücumçu

09:11

"Liverpul"dan "Çelsi"yə iki qol - VİDEO

20 Sentyabr 2020
23:02

"Qarabağ" - "Neftçi" oyunu FOTOLARda

23:00

Azərbaycan derbisində vurulan qollar - VİDEO

22:57

Qurban Qurbanov: “Fikirləşirlər ki, prinsipə hücumçu almıram”

22:54

Füzuli Məmmədov: "Bu qələbə bizim üçün çox vacib idi"

22:25

"Qalatasaray" çempionu məğlub etdi - VİDEO

22:09

Azərbaycan derbisi: "Qarabağ" 5 oyun sonra "Neftçi"yə uduzdu

21:49

Abdullah Zubir "Neftçi"yə qarşı niyə oynamır?

21:10

"Zirə" "Sabah"a bu qollarla uduzdu - VİDEO

20:30

Rəşad Sadıqov: "Məğlubiyyətlər qaçılmazdı"

20:15

"Sabah"ın baş məşqçisi: "Avrokuboklar uğrunda mübarizə apara bilərik"

18:32

Azərbaycan Kubokunun TƏQVİMİ

18:28

Azərbaycan Premyer Liqasının tam TƏQVİMİ açıqlandı

17:50

Millimizlə oyunu buraxan futbolçu koronavirusu yendi

17:15

Çempionlar Liqası yeni formatda keçirəcək

16:49

"Səbail"in qapıçısı: “Azərbaycanda quzu əti çox yeyirlər”

Facebookdan bizi izləməyi unutmayın.