13:22 16.01.2019 570

UEFA Hakimlər Komitəsinin üzvü: "Əliyarın hər bir uğuru ilə fəxr edirəm"

Azərbaycan hakimlərinin Mingəçevirdəki təlim-məşq toplanışında məsləhətçi qismində iştirak etmiş UEFA Hakimlər Komitəsinin üzvü, yunanıstanlı sabiq FIFA referisi Kiros Vassaras "Report”a müsahibə verib. 
 
Fanat.Az həmin müsahibəni təqdim edir:

- Toplanışın indiyəqədərki mərhələsi sizdə hansı təəssüratlar oyatdı və ümumi məqsədlərinizlə əldə olunmuş ilkin nəticələr üst-üstə düşdümü?
- Bir şey dəqiqdir: Burada çox böyük işlər görülür. Təbii ki, bu işlərin hamısı oyunları idarə edən hakimlərin inkişafı üçündür. Bildirmək istərdim ki, təşkilatçılıq baxımından iştirakçı hakimlərə konkret təlimatlar verilib. Təlim proqramına uyğun olaraq, hakimlər komanda şəklində hazırlaşırlar. Seminarın ümumi gedişatı və müşahidələrimiz söyləməyə əsas verir ki, nəzəri və fizki hazırlıq baxımından hər şey peşəkar səviyyədə həyata keçirilir. Şübhəsiz ki, təlimatlar və tövsiyələr onların nəzəri biliklərinin və praktik bacarıqlarının inkişafında yeni dinamika yaradacaq. Bu gün çəkilən zəhmətin gələcəkdə oyunların idarə edilməsi və ümumi inkişaf prosesində bəhrəsini verəcəyinə inanıram. Burada nəyi görürəm? Onu görürəm ki, hakimlər inkişaf etmək üçün susayırlar. Əminəm ki, yayda artıq hər şey, yəni nəticələr göz qabağında olacaq. Eyni zamanda onu görürəm ki, onlar özlərini tam təhlükəsizlik şəraitdə hiss edir, yüksək səviyyəli hakim olmaq üçün əllərindən gələni ortaya qoyurlar.

- Təlimlərdə Azərbaycanı beynəlxalq arenada I kateqoriyalı hakim kimi təmsil edən Əliyar Ağayev də yer alıb. O, sizdə hansı qənaət yaradıb və AVRO-2020-nin final mərhələsinin oyunlarına təyinat almaq şansı varmı?
- UEFA Hakimlər Komitəsindəki həmkarlarımın adından demək istərdim ki, biz elit kateqoriyada Azərbaycandan olan hakimləri görmək istəyirik. Əliyar Ağayevə gəlincə, onu yenicə tanımıram. Hətta 19 yaşadək futbolçular arasında Almaniyada keçirilmiş Avropa çempionatının final oyununda onun inspektoru olmuşam. Yəni, beynəlxalq arenada hakimliyə başladığı ilk günlərdən fəaliyyətinə bələdəm. Bəli, bu gün o, Azərbaycan hakimlik məktəbini beynəlxalq arenada təmsil edir. Etiraf edim ki, Əliyarın hər bir uğuru ilə fəxr edirəm. Çünki o, yüksək səviyyəli hakim kimi yetişmək üçün əlindən gələn hər şeyi edir. Bundan sonrakı karyerası da özündən asılıdır. Hazırlıq prosesinə əvvəlkindən bir qədər də artıq diqqət yetirsə və daha canfəşanlıqla çalışsa, əminəm ki, növbəti yüksək hakimlik mərhələsinə yetişəcək.

- Təcrübəli mütəxəssis kimi təlimlərdə azərbaycanlı hakimlərdə avropalı hakimlərlə müqayisədə hansı fərqli müsbət, yaxud mənfi tendensiyaları müşahidə etdiniz?
- AFFA ilə UEFA arasında əlaqələrin yarandığı və Azərbaycanla işlədiyimiz müddətdən bəri bəri əsas məqsədimiz Azərbaycan hakimliyini gücləndirməkdən ibarətdir. İstəyirik ki, tərtib etdiyimiz hazırlıq planı və proqramı ilə azərbaycanlı həmkarlarımızı Avropa hakimləri səviyyəsinə çatdıra bilək. Bu, elə də asan iş deyil. Çünki bu işə yeni qədəm qoymuşuq. Əminəm ki, burada gündən-günə, ildən-ilə fərqli hakimlik, daha doğrusu, daha yaxşı hakimlik görəcəyik.

- Hakimlik etdiyiniz vaxt iki dəfə Azərbaycana səfər etmisiniz: 1999-cu ildə Azərbaycan - Slovakiya, 2002-ci ildə isə Azərbaycan - İtaliya matçlarını idarə etmisiniz. Bəs UEFA Hakimlər Komitəsinin üzvü kimi səfərləriniz sizdə hansı təəssüratlar oyatdı və o illərdən bəri Azərbaycan çoxmu dəyişib?
- Çox böyük dəyişiklik gördüm. Təzə-təzə bura düşəndə mənə elə gəldi ki, tam başqa ölkəyə gəlmişəm. Hətta Bakını gəzib dolaşarkən çox istədim ki, ötən dövrlə hər hansı oxşarlıqlar tapım, amma tapa bilmədim. Yəni, hər şey dəyişib: şəhərlər, küçələr, yollar, bütün ölkə. Açığı, çox böyük dəyişikliklər var. Eyni zamanda çox şadam ki, AFFA bu gün futbolun, o cümlədən, futbol hakimliyinin inkişafına çox böyük diqqət göstərir, dəstək verir, iri həcmli sərmayələr yatırır. Bu, çox gözəl haldır. Təbii ki, belə olan halda hər şey daha yaxşı olacaq. Doğrudan da AFFA ilə UEFA arasında böyük əməkdaşlıq var, birgə səmərəli işləyirlər. İnanıram ki, bu əməkdaşlıq Azərbaycan futboluna öz faydasını verəcək.

- Hakimlik karyeranızda bir sıra unudulmaz məqamlar var. Məsələn, köməkçi hakimlərinizdən birinin testdən keçə bilməməsi səbəbindən 2006-cı il dünya çempionatının final mərhələsindən kənarda qalmısınız. Dərslərinizdə köməkçi hakimlərə baş hakimlərə daim dəstək olmaları ilə bağlı xəbərdarlıq etdiniz?
- Bəli, dünya çempionatını qeyd etdiyiniz səbəbdən buraxdım. Amma mən dayanmadım, işləməyə davam etdim. Fantastik, çox mükəmməl idi ki, karyeramda iki dünya çempionatı şansım oldu. Sonuncuda da demək olar ki, öncədən seçilmişdim. Burada davam etmək üçün yalnız bir yol vardı: Köməkçi hakimlərin fitnes testi verməsi. Çox böyük dərs idi: həm yunanıstanlı hakimlər, həm də federasiya üçün. Qısaca olaraq belə deyərdim ki, bu, hakimlik karyeramda pis an idi. Mən iki dəfə seçilsəm də, yalnız bir dəfə iştirak edə bildim. Burada hansı mövzularda təlimatlar verdiyimiz aydındır. İstənilən inkişaf komanda işinin üzərində qurulub. Bu seminarda da hakimlərə komanda olaraq, işləməyin və qalib gəlməyin lazım olduğunu bildirdik. Hazırda onların bütün variantları var ki, seçdikləri insanlarla birgə çalışa bilsinlər. Hazırlıq prosesi hamı üçün eyni səviyyədədir. Eyni səviyyədə şəxsiyyət və qətiyyətlilikləri olmalıdır. Bu halda qarşıya qoyulan məqsədlərə çata bilərlər.  

- "Qarabağ" əlavə köməkçi hakimin yanlış mövqeyi üzündən 5 il əvvəl Avropa Liqasının qrup mərhələsini adlaya bilmədi. Bu mənada necə hesab edirsiniz: VAR sistemi daha önəmlidir, yoxsa əlavə köməkçi hakimlərin saxlanılması?
- İlk olaraq, belə deyim: "Qarabağ"ın keçirdiyi bir oyun haqqında konkret mülahizə yürütməyim düzgün olmaz. Həm də hər iki sistemi müqayisə etməklə. Təbii ki, həm köməkçi hakimlər, həm də VAR sistemi barədə öz fikrim var. Sistemlərdən asılı olmayaraq, hər birini insan beyni düşünüb tapıb. UEFA-nın hakimliklə bağlı birinci işi və məqsədi meydanda baş verən səhvlərin azaldılması yönündə addımlar atmaqdır. Söhbət hər bir oyunda baş verən səhvlərdən gedir. Tətbiq etməyə başlayacağımız VAR sistemi köməkçi hakimlərlə eyni işi görür, onların işini örtür. Bayaq dediyim kimi, oyunda baş verəcək ən böyük səhv, ən böyük qayda pozuntusu çox vacib an ola bilər. VAR məhz onun qarşısının alınması üçün nəzərdə tutulur. Bu sitemdən yararlanan qurumlar və ölkələr daim ən mütərəqqi yeniliklərin tətbiqində maraqlı olmalıdırlar ki, haqqında danışdığımız problemlərlə üzləşməsinlər. "Futbolda səhv olmur" deyə bir anlayış yoxdur. Bu sistemin işi ondan ibarətdir ki, meydanda bir oyunda müəyyən edilə bilməyən səhvləri üzə çıxarmaq mümkün olsun və onlar aradan qaldırılısın. Bu, elə bir sistemdir ki, külli miqdarda sərmayə tələb edir. Hansı ki, bir çox ölkənin bu sərmayəni yatırmağa imkanı yoxdur. Amma bir şey dəqiqdir: VAR-ın çox köməyi dəyir. Hakimlik yalnız meydanda yaxşı komanda işinə əsaslanır. Bu, o demək deyil ki, hakimliyə münasibətimiz dəyişəcək. Əksinə, biz hakimlərə verdiyimiz təhsili azltmayacağıq. Bu dəstəyi hər zamankından da çox edəcəyik ki, meydanda daha ehtiyatlı və bilici davransınlar. Statistikaya nəzər yetirərəkən, VAR sistemindən nə qədər istifadə olunduğunu görmək olar. Əlbəttə, az istifadə edirik. Amma konkret oyunların qırılma anı ola bilir ki, sistem bizə o səhvlərdən qorunmağa yardım, komandaya isə kömək etsin.

- Dünyanın müxtəlif ölkələrində matçlar idarə etmisiniz, yaxud beynəlxalq tədbirlərə qatılmısınız. Hər bir səfər güman ki, xatirinizdə unudulmaz iz buraxıb. Bəs Mingəçevir səfəri sizin üçün konkret olaraq nə ilə əlamətdar oldu?
- (gülür) Açığı, gözləmədiyim sual oldu. Çox şadam və deməliyəm ki, Mingəçevir doğrudan da çox gözəl şəhərdir. Təlim-məşq toplanışı üçün ərazi seçimi də vacib məqamlardan biridir. Düzdür, şəhəri gəzmək üçün o qədər də vaxtımız olmayıb. Çünki biz bura işləmək üçün gəlmişik. Buna baxmayaraq, işdən vaxt ayırıb müəyyən yerləri dolaşmaq, qısa fasilədən yararlanmaqla pəncərə önündən çay mənzərəsini seyr etməyin özü də qəlbimizdə mənalı istirahət və xoş təəssürat yaradır.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

04 İyun 2020
15:59

Rakitiç keçmiş klubuna qayıdır?

15:24

"Neftçi"nin sınaqçı-rəqiblərinin adlarına aydınlıq gəldi

15:21

Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

14:37

Elvin Məmmədov: "Buna gücüm çatacağına əminəm"

14:35

Keçmiş çempion sınmış qolunu göstərdi və UFC-dən əməliyyat üçün pul tələb etdi - FOTOLAR

14:02

Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)

13:39

Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

13:30

Yuri Syomin yenidən "Dinamo"da?

13:07

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"da - RƏSMİ

13:00

"Avrokuboklarla bağlı qərar verilməyib" - UEFA-dan reaksiya

12:36

Sexudo dünya çempionunu hədələdi: "Səni diz çökdürərəm!"

12:31

"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

12:12

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

11:56

Alaba və Tyaqonun "Bavariya"dakı gələcəyi necə olacaq? - SON DURUM

11:32

"Instagram" milyonerləri - Ronaldu, Messi və Neymar

11:05

Azərbaycanlı üçqat dünya çempionu koronavirusa yoluxdu - FOTO

10:55

"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

10:25

Operativ Qərargahdan açıqlama: Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq?

10:15

"Messi, yoxsa Ronaldu? Məncə, Levandovski daha yaxşıdı"

09:35

Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

09:17

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi göndərildi

09:00

"Barselona" Neymardan imtina etdi

08:20

Gözəl gimnastın çimərlik FOTOsu olay oldu

00:47

"Arsenal" milli futbolçumuzun qardaşını 23 milyona istəyir

03 İyun 2020
22:55

Sabiq "Playboy" modeli Rumıniya klubunu aldı - FOTO

20:32

UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdırdı - RƏSMİ

20:09

"Turan kuboku" keçirilə bilər

19:40

Bundesliqa: Turun ən yaxşı qolları - VİDEO

19:08

Corc Floyda dəstəyini nümayiş etdirən futbolçularla bağlı qərar verildi - Almaniyada

18:37

"Çelsi"ni "Roma"ya dəyişir

18:10

Ceydon Sanço karyerasını "Real"da davam etdirə bilər

17:32

"Barselona"nın futbolçusu "Yuventus"a keçməyə razılıq verdi

17:20

İbrahimoviç nə vaxt qayıdır? - SON DURUM

16:25

"Adidas" Özillə əməkdaşlığı dayandırır - SİYASİ SƏBƏB

16:00

Saul yeni klubunu açıqladı

15:32

"Atletiko"da məşqçi ayrılığı - RƏSMİ

15:30

"Xəzər Lənkəran" Azərbaycan futbolundan birdəfəlik çəkilir? - AÇIQLAMA

15:15

"Barselona"nın oyunçusu "Mançester Siti" yolunda

15:08

Rəfiyev yəhudi futbolçunu yola gətirə bildimi? - SON DURUM

15:02

Bakı klubu futbolçusu ilə müqaviləni yenilədi

14:54

Prezident yeni Olimpiya İdman Kompleksinin açılışını etdi - FOTOLAR

14:38

Ranqnik bu futbolçuları "Milan"a gətirmək istəyir - SİYAHI

14:05

Ramos hökumət nümayəndələri ilə danışmaqdan niyə imtina edib? - SƏBƏB

13:33

UEFA-nın ÇL və AL-lə bağlı yeni planı: "Səkkizlər finalı"

13:26

Mənsimovlardan üzücü qərar

13:11

Səlahət "Neftçi" rəhbərliyi ilə razılaşmır - SON DURUM

13:01

"Barsa"da fikir ayrılığı: Futbolçular maaşların azaldılmasına qarşıdılar

12:53

"Ekzklüziv yayım hüququmuzu başqa telekanalla paylaşmayacağıq"

12:36

Van Deyk 20 yaşında ölümdən dönüb: "Vəsiyyətimi yazırdım..."

12:25

"Sumqayıt" 2 yoxlama oyunu keçirəcək

12:10

Çimərlikdə futbol oynadı, sosial məsafə qaydalarını pozdu - FOTO

11:54

Azərbaycanlı hakimlər vebinara qatıldılar

11:52

"Neftçi" qapıçısı ilə müqaviləni yenilədi - RƏSMİ

11:47

Azərbaycanın millisinin sabiq üzvü Avropadan vətənə qayıda bilmir - FOTOLAR

11:40

"Barselona" 19 yaşlı yetirməsini geri qaytarmaq istəyir

11:36

Özbaşınalıq və iqtisadi sabotaj

11:10

"Arsenal"ın futbolçusu PSJ-nin "radar"ında

11:00

Pərvin Abıyeva canlı efirdə 25 kiloqramlıq ştanqla məşq etdi - VİDEO

10:52

Maksim Medvedev: "Oyunlarımızda 25 dəqiqədən bir su fasiləsi olacaq"

10:30

Messi də "Black lives matter" hərəkatına dəstək verdi

10:05

Premyer Liqanın ən sərt futbolçuları - SIRALAMA

09:36

"Sumqayıt"da ayrılıq - ÖZƏL

09:30

Premyer Liqa klublarının yoldaşlıq görüşü keçirmələrinə icazə verildi

09:00

İtaliya A Seriyasının formatı dəyişdirilə bilər

08:20

Asiyanın ən gözəl voleybolçusu bu qızdı - FOTOLAR

00:27

UEFA Corc Floydun ölümünə reaksiya verdi

02 İyun 2020
23:37

Makqreqor ölü həşəratları necə yediyini göstərdi - VİDEO

22:15

Anar Cəfərsoy sağaldı

19:55

Bundesliqada vurulan ən yaxşı əks-hücum qolları - VİDEO

19:20

UFC 250-nin tam döyüş kartı açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.