Türkiyə Kubokunda 1/8 final mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə 2 matç baş tutub.
Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıb. "Ərzurum BB” ilə ev görüşündə erkən qol buraxan "Alanyaspor” əzmkarlıqla böyükhesablı qələbəyə nail olub - 4:1.
"Fənərbağça” "Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri yalnız ikinci hissədə rəqibin müqavimətini qırıb - 1:0.
"Alanyaspor” və "Fənərbağça” daha öncə mərhələ adlayan "Antalyaspor”, "Sivasspor”, "Qalatasaray”, "Konyaspor”, "Başakşəhər”, "Beşiktaş”ın ardından 1/4 finala yüksəlib. 1/4 və 1/2 final mərhələlərinin püşkatması sabah - yanvarın 15-də baş tutacaq.
Qeyd edək ki, 1/4 final fevralın 9-11-də, 1/2 final isə martın 17-18-də keçiriləcək.
Fanat.Az