İran çempionatında 9-cu turdan təxirə salınmış oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi” də növbəti matçına çıxıb.
Təbrizlilər rəqib meydanında "Nassaji Mazandaran”la üz-üzə gəlib və 1:1 hesablı bərabərlik sayəsində növbəti xalını qazanıb.
11 oyuna cəmi 4 xal yığan "Maşinsazi” turnir cədvəlində 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıbsa, Təbrizin daha məşhur klubu "Traktor” 16 xalla 4-cü pillədədir.
Fanat.Az