İran çempionatında 15-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Sanat Naft”la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, "Maşinsazi”nin cari mövsümdəki ilk qələbəsi olub.
Keçirdiyi 15 oyuna cəmi 8 xal toplamış "Maşinsazi” 16 kollektiv arasında son pillədə mövqe tutubsa, Təbrizin daha məşhur təmsilçisi - "Traktor” 19 xalla 8-ci yerdədir.
Fanat.Az