10:30 13.10.2018 678

Tarmenxan Babayev Olimpiya Oyunlarında gümüş medal qazandı!

Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında ağır atletlərimizin çıxışı davam edir. Bu gün oğlanların yarışında 85 kq çəki dərəcəsində Tarmenxan Babayev körpücük üzərinə çıxıb.

Tarmenxan Babayev, 2002-ci ildə Naxçıvanda anadan olub. "Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur.

Atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə 2-ci olub.

Tarmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə 2-ci yeri tutub.

Toplam 316 kq (142 kq+174 kq) nəticə ilə Tarmenxan Babayev Yeniyetmələrin Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Yarışdan sonra bu uğurun memarları hisslərini bizimlə bölüşüblər. İlk olaraq baş məşqçimiz Asif Məmmədov fikirlərini bildirib: "Təbriklərə görə təşəkkür edirəm. Mən də öz növbəmdə bütün ağır atletləri, Azərbaycan ağır atletika məktəbini, idmançılarımızı, məşqçilərimizi təbrik edirəm. Bu yarışda iki idmançı ilə təmsil olunurduq: Lalə Rzazadə və Tarmenxan Babayev.

Bu yarış dünya və Avropa birinciliklərindən gücünə görə fərqlənir. İdmançı sayının az olmasına baxmayaraq, Olimpiadanın ab-havası çox ağır olur. Yeniyetmələrin yarışı olsa da, böyüklər arasında keçirilən analoji turnirdən heç bir fərqi yoxdur. Yalnız idmançıların yaşı azdır, başqa heç nə. Rəqiblərimiz də güclü idi, italyan, yunan və digərləri… Buna baxmayaraq, biz qızıl medala köklənmişdik. Yarışın gedişatında istiqamətimiz, hədəfimiz məhz bu idi. Təəssüf ki, əvvəllər nümayiş etdirdiyimiz nəticəni təkrarlaya, yaxşılaşdıra bilmədik və ikinci olduq. Çempion da ola bilərdik.

Olimpiya Oyunları kimi belə böyük, belə mötəbər yarışda gümüş medal qazanmaq əla nəticədir. Çox şükürlər olsun ki, əziyyətimiz boşa getmədi. İnşallah, Tarmenxan gələcək yarışlarda da uğur qazanar, ölkəmiz üçün daha yaxşı nəticələr əldə edər. Bir daha bütün ağır atletikasevərləri, rəhbər və məşqçi heyəti, ağır atletika ailəsinin bütün digər üzvlərini təbrik edirəm”.

Tarmenxan Babayevin fikirləri isə belə oldu: "Yarışa çox yaxşı hazırlaşmışdım, körpücüyə də qələbə üçün çıxdım. Olimpiada ciddi turnirdi və burada istənilən nailiyyət böyük əziyyət hesabına başa gəlir. Yarışın özü də yaxşı keçdi. Ümidim Vətənə qızıl medalla qayıtmaq idi amma gümüş medalla kifayətləndim. Qeyd etmək lazımdı ki, rəqiblərim də güclü idi. Mənə yalznı sona qədər mübarizə aparmaq qalırdı. Çalışdım ki, var gücümü ortaya qoyum. Olimpiya Oyunlarında fəxri kürsünün ikinci pilləsinə qalxdım. Çox gözəl hisslərdir. Ölkəmi layiqincə təmsil etdiyimə, evə medalla döndüyümə görə çox şadam. Şükürlər olsun ki, uzun müddətdir keçdiyimiz məşqlər, çalışmalar öz bəhrəsini verdi. Bu uğurda əziyyəti olan hər kəsə, məşqçi-müəllimlərimdən tutmuş rəhbərliyə qədər hər kəsə minnətdarlığımı bildirirəm”.

Gənc atletimizə nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edir, ilk Olimpiya medalı münasibətilə təbrik edirik!

Fanat.Az
 


Oxşar xəbərlər

Xəbər lenti

06 İyun 2020
00:36

Məşhur braziliyalı forvard Rusiya klubuna keçir

05 İyun 2020
21:22

Evə bərbər çağırdılar, cərimələndilər

19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:40

Bundesliqada 30-cu tur həyəcanı: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

10:37

Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

10:20

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

10:10

"Real"ın 80 milyon avroluq təklifini rədd etdilər

09:37

Pellenin model sevgilisi təqibçilərini məst etdi - FOTO

09:35

NBA-nın bərpa tarixi və formatı dəqiqləşdi

09:24

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

09:05

"Yuventus" - "Milan" və "Napoli" - "İnter" matçları bu tarixlərdə oynanılacaq

09:00

"Neftçi"nin sabiq baş məşqçisinə İtaliya klubundan təklif

00:30

"Xəzər Lənkəran"da oynamış yarımmüdafiəçi baş məşqçi oldu

04 İyun 2020
20:20

Tanınmış məşqçinin zalı yandırıldı

19:10

İran millisinin üzvü "Arsenal"ın "radar"ında

18:27

Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama

18:15

"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

17:35

Premyer Liqada 5 oyunçu dəyişikliyinə icazə verildi

17:10

Məhkəmə ulduz futbolçu barədə qərar çıxardı: 6 aylıq həbs cəzası...

16:30

"Real"ın əfsanəsi Bundesliqa klubunun baş məşqçi postuna əsas namizəddi

16:23

FİFA Rusiya klubuna transfer qadağası qoydu

15:59

Rakitiç keçmiş klubuna qayıdır?

15:24

"Neftçi"nin sınaqçı-rəqiblərinin adlarına aydınlıq gəldi

15:21

Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

14:37

Elvin Məmmədov: "Buna gücüm çatacağına əminəm"

14:35

Sabiq çempion qolunun hansı vəziyyətə düşdüyünü göstərdi və pul tələb etdi - FOTOLAR

14:02

Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)

13:39

Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

13:30

Yuri Syomin yenidən "Dinamo"da?

13:07

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"da - RƏSMİ

13:00

"Avrokuboklarla bağlı qərar verilməyib" - UEFA-dan reaksiya

12:36

Sexudo dünya çempionunu hədələdi: "Səni diz çökdürərəm!"

12:31

"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

12:12

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

11:56

Alaba və Tyaqonun "Bavariya"dakı gələcəyi necə olacaq? - SON DURUM

11:32

"Instagram" milyonerləri - Ronaldu, Messi və Neymar

11:05

Azərbaycanlı üçqat dünya çempionu koronavirusa yoluxdu - FOTO

10:55

"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

10:25

Operativ Qərargahdan açıqlama: Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq?

10:15

"Messi, yoxsa Ronaldu? Məncə, Levandovski daha yaxşıdı"

09:35

Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

Facebookdan bizi izləməyi unutmayın.