16:20 30.03.2020 337

Slavço Georgievski: "Bu məsələ hələ də mənə əzab verir"

Bu gün "Neftçi”nin veteran futbolçusu Slavço Georgievskinin 40 yaşı tamam olur. 1980-ci ildə dünyaya gəlmiş yarımmüdafiəçi 2010-2012-ci illər ərzində "Neftçi”də çıxış edib və 2 dəfə (2011, 2012) Azərbaycan çempionatının qalibi olub. O, Şimali Makedoniya milli komandasının heyətində 20 oyun keçirib.

Klubun mətbuat xidməti yubileyi münasibətilə Georgievski ilə müsahibə edib.

- Slavço, 40 yaşınız mübarək!
- Təşəkkür edirəm! Çox şadam ki, xatırlayırsız, bu məni çox təsirləndirdi.

- Koronavirusla bağlı hazırkı vəziyyəti nəzərə alsaq, görünür yubileyinizi karantin şərtləri altında qeyd etməli olacaqsınız.
- Haqlısınız, ad günümü evdə, karantin şərtləri altında keçirəcəm. Tədbirdə yalnız ailə üzvlərim iştirak edəcəklər. Amma qəlbimdə "Neftçi” və onun azarkeşləri ilə olacağam. Çünki onlar heç vaxt ad günümü yaddan çıxarmırlar. Bu mənim üçün çox şey deməkdir. Həmişə hamıya deyirəm ki, "Neftçi” ikinci doğma evim, Azərbaycan ikinci vətənimdir.

- "Neftçi”yə keçidinizi necə xatırlayıb, dəyərləndirirsiz? Flaqmanın heyətində karyeranızın belə uğurlu alınacağını gözləyirdiniz?
- 2010-cu ildə Azərbaycan və Şimali Makedoniya milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan (1:3) sonra "Neftçi” mənimlə maraqlandı. Menecer Azərbaycan və "Neftçi” haqda çox yaxşı şeylər danışdı. Mən özüm də "Neftçi”nin böyük tarixə malik komanda olduğunu və keçmiş Yuqoslaviyadan orada bir çox futbolçunun çıxış etdiyini eşitmişdim. Mənə Bakının gözəlliyi haqda çox danışmışdılar, amma öz gözlərimlə görəndə heyrətdən ağzım açıq qaldı. Bakı necə də gözəl idi! Paytaxtınıza gələndən sonra klub rəhbərliyi ilə görüşüb, müqaviləyə qol çəkdim. Ən qısa zamanda anladım ki, "Neftçi”nin formasını geyinmək çətin və məsuliyyətlidir. Çünki Azərbaycanın ən məşhur klubu həmişə qələbəyə və çempionluğa oynamalıdır və futbolçu psixoloji olaraq buna hazır olmalıdır. "Neftçi”də bütün mümkün titullara sahib çıxmaq istəyirdim və buna hazır idim. Ardıcıl iki il çempionluq sevincini yaşamağı və şükür Allaha ki, azarkeşlərin sevimlisi olmağı bacardım. Axı azarkeşsiz futbol, havasız və ya susuz həyat kimidir.

- Maraqlıdır, "Neftçi”dəki karyeranızdan ən çox nəyi xatırlayırsız?
- Yaxşı komandamız vardı. Qapıçıdan tutmuş hücumçuyadək bütün mövqelər yaxşı komplektləşmişdi. Hətta ehtiyat oyunçular skamyamız da güclü idi. Saşa Stamenkoviç, İqor Mitreski, Alessandro Viana Da Silva, Cavid İmamverdiyev, Rəşad Abdullayev, Flavinyo, Bahodir Nasimov, Emil Mpenza və başqaları. Hamısı səviyyəli futbolçular idi. Əbəs yerə demirlər ki, çempionluğu müdafiə, oyunu isə hücum xətti qazanır. Əlbəttə, ən yaxşı oyunçularımız isə azarkeşlərimiz idi. "Xəzər Lənkəran”la Lənkəranda və Bakıda bir neçə oyunu xatırlayıram, azarkeşlərimizdən bizə möhtəşəm dəstək var idi. Belə dəstəyi hər bir futbolçu arzulayır. Azarkeşlərimiz Tovuza və Gəncəyə də gəlirdilər, qarlı, yağışlı havada – həmişə yanımızda olurdular. Futbolda bəzən qalib gəlirsən, bəzən məğlub olursan. Amma əsas odur ki, həmin iki il ərzində qələbəmiz daha çox oldu. Rəqiblərimiz zəif deyildilər, amma bizim komanda daha güclü və səviyyəli idi. Yaxşı oyun üslubumuz vardı. Futbolçular, məşqçilər və rəhbərlik arasında münasibət yaxşı idi. Bütün qələbələrimizi azarkeşlərimizə həsr edirdik. Çempionluğu qazanmaq asan deyil, amma onu qorumaq daha da çətindir. Bunu hər komanda bacarmır. Şükür Allaha ki, mən bunu bacaran komandanın üzvü olmuşam. Təbii ki, neqativ hallar da olub. İkinci çempionluqdan sonra mən də daxil olmaqla, həyatını "Neftçi”yə qurban verməyə hazır olan futbolçulardan bir neçəsi ilə müqavilə uzadılmadı. Bu məsələ hələ də mənə əzab verir. "Neftçi”ni tərk edəndə dedim ki, Allah qoysa, bir gün baş məşqçi kimi bura qayıdıb, futbolçu kimi qazana bilmədiklərimi qazanacam.

- Karyeranızı başa vurandan sonra nə işlə məşğul olmusuz?
- Futbolçu karyeramı bitirəndən sonra vətənim Şimali Makedoniyaya qayıtmışam və demək olar, dərhal da məşqçilik kateqoriyasını oxumaq üçün müraciət etmişəm. B və A kateqoriyalarına sahib çıxmışam. Hazırda PRO kateqoriyası üçün təhsil alıram. Son 5 ildə Şimali Makedoniyanın "Rabotniçki” klubunun 13, 14, 15 və 16 yaşlı futbolçulardan ibarət komandalarında çalışmışam. Üç dəfə əsas komandada baş məşqçinin köməkçisi olmuşam. PRO kateqoriyası üçün təhsil almağa başlayandan sonra qaydalara zidd olduğu üçün bu vəzifədə çalışmaqdan imtina etmişəm. Hədəfim baş məşqçi olmaqdır.

- "Neftçi” dönəmindəki futbolçulardan kiminləsə əlaqə saxlaya bilirsiz?
- Təəssüf ki, qrafikim çox sıxdır. Məşqçi işləyəndə bəzən gündə iki dəfə məşq olurdu. Üstəlik, 3 qızım var (gülür). Demək olar ki, bütün boş vaxtlarımı onlara həsr edirəm. Bununla belə, keçmiş komanda yoldaşlarımdan bəziləri ilə ünsiyyət qurmağa cəhd etmişəm. Onların arasında Rail Məlikov və Ruslan Əmircanov da var idi. Arif Əsədovla da əlaqə saxlamağa çalışıram. Çünki o mənim üçün yaxşı insan və yaxşı məşqçi olaraq qalır.

- Sıx qrafiki nəzərə alsaq, "Neftçi”nin oyunlarına baxmağa vaxt qalırmı? Əgər baxırsınızsa, hazırkı heyətdən kimi fərqləndirərdiniz? "Neftçi”nin çempion olacağına inanırsız?
- "Neftçi”nin oyunlarını maksimum izləməyə çalışıram. Legionerlərdən "İnter”də birlikdə oynadığım Stankoviçi fərqləndirərdim. Dabo ilə Monrozun da oyunu xoşuma gəlir. Yerlilərdən isə son vaxtlar Namik Ələskərov, Emin Mahmudov, Mirabdulla Abbasov və Ömər Buludov özlərini yaxşı göstərirlər. Rəhman Hacıyevi də qeyd edərdim. O, karyerasına mən oynayan vaxtlarda başlamışdı. Perspektiv vəd edən çox yaxşı komandadır. Əlbəttə, "Neftçi”nin çempion olacağına inanır və ümid edirəm. Çempionluq şansı 1 faiz olsa belə, buna həmişə inanıb, ümid edəcəm. Çünki "Neftçi” mənim ürəyimdir. Necə deyərlər, bir dəfə "Neftçi”li oldunsa, həmişə "Neftçi”li olacaqsan. Sonadək mübarizə aparmaq və inanmaq lazımdır. Təki bu onlarda alınsın və çempionluğu birlikdə bayram edək – siz orada Azərbaycanda, mən isə burada Şimali Makedoniyada.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

25 Sentyabr 2020
14:04

"Neftçi" - "Qəbələ" Rəhim Həsənova tapşırıldı

14:02

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:53

"Qarabağ" "Sumqayıt"a qarşı - YENİLƏNİR

13:24

“Neftçi” – “Qəbələ” - 53-cü duel

12:57

Millimizin baş məşqçisi əməliyyat olundu

12:39

"Qarabağ"ın rəqibi sifariş ərizəsini UEFA-ya təqdim etdi

12:04

Tottinin səsli mesajı qadın futbolçunu komadan ayıltdı

11:57

"Fənərbağça" yeni hücumçu aldı

11:47

"Qarabağ"ın oyununa hakim təyinatları açıqlandı

11:32

"Legiya" - "Qarabağ" matçının saatı açıqlandı

11:24

Rumıniya klubu məğlubiyyətə görə Əliyar Ağayevi günahlandırdı

10:43

Dünyanın ən varlı futbolçusunun yeni klubu müəyyənləşdi - 28 milyardı var

10:26

Türkiyə millisinin sabiq üzvünü öldürmək üçün killer tutan arvadına şok cəza - FOTOLAR

10:02

"Qarabağ"a qarşı mövsümün ən vacib oyununa çıxacağıq"

09:40

"Legiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

08:20

Loranı görənlər sörfinqi sevir - FOTOLAR

01:38

Avropa Liqası: Pley-offun bütün cütləri müəyyənləşdi

01:08

Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi, "Beşiktaş" uduzdu

00:26

UEFA Superkuboku: "Bavariya" əlavə vaxtda sevindi

00:21

Azərbaycan Premyer Lİqasında hakim təyinatları açıqlandı

00:03

Əliyar Ağayev qovdu, meydan sahibləri uduzdu - VİDEO

24 Sentyabr 2020
22:28

Dieqo Qodin A Seriyasında klub dəyişdi

20:41

Azərbaycan millisinin oyun günləri müəyyənləşdi

18:56

Millətlər Liqasının finalının keçiriləcəyi tarix açıqlandı - RƏSMİ

18:40

Dünyanın ən yaşlı futbolçusu elitada rekord qırdı

18:25

"Fənər" tanzaniyalı hücumçu gətirir - RƏSMİ

17:34

Gənclər Liqasının formatı dəyişdi

17:16

UEFA prezidentindən azarkeşlərlə bağlı açıqlama

16:53

"Çelsi"nin forvardı getmək istəyir - SƏBƏB

16:35

"Qarabağ"ın heyətində itki

16:09

Yeni mövsümün püşkü atıldı

15:50

I Divizionda yeniliklər

15:36

"Qarabağ" və "Legiya"nın şansları bərabərdir"

15:14

Elxan Məmmədov UEFA-ya hesabat verdi

14:53

Fitnes zalları necə fəaliyyət göstərəcək? - Nazirlik açıqladı

14:32

UEFA Mahir Emrelinin cəzasını açıqladı

14:16

"Keşlə"yə qarşı 20-ci oyun

13:59

Futbolçu "Neftçi"nin xahişi ilə millimizdən kənarlaşdırıldı

13:45

"Çelsi" 25 milyonluq transferi açıqladı

13:36

"Sabah"ın baş məşqçisi dəyişdi

13:07

U-19 millimizin heyətində dəyişiklik

12:21

Azərbaycanlı idmançının beynəlxalq turnirdəki medalı əlindən alınır

11:59

TƏBİB: İdman sahəsində dopinqdən istifadə mütəmadi hal alıb

11:45

Azərbaycan Kubokunun qalibi 39 yaşında futbola qayıtdı

11:24

AGF hakimlərlə qayda pozuntularından danışdı

11:09

Mahir Emrelinin zədəsi ağırlaşdı

10:21

“Qarabağ”ın 7 illik hegemonluğuna son qoyula bilərmi?

09:56

Tətil bitdi, məşqlərə davam

09:38

"Sabah"ın yeni transferi məşqlərə qoşuldu

09:00

Rozi bu gözəlliyi 14 saat məşqlə qoruyur - FOTOLAR

03:21

"Barselona"nın forvardı "Atletiko"da - RƏSMİ

00:50

Çempionlar Liqası: "Mölde" macarlara 3 qol vursa da...

23 Sentyabr 2020
23:43

"Barsa" 18 yaşlı futbolçusuna 400 milyon qiymət qoydu

22:00

Avropa Liqası: "Lex" pley-offa darmadağınla yüksəldi

21:23

Terim: "Hayduk"a qarşı "Neftçi" ilə oyundakı heyəti..."

21:02

Mövsümün ən yaxşısı kim olacaq? - UEFA açıqladı

20:34

"İnter"ə döndüyüm üçün xoşbəxtəm"

18:21

Premyer Liqa klubundan "Trabzonspor"a transfer

17:07

AFFA stadionlar üçün tender elan etdi

17:05

"Qəbələ" Futbol Akademiyasında yeni baş məşqçi

16:50

Bakıda "Qalatasaray"ı erməni musiqisi ilə qarşılayan kimdir: "Neftçi", yoxsa BOS?

16:28

"Vaxtı gələndə mən də onun kimi ola bilərəm" - Canni de Byazi

15:51

"Sabah" sponsoru ilə müqavilənin müddətini artırdı

15:34

Azərbaycanda federasiya prezidenti istefa verdi - Yerinə psixoloq gətirildi

15:13

Azərbaycanlı futbolçu Ukraynada əməliyyat olundu

14:54

UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı

14:41

“Məndə o qabiliyyət yoxdur” - Kamran Ağayev

14:27

Əliyar Ağayevin oyunu təxirə salına bilər

14:02

"Boluspor"un baş məşqçisi Araz Abdullayevdən danışdı

13:50

"Barselona"nın ulduzu millimizin futbolçusu ilə eyni klubda - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.