09:00 29.11.2020 6333

"Sən demə girdiyim ev Mxitaryana məxsus imiş" - Şuşada döyüşən idman jurnalistimiz

"Sentyabrın 29-da Şəki rayon Hərbi Komissarlığından avtobuslarla yola düşdük. Karvan hərəkətə keçəndən rayonu tərk edənə qədər valideynlərin, sakinlərin xeyir-duası, alqışları ilə hərəkət etdik. 4 saatdan sonra Gəncə şəhərində "N” saylı hərbi hissəyə çatdıq. Qapıdan içəri daxil olandan sonra 4 il qabaqkı əsgərlik həyatına qayıtdım. Bir qədər dincəldikdən sonra bizi anbara aparıb hərbi forma ilə təmin etdilər və necə deyərlər, xidmətimiz başladı".

Bu sözləri Fanat.Az-a müsahibəsində Vətən Müharibəsinin iştirakçısı, Offsideplus.az saytının əməkdaşı Daşqın Əziz deyib. 

Gənc idman jurnalisti Vətən Müharibəsi ilə bağlı təəssüratlarını saytımızla bölüşüb: 
 


- Bizim uşaqlığımız Birinci Qarabağ müharibəsinin psixoloji travması ilə keçib. 28 il sonra o gün gəldi və Azərbaycan müharibəyə başladı. Ümumiyyətlə, müharibə başlayanda, xüsusilə də özün çağırılanda hansı hisslər keçirdin?
- Dediyin kimi, biz bu travmalarla böyümüşük. Hərbi komissarlıqdan zəng gələndə "baş üstə” deyib dərhal hazırlaşdım və böyük həvəslə yola düşdüm. Hər birimizin arzusu idi ki, bu tarixi an gerçəkləşsin və əlimizdən gələni edək. Açığı, ən böyük istəyim müharibədə hərbi müxbir kimi iştirak etmək idi, lakin bu alınmadı və əlimdə kamera yox, silahla yenə də vətənə xidmətimi etdim.

- Gəncəyə çatdıqdan sonra nələr yaşandı?
- Gəncədə bizə təminat verildikdən sonra vaxt itirmədən təlimlərə başladıq. Təlimlərimiz gecə-gündüz fərq etmədən davam edirdi. Əsasən Şəmkir rayonundakı yüksəkliklərə qalxıb orada dağ döyüş taktikalarını mənimsəyirdik. Komandirlərimiz xırda detalına qədər bizə hər şeyi öyrədirdilər. Hardasa 1 ay həmin təlimlərdə iştirak etdik. Artıq yaxşı mənada səbrimiz tükənmişdi və döyüşə girmək istəyirdik. Komandanlığa tez-tez "biz nə vaxt cəbhəyə gedəcəyik” sualını verirdik. Onlar isə təbəssümlə "darıxmayın igidlər, hər şeyin öz vaxtı var” deyirdilər. 

- Və gün gəldi, həmin an yetişdi...
- Səhər saat 5-in yarısı "həyəcan” komandası ilə toplandıq. Alaqaranlıqda bizim üçün ayrılmış avtobuslar qapılarını açdı. Hissə-hissə maşınlara yerləşdik və hərəkət başladı. Əsgər yoldaşlarımla birgə bir məqamı gözləyirdik: görəsən avtobus karvanı sağa, yoxsa sola dönəcək? Sağa dönsəydi, yenə də Şəmkir rayonuna təlimə gedəcəkdik. Ancaq bu dəfə istədiyimiz səmtə yönəldik. Bu an hamı birağızdan "Əla”, "Eşq olsun”, "Qabağa gedirik” deyə qışqırdı. Təxminən 6 saatdan sonra Füzuli rayonuna gəldik. Mülki sakinlər bizi alqışlayır, imkanları nəyə çatırdısa, kömək edirdilər. Hətta bir azyaşlı əlində iki alma ilə qaçaraq maşınımıza yaxınlaşdı və onları bizə verdi. Həmin anlarda hər birimiz qürurlu idik ki, xalqla ordu necə də möhtəşəm birliyə sahibdi. Füzulinin kəndində orta məktəbə yerləşdirildik və 3 gün orada qaldıq. Dördüncü günümüzdə artıq işğaldan azad edilmiş torpaqlara aparıldıq.

- O müqəddəs torpaqlara ayaq basmaq çox həyəcan və qürurverici olar... 
- Əlbəttə. Çox həyəcanlı və inanılmaz anlar idi. Yol boyu vurulmuş düşmən maşınları, hərbi paltarlarını görürdük. Erməni dilində yazılmış plakatlar da dağıdılmışdı. Yolda ani tapşırıqla bütün karvan dayandırıldı. Çünki düşmənin pilotsuz uçuş aparatı səmada müşahidə aparırdı. Həmin aparat yoxa çıxdıqdan sonra yenidən yolumuza davam etdik və təyin olunan yerə gəlib çatdıq. Ətraf ancaq vaxtilə bizə məxsus olan dağılmış evlər, ermənilərin geyimləri, düşmənin atıb qaçdığı silah-sursat və mal-qaradan ibarət idi. Ac idik və əraziyə düşən kimi danalardan birini kəsdik (gülür). Qida ehtiyacımızı ödədikdən sonra özümüzə səngərlər qazmağa başladıq. Bu səngərlərdə həm gecələyəcəkdik, həm də düşmən tez-tez həmin ərazini artilleriya atəşinə tutduğu üçün özümüzə daldalanacaq düzəldirdik. 5 gün qaldıqdan sonra artıq tarix və zəfər dolu Şuşa səfərinə çıxdıq.
 


- Ordumuzun Şuşa şəhərini azad etmək üçün həyata keçirdiyi misilsiz əməliyyat dünya hərb tarixinə düşəcək əməliyyatlardan biri sayılır. Bunu hərbi ekspertlərin açıqlamalarından oxudum. Hətta Türkiyə və Rusiya mətbuatı da bunu işıqlandırmışdı. Xoşbəxt adamsan ki, o döyüşlərin canlı şahidi, iştirakçısı olmusan. Bir qədər orada yaşananlardan danış bizə. 
- Ayın 6-sı gecə ilə Şuşaya yol aldıq. "Ural” maşınları ilə meşənin içində olduqca çətin və dolanbaclı yollarla Şuşaya qalxdıq. Yolda bir neçə dəfə maşınımız aşmaq təhlükəsi ilə qarşılaşdı. İşıqları söndürə-söndürə mənzil başına çatdıq. Yol boyu mürgüləyirdik və birdən lap yaxınımızdan top atəşinin səsi eşidildi. Ani refleks olaraq dərhal silahlarımızı doldurub maşından tökülüşməyə hazırlaşdıq. Komandirlər isə narahatçılığa əsas olmadığını və onların bizim topçularımız olduğunu bildirdilər. Səhər saat 6-nın yarısı gəlib ünvana çatdıq. Çatdıqdan sonra meşəliyə aparıldıq və orada artıq yük çantamız və digər əşya kisələrini bir kənara qoyduq. Təkcə silah-sursat, qoruyucu jilet və dəbilqəmizi götürüb döyüşə girdik. Daşaltı dərəsi ilə kəndə düşdük. Həmlə şəklində kəndi mühasirəyə aldıq və düşmən əsgərlərinin necə qaçdıqlarını gördük. Bizə öyrədilən döyüş taktikası ilə irəliləyir, mövqe tutaraq uzanıb atəş açırdıq. Düşmən isə fürsət tapıb 82 mm-lik minaatanlardan bizə atəş açırdı. Şükür ki, həmin ərəfədə itkimiz olmadı və qoyulan tapşırığı yerinə yetirdik. Kənd tamamilə boşaldılmışdı. İçəridə qalan bir-iki mülki sakin idi. Hərbiçilər geriyə baxmadan qaçmışdılar. Yol boyu daraqlarını, patronlarını götürürdük ki, özlərinə qarşı ataq. Özümə də yuxu kimi gəlirdi ki, kəndin azad olunmasında birbaşa iştirak etdim. Əsas məsələ isə qarşıdaydı. Şuşa şəhəri...

Daşaltı kəndini azad etdikdən sonra təxminən 7 kilometr məsafə qət etdik. Dağları aşdıq. Zirvələrə qalxa-qalxa Şəmkirdə keçdiyimiz təlimləri yada salırdıq. Sən demə dağa qalxıb-düşmə bunun üçün imiş.
 
 
- Demək ki, bir ay keçdiyiniz təlim bu günlər üçün imiş... 
- Bəli. Artıq dillər əzbəri olan mahnıda deyildiyi kimi, Şuşa dağlarının başını duman almışdı (gülür)... Göz gözü görmürdü. Bir-birimizi itirməmək üçün iti addımlarla hərəkət edirdik. Dağa qalxa-qalxa itburnu və əzgil yeyirdik ki, bədənimizdə taqət olsun. Çünki yemək çantamızı artıq Daşaltıda döyüşə girməzdən qabaq atmışdıq. Hava qaralanda gəlib Şuşanın asfalt yoluna çıxdıq. Həmin vaxt sakitçiliyə riayət etməyimiz dəfələrlə tapşırılmışdı. Yoldaşlarımızdan biri siqaret yandırmışdı ki, bir dəqiqə sonra ermənilər minaatanlardan həmin ərazini atəşə tutdu. Hava çox soyuq idi. Yerə uzanıqlı halda gözlədik ki, atəş dayansın. Mərmi yağışı səngiyəndən sonra üzüaşağı asfaltla yola düşdük və gəlib Şuşa şəhərinin girişinə çatdıq. Həmin gecə qismən təhlükəsiz mövqedə düşərgə qurduq. Dincəlməliydik. Çünki, səhəri gün ölüm-qalım döyüşünə gedəcəkdik.
 


- Harada və necə oldu ki, yaralandın? Döyüşlə bağlı xatirələrini bizimlə paylaşarsan?
- Ayın 8-i günorta saatlarında toplandıq və "İrəli” əmri verildi. Cərgələrlə hücuma keçdik. Ermənilər minaatanlarla atırdı deyə qaça-qaça, yerə uzana-uzana hərəkət edirdik. Bir anlıq sakitlik yarandı və normal qaydada yeridik. Elə həmin anda da kol dibində gizlənən ermənilər bizi avtomatlarla atəşə tutmağa başladı. Dərhal qayalığın dibinə sığındıq və "bismillah” deyib başladıq üzbəüz döyüşə. Onlar atır, biz atırıq. Gördüm biri əlində silah vurnuxur. Dəbilqəsi yellənir. Tək-tək atışla gözəyarı nişan alıb 4 mərmi atdım. Bu 4 mübarək mərmidən biri bu erməninin düz başından dəydi və qəfil də atəş dayandı, dəbilqəsi dığırlandı kənara. Bunun ardınca qalxıb "ziqzaqvari” qaçışla irəli getdim. Minaatanlar başımıza elə yağırdı ki, heç göz açmağa imkan yox idi. Xankəndi tərəfdən Şuşanın giriş yolu artıq bizim nəzarətimizdə idi. Xüsusi təyinatlılarımız isə Şuşa şəhərinin içini artıq tam nəzarətə götürmüşdülər.  Ermənilər qaçıb Xankəndiyə yığılmışdılar. Döyüş gedə-gedə gördüm ki, yaralı qardaşlarımız kömək istəyir. Birtəhər mərmilərdən yayınıb onlardan birinə köməyə getdim. Gördüm ki, hər iki ayağı və başının sol tərəfindən qəlpə dəyib. Qanaxması çox idi. Tez "jqut”la ayağını dizdən yuxarıdan sıxdım ki, qanaxması dayansın. Daha sonra onu çəkib iri daşın arxasına uzatdım. Ayağa qalxdığım anda qorxunc nərilti ilə minaatan mərmisi 10 metrliyimə düşdü. Özümü yerə tulladım. Beynim silkələndi, qulaqlarım heç nə eşitmirdi. Ancaq uğultu və mərmi səsləri gəlirdi. Özümdə güc tapıb durub yeridim. Yoldaşlarım çağırdı ki, xərəyi daşımağa kömək edəm. Gedib xərəkdən yapışdım. Yaralı olan əsgərimiz yalvarırdı ki, onu döyüş meydanından tez çıxaraq. Var gücümüzlə gedirdik. Artıq nəfəsimiz kəsilirdi. Ürəyim sanki yerindən çıxacaqdı. Dedim xərəyi qoyaq yerə biraz nəfəs dərək. Həmin vaxtı yaralı yoldaşımız üşüdüyünü və üzərinə nə isə atmağımızı xahiş etdi. Gördüm asfaltda erməni "buşlat”ı var. 2 saniyəyə onu çəkib çıxarıb qardaşımızın üzərinə atdım və birdən sol böyrümə sanki dəyənəklə möhkəm vurdular. Əyilib baxdım ki, qan axır. Güllə ilə vurmuşdular. 10 saniyə keçmədi ki, həmin nahiyə buz kimi oldu, keyidi. Çox həyəcanlandım, artıq özümün də ölümlə üz-üzə gəldiyimi gördüm. Ayağa qalxmaq istədim alınmadı. Uşaqlar isə mənə köməyə gəlmək istədilər və həmin an dedim ki, mən duracam özüm, Ülvini dartıb çıxarın burdan, çox qan itirib. Minaatan mərmiləri dalbadal atılırdı, heç cür imkan yox idi ayağa durub hərəkət etməyə. Sürünə-sürünə qayalığın dibi ilə Şuşaya tərəf getdim. Yalan olmasın, haradasa yaralı-yaralı 2 kilometrə yaxın yol qət etmişdim. Şuşaya çatmağa az qalmış XTQ çavuşlarından biri mənə səsləndi və qoluma girərək meşəliyə apardı. Meşənin içi ilə Şuşa qalasına qalxdıq. Düşmən snayperi isə başımın üstündə idi. Güllənin məni keçib qarşımdakı ağaca dəydiyini görürdüm. Artıq mənə hər şey adi gəlirdi. Ölüm 2 saniyənin işi idi. Sonranı düşünmürdüm, ancaq qan içində atdığım addımların, mərmilərin səslərini eşidirdim. Gəlib qalaya çatdım və oradakı yaralıların yanında uzandım. Susuzluqdan dilim-ağzım qurumuşdu. Salamat əsgərlərimizdən birinin əlində su gördüm və istədim. Lakin o, qanaxmaya görə suyu mənə vermədi. O vəziyyətdə belə hər şeyi gözə alıb birtəhər o suyu götürdüm və içdim. Daha sonra bizi təxliyyə etmək üçün zirzəmilərə yerləşdirdilər. Sən demə zirzəmisinə girdiyim ev ermənilərin dünyaca məşhur futbolçusu Mxitaryana məxsus imiş. Şuşada ikimərtəbəli lüks villa tikdirən Mxitaryan nə vaxtsa azərbaycanlı idman jurnalistinin gəlib orada müalicə alacağını heç ağlına gətirərdi? (gülür)

Röya Kərimli

Oxşar xəbərlər

Xəbər lenti

16 Yanvar 2021
01:14

"Barselona"da prezident seçkiləri təxirə salındı - SON DURUM

15 Yanvar 2021
23:14

Sərbəst güləşçiərimizin sabahkı rəqibləri bəlli oldu

22:56

"Fənərbağça" ilə anlaşdı, sabah İstanbulda olacaq - RƏSMİ

22:12

Millimizin rəqibi bu heyətlə oynayacaq

21:04

Təbriz təmsilçisi bu tur nə etdi?

19:55

Yığmamızın sabiq futbolçusu klubunu dəyişdi

19:34

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:48

Millimizin heyəti açıqlandı

17:27

PSJ-nin loqosu dəyişdi

17:02

Bu klub dünya çempionatından imtina etdi

16:47

Tokio olimpiadası ləğv oluna bilər

16:29

Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı

16:05

Azərbaycanda oynamış məşhur futbolçu ən yaxşı adına namizəd oldu

15:43

“Elxan Məmmədov işləməyimə imkan vermir” - MÜSAHİBƏ

15:24

"Qarabağ"ın sabiq futbolçusu klubunu təhqir etdi

15:09

Millimizin üzvü zədə səbəbindən Qran-priyə gedə bilmədi

14:51

Azərbaycanlı məşqçi məşhur Rusiya klubunun hədəfində

14:37

"Sabah" legioneri ilə vidalaşdı - YENİLƏNİB

14:19

"Sumqayıt" millimizin sabiq futbolçusu ilə müqavilə imzaladı

14:04

İtaliya klubu "Real"ın müdafiəçisini aparır

13:50

"Səbail" iki futbolçu ilə danışıqlar aparır

13:32

"Milan"ın yeni transferi bu gün tibbi baxışdan keçəcək

13:03

Operativ Qərargah AFFA-nın müraciətinə müsbət cavab verdi

12:53

"Ferrari" pilotu koronavirusa yoluxdu

12:34

UEFA-dan AVRO-2020 ilə bağlı açıqlama

12:17

Milli komandaya yeni baş məşqçi gətirildi

11:58

Kamran Ağayev uzun müddətdən sonra meydana qayıtdı

11:32

"Sabah" "Səbail"i belə yendi - VİDEO

10:57

Günün oyunlarına necə baxaq? - AFİŞA

10:33

Türkiyəli güləşçi: "Azərbaycan millisi dünyada özünü sübut edib"

10:14

"Səbail"in qapıçısı: "Dünya çempionatına vəsiqə qazanmaq istəyirik"

09:58

"Keşlə"nin sabiq futbolçusu Honduras klubunda

09:43

Tanınmış şərhçi İTV-də işə başladı: "Karyeramda yeni səhifə açıram"

09:21

Türk klubunda növbəti yoluxma

00:12

Türkiyə Kubokunda 1/4 finalçılar müəyyənləşdi

14 Yanvar 2021
22:59

Yunis Hüseynov: "Yenilər yaxşı təsir bağışladılar"

22:31

Visente Qomez: "Bu oyun mövqeyimizi yaxşılaşdırmaq üçün kifayət deyil"

21:23

"Neftçi" belə qələbə qazandı - VİDEO

20:44

Bolqarıstan millisinin yeni baş məşqçisi açıqlandı - RƏSMİ

20:36

"Neftçi"nin legioneri: "Heç bir rəqibdən qorxmuruq"

19:59

Samir Abasov: "Oyunda görmək istədiyimiz başqa şeylər idi"

19:42

Rəşad Sadıqov: "Məni yetişdirən adam köməkçim ola bilməz"

19:30

Qurban Qurbanov: "Gerye "Instagram" krallarından biridi"

19:17

Canni De Byazi Bakıya nə vaxt gələcək? - AÇIQLAMA

19:02

7 qolluq oyunda "Neftçi" "Keşlə"yə qalib gəldi

18:45

"Sumqayıt" 2 futbolçusu ilə vidalaşır

18:28

3 hissə oynadılar, 6 qol vuruldu, "Qarabağ"la "Zirə" "sülh" bağladı

18:21

Elmar Baxşıyev: "Rəhbərlikdən yeni transfer istəmişəm"

18:15

"Sabah" "Səbail"i məğlub etdi

18:10

Ayxan Abbasov: "Sumqayıt" çempionata tam hazır deyil"

17:44

Şəfəq Hüseynli WADA-nın ekspert məsləhətçi qrupuna üzv seçildi

17:20

"Qəbələ" "Sumqayıt"la heç-heçə etdi

17:12

AGİ-nin prezidenti və yığmanın çalışdırıcısı ADBTİA-nın qonağı oldu - VİDEO

17:11

"Qarabağ"ın futbolçusu sıradan çıxdı - SON DƏQİQƏ

16:31

Premyer Liqada daha bir oyunu təxirə salındı - Koronavirusa görə...

16:05

Cavanşir Qurbanov: "Qazilər üçün yeni idman klubları yaradılsa..."

16:00

Millimizin Qran-pri üçün heyəti açıqlandı

15:20

"Neftçi" klubu legioneri üçün iki dəfə bilet alıb-qaytarmalı olub

15:05

"Qarabağ" "Zirə"yə qarşı

14:54

Son 10 ilin ən yaxşı qapıçıları - SİYAHI

14:42

Veteran futbolçumuz reanimasiyadan çıxarıldı

14:32

"Sumqayıt" millimizin sabiq futbolçusunu baxışa çağırdı

14:09

Millimiz İranla oynamaqdan imtina etdi

13:55

Messi finalda oynayacaqmı? - AÇIQLAMA

13:33

"Türk Messi" "Yuventus" yolunda - 10 milyon avro...

13:23

"Barselona"nın qapıçısı London klubuna keçə bilər - SON DURUM

13:12

Lukaku bütün həmyerlilərini qabaqladı - FOTO

12:40

Halis Kökçü: "Ozan Can Azərbaycanı Avropada təmsil etmək istəyir"

12:06

Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçılar açıqlandı - SİYAHI

11:42

Paylaşdığı şəkillər xanım idmançının başına bəla oldu - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.