İtaliyanın "Sampdoriya” klubu heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi "Breşiya”nın 28 yaşlı hücumçusu Ernesto Torreqrossanı transfer edib.
Klubun saytı onunla 4,5 illik müqavilə imzalandığını yazıb.
"Verona”nın yetirməsi olan Torreqrossa 2018-ci ildən "Breşiya”nın uğurları üçün çalışırdı. İtalyan forvard karyerası ərzində "Krotone”, "Monza”, "Trapani”, "Lumezzane” kimi klublarda da top qovub.
Fanat.Az