10:53 26.04.2019 598

"Sabah"ın əsas komandasından gənc futbolçulara dəstək

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov, kapitan Cavid İmamverdiyev, yarımmüdafiəçi Rəşad Eyubov "Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edəcək təmsilçiləri, həmçinin U-12 komandasının heyəti ilə görüşüb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Əlincə Arena”dakı görüşdə əvvəlcə 2017 və 2018-ci illərdə keçirilən turnirdən görüntülər və məşhur rusiyalı keçmiş futbolçu Aleksey Smertinin "Dostluq üçün futbol” sosial layihəsinin iştirakçılarına müraciəti yer alan videolar nümayiş etdirilib.

2017-ci ildə keçirilən turniri çempion kimi başa vuran komandanın heyətində yer almış Rəvan Kazımov builki yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra isə baş məşqçi Elşad Əhmədov, kapitan Cavid İmamverdiyev, həmçinin  Rəşad Eyubov həm sosial layihənin iştirakçılarına, həm də U-12 komandasının üzvlərinə tövsiyələr veriblər.

Əhmədov azyaşlı futbolçulara müraciətində onlara intizamlı olmağı tövsiyə edib:"Adından da göründüyü kimi bu layihədə əsas olan dostluqdur. Bu səfərləri hazırlayan insanlara çox sağ ol deyirik. Bu, azyaşlı futbolçular üçün vacibdir. Belə səfərlərdə yeni şeylər görüb öyrənirsiz. Lakin sizin işiniz futbol oynamaqla yekunlaşmır. Siz dərslərinizə də ciddi yanaşmalısız. İntizamlı olmalısız. Məşqçiniz Samir müəllim futbolçu olduğu zaman nümunəvi davranışı, intizamı ilə fərqlənirdi. Sizin əsas məqsədiniz gələcəkdə yaxşı, intizamlı futbolçu olmaqdan əlavə, ən əsası, ölkəmizə layiqli övlad kimi yetişmək olmalıdır. Bu gün sizin əyləşdiyiniz bu konfrans zalında bizim əsas komandanın futbolçuları otururlar. Məsələn, qapıçının oturduğu yerdə əsas komandanın qapıçısı Saşa Stamenkoviç əyləşir. Gələcəkdə onları siz əvəz edəcəksiz. Bu gün Cavid İmamverdiyev, Rəşad Eyubovun olduğu yerdə siz olacaqsız. Bu yolda hamınıza uğurlar”.

Kapitan Cavid İmamverdiyev də azyaşlı futbolçulara müraciət edib: "Siz bizim gələcəyimizsiz. Sevinirəm ki, sizə Samir müəllim kimi insan məşqçilik edir. Onunla uzun müddətdi tanışıq. Futbol oynadığı dövrdə də nizam-intizamı ilə diqqət çəkirdi. Düşünürəm ki, baş məşqçi kimi bir az da özünü inkişaf etdirib. Mənim sizə əsas məsləhətim odu ki, futbolçu olmaq yoluna çıxmısızsa, bu yolu sevərək gedin. Futbolçu olmaq istəyirsizsə, buna özününüzü – evdə, məktəbdə, çöldə hər yerdə hazırlamalısız. Futbolçu olmaq təkcə futbolkanı geyinib, meydana çıxıb futbol oynamaqdan ibarət deyil. Bunun üçün meydandan kənarda da çalışmalı, təkcə məşqlərdə yox, məktəbdə, evdə də nümunəvi davranışınızla seçilməlisiz”.

Daha sonra isə yarımmüdafiəçi Rəşad Eyubov öz tövsiyələrini azyaşlı futbolçulara çatdırıb: "İlk növbədə gələcək karyeranızda, qarşıdakı oyunlarınızda hər birinizə uğurlar arzulayıram. Bilməlisiz ki, yaxşı futbolçu olmaq üçün yalnız məşqlərə ciddi yanaşmaq kifayət deyil. Futbolla yaşamalısız. Bundan əlavə, məşqçilərinizin, valideynlərinizin sözlərinə əməl etməlisiz. Hər birinizə bir daha uğurlar”.

U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov sonda baş məşqçiyə və futboçulara dəstəyə görə təşəkkür edib:

"Başda Elşad müəllim olmaqla, hər birinizə təşəkkür edirəm. Bu gün sizin bura gəlməyiniz bizim üçün böyük motivasiyadır. Biz də "Sabah”ın hər oyununda tribunadan dəstək oluruq, bundan sonra da olacağıq. Bizim uşaqların əsas məqsədi gələcəkdə əsas komandada oynamaqdır. Bu gün "Sabah”a tribunadan dəstək verən bu uşaqlar bəlkə də, bir neçə il sonra yaşıl meydanda komandanın uğurları üçün çalışacaqlar.

Mayın 2-də Xorvatiyada keçiriləcək turnirdə iştirak edəcəyik. Çalışacağıq ki, bu beynəlxalq turnirdə "Sabah”ı layiqincə təmsil edək. Sizinlə görüş bu turniröncəsi bizə yaxşı motivasiya olacaq. Bir daha hər birinizə təşəkkür edirik”.

Daha sonra "Dostluq üçün futbol”un iştirakçıları sosial layihənin simvollarından olan qolbağı Elşad Əhmədov, Cavid İmamverdiyev və Rəşad Eyubovun qoluna bağlayıblar.
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

06 İyun 2020
00:36

Məşhur braziliyalı forvard Rusiya klubuna keçir

05 İyun 2020
21:22

Evə bərbər çağırdılar, cərimələndilər

19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:40

Bundesliqada 30-cu tur həyəcanı: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

10:37

Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

10:20

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

10:10

"Real"ın 80 milyon avroluq təklifini rədd etdilər

09:37

Pellenin model sevgilisi təqibçilərini məst etdi - FOTO

09:35

NBA-nın bərpa tarixi və formatı dəqiqləşdi

09:24

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

09:05

"Yuventus" - "Milan" və "Napoli" - "İnter" matçları bu tarixlərdə oynanılacaq

09:00

"Neftçi"nin sabiq baş məşqçisinə İtaliya klubundan təklif

00:30

"Xəzər Lənkəran"da oynamış yarımmüdafiəçi baş məşqçi oldu

04 İyun 2020
20:20

Tanınmış məşqçinin zalı yandırıldı

19:10

İran millisinin üzvü "Arsenal"ın "radar"ında

18:27

Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama

18:15

"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

17:35

Premyer Liqada 5 oyunçu dəyişikliyinə icazə verildi

17:10

Məhkəmə ulduz futbolçu barədə qərar çıxardı: 6 aylıq həbs cəzası...

16:30

"Real"ın əfsanəsi Bundesliqa klubunun baş məşqçi postuna əsas namizəddi

16:23

FİFA Rusiya klubuna transfer qadağası qoydu

15:59

Rakitiç keçmiş klubuna qayıdır?

15:24

"Neftçi"nin sınaqçı-rəqiblərinin adlarına aydınlıq gəldi

15:21

Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

14:37

Elvin Məmmədov: "Buna gücüm çatacağına əminəm"

14:35

Sabiq çempion qolunun hansı vəziyyətə düşdüyünü göstərdi və pul tələb etdi - FOTOLAR

14:02

Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)

13:39

Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

13:30

Yuri Syomin yenidən "Dinamo"da?

13:07

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"da - RƏSMİ

13:00

"Avrokuboklarla bağlı qərar verilməyib" - UEFA-dan reaksiya

12:36

Sexudo dünya çempionunu hədələdi: "Səni diz çökdürərəm!"

12:31

"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

12:12

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

11:56

Alaba və Tyaqonun "Bavariya"dakı gələcəyi necə olacaq? - SON DURUM

11:32

"Instagram" milyonerləri - Ronaldu, Messi və Neymar

11:05

Azərbaycanlı üçqat dünya çempionu koronavirusa yoluxdu - FOTO

10:55

"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

10:25

Operativ Qərargahdan açıqlama: Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq?

10:15

"Messi, yoxsa Ronaldu? Məncə, Levandovski daha yaxşıdı"

09:35

Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

Facebookdan bizi izləməyi unutmayın.