"Sabah”da son koronavirus testinin nəticələri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, test nəticəsi pozitiv olan 4 futbolçu - Yevgeni Koçuk, Coşqun Diniyev, Kevin Kubemba və Xulio Sezar Rodrigesi sağalıb.
Hazırda komandada aktiv xəstə sayı da dörddür. Bunlar müdafiəçilər Məhəmməd Mirzəbəyov, Nikola Vuyadinoviç, Slavik Alxasov və yarımmüdafiəçi Ozan Can Kökçüdür. Onların təkrar testinin cavabları yaxın günlərdə bilinəcək.
Klub rəsmisinin sözlərinə görə, Premyer Liqanın 12-ci turunda "Neftçi” ilə keçiriləcək oyundan 2 gün əvvəl bütün komanda yenidən test verəcək.
Qeyd edək ki, "Sabah” "Neftçi”ni dekabrın 20-də evdə qəbul edəcək.
Fanat.Az