20:21 14.02.2021 163

Rəşad Sadıqov: "Bəzən futbolçularımız bu çətinliyi yaşayırlar"

"Sabah" 14-cü xalını qazandı, amma hamı mənimlə razılaşar ki, rəqib daha çoxuna layiqdir. Çempinatın sonunda mövsümü üst pillələrdə başa vura bilərlər".

Fanat.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XV turunda evdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, "Sabah"ın baş məşqçisi Visente Qomez yaxşı komanda formalaşdırıb: "Rəqib bu gün taktiki cəhətdən ağıllı oynadı. Erkən qol vurduqdan sonra daha da ehtiyatlı oynamağa başladılar. Biz ilk hissədə müdafiəni yarmaqda çətinlik çəkirdik. Onların əks hücumları çox təhlükəli idi. Əks hücumdan ikinci qolu buraxmaq istəmirdik. Hissəni 0:1 hesabı ilə geridə başa vurduq. İkinci yarıda isə bəzi dəyişikliklər etdik. Rəqib üzərində təzyiqi artırmağa başladıq. Qol vurduqdan sonra rəqib hücuma atıldı və yenidən önə keçdilər. Sonda hesabı bərabərləşdirə bildik. Çox dramatik oyun alındı. Səhv etmirəmsə, oynadığımız 15 turun 7-8-də 3:2, 2:3 hesabları qeydə alınır".

Sadıqovun sözlərinə görə, onların matçları gərgin, maraqlı və baxımlı olur. "Bu da məni sevindirir. Azarkeşlər oyundan zövq alırlar. İkinci yarıda komandamız xarakter göstərdi. 5 gün içində "Neftçi" ilə iki ağır oyun keçirtdik. Kollektivin yorğun olduğunu bilirdim, həftəiçi də bunu sezirdik. Bəlkə də, bu gün ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın futbolçularını, əsasən də, ikinci hissədəki möhtəşəm oyuna görə təbrik edirəm. Düzdür, 5-10 dəqiqə içində aldığım mesajlarda bildirilir ki, penalti epizodu yüz faizlik idi. Amma epizoda təkrar baxmaq lazımdır. Hər iki komanda meydanda elə əzmkarlıq, fədakarlıq göstərdi ki, hansısa hakim səhvindən danışmaq haqsızlıq olar.

Baş məşqçi deyib ki, bu cür oyunlarla, sürətlə, templə ölkə futbolu inkişaf edər. "Sabah” bu mövsüm artıq üçüncü sistemdə çıxış edir. Baxırsan ki, futbolçular da yeni sistemə qısa müddətdə uyğunlaşa bilirlər. Bunların hamısı sevindirən amillərdir. Bəzən futbolçularımız bu çətinliyi yaşayırlar. Xüsusən də, milli komandalarda. Adətən oyundan-oyuna sistemdə dəyişiklik edəndə futbolçular buna gec uyğunlaşırlar”.

Gənc mütəxəssis rəqibin erkən qolunun onların planlarını pozduğunu vurğulayıb: "İki fərqli sistemlə oynadıq. Əslində matçdan əvvəl rəqibi təhlil edəndə gördük ki, son matçlarda 5-4-1 taktikası ilə çıxış edib. Məqsədimiz birinci hissədə 5-4-1-lə mübarizə aparıb, rəqibin səhvini gözləyib, bundan faydalanmaq idi. Bilirdim ki, komandamın 90 dəqiqə tam intensiv futbola gücü çatmayacaq. Buna görə də, ehtiyatlı oynamalı idik. Əgər ikinci hissədəki tempi ilk dəqiqələrdən göstərsəydik, böyük ehtimalla görüşün sonlarında dayanacaqdıq. Ağabala Ramazanovu zədədən sonra ilk dəfə meydana buraxdıq. Filipe Paxtman da 30-35 dəqiqə çıxış etmək gücündədir. Bütün bunları nəzərə almışdıq. Rəqibin erkən qolu planlarımızı alt-üst etdi. Fasiləyə qədər qol buraxmamaq çox vacib idi. İlk yarıda hesabı bərabərləşdirmək alınmasa da, ikinci topu buraxmadıq. İkinci hissədə Hacıağa Hacılını meydana buraxmaqla sistem dəyişikliyinə getdik. Əslində buraxdığımız ikinci topda Hacıağa topu yaxşı uzaqlaşdırmışdı. Sadəcə, top Kevin Kubembanın ayağına uğurlu düşdü. O da usta futbolçudur, əlinə düşən bu şanslardan yaxşı istifadə edir. Ümumiyyətlə, "Sabah”a şərait yaratsan, dərhal fərqlənmək bacarığı olan futbolçuları var”.

Rəşad Sadıqov tez-tez sistem dəyişikliyinə əl atmasına da aydınlıq gətirib: "Gəldiyim ilk gündən oyunçuların taktiki cəhətdən daha elastik olmalarına çalışıram. Məsələn, bu gün sistemi dəyişməsəydik, rəqib üzərində üstünlük yaratmağımız çətin olardı. Bəlkə sabah yenə sistemi dəyişəcəyik. Bunlara hazır olmaq lazımdır. İndidən növbəti rəqibə qarşı necə oynayacağımızla bağlı fikir bildirməkdə çətinlik çəkirəm. Rəqibi və öz oyunumuzu təhlil etmək şərtdir. Cürbəcür sistemlərdən istifadə etməyi xoşlayıram. Futbolçuların bunu qavramaları və tez reaksiya vermələri sevindiricidir”.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 Aprel 2021
21:13

"Neftçi" "Qarabağ"la oynasaydı...

17:59

"Neftçi" braziliyalı müdafiəçisini yollayır

17:37

Avropa çempionatına yollanacaq güləşçilərimiz

17:20

Samir Abasov: "AFFA-ya yalvaraq ki, ..."

16:58

Rəşad Sadıqov: "Neftçi" çox yaxşı formadadır"

16:33

Çempionlar Liqası: Yarımfinal oyunlarının yeri və vaxtı açıqlandı

16:06

Olimpiya Təsnifat Turnirinə qatılacaq taekvondoçularımız açıqlandı

15:52

Avropa Liqasında yarımfinalçılar bəlli olur - YENİLƏNİR

15:33

Super Liqa klubunda daha 6 yoluxma

15:08

Kamal Umudlu Gəncəyə göndərildi

14:47

“Neftçi”nin oyununun başlama saatı açıqlandı

14:21

İdman növünün seçilməsində yaş amili

14:07

Millimiz Avropa çempionatına bu heyətlə yollanır

13:40

"Real"ın avtobusunu daşa tutdular - FOTO

13:19

İbrahimoviç diskvalifikasiya oluna bilər: 3 illik

12:56

Türkiyə millisinin AVRO-2020 üçün hazırlıq planı

12:33

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

12:08

AFFA-dan klublara pul yardımı: Hər birinə 15 min...

11:50

Avropa Liqasının oyunları bu kanallarda - AFİŞA

11:32

Dünya çempionumuz AIBA-da komissiya üzvü seçildi

11:03

Azərbaycan reallığı: Böyük futbola ehtiyac olmayanda - VİDEO

10:52

Premyer Liqanın mövqelərə görə ən dəyərli futbolçuları - VİDEO

10:38

Azərbaycanlı idmançı Neymar, Novak Cokoviç və Lebron Ceymslə eyni siyahıda

10:29

Millimizin kapitanı: "Çatışmazlığa rəğmən tez toparlandıq"

10:14

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

09:59

Futbolçunun xanımına əxlaqsız təklif: 1 saat və 500 avro... - FOTOLAR

09:51

"Borussiya" - "Mançester Siti" oyununda vurulan qollar - VİDEO

09:42

"Real"ı yarımfinala adladan heç-heçə - VİDEO

01:16

ÇL: Bütün yarımfinalçılar müəyyənləşdi

14 Aprel 2021
22:01

"Traktor" ÇL-də 6 qol gördü

20:54

Joze Alesio Da Silvadan qələbə şərhi

20:38

Yannis Ziavas: “Azərbaycan millisinin güclü olduğunu bilirdik”

20:30

Millimiz Yunanıstanı darmadağın etdi

17:54

"Neftçi"nin hücumçusu: "Çempionluqdan əlimizi üzməmişik"

17:34

Avropa çempionatında iştirak edəcək gimnastlarımız

17:15

Fransa klubu satışa çıxarılır

16:58

Elnur Məmmədlinin məşqçisinə yeni vəzifə verildi

16:40

Boksçumuz erməni rəqibini məğlub etdi

16:19

Azərbaycanda Çempionlar Liqasını 3 il bu telekanal yayımlayacaq

16:01

“Fənərbağça”nın futbolçusu Bundesliqa klubunda

15:36

Nurlan Novruzov Nepal klubuna keçdi

15:14

Keysuke Honda ən yaxşılar sırasında

14:49

Şumaxerin evi satışa çıxarıldı

14:27

Rövnəq Abdullayev: "Bu memorandum AFFA üçün vacib hadisədir"

13:40

AFFA anlaşma Memorandumu imzaladı

13:21

Moskva "Dinamo"sunun futbolçusu millimizə dəvət olundu

12:53

Universitetdən stadion açıqlaması: "Heç kimdən icazə almamışıq"

12:35

Neymarın keçmiş sevgilisi tanınmaz halda - FOTOLAR

12:14

Azərbaycanda stadionu bostana çevirirlər? - FOTO

11:51

Ronaldu AVRO-2020-də tarixə düşə bilər

11:32

Azərbaycanda idman zalları hansı şərtlərlə açıla bilər? - VİDEO

11:15

"Çelsi" Premyer Liqa klublarını qabaqladı

10:54

Çempionlar Liqasının oyunları bu kanallarda - AFİŞA

10:35

Bakıda beynəlxalq yarışların keçirilməsinə icazə verildi

00:57

ÇL: PSJ və "Çelsi" yarımfinala yüksəldi

13 Aprel 2021
22:19

AÇ-2020: Daha bir ölkə azarkeşlərə xoş müjdə verdi

21:17

Özildən 100 milyon avroluq yardım

20:49

39 yaşlı Koul futbolçu karyerasını bərpa etdi

19:52

Braziliyalı oyunçu Türkiyə klubundan getdi

17:25

Ronaldu, Neymar və Salahı Qarabağa çağırdılar - VİDEO

17:01

Daha bir cüdoçumuz koronavirusa yoluxdu

16:45

Serxio Ramos koronavirusa yoluxdu

16:22

FİDE-dən azarkeşlərə "yaşıl işıq"

15:50

Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi

15:23

“Qurban uşaqlıqdan lider kimi seçilib, bir az davakar olub” – MÜSAHİBƏ

15:02

Millimizin baş məşqçisi: "Səfər əleyhimizə işlədi"

14:44

Prezident AVRO-2020 ilə bağlı sərəncam imzaladı

14:31

Alleqrinin məsləhəti: "Kriştianu Ronaldudan qurtulmaq lazımdır"

14:24

"Neftçi" və "Keşlə"nin futbolçusuna 1 oyunluq cəza

14:17

AFFA Məqsəd İsayevi cəzalandırdı

Facebookdan bizi izləməyi unutmayın.