17:07 28.07.2020 348

"Qurban Qurbanov dünyanın harasına gedirsə getsin, uğur qazanacaq"

Fanat.Az Türkiyənin "Hatayspor" klubunun idman direktoru Fatih Kavlakın mühasibəsini təqdim edir

- Vaxtilə "Hatayspor"un baş məşqçisi olmusunuz. Bir müddət əvvəl isə kluba ikinci dəfə qayıtdınız. Bu dəfə tamam fərqli vəzifəyə. İndiki işiniz necə gedir?
- Mən "Hatayspor"da 2016-cı ildə baş məşqçi olaraq çalışmağa başlamışam. 20 həftəyə qədər burada komandanın başında olmuşam. O zaman klub fərqli bir durumda idi, yenilənməyə doğru gedirdi. Görəvə gələn idarəçilərlə birlikdə "Hatayspor"u yenidən formalaşdırmağa başladıq. Ondan sonra düzgün bir təməl qurduq və bu, məqsədyönlü fəaliyyət, yeni gələn məşqçi və futbolçular sayəsində Superliqaya vəsiqə qazanmağa qədər davam etdi. Həmin müddətdə gördüyümüz professional iş, yaratdığımız dostluq münasibətləri "Hatayspor"u təkrar qarşıma çıxartdı. Klub idarəçiləri mənimlə təkrar çalışmaq istədiklərini bildirdilər. Mən də dörd-beş ay öncə bura qayıtdım. Klubun uşaq futbol akademiyasını incələdim, bəzi işlər gördüm. Sezon bitəndən sonra rəhbərlik başqa bir istiqamət barədə düşündü və mən idman direktoru olaraq görəvləndirildim. Yeni səlahiyyətlərimə həm əsas komanda, həm də akademiya daxildir. Onları bir yerdə koordinasiya edirəm. Nə işlər görüləcəyini planlaşdırmaq mənə tapşırılıb.

- Qurban Qurbanovun "Hatayspor"dan təklif alması xəbəri son bir həftənin ən çox danışılan mövzusudur, Əksəriyyət bu cür düşünür ki, bu, sizin təqdimatınız əsasında olub. Hər halda "Qarabağ"da bir yerdə fəaliyyət göstərmisiniz. Həqiqətənmi onun namizədliyini siz irəli sürmüsünüz?
- Bayaq qeyd etdiyim kimi, mən bura başdan idman direktoru olaraq dəvət almamışdım. Birinci liqada sezonun başa çatmasına 1 tur qalmış, komanda çempion olandan sonra yönətim mənə bu vəzifəni tapşırdı, ümumi vəziyyətlə bağlı raport hazırlamağımı istədi. Mehmet Altıparmaq görəvinə davam edirdi, ancaq müqaviləsində bir dəyərləndirmə maddəsi vardı. Bilirsiniz, idman direktoru klubun fəaliyyətinə məsul şəxs deməkdir. Bu fəaliyyət sahəsində baş məşqçi də var, futbolçu da var, akademiyada çalışanlar da var. Bunların seçilməsində ən güvəniləcək şəxs idman direktorudur. Qurban Qurbanovun "Hatayspor"dan dəvət almasından təbii bir şey ola bilməz. Çünki Qurban hocayla "Qarabağ"da bərabər çalışmışam. Klub rəhbərliyinin onunla işləmək istəməsi normaldır. Türkiyə mediasında başqa isimlər də dolaşır. Qurban hocanı mənim "Hatayspor" yönətiminə deməyim haqda xəbərlərin çıxmasına təəccüblənməyin. İdman direktoru olmağımı eşidən istənilən azərbaycanlı belə düşünəcək ki, Qurban hocanı mən təklif etmişəm. Konkret bu məsələyə gəlsək, Qarabağ mövzusunda Azərbaycanın düşdüyü vəziyyət hər kəsə məlumdur. Ümid edirəm ki, Qurbanov "Qarabağ"la yenə Çempionlar Liqasında uğurlar qazanaraq, Azərbaycanın adını ucaldacaq. Biz hər zaman birgə çalışa bilərik, problem deyil. Onun kimi insanlarla hər zaman və hər yerdə çalışmağa dəyər. Qurban hoca "Qarabağ"dan hara getsə, yenə çox başarılı olacaq. Bu gün yenə orada qalması önəmlidir.

- Klubunuzun prezidenti Nihat Tazearslan bildirib ki, o, Qarabağdakı mövcud vəziyyətə görə "Qarabağ"ı tərk etmək istəmir.
- Biz ona təklif göndərə bilmədik, belə bir imkanımız olmadı. Çünki "Qarabağ"ın Çempionlar Liqasında iştirakına çox az qalıb. Biz də "Hatayspor" olaraq, vəziyyəti düzgün qiymətləndirdik. Mən bu klubun idman direktoru kimi onun nə qədər gözəl məşqçi və insan olmasını bilirəm. İstədik Qurban hocaya təklif göndərək, ancaq bundan irəli gedə bilmədik. Bu, zaman olaraq heç uyğun deyildi. Ona görə də məsələ olduğu yerdə qaldı.

- "Hatayspor"un Qurbanova etdiyi təklifin şərtlərindən çox danışılır. Düşünürük ki, bu barədə daha dolğun məlumatı sizdən ala bilərik.
- Qurban Qurbanov haqda raport hazırlayandan sonra klub rəhbərliyi araşdırma apardı, çox yüksək fikirdə oldular. Burada da təəccüblü nəsə görmürəm. Mən onu dünyanın harasına gedirsə getsin, uğur qazanacaq biri kimi görürəm. Maddi şərtlərə gəlincə, mənim bu barədə deyəcək sözüm yoxdur.

- Bildiyimizə görə, klubun öndə gələn isimləri Qurbanovu görəvə gətirmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan və ona yaxın çevrədən kömək istəyib. Yəni ki, iki ölkənin rəsmi dairələri arasında yaxın münasibətlərdən istifadə etməklə, onu razı salmağa cəhd göstəriblər.
- Sadəcə, onu deyə bilərəm ki, belə bir gəlişmə olmadığından heç kimin bundan xəbəri yoxdur.

- Belə bir məlumat da var ki, "Hatayspor"un prezidenti sizə "Qurban Qurbanovu bura gətirməsəniz, idman direktoru vəzifəsindən ayrılacaqsız" deyib. Aranızda, doğrudanmı, belə bir söhbət olub?
- Baxın, Qurban hoca Hatayda yoxdur, mən isə yenə işimin başındayam. Bu, yayılan xəbərlərə ən düzgün cavabdır. İndi özünüz görün ki, Qurban hocanın gəlməməsinə görə yönətim məni işdən uzaqlaşdırıb, ya uzaqlaşdırmayıb. Mən davam edirəm.

Mənbə: sportinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

19 Sentyabr 2020
22:11

"Sumqayıt"ın qələbə qazandığı oyun - VİDEO

21:54

“İmamverdiyev öz üzərində işləsə, ...” – Ayxan Abbasov

21:50

"Səbail" yaşayarsa, ..." - Aftandil Hacıyev

21:11

"Sumqayıt"dan qələbə, "Qəbələ" "Keşlə" ilə heç-heçə etdi

20:17

Qəbələdə qolsuz heç-heçə - VİDEO

20:06

“Onunla söhbətimiz olacaq” – Elmar Baxşıyev

19:51

Yunis Hüseynov: "Cavid özü xahiş etdi ki, ..."

17:53

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:47

"Qalatasaray"ın yetirməsi rəsmən "Neftçi"də

16:08

Levandovski dələduzluqda ittiham olunur

15:07

"Qarabağ" - "Neftçi" oyununa hakim təyinatı

14:39

"Əminəm ki, federasiya lazımi dəstəyi göstərəcək" - Millimizin üzvü

14:14

Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxdu

13:53

Hacı Əliyev: "Bu, bizim üçün mənfi haldır"

13:31

17 gün əvvəl satdıqları hücumçunu yarım milyon avro bahasına aldılar

13:02

Azərbaycanlı federasiya prezidetinin oğlu 2,1 milyon manat borca düşdü - FOTOFAKT

12:43

Millimizin baş məşqçi: "Güləşçilərimizin hamısı hazırdır"

12:19

Tahir Gözəl: “Qarabağ”sız Qurban, Qurbansız “Qarabağ” olmaz"

11:52

Ronaldo “dünyanın ən yaxşı bombardiri“ seçildi

11:36

"Legiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

11:14

Şahmatçımızdan uğurlu nəticə

10:55

Gizlicə özündən 10 yaş balaca idmançıya ərə getdi - 3-cü dəfə

10:47

"Qəbələ"dən Polşa klubuna keçid

10:31

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

10:12

"Neftçi" - "Qəbələ" oyununun "Dalğa Arena"da keçirilmə səbəbi

09:37

"Qarabağ"ın oyununun vaxtı açıqlandı

09:00

Cazibədar taekvondoçu Hollivuddan təklif aldı - FOTOLAR

00:23

"Fənər" braziliyalı oyunçusunu satdı - RƏSMİ

00:10

Kamranın komandasına divan tutdular

00:01

Türk futbolçu İtaliya klubunda - RƏSMİ

18 Sentyabr 2020
22:23

Asim Xudiyev Avroliqa matçına təyinat aldı

21:20

Nağıyev darmadağına sevindi

21:03

"Beşiktaş" sabiq oyunçusunu geri qaytardı - RƏSMİ

19:39

İquayn ABŞ klubunda - RƏSMİ

17:53

"Zirə"nin fəxri prezidenti: “Hədəfimizə doğru səbrlə irəliləyəcəyik”

17:22

"Başakşəhər"in futbolçusu "Neftçi"də

17:21

Azərbaycan Premyer Liqası: IV turun oyun proqramı

16:54

Amil Yunanov yeni klubda

16:27

"Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi

16:03

Elxan Məmmədov səfir ilə görüşdü

15:43

ASTB-nin yeni rəhbərliyi müəyənləşdi

15:10

Cavid İmamverdiyev keçmiş klubuna qayıtdı

14:42

"Neftçi"yə qol vuran futbolçu: "Çox xoşbəxtəm"

13:52

"Keşlə" Cavid İmamverdiyevlə bağlı qərar verdi

13:38

AMADA-dan idmançılar üçün seminar

13:19

Təxirə salınan oyun keçirildi

12:51

Günün oyunları bu kanallarda - AFİŞA

12:33

Hakan Şükür "Neftçi" - "Qalatasaray" qarşılaşmasını belə şərh etdi - VİDEO

12:14

UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlandı

11:43

"Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq

11:29

Millimizin futbolçusu: "Özümü çox yaxşı hiss edirəm"

11:01

UEFA reytinqində yenə gerilədik

10:44

Avropa Liqası: "Qarabağ"ın qarşılaşa biləcəyi komandalar açıqlandı

10:31

Hafiz Məmmədov Arda Turanla görüşdü: “O, bizim dəyərlimizdir”

10:24

Arda Turan üçün daha bir 66: təsadüf, yoxsa jest?

10:08

"Səbail" sponsoru ilə yeni müqavilə bağladı

01:42

Avropa Liqası: 42 oyun keçirildi, 1-i dayandırıldı

00:01

"Neftçi" "Qalatasaray"a belə uduzdu - VİDEO

17 Sentyabr 2020
23:25

Fatih Terim: "Neftçi"yə yenilmək sürpriz olardı"

23:02

Füzuli Məmmədov: "Uşaq səhvlərindən uduzduq"

22:22

"Roma" Albaniya millisinin üzvünü aldı - RƏSMİ

21:25

"Neftçi" "Qalatasaray"a yenildi - YENİLƏNİB

17:47

"Mölde"də "Qarabağ"la oyunun ən yaxşısı məlum oldu

17:20

Teymur Rəcəbov onlayn şahmat akademiyası açdı

16:51

Şok iddia: “AFFA müəlliflər hüququnu pozub”

16:17

"Zirə"də ayrılıq

15:45

Çempionlar Liqası: Pley-offun vaxtı açıqlandı

15:22

Qurban Qurbanovla 3-cü dəfə...

14:56

"Sumqayıt" "Qarabağ"ı məğlub etdi

14:39

"Zirə" - "Sabah": 8-ci duel

Facebookdan bizi izləməyi unutmayın.