21:28 27.12.2015 83

"Qəbələ"nin "11-lyi"i

Son günlərini yaşadığımız 2015-ci il “Qəbələ” İdman Klubu üçün kifayət qədər uğurlu alınıb. Təkcə klubun futbolçuları deyil, digər növlərdəki təmsilçiləri də başa çatmaqda olan ildə bir sıra nailiyyətlər qazanıb. “Qırmızı-qaralar” yaşıl meydanlarda ilklərə imza atmaqla azarkeşlərini sevindirib. 2015-ci ilin ən yaddaqalan 11 məqamını sizlərə təqdim edirik.

1. “Qəbələ” 10 yaşında

2015-ci il “Qəbələ”nin ilk böyük yubileyi ilə əlamətdar olub. 2005-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən və Azərbaycan çempionatının I dəstəsinə qatılan “qırmızı-qaralar” yubileyini sentyabrın 1-də qeyd edib. Əslində 20 il əvvəl - 1995-ci ildə “Göy-Göl” adı altında yaradılan klubumuz 2005-ci ildən peşəkar səviyyədə fəaliyyət göstərib. 10 il öncə yalnız futbol bölməsi olan “Qəbələ” artıq İdman Klubu kimi fəaliyyət göstərir.

2. Tarixi uğur

Ardıcıl 2-ci mövsüm qazanılan bürünc medal “Qəbələ”nin Avropa Liqasına yolunu açıb. 1 il əvvəl yarışı 2 məğlubiyyətlə tərk edən “qırmızı-qaralar” I təsnifat mərhələsində ilkləri gerçəkləşdirib. İyulun 2-də Gürcüstan “Dinamo”su ilə səfər qarşılaşmasında 1:2 hesabı ilə uduzan komandanın heyətində fərqlənən Cavid Hüseynov avrokuboklar tarixində ilk qolun müəllifi kimi düşüb. İlk qələbə isə bir həftə sonra Qəbələdəki cavab oyununa təsadüf edib. Aleksey Antonovla Asif Məmmədovun cavabsız qolları ilk qələbə və ilk adlanan mərhələ üçün yetərli olub. 

Avrokuboklarda ikinci dəfə iştirak etməsinə baxmayaraq, “Qəbələ” tarixi uğura imza atıb. 4 mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşən “qırmızı-qaralar” Avropada 102 komanda arasından buna nail olan iki klubdan biri olub. Norveç “Rusenborq”u kimi 4 təsnifat mərhələsi, o cümlədən "pley-off"u adlayan Roman Qriqorçukun yetirmələri Avropa Liqasının əsas raunduna yüksəlib. Bunun üçün "Qəbələ" “Dinamo”nun ardından Serbiya “Çukariçki”sini (0:1, 2:0), Kipr “Apollon”u (1:1, 1:0), Yunanıstan “Panatinaikos”unu (0:0, 2:2) mübarizədən kənarlaşdırıb. 

Sonuncu matçını avqustun 28-də keçirən “Qəbələ” Afinadakı uğuru ilə 5 gün sonra qeyd olunan 10 illik yubileyinə də hədiyyə edib. Sentyabrın 17-də “Qəbələ” avrokubokların əsas mərhələsində debüt edən 3-cü Azərbaycan klubu kimi tarixə düşüb. “Neftçi” və “Qarabağ”ın ardından Avropa Liqasının qrup mərhələsinə çıxan “qırmızı-qaralar” Yunanıstan PAOK-u ilə “Bakcell Arena”da qarşılaşıb. Ellada təmsilçisi ilə hər iki matçda heç-heçə edən komanda qrupu bu iki xalla tamamlayıb. Rusiya “Krasnodar”ı (1:2, 0:3) və Almaniya təmsilçisi Dortmund “Borussiya”sı (1:3, 0:4) ilə görüşlərdə xal qazanmayan komandanınəsas raunddakı hər iki qoluna Dodo imza atıb. Nəticədə 2 heç-heçə və 4 məğlubiyyəti olan “Qəbələ” 2 top vurub, 12-ni buraxaraq, qrupda 4-cü olub.

3. Rekordla gələn ikinci bürünc

2014-2015-ci illər mövsümünə o qədər də uğurlu başlamayan “Qəbələ” baş məşqçi dəyişikliyindən sonra xal hesabını artıraraq mükafatçılar sırasına düşüb. Ardıcıl 8 qələbə qazanıb, tarixinin rekorduna imza atan “qırmızı-qaralar” mövsümü 12 matçlıq məğlubiyyətsiz seriya ilə bitirib. Bunun nəticəsində bürünc medalların taleyinə son turda aydınlıq gətirən “Qəbələ” AZAL-ı 3:0 hesabı ilə məğlub edərək, ardıcıl 2-ci dəfə Topaz Premyer Liqasının 3-cüsü olub. 32 matçda 54 xal qazanan komanda 2-ci olan “İnter”dən 9 xal geri qalıb və 4-cü olan “Neftçi”ni 5 xal qabaqlayıb. Hesabında 15 qələbə, 9 heç-heçə və 8 məğlubiyyət olan komanda 46 qol vurub, 35-ni buraxıb.  

4. Möhtəşəm yarış, böyük uğur

2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edib. Bakıda keçirilən qitənin möhtəşəm yarışında “Qəbələ” də təmsil olunub. Klubun 17 idmançısı 6 növdə - boks, taekvondo, cüdo, sambo, karate və stend atıcılığında qüvvəsini sınayıb. İdmançılar yarışı 5 medalla başa vurub. 

Karateçi Rafael Ağayev və boksçu Lorenzo Sotomayor qızıl, samboçular Amil Qasımovla Vasif Səfərbəyov gümüş, digər karateçi Niyazi Əliyev bürünc medala sahib çıxıb.

5. Akademiyadan 7 medal

2014-2015 mövsümü təkcə əsas komanda deyil, “Qəbələ” Futbol Akademiyasının yetirmələri üçün də uğurlu olub. AFFA-nın təşkil etdiyi oğlanlar arasında 9 müxtəlif liqada mübarizə aparan komandalar 7 mükafat qazanıb. 

U-17 çempion olub ki, bu yaş qrupunda 3-cü belə uğur əldə edilib. U-12, U-14, U-15 və U-16 mövsümü gümüş, U-19 bürünc mükafatla başa vurub. Qəbələnin UGİM komandası isə ən kiçiklərin U-10 Liqasında hamıdan güclü olub. Yalnız U-11 və U-13 Liqada komandası mükafatsız qalıb.

6. 6-cı dəfə “beşlik”də

Əvəzedicilərin çempionatında da “Qəbələ” 2014-2015 mövsümünü mükafatın bir addımlığında başa vurub. “Qırmızı-qaralar” 32 oyunda 49 xal toplayaraq, 4-cü pillədə qərarlaşıb. 3-cü olan “Neftçi”dən 7 xal geri qalan komanda ardıcıl 6-cı dəfə ilk “beşlik”də qərarlaşıb. 

Əvəzedicilər 2009-2010 və 2010-2011 mövsümlərində gümüş, 2011-2012 və 2013-2014 mövsümlərində bürünc qazanıbsa, 2012-2013 mövsümündə 5-ci olub. Ardıcıl 6-cı dəfə ən yaxşı 5 komanda arasında olduqdan sonra 3 ildir əvəzedicilərin baş məşqçisi olan Luis Araqon postundan ayrılıb. Onu bunadək akademiyada çalışan Ramin Quliyev əvəzləyib.

7. Qəbələdə 34 olimpiya lisenziyası

Bu il Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun mərhələ yarışları keçirilib. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışları gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. 

Yarışda 100-ə yaxın ölkədən təxminən 2 min idmançı mübarizə aparıb. 17 növdə 34 lisenziyanın sahibinin müəyyənləşdiyi yarış yüksək səviyyədə təşkil olunması ilə diqqət çəkib.

8. Meksikadan Dünya Kuboku ilə

“Qəbələ” İdman Klubunun idmançısı Məhəmməd Məhəmmədovun da olduğu taekvondo üzrə Azərbaycan yığma komandası Meksikada Dünya Kubokunun qalibi olub. Bu ölkənin paytaxtı Mexikoda belçikalı və özbəkistanlı həmkarlarını qrupda, Koreyanı yarımfinalda məğlub edən millimiz final döyüşündə güclü İran yığması ilə qarşılaşıb. Rəqib üzərində inamlı qələbə qazanan (42:23) Məhəmməd və komanda yoldaşları vətənə planetin ən güclüsü kimi qayıdıb.

9. Rekord, bombardir və qış çempionluğu

2015-2016 mövsümünə uğursuz başlayan “Qəbələ”nin əvəzedici komandası ardıcıl 10 qələbəylə yarışın rekorduna imza atıb. Bu uğurlu seriya ilə liderliyi ələ alan Ramin Quliyevin yetirmələri sonradan qısa müddətə itirdiyi mövqeni ilin son matçında qaytarıb. Bununla da komanda fasiləyə “qış çempionu” kimi yollanıb. Ehtiram Şahverdiyev isə 12 qolla çempionatın bombardirləri siyahısına başçılıq edir.

10. UEFA kubokunun qalibi “Qəbələ”də

2014-cü ildə rusiyalı ulduz Marat İzmaylovu heyətinə qatan “Qəbələ” 2015-ci ilə də tanınmış oyunçunun transferi ilə başlayıb. “Qırmızı-qaralar” UEFA kubokunun qalibi olmuş Aleksey Qayla güclənib. 2000-2004 və 2006-2013-cü illərdə Ukrayna “Şaxtyor”unda oynamış yarımmüdafiəçi 6 il öncə avrokubokun qalibi olub. Ukrayna yığmasında 29 matçda 1 qol vuran Qay vətənində 6 çempionluq və 7 kubok sevinci də yaşayıb.

11. 2015-ci ilin ən yaxşıları

“Qəbələ” 2015-ci ilin yekunlarına əsasən 4 mükafata layiq görülüb. İdman Araşdırmaları Mərkəzinin apardığı sorğuya əsasən klub "İlin komandası" seçilib. Ukraynalı mütəxəssis Roman Qriqorçuk "İlin məşqçisi", Anar Hacıyev "İlin mətbuat katibi" adına layiq görülüb. Klubun “Qəbələ” İK qəzetinin əməkdaşı Mehman Süleymanov isə xüsusi mükafat – “Həmrəylik kuboku” ilə təltif edilib.

Fanat.az
Oxşar xəbərlər

Xəbər lenti

04 İyun 2020
09:17

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi göndərildi

09:00

"Barselona" Neymarın transferindən imtina etdi

08:20

Gözəl gimnastın çimərlik FOTOsu olay oldu

00:47

"Arsenal" milli futbolçumuzun qardaşını 23 milyona istəyir

03 İyun 2020
22:55

Sabiq "Playboy" modeli Rumıniya klubunu aldı - FOTO

20:32

UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdırdı - RƏSMİ

20:09

"Turan kuboku" keçirilə bilər

19:40

Bundesliqa: Turun ən yaxşı qolları - VİDEO

19:08

Corc Floyda dəstəyini nümayiş etdirən futbolçularla bağlı qərar verildi - Almaniyada

18:37

"Çelsi"ni "Roma"ya dəyişir

18:10

Ceydon Sanço karyerasını "Real"da davam etdirə bilər

17:32

"Barselona"nın futbolçusu "Yuventus"a keçməyə razılıq verdi

17:20

İbrahimoviç nə vaxt qayıdır? - SON DURUM

16:25

"Adidas" Özillə əməkdaşlığını dayandırır - SİYASİ SƏBƏB

16:00

Saul yeni klubunu açıqladı

15:32

"Atletiko"da məşqçi ayrılığı - RƏSMİ

15:30

"Xəzər Lənkəran" Azərbaycan futbolundan birdəfəlik çəkilir? - AÇIQLAMA

15:15

"Barselona"nın oyunçusu "Mançester Siti" yolunda

15:08

Rəfiyev yəhudi futbolçunu yola gətirə bildimi? - SON DURUM

15:02

Bakı klubu futbolçusu ilə müqaviləni yenilədi

14:54

Prezident yeni Olimpiya İdman Kompleksinin açılışını etdi - FOTOLAR

14:38

Ranqnik bu futbolçuları "Milan"a gətirmək istəyir - SİYAHI

14:05

Ramos hökumət nümayəndələri ilə danışmaqdan niyə imtina edib? - SƏBƏB

13:33

UEFA-nın ÇL və AL-lə bağlı yeni planı: "Səkkizlər finalı"

13:26

Mənsimovlardan üzücü qərar

13:11

Səlahət "Neftçi" rəhbərliyi ilə razılaşmır - SON DURUM

13:01

"Barsa"da fikir ayrılığı: Futbolçular maaşların azaldılmasına qarşıdılar

12:53

"Ekzklüziv yayım hüququmuzu başqa telekanalla paylaşmayacağıq"

12:36

Van Deyk 20 yaşında ölümdən dönüb: "Vəsiyyətimi yazırdım..."

12:25

"Sumqayıt" 2 yoxlama oyunu keçirəcək

12:10

Çimərlikdə futbol oynadı, sosial məsafə qaydalarını pozdu - FOTO

11:54

Azərbaycanlı hakimlər vebinara qatıldılar

11:52

"Neftçi" qapıçısı ilə müqaviləni yenilədi - RƏSMİ

11:47

Azərbaycanın millisinin sabiq üzvü Avropadan vətənə qayıda bilmir - FOTOLAR

11:40

"Barselona" 19 yaşlı yetirməsini geri qaytarmaq istəyir

11:36

Özbaşınalıq və iqtisadi sabotaj

11:10

"Arsenal"ın futbolçusu PSJ-nin "radar"ında

11:00

Pərvin Abıyeva canlı efirdə 25 kiloqramlıq ştanqla məşq etdi - VİDEO

10:52

Maksim Medvedev: "Oyunlarımızda 25 dəqiqədən bir su fasiləsi olacaq"

10:30

Messi də "Black lives matter" hərəkatına dəstək verdi

10:05

Premyer Liqanın ən sərt futbolçuları - SIRALAMA

09:36

"Sumqayıt"da ayrılıq - ÖZƏL

09:30

Premyer Liqa klublarının yoldaşlıq görüşü keçirmələrinə icazə verildi

09:00

İtaliya A Seriyasının formatı dəyişdirilə bilər

08:20

Asiyanın ən gözəl voleybolçusu bu qızdı - FOTOLAR

00:27

UEFA Corc Floydun ölümünə reaksiya verdi

02 İyun 2020
23:37

Makqreqor ölü həşəratları necə yediyini göstərdi - VİDEO

22:15

Anar Cəfərsoy sağaldı

19:55

Bundesliqada vurulan ən yaxşı əks-hücum qolları - VİDEO

19:20

UFC 250-nin tam döyüş kartı açıqlandı

18:45

"Liverpul" hələ çempion deyil" - Klopp

18:27

Millimizin baş məşqçisi FIG prezidentinin layihəsinə dəvət aldı

18:10

"Şalke" "Barselona"nın oyunçusundan imtina etdi

17:38

"Mançester Yunayted" Sterlinqi "Siti"nin əlindən almaq istəyir

17:11

Blatterdən İnfantinoya ağır ittihamlar: "O, futbolu böyük "pul maşını"na çevirmək istəyir"

16:43

"Qarabağ" bir həftə sonra oyuna çıxacaq - ÖZƏL

16:40

Balotelli karyerasını ABŞ-da davam etdirə bilər

16:23

Ayaz Quliyev Azərbaycan yığmasında oynamağa razılaşdımı? - SON DURUM

16:21

"Getmək istəyəni saxlamazlar" - Prezident Lautaronun "Barsa"ya transferindən danışdı

15:48

Qattuzoya ağır itki: Bacısı 37 yaşında dünyasını dəyişdi

15:38

Elxan Məmmədovun şifrəli nitqinə sözardı

15:17

"Zirə" 12 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

15:06

Premyer Liqanın bərpa tarixi açıqlandı - RƏSMİ

14:53

Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə yenilədi

14:31

"Neftçi" Geryenin əvəzinə bu futbolçunu gətirir

13:43

"Neftçi"də daha bir müqavilə - RƏSMİ

13:41

Formula 1: Mövsümün ilk yarışlarının harada və nə vaxt keçiriləcəyi müəyyənləşdi

13:22

"Real" bu mövsüm "Santyaqo Bernabeu"ya həsrət qalacaq

13:08

Ceydon Sanço Corc Floyda dəstək olduğu üçün cəzalandırılıb? - AÇIQLAMA

12:42

"Hisslərimiz bitmişdi, ayrıldıq" - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.