10:41 14.02.2017 415

"İlham Əliyevə cavab verdim ki, “nə var, nə yox?" - FOTO/VİDEO

Azərbaycan boks millisinin və “Qəbələ” İdman Klubunun üzvü, Rio-2016 Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayor qafqazinfo-ya müsahibə verib. Fanat.Az müsahibəni təqdim edir.

- Azərbaycana gəlişiniz necə oldu?
- Mən Kubadan çıxmaq istəyirdim. Çünki oradakı vəziyyəti hamınız bilirsiniz. Maddi imkanları daha yaxşı olan ölkədə yaşamaq istəyirdim. ABŞ-a getmək fikrim var idi. Amma sonradan Azərbaycanda olan bir kubalı məşqçi məni bura dəvət etdi. Dedi ki, hər şey yaxşı olacaq. Ona görə də Azərbaycana gəldim. Kubada da varlı insanlar yaşayır. Sadəcə bu, mənim üçün fürsət idi. Daha yaxşı ölkədə yaşamaq variantım var idi. Ona görə də Azərbaycana gəldim.

- “Vətənə xidmətə görə” ordeni ilə təltif etdilmisiniz. Azərbaycan sizin vətəninizdir?
- Kuba mənim doğulduğum ölkədir. Ailəm orada yaşayır. Azərbaycan isə mənə qayğı göstərib, uğurlarım üçün şərait yaradıb. Mən həmişə deyirəm ki, “mən azərbaycanlıyam”.

- Kuba boksçuları dünyanın ən güclüləri sayılır. Ümumiyyətlə, orada boks niyə bu qədər məhşurdur. Azərbaycanda hansı səviyyədədir?
- Orada uşaq olarkən məhəllədə başqaları ilə döyüşürsən. Yumruqlar uşaqlıqdan bərkiyir və böyüdükdən sonra artıq çox güclü olursan.

- Boks çox sərt idman növüdür. Uşaqlıqdan boksçu olmaq arzusu ilə yaşayırdınız?
- Yox. Mən həkim olmaq istəyirdim. Məktəbdə də heç pis oxumurdum. Ağ xalat geyməyi çox istəyirdim. Həmişə həkimlərə həsədlə baxırdım. Sadəcə Allahın hər kəsə verdiyi qismət var. Mənim də bəxtimə boks çıxdı.

- Qayıdaq Rio-2016 Olimpiya Oyunlarına. Finalda niyə uduzdunuz?
- Qızıl medal mənim arzum idi. İllər idi ki, bu yarışa hazırlaşırdım. 4 il birinci olmaq arzusu adamı daha da güclü edir. Olimpiada da bütün döyüşlərə bu motivasiya ilə çıxırdım ki, mən fəxri kürsünün ən yüksək pilləsinə qalxacam. Azərbaycan xalqını da sevindirmək istəyirdim. Düşünürdüm ki, azarkeşlər hamısı qızıl medal gözləyir. Amma alınmadı. Hakim səhvindən birinci yerdən məhrum oldum.


- Hakim səhvi idi, yoxsa qərəz?
- Fikrimcə, səhv idi. Bəzən belə şeylər olur. Ümumiyyətlə, boksda son vaxtlar hakim səhvləri müşahidə olunur. Sadəcə 4 il hazırlaşdığın yarışda finalda hakim səhvi ilə uduzmaq adama çox pis təsir edir. Silinməz iz buraxır.

- Rio-2016-da başqa idman növlərindən qızıl medal gözlənilsə də, yeganə birinciliyimiz taekvondoda oldu. Sizcə, ölkəmizdə ən çox hansı idman növü inkişaf edib?
- Güləş, taekvando, cüdo kimi idman növləri çox inkişaf edib. Həmişə bu növlərdə nəticələr olur. Ona görə də güclü saymaq olar.

- Olimpiya yığması ilə Braziliyaya gedərkən kimlərin qızıl medal qazanacağını düşünürdünüz?
- Rəsul Çunayev, Elvin Məmişzadə, Radik İsayev və özümdən qızıl medal gözləyirdim. Yalnız Radik ümidləri doğrultdu. İsayev Olimpiadadan öncə Dünya çempionu və Avropa Oyunlarının qalibi olmuşdu.

- Bir az idmandan kənara çıxaq. Ölkəmizdə nə yeyirsiniz?
- Kabab yeyirəm. Antrekot çox dadlıdır (gülür). Borş içirəm. Çox xoşuma gəlir.

- Bizim yeməklərdə yağdan çox istifadə olunur...
- Buna təəccüb edirəm. Yağ insanı kökəldir. Qarın bağlayırsan. Çox yağ yemək məsləhətli deyil. Sonra hamı deyir ki, “qarına bax” (Azərbaycan dilində danışır).

- Şəhərdə gəzərkən dil baxımından əziyyət çəkmirsiz? Çünki ispan dili bizim ölkə üçün bir qədər yaddır...
- Bura yeni gələndə çox çətin idi. Sonradan yavaş-yavaş öyrəşdim. Çünki 5 ay bir azərbaycanlı oğlanla eyni evdə qaldım. O, bir söz danışanda bilirdim söhbət nədən gedirdi. Deyirdi ki, “bıçağı ver”. Əli ilə kəsmək işarəsi göstərirdi. Onda öyrənirdim ki, bu, bıçaqdır.

- Bakıda harada yaşayırsınız?
- Gənclikdə.


- Qonşularla münasibətiniz necədir? Sizi tanıyırlar?
- Əlbəttə ki, tanıyırlar. Bir də görürsən ki, məhəllədə dostlarım görüb 5-ci mərtəbədən qışqırırlar ki, “qarabala hardadır?” (gülür). Məni də görəndə “qarabala, qarabala” deyə çağırırlar. Məhəllədə balaca dostlarım var. Həmişə məni salamlayırlar. Başıma toplaşırlar, şəkil çəkdirirlər. Onları çox istəyirəm.

- Dostların kimlərdir?
- Tərcüməçim Vəli və bir taksi sürücüsü. O, mənə çox kömək edib. Bura gələndə də köməyi dəyirdi.

- “Qəbələ” klubuna necə keçdiniz?
- Məşqçim orda işləyirdi. Klubda da mənə “qarabala” deyirlər. Qara olduğum üçün də çox kömək edirlər, hörmət edirlər (gülür).

- İrqçilikdən burada əziyyət çəkmisinizmi?
- Dünyanın hər yerində bu var. Bütün ölkələrdə yaxşı və pis insanlar mövcuddur. Həmçinin Azərbaycanda da bu belədir.

- Yumruqlarınızdan rinqdən kənardakı mübahisələrdə istifadə etmisiniz?
- Yox. Heç vaxt belə istifadə etməmişəm. Bəzən olur ki, nəyəsə əsəbiləşirəm. Amma özümü qorumağa, sakitləşməyə çalışıram. Ümumiyyətlə, mübahisələrdən, söz-söhbətdən uzaq gəzməyə çalışıram. Bir dəfə 28 May metrosunun yaxınlığında idim. Yolda bir nəfər mənə sataşdı. Çox əsəbiləşdim. İstədi ki, mənim üstümə hücum çəksin. Dedim ki, ona “get, ağıllı ol, özünü yığışdır”.

- Sevdiyiniz xanım azərbaycanlıdır. Onunla necə tanış olmusunuz?
- Mən “İnstagram”da onu gördüm. Çox xoşuma gəldi. Şəkillərini “like” etdim. Ona mesaj yazıb, tanış olmaq istədiyimi bildirdim. Etiraz etmədi və tanış olduq. Sonra “Park Bulvar”a dəvət etdim və çay içdik. Sonra bir neçə dəfə başqa restoranlara yeməyə çağırdım. Çox yaxşı insandır. O, yarı azərbaycanlı, yarı rusdur.

- Onunla ailə qurmağı düşünürsünüz?
- Əgər o istəyirsə, ola bilər. Evlənməkdən bir az qorxuram. Subay olmaq daha yaxşıdır. İnsan evlənirsə, daha məsuliyyətli olmalıdır. Mənim mədəniyyətim tamam fərqlidir və sərbəst insanam. Xeyli sayda qız dostlarım var, onlarla görüşürəm. Əgər onlarla görüşmək istəyirəmsə, heç kim mənə mane ola bilməz. Evləndinsə, artıq icazə almaq lazımdır. Ehtiyatlı olmaq lazımdır. Evlənmək “türmə”yə düşmək kimidir (Azərbaycanca danışır və gülür).


- Bəs, xanımın ailəsi sizinlə münasibətə necə baxır?
- Normal baxırlar. Anası məni çox istəyir. Deyir ki, tez-tez bizə gəl. Amma mən utanıram. Onlara çox getmək istəmirəm. Onun bacısı və uşaqları ilə istirahət mərkəzlərinə gedirik.

- Xanımınızla hansı dildə danışırsınız? Bir-birinizi necə başa düşünürsünüz?
- Bir az Azərbaycan, bir az rus, bir ingilis dilində danışırıq.

- Azərbaycan dilini daha çox öyrənməyə cəhd edirsiniz?
- Əlbəttə. Çox istəyirəm ki, öyrənəm. Metronun yanında kitabsatan dostlarım var. Onlarla söhbət edirəm. Azərbaycan dilində danışmağa cəhd edirəm. Həm də onlara tapşırmışam ki, mənim üçün İspan-Azərbaycan dilində tərcümə kitabı gətirsin. Bir dəfə otaq yoldaşım Elvin adlı oğlanla telefon almağa getmişdim. O, dükana çox gec gəldi və mən artıq satıcı ilə danışırdım. Elvin gördü ki, satıcı ilə Azərbaycan dilində danışıram. Baxdım ki, çox təəccüblənib.

- Dünyanın böyük boksçuları Məhəmməd Əli, Mayk Tayson İslam dinini qəbul ediblər. Siz bu barədə nə düşünürsünüz?
- Amerika qitəsində İslam haqqında yanlış düşünürlər. Müsəlmanlar terrorçu deyillər. Mən dinlərə də, müsəlmanlara da hörmət edirəm.

- Karyeranızı bitirdikdən sonra Kubaya dönəcəksiniz?
- Yox, Bakı çox xoşuma gəlir. Azərbaycanda biznesim var və onunla məşğul olacam. Kubaya getmək çətindir. Çünki ora sosialist ölkəsidir. Orada sərbəst olmaq mümkün deyil. Amma Bakıda insan istədiyi kimi yaşayır. Bu səbəbdən də Azərbaycanda qalacam. Bəlkə də məşqçi kimi burada işlədim. Həm də sevdiyim xanımla gələcəkdə evlənə də bilərəm. Belə olsa da, burada yaşayacam.

- Hansı sahədə biznes açmısınız?
- Bunu deyə bilmərəm.


- Azərbaycan idmançılarına Olimpiadada çempion olduqları üçün böyük mükafatlar verildi. Sizcə, onlar bu məbləği haqq edir?
- İdmançılara yüksək məbləğlərin verilməsi normaldır. Amma onların barda, diskotekada xərclənməsinə pis baxıram. İnsan əvvəl ailəsini, yaxınlarını düşünməlidir. Ağılla xərcləmək lazımdır.

- Avropa Oyunlarında medal alarkən hərbi salam verdiniz. Bunu Rəsul Çunayevdən götürmüsünüz?
- Kubada idmançılar çempion olanda Fidel Kastroya hərbi salam verirdilər. Mən də bunu ordan götürmüşəm. Ölkə başçısı İlham Əliyev mənim də prezidentimdir. Ona görə də ona hərbi salam verdim. Bununla demək istədim ki, onun Azərbaycanda daha bir əsgəri var.

- Ölkə başçısı İlham Əliyevlə görüşdə nə danışdınız?
- İlham Əliyev çox cüssəli insandır. Onunla görüş çox səmimi oldu. Məndən soruşdu ki, “necəsən, hansı problemin var?”. Ona çox təşəkkür edirəm ki, hər zaman bizimlə maraqlanır. Bir dəfə İlham Əliyevlə görüşdə məndən soruşdu ki, “necəsən?”. Mən də cavab verdim ki, “nə var, nə yox?” Yanımda biri dedi ki, prezidentlə elə danışmaq olmaz. Təbii ki, bunu mən bilmirdim.

- Azərbaycan futbolunda okeanın o tayından gələnlər çoxdur. Onlarla tanışsınız?
- İspan futbolçu Miçel Madera ilə münasibətim var. Amma hansı klubda oynadığını bilmirəm. “Qəbələ” komandasını tanıyıram. Onların oyununa baxmışam. Mən futbolu o qədər də çox sevmirəm.

- Azərbaycan yığmasında çıxış edirsinizsə, Qarabağ haqqında eşitməlisiniz. Miçel də eyniadlı futbol klubundan çıxış edir...
- Qarabağ münaqişəsindən xəbərim var. Orada çoxlu uşaqları, insanları öldürüblər. 20 Yanvar faciəsindən də xəbərim var.

- Sizcə, Azərbaycanın ən güclü idmançısı kimdir?
- Təbii ki, Radik İsayev. O, Olimpiya çempionudur.

- Sonda Azərbaycan dilində azarkeşlərə nə deyərdiniz?
- “Çox sağ olun”, “Allah sizi qorusun”. “Mən yaxşıyam, siz də yaxşı olun, hamınızı öpürəm”. (Gülür).


Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2020
19:10

Quardiola onları "Mançester Siti"nin heyətində görmək istəyir - ADLAR

18:15

Fransız futbolçu Messiyə dediklərinə görə üzr istədi

18:06

AFFA yeni mövsümün hakimlərini təsdiqlədi

17:44

Zidan Manedən əl çəkmir

17:24

"1.50 metr boyunda olan yarım-autistik uşaq" - Dünya çempionundan Messinin ünvanına ağır sözlər

16:51

Çempionlar Liqasında yeni mövsümün tam təqvimi açıqlandı

16:19

Emeri İtaliya A Seriyasında?

15:53

Naqatomo vidalaşdı, göz yaşlarını saxlaya bilmədi - FOTOLAR

15:38

"Mançester Siti", yoxsa "Liverpul"?

15:14

"Müştərimin "Qarabağ"a keçmək variantı realdı"

14:57

Superkubok ləğv edildi

14:35

Atasına sarıldı, sevinc göz yaşlarına boğuldu - Pyaniç "Barsa"ya transferini belə qeyd etdi (VİDEO)

13:52

Kubokun finalında qalmaqal: Azarkeşlər sosial məsafəni pozdu, oyun dayandı - FOTOLAR

13:20

"Barselona" yeni baş məşqçisini açıqladı - RƏSMİ

12:55

Rus futbolçu "Qarabağ"a "pul oxudu" - GƏLİR?

12:42

İstefanın bir addımlığında: "Barselona"nın futbolçuları baş məşqçiyə qarşı

12:29

"Qarabağ" yeni transferini açıqladı - FOTO

12:01

Cey Ar Smit və Lebron Ceyms yenidən komanda yoldaşı olacaqlar - RƏSMİ

11:48

Ronaldu ilə sevgili olduğunu deyən gözəl çılpaq FOTOsunu paylaşdı

11:37

Klopp: "Mənə çempion koridoru lazım deyil"

11:34

"Arsenal" və "İnter" Qrizmann uğrunda mübarizə aparır

11:04

Milan belçikalını aldığı qiyməti açıqladı - RƏSMİ

10:53

"Beşiktaş"ın sabiq "Qarabağ"lıya təklif etdiyi məbləğ açıqlandı

10:25

Sane artıq Münhendədi - Tibbi müayinədən keçdi

10:20

Azərbaycanlı mütəxəssis ərəblərlə yeni müqavilə imzaladı - FOTO

09:55

"Milan" xal itirdi - VİDEO

09:35

"Arsenal"dan dörd cavabsız qol - VİDEO

09:20

"İnter"dən darmadağın - 6:0 (VİDEO)

09:00

Beş qol vuruldu, "Çelsi" uduzdu - VİDEO

08:20

Soldatova gözəlliyinin dəyərləndirilməsini istədi - FOTOLAR

00:35

"Roy Kin AFFA ilə razılaşsa, səxavətlə mükafatlandırılacaq"

01 İyul 2020
22:35

Mario Qomesin vurduğu ən yaxşı 5 qol - VİDEO

21:30

"İnsanlar indi bizim ağrılarımızı başa düşməyə başlayırlar" - Anri

19:47

Gerye "Qarabağ"a qayıtdı - ÖZÜ DEDİ

19:10

"Mançester Siti"dən ayrılır - Quardiola təsdiqlədi

18:15

"Arsenal"da yeni müqavilə - FOTOLAR

17:37

"Borussiya"nın yeni forması - FOTOLAR

17:05

Ançelotti oyunçusunu tanımadı - VİDEO

16:35

89 yaşında ata oldu

16:23

"Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - Azarkeşlərin sevimli nəğməsi necə yaranıb?

16:09

"Sabah" daha bir futbolçusu ilə vidalaşdı - RƏSMİ

16:09

İnfantino: "Başa düşmüşük ki, futbol ən önəmli məsələ deyil"

15:55

Vilayət Eyvazovun rütbə verdiyi idmançıdan AÇIQLAMA

15:11

Bakı klubu daha bir oyunçusu ilə müqaviləni uzatdı

14:55

"Barselona" çempionluğu son saniyələrdə əldən verdi - VİDEO

14:37

"Sumqayıt" futbolçusu ilə müqaviləni ləğv etdi - RƏSMİ

14:15

"Nqannu məni ilk raundda "söndürməsə", qalib gələcəm"

14:14

"Qarabağ" daha bir futbolçu ilə yolları ayırdı

13:40

"Napoli" Lill"in "qapısını döydü" - 100 milyonluq təklif

13:37

Daha bir futbolçusu "Sumqayıt"dan ayrıla bilər

13:16

Adebayor Paraqvay klubundan ayrıldı - RƏSMİ

13:04

"Bavariya"dan yeni transfer - FOTOLAR

12:30

"Çelsi" yeni formasını təqdim etdi - FOTO

12:25

Koronavirusun yeni dalğası ÇL-in keçirilməsinə mane olacaqmı? - UEFA-dan reaksiya

12:07

Messinin 700-cü qolu belə qeyd edildi - VİDEO

12:03

Vaqif Cavadov: "Roy Kin? Yerli məşqçi daha məntiqəuyğundu"

11:47

Alman klub prezidenti millimizin üzvünü təriflədi: "Güclü idi"

11:46

"İşimin təhlükə altında olduğunu düşünmürəm" - Setyen

11:17

Məşhur xanım idmançının bu halı görənləri qorxutdu - FOTO

11:08

Azərbaycan çempionatı başa çatdırıldı - Çempion elan edildi

11:04

Məğlubedilməz boksçu 21 yaşında dünyasını dəyişdi

10:54

Azərbaycanlı hücumçu: "Ayaqlarım yerdən üzüldü"

10:25

Messi 700-ə çatdı

09:52

"Mançester Yunayted"dən 3 cavabsız qol - VİDEO

09:48

Dieqo Maradona İspaniya millisində?

09:41

"Yuventus" 3 xalı 3 qolla qazandı - VİDEO

09:35

Fransalı futbolçu Azərbaycana təşəkkür etdi - FOTOLAR

09:16

4 qol vuruldu, "Barselona" yenə xal itirdi - VİDEO

09:09

Vilayət Eyvazovdan məşhur cüdoçu ilə bağlı əmr

08:20

Elin Helstrem Avropada rəqib tanımır - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image