23:24 12.06.2015 418

"Bakı-2015": açılış mərasimi - FOTOLAR

















Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının açılış mərasimi keçirilib. Fanat.az xəbər verir ki, açılış mərasimində Azərbaycan, Türkiyə və Rusiya prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin başda olmaqla dünyanın bir çox ölkəsinin dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri iştirak edib.

Əvvəlcə dünya şöhrətli xanəndə Alim Qasımov çıxış edib. Ardınca ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başlayıb. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 illiyinə işarədi.

Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi zilə qalxıb. Stadion gur işığa qərq olur və minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtüb. Onların ətəkləri Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənib. Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadratmetr parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu böyüklükdə parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib.

Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yaranıb. Səhnədən göyə fişənglər atılıb. Şeypurda Dmitri Şostakoviçin “Bayram uvertürası”ndan bir parça səsləndirilib. 

Daha sonra Azərbaycan Dövlət Simfonik Orkestri dövlət himnini səsləndirib və bayrağımız stadiona gətirilib. Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış alovun səyahət marşrutu nümayiş etdirilib. Uzunluğu 700 metr olan, arena boyu dövrələnən paneldə LED lampaları vasitəsilə alovun səyahət etdiyi məkanların adları bir-bir yazılıb.

Son məşəlçi - iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında I Avropa Oyunlarının məşəlini stadiona gətirib. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayıb. Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünüb. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırıb.

Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürüb və onun yerində çökəklik yaranıb. İlham Zəkiyev tərəfindən çökəkliyə yaxınlaşdırılan məşəl sönür, çökəklik dolub. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladır. Stadionun ortasından qaya parçası qaldırılıb və gələcəkdə görüləcək işlərə işıq salmaq üçün birinci məşəl torpağa basdırılıb.

Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf sürünüb, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirib. Həmin adam şair Nizaminin obrazı olub. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru olub. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına aparıb. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəlib. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanıb. Qadın fiqur gümüş lövhənin (Ay), kişi fiquru isə qızıl lövhənin (Günəş) üzərində rəqs edib. Onlar Leyli və Məcnunu rəmzləşdirir. Onlar dövrə vura-vura rəqs edib, qovuşmağa çalışıb, lakin birləşə bilməyiblər.

Üç yüzədək ifaçı səhnə ətrafındakı halqada görünüb. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolub. İfaçılar səhnəni göz önündə canlandırıblar. Halqa fırlanmağa başlayıb. Miniatür rəsmlərdə təsvir olunan adamlar kuklasayağı hərəkətlər edib. Sanki rəsmdəki obrazlar cana gəlib. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparıb. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünüb.

Halqa tam dövrə vurduqdan sonra yerdən nar ağacı boy verib qalxıb. Nizami ağacdan bir nar dərib. Qəfil hər şey donub. Nizaminin ətrafındakı miniatürlər dünyası yerə bataraq yoxa çıxıb, tərəzi uzaqlaşıb və ifaçılar səhnəni tərk edib.

Stadionun mərkəzinə doğru uçan, bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar görünüb. Nar paralanıb və onun dənələri - yaquta bənzər yüzlərlə şar stadion ətrafında uçmağa başlayıb. Uçan nar dənələri sanki idmançıları salamlayırmış kimi, təntənəli bayram əhval-ruhiyyəsi yaradıb.

Bundan sonra idmançıların paradı başlayıb. Bu mərasim 50 təbilçinin çaldığı gurultulu təbil sədaları ilə müşayiət olunub. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin - Yunanıstanın idmançıları səhnəyə daxil olub. Daha sonra qalan 49 ölkənin idmançıları stadiona daxil olub. Azərbaycan yığması son olaraq gəlib.

İdmançılar mərkəzi səhnə ətrafında təntənəli şəkildə addımlayaraq parad zamanı 50 bayraq yerləşdiriləcəyi platformaya aparan pillələrdə toplaşıb və tribunalarda yerlərini tutublar. Sonra bayraqların rəqsi başlayıb. Aaron Koplendin “Adi adam üçün şeypur” əsərindən musiqi parçası ilə başlanan 50 bayrağın rəqsi Natiq Şirinovla 50 nağaraçalanın ifasında zərb alətlərinin sədası altında davam edib.

Dünya şöhrətli müğənni Ledi Qaqanın ifası açılış mərasiminin vəd edilən sürprizlərindən biri olub. O, piano arxasında əyləşərək “İmagine” (“Xəyal et”) mahnısını ifa edib. Müğənninin ifası hərarətlə qarşılanır və dəfələrlə alqışlanıb.

Stadiona Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirilib. Onu səhnəyə Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu - Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kriztina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) gətirib. Stadionda Uilyam Uoltonun “İmperiya tacı” marşı səslənib. AOK-un bayrağı Azərbaycan bayrağı ilə yanaşı ucaldılıb.

Stadiondakı tablolarda Avropa Nüvə Tədqiqatları Təşkilatının və orada işləyən alimlərin videosu və ixtiraları yayımlanıb. Avropa Nüvə Tədqiqatları Təşkilatı 60 ildən çoxdu ki, xalqları elm ətrafında birləşdirərək, sülhə çağırır. Avropa Oyunları beynəlxalq birliyin idmandan od alan yeni məşəlidi.

Böyük adron sürətləndiricisi 100-dən çox xalqı təmsil edən 10 mindən çox fizik və mühəndisin cəmləşdiyi qurumun - Avropa Nüvə Tədqiqatları Təşkilatının əsas məhsuludu. O, dünyanın ən böyük maşınıdır və Avropanın mərkəzində, yerin dərinliklərində saxlanılır.

Yanıb-sönən LED lampalar stadion boyu zərrəciklərin sürətlə dövrə vurması (böyük adron sürətləndiricisi kimi) effektini yaradıb.

Stadionun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı görünüb. Bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetidi. Onlar uçub-keçdikcə ulduzlar Bakı səmasında parlayır. Avropa qitəsinin xəritəsinin hazırlanması üçün 16 lazerdən istifadə olunub. İlk dəfədir bir səhnədə irimiqyaslı animasiya yaratmaq üçün bu qədər lazerdən istifadə edilib.

Əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli ağ buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi şərq şahzadəsinin şərəfinə adlandırılıb və onun Buğanın belindəki təsviri qitənin rəmzidi.

Avropa və buğa stadionun üzərində uçduqda Leoş Yanaçekin “Ot basmış cığırlarla” əsəri Hokon Eustbönün ifasında səslənib. Bu bölmə I Avropa Oyunlarının rəsmi açılışını ifadə edib.

Daha sonra çıxışlar başlayıb. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki sözü Azərbaycanın I xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya verib. Birinci xanım bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edərək deyib: "Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır! Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir".

Mehriban Əliyeva Bakının ev sahibi seçilməsinə görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə, Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürünü bildirərək əminliklə qeyd edir ki, qarşıdakı illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı–2015”-in parlaq ruhunun atəşi orada olacaq.

Sonra mikrofon önünə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki keçib. O, bu günün tarixi hadisə olduğunu bildirərək deyib: "Bu axşam burada Bakının yeni möhtəşəm Olimpiya Stadionunda biz Avropa idmanında tarixi məqamın şahidiyik, onu yaradırıq: İlk Avropa Oyunlarının açılışındayıq. Bu axşam biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik. Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq".

P.Hikki Avropa Olimpiya ailəsini səmimi qəbul etdiklərinə görə prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, “Bakı-2015” uzun yolun ən vacib nöqtəsi və çılğın arzudu. O, AOK-un alovlanan iddiasıdır. Bu, Sizin üçün, Bakı üçün, Azərbaycan xalqı üçün indiki nəslə bir dəfə nəsib olan fürsətdir və sizlər onilliklər ərzində bu məkanların, bu sərmayənin və qlobal diqqətin bəhrəsini görəcəksiniz".

Avropa Olimpiya Komitəsinin prezidenti idmançılara müraciət edərək onları tarixdə ilk Avropa Oyunlarının çempionu olmaq şansından istifadə etməyə, öz adlarını Avropanın şanlı idman tarixinə yazmağa çağırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edib və stadionun ətrafında atəşfəşanlıq başlanıb.

Stadionun işıqları söndürülüb. Qaranlıqda muğam avazı üstündə tənha bir səs eşidilib. Bu, mərasimin əvvəlində dinlədiyimiz ifaçı Alim Qasımovun səsi olub. İndi o havada uçan xalça üzərində görünüb.

Çat-çat olmuş torpaq üzərinə bir qadın dolaşıb. Onun əlində yazın gəlişini bildirən, Novruzun rəmzi olan səməni olub. Ayaqları altında isə ot və bu yerlərdə bitən gül-çiçəklər cücərib. Xəfif meh uzun, şəffaf duvağını yellədib. Qadın səhnənin ortasına çatdıqda qabı I Avropa Oyunlarının məşəlinin basdırıldığı yerə qoyub. Yerdən su çıxmağa başlayır, qadının qarşısında nəhəng su hövzəsi - Xəzər dənizinin rəmzi canlanıb. O, suda ahəstə gəzişib. Sonra çevrilib arxasında yaranmış mənzərəyə baxıb.

Bu vaxt yerdən üst-başı toz-torpaqlı, palçıqlı 100 kişi çıxıb. Onlar 50 nağaraçalanın səsləndirdiyi ahənglə ayaqlarını yerə vuraraq ritualı xatırladan Azərbaycan milli rəqsini ifa ediblər. Rəqsin ən qızğın anında sanki zəlzələ baş verirmiş kimi yer yarılmağa və qabarmağa başlayıb. Yerdən iri qaya parçaları çıxıb və birləşərək nəhəng dağa çevrilib. Onun kənarlarında alovla yazılmış sadə insan və heyvan fiqurları, qayıqlar görünüb. Bunlar Qobustanın qədim qayaüstü təsvirləridi.

Torpağın yarıqlarından çıxan kişi dağın zirvəsində görünüb. Sükutu balabanda ifa olunan Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sədaları pozub. Kişinin ayağı altında yanan daşı götürüb. Bu səhnələr Fikrət Əmirovun “Min bir gecə” baletinin uvertürası ilə müşayiət olunub.

Kişi əlində yanan daş qarşıda - Xəzər dənizinin sahilində dayanmış qadına baxıb və ona tərəf gedib. Qadının arxasındakı parıldayan dairəvi qara lövhə yavaş-yavaş suyun üzərindən qalxaraq, Ay kimi göyə ucalıb. Dağ yavaş-yavaş yerə enib və yerə batıb yoxa çıxıb. Onlar açılış mərasiminin əvvəlində təsvir olunan Leyli və Məcnunu xatırladıb. Yolda o, daşı daha iki dəfə yerə qoyub. Onun arxasınca çatlardan çıxaraq yayılan alov dilimləri yerdə nəhəng insan fiqurunun təsvirinə çevrilib. Bu, nəhəng petroqlif formasına düşmüş lava axınlarına, Yanardağın heç vaxt sönməyən alovlarına bənzəyib. Petroqlif get-gedə daha dolğun insan təsvirinə çevrilir.

Kişi yaratdığı alovlu mənzərəyə baxır. Qadın ona yetişmək üçün sulardan üzüb keçir. Yanan daşı qaldırır, alov axınları nəhəng qan-damar sistemi təsvirindəki əl-ayaqlardan başa doğru sürətlə sovrulub başda yox olur. Kişi və qadın birlikdə yanan daşı tutub göyə qalxan dairəvi lövhəyə tərəf qaçmağa başlayırlar. Onlar dayaz sulara atılır və daşı parıldayan qara dairəvi lövhəyə tərəf tullayırlar. Yanan daş lövhənin ortasına dəyib, onu parçalayır. Lövhənin salamat qalmış halqası daşın odundan alışıb alov dairəsinə çevrilib.

Beləliklə I Avropa Oyunlarının məşəli alovlanıb. Yanan lövhə Yer, Günəş və Ayın bir araya gəldiyi möhtəşəm kosmik mənzərəni – tam Günəş tutulmasını xatırladıb. Bu birlik və sülh rəmzi stadiondan səmaya ucalıb. Günəş tutulmasında Günəş və Ay birləşdiyi kimi, cütlüyümüz də birləşib və ayrılmaz olub.

Bundan sonra səhnədəki mənzərə tamaşaçını Bakı sahilinə aparıb və qarşımızda Xəzər dənizi üzərində tədricən yaranan şaquli alov dairəsi canlanır və atəşfəşanlıq başlayıb. Rəngbərəng fişənglər Xəzərin və Bakı Olimpiya Stadionunun üzərində səmanı bəzəyib və möhtəşəm bayram mənzərəsi yaradıb. Məşəl Oyunlar bitənədək yanacaq, şəhərimizin mayakı olacaq.

Atəşfəşanlığın qızğın vaxtında ifaçılar səhnə boyunca düzülüblər. Onlar əl-ələ verib Azərbaycan milli rəqsi “Yallı” oynayıblar. Şişirdilmiş 20 min “nar dənəsi” tamaşaçıların üzərinə dağılıb. Bu nar dənələri sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidi.

Bununla da I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi başa çatıb. Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bir mərasimlə Avropa Oyunlarının ilk parlaq səhifəsini yazıb.

Fanat.az
Oxşar xəbərlər

Xəbər lenti

04 İyun 2020
00:47

"Arsenal" milli futbolçumuzun qardaşını 23 milyona istəyir

03 İyun 2020
22:55

Sabiq "Playboy" modeli Rumıniya klubunu aldı - FOTO

20:32

UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdırdı - RƏSMİ

20:09

"Turan kuboku" keçirilə bilər

19:40

Bundesliqa: Turun ən yaxşı qolları - VİDEO

19:08

Corc Floyda dəstəyini nümayiş etdirən futbolçularla bağlı qərar verildi - Almaniyada

18:37

"Çelsi"ni "Roma"ya dəyişir

18:10

Ceydon Sanço karyerasını "Real"da davam etdirə bilər

17:32

"Barselona"nın futbolçusu "Yuventus"a keçməyə razılıq verdi

17:20

İbrahimoviç nə vaxt qayıdır? - SON DURUM

16:25

"Adidas" Özillə əməkdaşlığını dayandırır - SİYASİ SƏBƏB

16:00

Saul yeni klubunu açıqladı

15:32

"Atletiko"da məşqçi ayrılığı - RƏSMİ

15:30

"Xəzər Lənkəran" Azərbaycan futbolundan birdəfəlik çəkilir? - AÇIQLAMA

15:15

"Barselona"nın oyunçusu "Mançester Siti" yolunda

15:08

Rəfiyev yəhudi futbolçunu yola gətirə bildimi? - SON DURUM

15:02

Bakı klubu futbolçusu ilə müqaviləni yenilədi

14:54

Prezident yeni Olimpiya İdman Kompleksinin açılışını etdi - FOTOLAR

14:38

Ranqnik bu futbolçuları "Milan"a gətirmək istəyir - SİYAHI

14:05

Ramos hökumət nümayəndələri ilə danışmaqdan niyə imtina edib? - SƏBƏB

13:33

UEFA-nın ÇL və AL-lə bağlı yeni planı: "Səkkizlər finalı"

13:26

Mənsimovlardan üzücü qərar

13:11

Səlahət "Neftçi" rəhbərliyi ilə razılaşmır - SON DURUM

13:01

"Barsa"da fikir ayrılığı: Futbolçular maaşların azaldılmasına qarşıdılar

12:53

"Ekzklüziv yayım hüququmuzu başqa telekanalla paylaşmayacağıq"

12:36

Van Deyk 20 yaşında ölümdən dönüb: "Vəsiyyətimi yazırdım..."

12:25

"Sumqayıt" 2 yoxlama oyunu keçirəcək

12:10

Çimərlikdə futbol oynadı, sosial məsafə qaydalarını pozdu - FOTO

11:54

Azərbaycanlı hakimlər vebinara qatıldılar

11:52

"Neftçi" qapıçısı ilə müqaviləni yenilədi - RƏSMİ

11:47

Azərbaycanın millisinin sabiq üzvü Avropadan vətənə qayıda bilmir - FOTOLAR

11:40

"Barselona" 19 yaşlı yetirməsini geri qaytarmaq istəyir

11:36

Özbaşınalıq və iqtisadi sabotaj

11:10

"Arsenal"ın futbolçusu PSJ-nin "radar"ında

11:00

Pərvin Abıyeva canlı efirdə 25 kiloqramlıq ştanqla məşq etdi - VİDEO

10:52

Maksim Medvedev: "Oyunlarımızda 25 dəqiqədən bir su fasiləsi olacaq"

10:30

Messi də "Black lives matter" hərəkatına dəstək verdi

10:05

Premyer Liqanın ən sərt futbolçuları - SIRALAMA

09:36

"Sumqayıt"da ayrılıq - ÖZƏL

09:30

Premyer Liqa klublarının yoldaşlıq görüşü keçirmələrinə icazə verildi

09:00

İtaliya A Seriyasının formatı dəyişdirilə bilər

08:20

Asiyanın ən gözəl voleybolçusu bu qızdı - FOTOLAR

00:27

UEFA Corc Floydun ölümünə reaksiya verdi

02 İyun 2020
23:37

Makqreqor ölü həşəratları necə yediyini göstərdi - VİDEO

22:15

Anar Cəfərsoy sağaldı

19:55

Bundesliqada vurulan ən yaxşı əks-hücum qolları - VİDEO

19:20

UFC 250-nin tam döyüş kartı açıqlandı

18:45

"Liverpul" hələ çempion deyil" - Klopp

18:27

Millimizin baş məşqçisi FIG prezidentinin layihəsinə dəvət aldı

18:10

"Şalke" "Barselona"nın oyunçusundan imtina etdi

17:38

"Mançester Yunayted" Sterlinqi "Siti"nin əlindən almaq istəyir

17:11

Blatterdən İnfantinoya ağır ittihamlar: "O, futbolu böyük "pul maşını"na çevirmək istəyir"

16:43

"Qarabağ" bir həftə sonra oyuna çıxacaq - ÖZƏL

16:40

Balotelli karyerasını ABŞ-da davam etdirə bilər

16:23

Ayaz Quliyev Azərbaycan yığmasında oynamağa razılaşdımı? - SON DURUM

16:21

"Getmək istəyəni saxlamazlar" - Prezident Lautaronun "Barsa"ya transferindən danışdı

15:48

Qattuzoya ağır itki: Bacısı 37 yaşında dünyasını dəyişdi

15:38

Elxan Məmmədovun şifrəli nitqinə sözardı

15:17

"Zirə" 12 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

15:06

Premyer Liqanın bərpa tarixi açıqlandı - RƏSMİ

14:53

Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə yenilədi

14:31

"Neftçi" Geryenin əvəzinə bu futbolçunu gətirir

13:43

"Neftçi"də daha bir müqavilə - RƏSMİ

13:41

Formula 1: Mövsümün ilk yarışlarının harada və nə vaxt keçiriləcəyi müəyyənləşdi

13:22

"Real" bu mövsüm "Santyaqo Bernabeu"ya həsrət qalacaq

13:08

Ceydon Sanço Corc Floyda dəstək olduğu üçün cəzalandırılıb? - AÇIQLAMA

12:42

"Hisslərimiz bitmişdi, ayrıldıq" - FOTOLAR

12:38

Emil Balayev Azərbaycandan gedir - ÖZƏL

12:37

"Barselona"nın 5 futbolçusu koronavirusa yoluxubmuş

12:21

Bizi gözləyən aqibət: Leş bir yana, baş bir yana

Facebookdan bizi izləməyi unutmayın.