12:17 27.10.2020 260

Qubadlıdan olan futbolçu: "Doğma kəndimə getməyi çox istəyirəm"

"Zirə" klubunun əslən Qubadlıdan olan futbolçusu Tural Bayramlının "Report"a müsahibəsi

- Qubadlı şəhəri Şanlı Ordumuz tərəfindən artıq işğaldan azad olunub. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
- Mən Qubadlının Mahmudlu kəndindənəm. Ora hələ işğal altındadır. Amma şəhərin azad olunduğunu eşidəndə həqiqətən çox sevindim. Doğma kəndimə getməyi çox istəyirəm. Allah məni arzuma çatdırsın. Tək Qubadlının yox, bütün Qarabağın geri qaytarılmasını arzulayıram.

- Bu xəbəri ailə üzvləriniz necə qarşıladı?
- Təbii ki, onlar da çox sevindilər. Allah ön cəbhədə döyüşən bütüb qardaşlarımızı qorusun. Onlar həqiqətən qəhrəmandırlar. Hər biri ilə fəxr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

- Sizi ən birinci kim təbrik etdi?
- İlk olaraq, əmim zəng vurub təbriklərini çatdırdı.

- Özünüz Qubadlını görməmisiniz. Maraqlıdır, valideynləriniz, yaxın qohumlarınız doğma şəhəriniz, kəndiniz haqqında nələr danışıb?
- Atamla əmim söhbət edəndə Qubadlı barəsində çox şey eşitmişəm. Özləri də mənə xeyli məlumat veriblər. Oranın çox gözəl yer olduğunu deyiblər.

- "Zirə" Azərbaycan Premyer Liqasının VII turunda evdə "Qarabağ"la qolsuz heç-heçə etdi. Oyunla bağlı nə deyə bilərsiniz?
- "Qarabağ"a qarşı bütün oyunlar tam başqadır. Bu, elə bir rəqibdir ki, orta sahələri çox güclüdür. İstər Qara Qarayev, istər Uroş Matiç olsun, istərsə də digərləri, hamısı təcrübəli futbolçulardır. Baş məşqçimiz bizə deyir ki, səhv etməkdən çəkinməyin, mən arxanızdayam. Düzgün fikirləşin, dediklərimi yerinə yetirin, səhvlər isə futbolun bir parçasıdır. Həmişə çalışıram ki, top məndə olanda qabağa oynayım, hücüma dəstək verim. Bəzən istədiklərim alınmaya bilər. Hər oyundan sonra özüm da analiz edirəm. Bir sözlə, daha da inkişaf etmək istəyirəm və bu mənada "Zirə"də çıxış etməyim mənim üçün çox xeyirlidir.

- Rəşad Sadıqov oyun ərzində ən çox sizə qışqırırdı. Bu amil çıxışınıza necə təsir edirdi?
- Rəşad Sadıqovun rəhbərliyi altında oynamaq istənilən gənc futbolçu üçün fürsətdir. Rəşad müəllim vaxtilə U-21-ə başçılıq etdiyindən, gənclərə daha həssas yanaşır. Nəinki mənə, digər gənc komanda yoldaşlarıma onun rəhbərliyi altında oynamaq rahatdır. Çünki bizə çox etibar edir. Necə ki 17 yaşlı Cəlal Hüseynov ötən tur şans əldə etdi. Xatırlamıram ki, hansısa baş məşqçi bu yaşda müdafiəçini start heyətində meydana buraxsın. Rəşad müəllimin təcrübəsi çoxdur, onun hər sözü, iradı elə öz xeyirim üçündür. Mənə tez-tez deyir ki, potensialın bundan da artığına imkan verir.

- Sizcə, "Qarabağ"la oyunda 2 xalı hansı komanda itirdi?
- Məncə, çempionatda elə bir komanda yoxdur ki, "Qarabağ"la oyunda heç-heçəni itki saysın. Təki, "Zirə" elə səviyyəyə çatsın ki, dedikləriniz aktual olsun. Oyundan-oyuna artırırıq və bizim üçün bu gün uzaqda deyil.

- 22 yaşınız olsa da, artıq bir dəfə legioner həyatı yaşamısınız. Latviyada "Dauqavpils" komandasının formasını geyinmisiniz. Yenidən ölkə xaricinə yollanmaq istəyərdinizmi və ümumiyyətlə, belə bir perspektiv görürsünüzmü?
- 19 yaşımda özümü sübüt etmək üçün ölkəni tərk etdimsə, bundan sonra da legioner olmaq mənim üçün problem deyil. Atam da, menecerim da hər zaman istəyirlər ki, xaricə üz tutum. Düzü, yayda elə bir şans var idi. Sadəcə, araya pandemiya girdi, Şengen zonası bizim üçün bağlandı. Pandemiya olmasaydı, yenə ölkə xaricinə gedərdim. Yayda bu məsələyə qayıtmaq olar. İndi isə bütün fikrim "Zirə"dədir.

- "Zirə" ilk dövrəni 11 xalla 3-cü pillədə başa vurdu. Çıxışınızı necə qiymətləndirərdiniz?
- Yayda komandanın heyəti demək olar ki, tam dəyişdi. Bir az vaxta ehtiyacımız var. Birinci dövrədəki nəticəni yaxşı və ya pis saymaq məşqçilərin işidir. İnanmaq istərdim ki, ikinci dövrədə daha çox xal yığacağıq. Baş məşqçi bizi hər matçda ancaq baxımlı oyuna və qələbəyə səsləyir.

- Növbəti turda "Zirə"ni "Səbail"lə qarşılaşma gözləyir. Bu oyun barədə nə düşünürsünüz?
- Bu, bəlkə də son illərin ən çətin mövsümüdür. Kimin harada xal itirəcəyini bilmək olmur. Bu arada, mənə doğma olan "Sumqayıt"ın liderliyi də çoxları üçün sürprizdir. Düzdür, ilk dövərədə "Səbail"i udmuşuq. Amma bu, heç də asan başa gəlmədi. Rəqib hər tur daha inamlı təsir bağışlayır. Məşqçilərimiz hər bir komandanı tam analiz edir və bu həftə da belə olacaq. İstənilən rəqibə qarşı oyunda meydana 3 xal üçün çıxırıq.
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

30 Noyabr 2020
17:12

"Keşlə" iki futbolçusunu yollayır

17:04

"Qəbələ" irəlidə - YENİLƏNİR

16:47

Millimizin qapıçısı koronavirusa yoluxdu

16:24

“Qəbələ” – “Qarabağ” oyununun vaxtı açıqlandı

15:54

Kin "Tottenhem"in çempionluğuna niyə inanmadığını açıqladı

15:25

"Neftçi"nin sabiq prezidenti "Başakşehir"in oyununa təyinat aldı

15:14

Kavani irqçiliyə görə cəzalandırılacaqmı?

14:33

"Liverpul" 18 yaşlı istedadın "ovuna çıxdı"

14:10

Millimizin koronavirusa yoluxan futbolçusu: "İki gün belim ağrıdı"

13:57

Mikel Arteta: "Qovulacağım üçün narahat deyiləm"

13:45

Şahin Diniyev: "Koronavirusa görə övladlarımın yanına gedə bilmirəm"

13:38

"Roma"nın bazasında mərmi tapıldı

13:23

Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI

13:09

Maradonanın cəsədinə hörmətsizlik edənlər qovuldular - FOTO

12:59

Maradonanın həkimindən ittihamlara cavab

12:41

"Yuventus" Dibalanı PSJ-nin hücümçusu ilə dəyişir

12:24

Məşhur yarımmüdafiəçi futbolla vidalaşdı

12:01

Zaur Ramazanov: "Riad Rəfiyev qardaşımdan heyif çıxır"

11:33

Dieqo Maradonanın həkiminə qarşı cinayət işi açıldı

11:14

Günün oyunları bu kanallarda - AFİŞA

10:53

“Makkabi”nin hücumçusu “Qarabağ”la oyundan danışdı

10:35

Türk klubu baş məşqçisini yolladı

10:12

“Vilyarreal” liderlə heç-heçə etdi

09:51

“Qarabağ”ın rəqibindən qələbə

29 Noyabr 2020
20:06

Maradonanın ölümündə şəxsi həkimi ittiham olundu

19:48

Messi Maradonanın xatirəsini belə yad etdi - FOTO

19:21

"Liverpul" yarımmüdafiəçisini bu qış satacaq

18:34

Aftandil Hacıyev: "Sevincli, tarixi günlər yaşayırıq"

18:31

"Qarabağ"ın məşqçisi: "Yaxın gələcəkdə oyunlarımızı "İmarət"də keçirəcəyik"

18:19

Qurban Qurbanov koronavirusa yoluxdu

17:54

"Səbail" "Qarabağ"la, "Keşlə” "Sabah”la sülh bağladı

17:04

"Dörd futbolçumuz koronavirusa görə oyunu buraxdı" - Yunis Hüseynov

16:42

"Sabah"ın baş məşqçisi: "Dəyişikliklər etməyə başlamışıq"

15:35

“Zirə”nin qapıçısı rekordu təkrarladı

14:37

Zaur Axundov legionerləri qovdu: “Keşlə”də nə baş verir?

13:50

Ağdamın Şahbulaq kəndi - VİDEO

13:23

"27 ildir bu günün həsrəti ilə yaşayırdıq" - Tahir Gözəl

12:57

Əfsanələrin döyüşü qalmaqalla başa çatdı

12:29

"Qarabağ" Rusiyada 1-ci oldu

11:51

Peşəkar boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxıb - VİDEO

10:55

Cavid Qurbanov Qarabağda voleybolun kütləviləşdirilməsini istədi

10:37

Kəlbəcər rayonunun kəndlərinin videogörüntüləri

10:11

Rəhim Həsənov Sumqayıta göndərildi

09:47

Hikmət Hacıyev: “Qarabağ” sürgündə olan yeganə futbol klubu idi"

09:23

Hikmət Hacıyev Ağdamda "Qarabağ"la futbol oynadı - FOTOLAR/VİDEO

09:00

"Sən demə girdiyim ev Mxitaryana məxsus imiş" - Şuşada döyüşən idman jurnalistimiz

28 Noyabr 2020
22:57

“Qalatasaray” darmadağına sevindi - VİDEO

22:36

"Liverpul" xal itirdi, "Siti" qol yağdırdı - VİDEO

22:03

Premyer Liqa: Daha 3 oyunun hakimləri bilindi

20:12

Azərbaycan Avropa çempionatında daha 1 medal qazandı

19:54

Azərbaycanlı baş katib CEV İdarə Heyətinə üzv seçildi

19:33

Zabit Səmədov Burak Özçivitlə məşhur serialda - FOTO

19:03

"Araz" Çempionlar Liqasında mübarizəni dayandırdı

18:43

"Neftçi"nin daha bir futbolçusunda koronavirus aşkarlandı

18:28

Samir Abasov "Zirə" ilə oyundan danışdı

18:19

Elxan Məmmədov: "Qarabağ"a imkan yaratdıqları üçün TFF-yə təşəkkür edirəm"

18:13

Rəşad Sadıqov: “Yaxşı müdafiə olunduq”

17:55

“Neftçi” “Zirə”ni məğlub edə bilmədi

15:48

"Qarabağ"ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb - FOTOLAR

14:39

Aftandil Hacıyev: "Özünü yaxşı hiss etməyən futbolçularımız var"

13:51

"Fənərbağça" şəhidimizlə bağlı paylaşım etdi - FOTOLAR

12:48

Pike "Barselona" prezidenti olmaq istəyir

12:19

İstisu qəsəbəsindən görüntülər - VİDEO

11:51

Məhəmmədrəsul Məcidovdan növbəti qələbə

11:32

"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı açıqlandı

11:13

Çempionlar Liqası: Azərbaycan klubu mübarizəyə başlayır

10:49

Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı

10:23

"Beşiktaş"ın hücumçusu koronavirusa yoluxdu

10:05

"Qarabağ" Ağdamda

09:37

Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.