21:12 24.04.2020 703

Qol götürüb oynaya bilək!

Tahir Süleymanov

 

Dünya, Avropa futbolu, hətta "Bakı birinciliyi" üçün də darıxırıq. Çempionatların bərpası müzakirə edilir, Bayıldan Zirəyə, 8 km-dən Masazıra qədər yollar ölçülür. Hamı futbolun yolunu gözləyir...

Yolumuz isə birdi, bir olmalıdı. Bakıdan Quzanlıya 330 kilometrdi. Ordan da Ağdama piyada getmək olar. O yollar Azərbaycanın, futbolumuzun yollarıdı. Həsrətlə bizləri gözləyir.

Futbol böyük qüvvədi. Vaxt olub Cənubi/Mərkəzi Amerikada futbola görə ölkələr bir-birlərinə müharibələr elan edib, Meksika-86-da İngiltərə-Argentina görüşü psixoloji savaş altında keçirilib...

Yaxın keçmişdə Quzanlıya sevə-sevə, ruhyüksəkliyi ilə gedirdik. Futbol, nəticə ikinci planda idi. Çətinliklər də təsir etmirdi. Şəraitsizlikdən "Neftçi" ilə Mingəçevirdə məskunlaşıb oyun günü Qarabağa doğru səfərimizi davam etdirirdik...

Quzanlı küçələrində insanlar bizi sevinclə qarşılayırdı. Gözlər sabaha inamla alovlanırdı. Onlar üçün "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "İnter", "Simurq", fərq etmirdi. Ruhən müharibəyə gələn yeni batalyonları qarşılayırdılar.

Yaşıl meydanda rəqabət gedirdi, stadionda, tribunalarda isə birlik hökm sürürdü.

"Qarabağ bizimdi, bizim olacaq" sədaları səngərlərə qədər gedib çıxırdı. Hər kəs, Vətəni sevən oğullar düşmənlə döyüşə atılmağa hazır idi...

Quzanlı stadionunda yenilən tərəf olmurdu, hamı qalib idi. Futbol ruhu sabahın qələbələrinin təməlini qoyurdu. Avropa qruplarına gedəcək yolumuzda müqəddəs torpağın iyini, ruhunu alırdıq...

Top-klublarla Azərbaycan futbolunu təmsil etmək gözəldi. Nəhənglərin qapısına qollar vurub, xallar qazanmaq daha gözəldi. Quzanlıda oynayıb Ağdam, Şuşa, Xankəndinin nəfəsini hiss etmək, özünəinam qazanmaq isə əvəzolunmazdı...

Torpaqlarımız Azərbaycan futbolunun yolunu gözləyir. Quzanlı tək Quzanlı deyil. Bu gün Quzanlı Ağdamdı, Füzulidi, Cəbrayıldı, Zəngilandı, Qubadlıdı, Laçındı, Kəlbəcərdi, Ağdərədi, Şuşadı, Xankəndidi, fəryad qoparan yaralı Xocalımızdı!

Həyat öz axarına qayıdacaq, çempionat da gec-tez bərpa ediləcək. Azərbaycan futbolu tək Abşeron yarımadasından ibarət deyil. Vətən futbolunun sabahı xorvatlı, serbli "Sabah"lar da deyil. Sabahın futbolu, qələbələri Quzanlıdan, bölgələrdən keçməlidi...

Qayıtsın futbol! Milli ruhumuzla yenidən Quzanlıya gedək, azarkeşlər, Vətən oğulları tribunaları doldursun. Futbol meydanlarında doyüşək. Döyüşək ki, sabah Ağdamın "İmarət"ində futbol, Cıdır düzündə qol götürüb oynaya bilək!

Oxşar xəbərlər

Xəbər lenti

27 Noyabr 2020
09:39

Maradona dəfn edildi - FOTOLAR

09:22

"Qarabağ"ın legioneri: "Bu məğlubiyyətdən dərs götürməliyik"

09:00

"Sivasspor"un hücumçusu: "Qarabağ"a 2 qol vurduğum üçün şadam"

00:34

"Məğlubiyyətə üzülürəm" - Qurban Qurbanov

00:22

Rıza Çalımbay: “Mükəmməl şəkildə çıxış etdik”

26 Noyabr 2020
23:54

“Vilyarreal” və "Milan" xal itirdi - Avropa Liqası

23:50

"Qarabağ" avrokuboklarda mərhələ şansını itirdi

23:22

"Qarabağ" klubu Ağdama gedəcək

21:28

Royston Drente: "Klubun avtobusunda da araq olurdu"

18:10

Əmrah Çəlikəl: "Lazımi etirazları edəcəyik"

17:50

UEFA Nurlan İbrahimovla bağlı qərarını verdi

17:31

Birinci Divizionda 3 "quru" darmadağın

16:53

FİFA reytinq siyahısını saytından niyə çıxarıb? - MÜƏMMA

16:18

Maradona ilə vida mərasimində azarkeşlər polislə toqquşdu

15:28

"Tottenhem"in 3 futbolçusu "Everton"a keçir

14:54

"Bavariya" mütləq rekordun biraddımlığında

14:50

Pele: "Topu səmada təpikləyəcəyik"

14:04

Zidan Maradona haqda nə danışdı?

13:20

Rəşad Sadıqov: “Kəlbəcərdə futbol məktəbi açmaq fikrim var” - VİDEO

13:11

Azərbaycan millisi 5 pillə irəlilədi

13:00

Xorvat ulduz İstanbul nəhənginə gəlir - SON DURUM

12:19

Maradonanın oğlu reanimasiyaya yerləşdirildi

12:14

"Maradona həkimlərin səhv müalicəsi üzündən həyatla vidalaşdı" - İDDİA

12:06

“Qarabağ”ın futbolçusunun növbəti testi də müsbət çıxdı

12:02

Tayson Maradonanın ölümünə belə reaksiya verdi - FOTO

11:31

"Həbibin oyundan çıxmadığına yüz faiz əminəm"

10:55

Maradonaya görə 10 nömrəli futbolkanın ləğvi təklif olundu

10:22

AFFA və TFF legionerlərlə bağlı danışıqlar aparır

10:12

ÇL: Həftənin ən yaxşısı adına namizədlər açıqlandı

09:52

Maradona ilə vida mərasimi Prezident Sarayında keçiriləcək

25 Noyabr 2020
23:03

Ukrayna millisinə texniki məğlubiyyət verildi

21:01

Yaponiya çempionu vaxtından əvvəl müəyyənləşdi

20:55

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşdü

20:46

Qurban Qurbanov: "Qələbə qazanmaq istəyirik"

20:24

Dieqo Maradona dünyasını dəyişdi

17:57

"Sivasspor"un hücumçusu "Qarabağ"la oyundan danışdı

17:54

Rıza Çalımbay: "Azərbaycan da bizim məmləkətimizdir"

17:44

FlFA ilin ən yaxşı qoluna namizədləri açıqladı - VİDEO

16:40

"Qalatasaray"ın prezidenti şəhidimizdən danışdı

16:04

Tokio-2020 üçün yenilənmiş təqvim planı hazırlandı

15:19

"Neftçi"nin daha bir futbolçusu koronavirusa yoluxub

14:59

Tuhel üzr istədimi? - AÇIQLAMA

14:30

Superliqa klubu millimizin sabiq baş məşqçisini qovdu

14:10

Həbib UFC-yə qayıdacağına işarə vurdu - FOTO

14:01

İlin ən yaxşı qapıçısı kim olacaq?

13:48

FIFA ən yaxşı baş məşqçi adına namizədləri açıqladı - SİYAHI

13:40

Ən yaxşı futbolçu adına namizədlər - SİYAHI

12:38

Prezident xalqa müraciət etdi - TAM MƏTN

12:36

Son arzusuna çatan "Qalatasaray"lı şəhid kapitan: Məzarında iki bayraq - FOTOLAR

12:27

İmmobile: "İbra kimi formada qalmaq istəyirəm"

11:57

Millimizin koronavirusa yoluxmuş futbolçuları ilə bağlı açıqlama

11:44

"Qarabağ" Türkiyəyə yollandı - FOTOLAR

11:33

20 yaşlı forvard ÇL-də inanılmaz rekord müəyyənləşdirdi

11:19

Kuman Qrizmannın durumuna aydınlıq gətirdi

11:13

Ermənilər “Qarabağ“ın Ağdamdakı “İmarət”ini viran qoyub - VİDEO

11:02

"Qarabağ"ın legioneri: "Azərbaycanın xoşbəxtliyi mənim də xoşbəxtliyimdir"

10:53

"Qarabağ" "Sivasspor"la matça ciddi itkilərlə çıxacaq

10:31

Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri - VİDEO

10:07

Teymur Rəcəbov "play-off"a vəsiqə qazandı

09:48

Ordumuz Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - FOTOLAR

09:23

Çempionlar Liqası: 1/8 finala daha 3 vəsiqə sahibi müəyyənləşəcək

09:00

Canni De Byazi Ronaldu ilə İbrahimoviçi müqayisə etdi

08:41

İşğaldan azad olunan Kəlbəcərdən ilk görüntülər - VİDEO

01:39

Çempionlar Liqası: "Barselona" və "Yuventus" da 1/8 finalda

01:17

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu

00:00

Bu gün Kəlbəcər işğaldan azad edilir

24 Noyabr 2020
23:46

"Barselona" bu futbolçu üçün 130 milyon avro ödədi

23:26

Türk klubu geri qayıtmayan futbolçunun müqaviləsini ləğv etdi

23:00

Millinin futbolçusu məhkəmə qarşısında

20:31

Hayster: "Ronaldudan topu aldığım üçün formasını mənlə dəyişmədi"

Facebookdan bizi izləməyi unutmayın.