12:11 19.02.2021 193

Qızıl medal qazanan cüdoçumuz: "Zədələr başıma oyun açıb"

İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə qızıl medal qazanan Azərbaycan cüdoçusu Davud Məmmədsoyun "Report"a müsahibəsi

- 2013-cü ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənclər arasında Avropa çempionu olmusunuz. Böyüklər arasında ilk böyük titulunuzu qazandınız. Hansı hissləri keçirirsiniz?
- Hazırda özümü çox xoşbəxt hiss edirəm. Yarışdakı bütün görüşlər ağır keçdi. Amma sonda qələbə qazana bildim. Birinci görüşdə almaniyalı Morits Plafki, ikinci dueldə isə hindistanlı Vicay Yadavla qarşılaşmalar nisbətən çətin oldu.

- Yarışdan öncə Böyük Dəbilqədə qızıl medal qazanacağınıza inanırdınız?
- Elə də çox inanmırdım. Amma həmişə qalib olmağı hədəfləmişəm. Böyük Dəbilqəyə də çox yaxşı hazırlaşmışdım. Hətta yarışdan bir neçə həftə əvvəl xəstələnmişdim. Amma özümdə güc toplaya bildim. Görüşlərdə qələbələr qazandıqca özümə inanım artdı.

- Xəstəliyiniz nə ilə bağlı idi?
- Soyuqlamışdım, temperaturum da var idi, qrip olmuşdum.

- Koronavirus testiniz mənfi oldu?
- Bəli. Koronavirusa yoluxmamışam

- Bu il 26 yaşınız olacaq. Böyüklər arasında ilk uğurunuzun bu qədər gecikməsinə səbəb nədir?
- Gənc yaşlarda uğurlarım çox olub. Sadəcə, ardıcıl 4 il müxtəlif səbəblərə görə əməliyyat olunmuşam. 2016 - 2020-ci illərdə zədələr başıma oyun açıb.

- Zədələr əsasən nə ilə ələqədar idi?
- Zədələr o qədər çox olub ki... Saymaqla bitməz. Əsas odur ki, indi yaxşıyam və formadayam.

- Böyüklər arasında kölgədə qalmağınıza səbəb Avropa çempionu Orxan Səfərovun (66 kq) son zamanlaradək sizin çəkinizdə mübarizə aparması ilə əlaqədar ola bilər?
- Qətiyyən. Mən belə düşünmürəm. O, nəticə verməyəndə belə, mən zədəli-zədəli gəzirdim. Orxan Səfərov və İlqar Müşkiyev mənim üçün həmişə yaxşı nümunə olublar.

- Qarşıdakı hədəfləriniz nədir: Gec də olsa, olimpiadaya lisenziya əldə etmək realdır?
- Zədələr olmasa, hər yarışda maksimum nəticə verməyi planlaşdırıram. Hazırda olimpiadaya düşmək üçün çalışıram. Demək olar ki, buna da az qalıb. Artıq xallar toplamışam və inanıram ki, toplamağa davam edəcəyəm. Olimpiadadan əvvəl isə Avropa və dünya çempionatı var. Bu yarışlarda da yaxşı nəticələr verə bilərəm.

- İdmançı karyeranız necə başlayıb?
- Şabran şəhərində doğulmuşam. 5-ci sinfədək orada, daha sonra paytaxtdakı Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyində idmanla məşğul olmuşam. 11-ci sinfədək liseydə çalışmışam. Ora mənim həyatımda, idmançı kimi yetişməyimdə öməmli rol oynayıb.

- 2016-cı ilədək Məmmədov soyadı ilə çıxış edirniz. Soyadınızı dəyişməyə əsas səbəb nə oldu?
- Bunun səbəbi millətimizə, tariximizə bağlılığımdır. Öz milli soyadımızın olmasını istədim və dəyişdirdim.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 Aprel 2021
21:13

"Neftçi" "Qarabağ"la oynasaydı...

17:59

"Neftçi" braziliyalı müdafiəçisini yollayır

17:37

Avropa çempionatına yollanacaq güləşçilərimiz

17:20

Samir Abasov: "AFFA-ya yalvaraq ki, ..."

16:58

Rəşad Sadıqov: "Neftçi" çox yaxşı formadadır"

16:33

Çempionlar Liqası: Yarımfinal oyunlarının yeri və vaxtı açıqlandı

16:06

Olimpiya Təsnifat Turnirinə qatılacaq taekvondoçularımız açıqlandı

15:52

Avropa Liqasında yarımfinalçılar bəlli olur - YENİLƏNİR

15:33

Super Liqa klubunda daha 6 yoluxma

15:08

Kamal Umudlu Gəncəyə göndərildi

14:47

“Neftçi”nin oyununun başlama saatı açıqlandı

14:21

İdman növünün seçilməsində yaş amili

14:07

Millimiz Avropa çempionatına bu heyətlə yollanır

13:40

"Real"ın avtobusunu daşa tutdular - FOTO

13:19

İbrahimoviç diskvalifikasiya oluna bilər: 3 illik

12:56

Türkiyə millisinin AVRO-2020 üçün hazırlıq planı

12:33

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

12:08

AFFA-dan klublara pul yardımı: Hər birinə 15 min...

11:50

Avropa Liqasının oyunları bu kanallarda - AFİŞA

11:32

Dünya çempionumuz AIBA-da komissiya üzvü seçildi

11:03

Azərbaycan reallığı: Böyük futbola ehtiyac olmayanda - VİDEO

10:52

Premyer Liqanın mövqelərə görə ən dəyərli futbolçuları - VİDEO

10:38

Azərbaycanlı idmançı Neymar, Novak Cokoviç və Lebron Ceymslə eyni siyahıda

10:29

Millimizin kapitanı: "Çatışmazlığa rəğmən tez toparlandıq"

10:14

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

09:59

Futbolçunun xanımına əxlaqsız təklif: 1 saat və 500 avro... - FOTOLAR

09:51

"Borussiya" - "Mançester Siti" oyununda vurulan qollar - VİDEO

09:42

"Real"ı yarımfinala adladan heç-heçə - VİDEO

01:16

ÇL: Bütün yarımfinalçılar müəyyənləşdi

14 Aprel 2021
22:01

"Traktor" ÇL-də 6 qol gördü

20:54

Joze Alesio Da Silvadan qələbə şərhi

20:38

Yannis Ziavas: “Azərbaycan millisinin güclü olduğunu bilirdik”

20:30

Millimiz Yunanıstanı darmadağın etdi

17:54

"Neftçi"nin hücumçusu: "Çempionluqdan əlimizi üzməmişik"

17:34

Avropa çempionatında iştirak edəcək gimnastlarımız

17:15

Fransa klubu satışa çıxarılır

16:58

Elnur Məmmədlinin məşqçisinə yeni vəzifə verildi

16:40

Boksçumuz erməni rəqibini məğlub etdi

16:19

Azərbaycanda Çempionlar Liqasını 3 il bu telekanal yayımlayacaq

16:01

“Fənərbağça”nın futbolçusu Bundesliqa klubunda

15:36

Nurlan Novruzov Nepal klubuna keçdi

15:14

Keysuke Honda ən yaxşılar sırasında

14:49

Şumaxerin evi satışa çıxarıldı

14:27

Rövnəq Abdullayev: "Bu memorandum AFFA üçün vacib hadisədir"

13:40

AFFA anlaşma Memorandumu imzaladı

13:21

Moskva "Dinamo"sunun futbolçusu millimizə dəvət olundu

12:53

Universitetdən stadion açıqlaması: "Heç kimdən icazə almamışıq"

12:35

Neymarın keçmiş sevgilisi tanınmaz halda - FOTOLAR

12:14

Azərbaycanda stadionu bostana çevirirlər? - FOTO

11:51

Ronaldu AVRO-2020-də tarixə düşə bilər

11:32

Azərbaycanda idman zalları hansı şərtlərlə açıla bilər? - VİDEO

11:15

"Çelsi" Premyer Liqa klublarını qabaqladı

10:54

Çempionlar Liqasının oyunları bu kanallarda - AFİŞA

10:35

Bakıda beynəlxalq yarışların keçirilməsinə icazə verildi

00:57

ÇL: PSJ və "Çelsi" yarımfinala yüksəldi

13 Aprel 2021
22:19

AÇ-2020: Daha bir ölkə azarkeşlərə xoş müjdə verdi

21:17

Özildən 100 milyon avroluq yardım

20:49

39 yaşlı Koul futbolçu karyerasını bərpa etdi

19:52

Braziliyalı oyunçu Türkiyə klubundan getdi

17:25

Ronaldu, Neymar və Salahı Qarabağa çağırdılar - VİDEO

17:01

Daha bir cüdoçumuz koronavirusa yoluxdu

16:45

Serxio Ramos koronavirusa yoluxdu

16:22

FİDE-dən azarkeşlərə "yaşıl işıq"

15:50

Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi

15:23

“Qurban uşaqlıqdan lider kimi seçilib, bir az davakar olub” – MÜSAHİBƏ

15:02

Millimizin baş məşqçisi: "Səfər əleyhimizə işlədi"

14:44

Prezident AVRO-2020 ilə bağlı sərəncam imzaladı

14:31

Alleqrinin məsləhəti: "Kriştianu Ronaldudan qurtulmaq lazımdır"

14:24

"Neftçi" və "Keşlə"nin futbolçusuna 1 oyunluq cəza

14:17

AFFA Məqsəd İsayevi cəzalandırdı

Facebookdan bizi izləməyi unutmayın.