Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dan Petresku ilə yolları ayıran Superliqa təmsilçisi baş məşqçinin səlahiyyətlərini Uğur Kulaksız ve Alper Kelkitliyə həvalə edib.
Kayseri təmsilçisində əsas söz sahibi Uğur Kulaksız olacaq. Klub hər iki mütəxəssisə qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Uğur Kulaksız 2011-2012-ci ildə "Qarabağ" klubunun akademiyasında işləyib.