Kristian Pulişiç və Sesar Aspilikueta Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Çelsi"yə kömək edə bilməyəcəklər.
Fanat.Az London klubunun saytına istinadən xəbər verir ki, sözügedən oyunçular İngiltərə Kubokunun finalında - "Arsenal"la görüşdə (1:2) dizlərindən zədə aldıqlarına görə məşqlərdən kənarda qalıblar.
Elə həmin oyunun sonlarında meydandan xərəkdə çıxarılan Pedronun da vəziyyəti ürəkaçan deyil. Dirsəyindən ciddi xəsarət alan bu futbolçunun da Münhendə "Bavariya" önünə çıxıb-çıxmayacağı böyük sual altındadı.
Qeyd edək ki, cavab oyununu avqustun 8-də keçirəcək "Çelsi" öz meydanında Almaniya təmsilçisinə 0:3 hesabıyla yenilib.
Fanat.Az