"Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Barselona" Poçettinonun xidmətində maraqlıdı. Katalon klubu Çempionlar Liqasında uğursuzluqla üzləşəcəyi təqdirdə, baş məşqçi Kike Setyenin istefaya göndəriləcəyi, onun yerinə argentinalı mütəxəssisin gətiriləcəyi bildirilir.
Prezident Jozep Bartomeunun Poçettino ilə münasibətləri əladı. Bu faktor təyinatın baş tutma ehtimalını artırır.
Poçettino 2018-ci ildə verdiyi açıqlamada seçim qarşısında qalsa, "Barselona" və ya "Arsenal"ı çalışdırmaq əvəzinə, Argentinada fermer olmağa üstünlük verə biləcəyini demişdi. O, "blauqrana"nın əzəli rəqibi "Espanyol"un baş məşqçisi olub.
Fanat.Az