10:00 05.04.2020 195

"Çomaq"dan düzgün istifadə edək və "ayağımız çox sürüşkən" olmasın" - SORĞU

Ölkəmizdəki idman federasiyaları haqda tez-tez yazırıq. Şübhəsiz, daha çox tənqidi məqamlar üzərində dayanır, çatışmazlıqları işıqlandıraraq inkişafa yardımçı olmağa çalışırıq. 

Fanat.Az olaraq, bu dəfə idman mediasında "külüng çalan” jurnalistlərin bir neçəsinə "Azərbaycanda hər hansı idman növü üzrə yeni federasiya yaradılmasına ehtiyac varmı” sualını ünvanladıq.

Maraqlı təkliflər səsləndirənlər də oldu, mövcud federasiyaların bəzilərinin ləğv edilməsinin və ya başqalarına birləşdirilməsinin daha yaxşı nəticələr verəcəyini söyləyənlər də.

Mahir Rüstəmli (Futbol+): "Mənim şəxsi fikrimi bilmək istəyirsizsə, Olimpiya idman novləri üzrə federasiyaları saxlayar, muxtəlif versiyalari olan fərdi, təkbətək döyüş idman novlərindən mahiyyətcə bir-birinə yaxın olanları birləşdirərdim. Azərbaycanda federasiyaların maliyyələşməsi prinsipi onsuz da kökündən yanlışdı, özu-özünü dolandıran, nazirlərin, komitə sədrlərinin, bankirlərin umidine qalmayan idman sənayesi qurmalıyıq. Kəsəsi, heç bir yeni federasiyaya ehtiyac yoxdu, nüvəsində bizim üçün ənənəvilik olan idman novləri uzrə federasiyalari gücləndirmək daha məqbul yoldu”.

İsmayıl Abdullayev (İdman Azərbaycan): "Düşünürəm ki, ölkəmizdə buzüstü hokkey idman federasiyası yaransa, maraqlı olar. Dünyada kifayət qədər marağa səbəb olan bu idman növü görəsən bizdən necə əks-səda verər? Düzdü, komanda idman növlərindəki çatışmazlıq və axsaqlıqlarımız göz önündə olsa da, fikrimcə buzüstü hokkey ölkə idmanımıza yeni səhifə aça bilər. Okeanın o tayına, Avropaya, hətta şimal qonşularımızın oyunlarına baxıb həzz alırıqsa və bu növə yetərincə marağımız varsa, Azərbaycanda niyə reallaşdırmayaq? Bunun üçün həm şəraitimizin, həm də dözümlü, iradəli atletlərimizin olacağına da şübhəm yoxdu. Yetər ki, əlimizdəki "çomaq"dan düzgün istifadə edək və "ayağımız çox sürüşkən" olmasın.

Elşən Məmmədov (Report.az): "Diyircəkli İdman Federasiyasının formalaşdırılmasını istəyərdim. Çünki, uşaqlar  və yeniyetmələr arasında bu növə böyük maraq var. Skeytbordinq adlı idman növü artıq 2021-ci ilə ertələnmiş Tokio Yay Olimpiya Oyunlarının proqramına salınıb. Bu isə o deməkdi ki, Azərbaycanda Diyircəkli İdman Federasiyası yaradılarsa, həm kütləvilik asanlıqla təmin olunar, həm də beynəlxalq arenada ölkəni təmsil edən skeybordçular yetişər”.

Sənan Şəfizadə (ATV): "Düzünü desəm, hazırda yeni federasiya yaradılması o qədər yaxşı fikir deyil. Onsuz bəzi federasiyalar maliyyə çatışmazlığından gileylənir. Qeydiyyatdan keçən federasiyaların bəzilərinin digərlərinə birləşdirilməsini və ya işinə daha ciddi yanaşmasını istərdim. Karatedə, qarışıq təkbətək döyüş növlərində, ümumilikdə 7-8 federasiya var. Onların birləşməsi - vahid qurum kimi fəaliyyət göstərməsi daha effektli olardı. Karatenin və ya döyüş növlərinin vahid federasiyada birləşməsi hamının işini asanlaşdırardı. 70-dən çox federasiya var, onların fəaliyyətinin daha səmərəli olması üçün çalışmaq lazımdı. Digər ölkələrlə müqayisə etdikdə bizdə hərbçi idmançıların federasiyası yoxdu. Bildiyim qədər yaxınlarda təsis olunacaq. Şəxsi fikrimə gəlincə, veteran idmançıların federasiyasının olması yaxşı olardı. Bu federasiya bütün idman növlər üzrə veteranları özündə birləşdirərdi”.

Ceyhun Əliyev (Sport24.az): "Məncə, yenisinə ehtiyac yoxdu. Əksinə, artıq federasiyaları ləğv etmək lazımdı. Məsələn, illər boyu fiqurlu konkisürmə federasiyası kağızda fəaliyyət göstərir. Xaricdən bir muzdlu idmançı tutmaq, onu Olimpiadaya göndərmək üçün nəhəng ştata ehtiyac yoxdu. Bunu misal olaraq qeyd etdim. Ümumiyyətlə, bir sıra federasiyalar var ki, sabun köpüyü effekti verir. Pul var - yığıb tökür əcnəbiləri, adını qoyur "milli”, pul bitdi - federasiya itdi. Otüstü hokkey üzrə pakistanlılardan ibarət "millimizi” yəqin heç kəs unutmayıb. Ümumi götürsək, ciddi təftiş olunmalı, fəaliyyətləri araşdırılmalı, illər ərzində ortaya bir çürük qoz qoymayan federasiyalar ləğv edilməlidi".

Elsevər Miri (Qafqazinfo.az): "Məncə, bütün lazımlı idman növləri üzrə federasiya var. Amma olan federasiyalar işlərini normal şəkildə görsələr, daha yaxşı olar. Bir neçə federasiya var ki, yalnız tanıdığı 2-3 nəfərə cavab verir, amma mətbuat xidmətinin rəhbərinin kim olduğu bilinmir. Federasiyada 2-3 nəfər çalışır və işlərini normal səviyyədə görmürlər, saytları işləmir”.

Pərviz Eltürk (Futbolinfo.az): "Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdü. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdəki enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir”.
 
Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

24 May 2020
23:44

Belarus Kubokunun sahibi müəyyənləşdi

22:06

Zinəddin Zidan cərimələnə bilər

19:57

Bundesliqa: "Maynts" öz meydanında biabır oldu

18:23

Futbolçunun transseksual həyat yoldaşı aylıq qazancı ilə rekord qırır - FOTOLAR

18:01

Futbolçu təcavüzdə ittiham olunur: Qadının içkisinə dərman atıb...

16:49

"Xəzər Lənkəran"ın heç vaxt belə şeylərdə əli olmayıb"

15:02

Fariz Nəcəfov: "Heç kim Premyer Liqanı tərk etməməlidi"

14:38

Dünya çempionu "Milan" yolunda

14:13

Məşhur idmançı keçmiş xanımını döydü, həbs olundu - FOTOLAR

12:23

Asmir Beqoviç yenidən "Qarabağ"da?

12:19

İki qəza: Biri karyerasını, biri həyatını bitirdi

12:13

"Fənərbaxça"nın ulduzu və xanımı çılpaq FOTOsunu paylaşdı

11:31

Əkrəm İmamoğlunun həyatını dəyişən adam: "Komandaya götürmədim, gedib sədr oldu"

10:51

Dünya çempionu qızıl medalını satdı

09:51

Mahir Emrelidən bacısına təbrik - FOTO

09:43

Azərbaycan futbolunda gülməli və maraqli hadisələr - VİDEO

09:22

Mübariz Mənsimovdan TƏBRİK

02:42

“Yanına çağırıb dedi ki, ağzınla quş tutsan da, səni oynatmayacam” - MÜSAHİBƏ

23 May 2020
22:59

Serb hücumçu sevgilisinin yanında intihar etdi

22:30

Bundesliqa: "Bavariya" 5 qolla qazandı

20:30

"Bavariya" və "Mançester Yunayted"in 20 yaşlı futbolçu uğrunda mübarizəsi

19:20

UFC 250-nin posteri - FOTO

18:10

"Barselona" satmaq istəyir, futbolçular getmir

17:54

Məşhur xanım idmançı çimərlik geyimində göz qamaşdırdı - FOTO

17:32

UFC-nin ən yaxşı döyüşçülərini açıqladı: Həbib birincidi

17:08

Koronavirusa yoluxan Anar Cəfərsoy son durumundan danışdı

17:00

Məşhur azarkeş barabanını satışa çıxardı - Maddi vəziyyəti pisdi (FOTO)

16:49

Baş nazir La Liqanın başlayacağı tarixi açıqladı

16:30

"Hər iki "El Klasiko"da "Real" "Barselona"dan üstün idi"

16:01

Yeni mövsümün başlama tarixi bəlli oldu

15:25

Xorvat mütəxəssis: "Azərbaycan güclü futbol ölkəsidi"

15:05

"Nyukasl" dünyanın ən bahalı müdafiəçilərindən birini transfer etmək istəyir

15:01

Avropanın əfsanəvi kapitanları açıqlandı - Rəşad Sadıqov da var

14:59

"Qəbələ"nin futbolçusu: "3 ay pul verməsələr belə, heç bir problem yoxdu"

14:40

Nazirlikdən veteran idmançılara dəstək - FOTOLAR

14:15

Poçettino qayıdır: "Başqa ölkələrdən gələcək təklifləri dəyərləndirməyə hazıram"

13:39

"Xəzər Lənkəran" uduzmağımız üçün 250 min dollar təklif etdi"

13:36

Mourinyu Quardiola ilə arasında baş verənlərə aydınlıq gətirdi: "Sevinmək üçün tələsməyin" - VİDEO

13:01

"Barselona"nın futbolçusu "Mançester Siti"yə keçmək qərarına gəlib

12:52

Təqibçiləri cazibədar idmançının çimərlikdəki FOTOLARını dəyərləndirdi

12:20

Bundesliqada bu gün: "Bavariya" "Ayntraxt"a, "Borussiya" "Bayer"ə qarşı

11:54

Sabiq "Qarabağ"lı İstanbul nəhənginin formasını geyinəcək!

11:50

"İnter" PSJ-yə "yox" deyəcək

11:43

Holandın şəxsi məşqçisi maraqlı fakt açıqladı

11:25

"Nyu-York Niks" əfsanəsi Patrik Yuinq koronavirusa yoluxub

11:03

Millimizin futbolçusu yol qəzasına düşdü - FOTOLAR

10:52

Millimiz karantin qaydalarını pozdu - VİDEO

10:41

"Hafiz Məmmədov futbolda yoxdusa, “Bakı”nın bazası dağıdılmalıdı?"

10:40

DÇ-2018-in qızıl medalını hərracda satdı - 66 min avroya

10:15

Tanınmış məşqçi dünyasını dəyişdi

09:35

"Neymarın məşqçisi olmaq istəyərdim" - Setyen

09:00

Berlin derbisində darmadağın - VİDEO

08:41

"Neftçi" direktorla yolları ayırdı - ÖZƏL

22 May 2020
23:02

Paşayev qələbə ilə başladı

22:36

Nazarov bu tur da meydanı qolsuz tərk etmədi

21:00

Malafeyevin xanımı yarıçılpaq FOTOsunu paylaşdı

19:25

Maykl Cordan, yoxsa Lebron Ceyms? - Mecik Conson seçimini etdi

18:15

"Barselona"nın futbolçusu "Yuventus"a keçməyə razılıq verdi

17:38

Sponsorlar "Neftçi"ni rəhbərliyə görə cəzalandırır: Dabo, Monroz...

17:31

Premyer Liqa klubu baş məşqçisi ilə yolları ayırdı

17:02

La Liqanın bərpası gecikəcək

16:37

"Borussiya"nın oyununu 12 min karton fanat izləyəcək

16:02

AFFA elita ilə bağlı qərar verdi, qaliblər açıqlandı

15:28

Vidal "Barselona"dan ayrılmaq istəmir

15:01

PSJ-nin sabiq oyunçusu 24 yaşında dünyasını dəyişdi

14:44

AFFA "Keşlə"nin ianəsini azaldır - ÖZƏL

14:15

"Brayant özünü Maykl Cordandan üstün sayırdı"

13:57

Obameyanq karyerasını PSJ-də davam etdirə bilər

13:35

"Real"a üç dəfə "yox" demək olmaz" - Mourinyu

12:58

"Hakimi "Real"a qayıdacaq və öz mövqeyində dünyanın ən yaxşısı olacaq"

Facebookdan bizi izləməyi unutmayın.