16:01 15.05.2016 139

“O dünya”dan qayıdanlar

Klublar da insanlar kimidir. Nə vaxtsa “doğulurlar", “böyüyürlər", uğur qazanmağa çalışırlar... Bəziləri “körpə" vaxtlarında tarixin yaddaşına köçür, az bir qismi isə yaşamaqda davam edilər. Tək fərq həmin qismin insanlardan fərqli olaraq daha uzunömürlü olmalarıdır. 


Hətta bəzi klublar bəzi insanlar kimi müxtəlif “qəza" səbəbindən “o dünyanı" görüb, yenidən həyata qayıdırlar. Belə klublar çox olmasa da, mövcüddür. Onlardan biri də Şotlandiyanın məşhur klubu “Qlazqo Reyncers"dir. 2012-ci ildə bankrot elan edilən klub 3-cü liqaya göndərilmişdi. Şotlandiyanın aşağı lişalarında ard-arda birinciliklər qazanaraq ölkəsinin yüksək divizionuna qalxan Qlazqo təmsilçisi “o dünya"dan qayıdanlardan biridir. Mayın 1-də Şotlandiyada başa çatan birinciliyin nəticələrinə görə, növbəti mövsüm “Qlazqo Reyncers" Premyer Liqada mübarizə aparacaq. Deməli, azarkeşlər həm də dünyanın ən maraqlı derbilərindən sayılan “Qlazqo derbisi"ni izləyə biləcəklər. Bu yazıda nə vaxtsa “Qlazqo Reyncers"in aqibətini yaşamış bir neçə tanınmış klubdan bəhs edəcəyik.


“Napoli" (İtaliya)

Nailiyyətləri: 2 skudetto, 5 İtaliya Kuboku, 1 UEFA Kuboku

Hazırki vəziyyəti: Bu mövsüm A Seriyasında 2-ci yer


Ötən əsrin 80-ci illərində 2 dəfə çempionluq sevinci yaşayan “Napoli" Maradonanın gedişindən sonra İtaliyada sıradan komandaya çevrildi. Aparıcı oyunçularını bir-bir itirən komanda XXI əsri B Seriyasında qarşıladı. Buna kimi komanda 1 dəfə də aşağı liqaya düşmüşdü. Həm nəticə, həm də maliyyə baxımından vəziyyət getdikcə pisləşirdi. Nəhayət, 2004-cü ilin avqustunda “Napoli"nin 70 milyon avro borcu olduğu bilindi və klub bankrot elan olunaraq fəaliyyətini dayandırdı. Klubu “ölüm"dən kinoprodüser Aurelio de Laurentis qurtardı. O, “Napoli"ni “Napoli Sokker" kimi qeydiyyatdan keçirdi və komanda C1 Seriyasında çıxış etdi. De Laurentis klubun keçmiş adının qaytarılması hüququnu almışdı və 2006-cı ildə “Napoli Sokker" yenidən “Napoli"yə (“Societ Sportiva Calcio Napoli") çevrildi. Elə həmin mövsüm “Napoli" A Seriyasına qayıtdı. İldən-ilə daha da uğurlu çıxış edən komanda bu il çempionluq yarışında “Yuventus"un əsas rəqiblərindən biri birincisi idi.


“Lids" (İngiltərə)

Nailiyyətləri: 3 dəfə İngiltərə çempionluğu, 1 İngiltərə Kuboku, 1 Liqa Kuboku

Hazırki vəziyyəti: Çempionşipdə çıxış edir


Bir vaxtlar Devid O`Lirinin komandası nəinki İngiltərədə, hətta bütün Avropada adından söz etdirməyi bacarmışdı. Baş məşqçi ötən əsrin 90-cı illərinin sonunda və “2000"lərin əvvəlində çox güclü kollektiv formalaşdıra bilmişdi. Həmin vaxt komandanın kredit borcları da az deyildi. Rəhbərlik bu borcları futbol meydanında qazanılan uğurlar sayəsində əldə olunan gəlirlə bağlamağı düşünürdü. Gəl ki, bir ara komanda uğursuzluq zolağına düşdü və avtomatik olaraq borclar artmağa başladı. Vəziyyətdən çıxış yolu kimi klub əsas futbolçularını, stadionunu, hətta məşq bazasını satmağa məcbur oldu. Amma borcları tam olaraq bağlaya bilmədi. Bu zaman klubun başına Ken Beyts keçdi. Onun gəlişi də “Lids"ə kömək etmədi, komanda 2-ci diviziondan da aşağı düşdü. Bu halda İngiltərə Futbol Assosiasiyasının qaydalarına görə komanda heç bir peşəkar turnirlərdə iştirak edə bilməzdi. Lakin Bentsin səyləri nəticəsində “Lids"ə güzəşt edildi. Bir neçə il “zülm çəkən" Bents 2009/10-cu illər mövsümündə baş məşqçi Saymon Qreysonun köməkliyi ilə “Lids"i Çempionşipə daşıya bildi. Tezliklə klubun yeni sahibi peyda oldu. Bu, italiyalı Massimo Çellinodur. Çellino qalmaqallı insan olsa da, “Lids"ə “pis baxmır". Bu mövsüm çətin, amma növbəti illərdə “Lids"in Premyer Liqaya qayıdacağını gözləməyə dəyər.


“Portsmut" (İngiltərə)

Nailiyyətləri: 2 dəfə İngiltərə çempionluğu, 2 Liqa Kuboku

Hazırki vəziyyəti: İngiltərənin aşağı divizonunda çıxış edir


İngiltərə Premyer Liqası tarixində iflas elan edilən “Portsmut" tarixi ərzində bir neçə dəfə ciddi maliyyə problemləri və fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. Ötən əsrin 80-ci illərində çətin vəziyyətə düşəndə klub ulduz futbolçularını satmaqla özünə birtəhər gələ bilmişdi...


2006-cı ildə biznesmen Aleksandr Qaydamak “Portsmut"u aldıqdan sonra komanda tarixi ərzində 2-ci dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu. Düşünmək olardı ki, uğurlu çıxış davam edəcək. Lakin klubun borcları getdikcə çoxalmağa başladı. Az sonra Qaydamak “Portsmut"u BƏƏ şeyxi Süleyman əl-Fəhimə satdı. Əl-Fəhim yağlı vədlər versə də, kluba maliyyə ayırmadı. O da 2009-cu ildə da Qaydamak kimi hərəkət edərək “Portsmut"u başından elədi. Klubun yeni sahibi ərəb biznesmen Əli əl-Fərəc oldu. Əl-Fərəcin rəhbərliyi altında növbəti 2 mövsüm “Portsmut" üçün faciəvi oldu. Belə ki, klub futbolçuların maaşlarını ödəyə bilmədi və bu üzdən hesabından xallar silindi. Nəticədə Preymer Liqadakı yerini itirən “Portsmut" borcları üzündən fəaliyyətini dayandırmalı oldu. Düzdür, həmin vaxt klub daxili idarəetmə üsuluna keçmişdi. Həm də asiyalı bir iş adamı klubu almaq istəyirdi. Lakin sonradan problemli klub həmin biznesmenə lazım olmadı. 


3 il aqoniya vəziyyətində olan klub İngiltərə Futbol Assosiasiyasının tələbi ilə bütün futbolçularını satdı. Borclarsa yenə də bağlanmadı. Bu anda “Portsmut"un dadına sadiq azarkeşləri çatdı. Onlar  3 milyon funt-sterlinq toplayaraq sevimli komandalarını “ölüm"dən qurtardılar. Hazırda “Portsmut"un sahibi elə həmin azarkeşlərdir. 


“Parma" (İtaliya)

Nailiyyətləri: 3 İtaliya Kuboku, 2 UEFA Kuboku, 1 Kuboklar Kuboku

Hazırki vəziyyəti: D Seriyasında çıxış edir


1999-cu ildə Buffon, Türam, Kyeza, Krespo, Veron, Kannavaro kimi futbolçularla UEFA Kubokunu götürəndə düşünmək olardı ki, bu klub gələcəkdə daha böyük uğurlar qazanacaq. Amma... 2004-cü ildə əsas sponsoru “Parmalat"ın iflasa uğramasından sonra “Parma"nın maliyyə vəziyyəti ağırlaşdı. Həmin vaxt komanda A Seriyasında qalmağı bacarmışdı. Lakin 11 il sonra faciə baş verdi. Klubun maliyyə vəziyyətini düzəltmək üçün prezident Tommazo Girardi “Parma"nı albaniyalı biznesmenə satmaq qərarına gəldi. Lakin sövdələşmə gecikirdi. Futbolçulara maaşlarının aylarla ödənilməməsi İtaliya Futbol Federasiyanını klub qarşı sərt tədbirlər görməyə məcbur edirdi. Uzun məşəqqətlərdən sonra Rezat Taçi ofşor kompaniya vasitəsilə “Parma"nı aldı və dərhal da satışa çıxardı. Bir neçə həftə ərzində “Parma" 5 dəfə satıldı. Maraqlıdır ki, həmin alıcılardan biri cəmi 3 gün kluba rəhbərlik etdi, digəri isə maliyyə saxtakarlığına görə həbs olundu. Bu vaxt artıq, klubun bazasında işıq və qaz kəsilmişdi. Təbii ki, borclara görə. Azarkeşlər pul yığıb sevimli komandalarına sahib çıxmaq istəsələr də, lazım olan məbləğ yığılmadı. Nəticədə 2015-ci il iyunun sonlarında “Parma" fəaliyyətini tam dayandırdı. 


Parmanın bir neçə kiçik bizneslə məşğul olan iş adamları elə həmin yay “Parma"nı yenidən təsis etdilər. Doğrudur, bu komanda hazırda D Seriyasında çıxış edir. Amma nə olsun, əsas odur ki, azarkeşlər və şəhər sakinləri komandasız qalmayablar.


“Fiorentina" (İtaliya)

Nailiyyətləri: 2 dəfə İtaliya çempionluğu, 6 İtaliya Kuboku, 1 Kuboklar Kuboku

Hazırki vəziyyəti: A Seriyasında 5-ci yer, Avropa Liqasına vəsiqə  qazanıb


“O dünya"nı görüb qayıtmış İtaliya klublarından biri də “Fiorentina"dır. Əsrin əvvəllərində yığılan borcları ödəmək üçün klubun sahibi Çeki Qori sadə üsula əl atdı. O, əvvəlcə klubun liderlərini satışa çıxardı. Ardınca klubda idarəetmə mexanizmini yenilədi. Daha sonra isə klub daxili idarəetmə üsuluna keçdi. Bütün bunlar borcları bağlamağa bəs etmədi. 2002-ci ilin iyununda məhkəmənin qərar ilə “Fiorentina" fəaliyyətini dayandırmağa məcbur oldu. Cəmi 2 ay sonra biznesmen Andrea Della Valle klubu “diriltdi". Köhnə kollektivdən yalnız komandanın kapitanı Ancelo Di Livio qalmışdı. Komanda S2 Seriyasında “Florensiya Viola" adı altında çıxış etməyə başladı. Ağıllı transfer siyasəti sayəsində və İtaliya birinciliklərinin keçirilmə qaydalarında edilən dəyişikliklər səbəbindən 1 mövsümdə 2 liqa adlayan yeni klub 2003/04 mövsümündə B Seriyasına yüksəldi. Həmin il Della Valle klubun keçmiş adını və atributlarını aldı. Daha bir il sonra “Fiorentina" A Seriyasına vəsiqə qazandı və bu günə kimi də əsas birincilikdə çıxış edir.


“Boavişta" (Portuqaliya)

Nailiyyətləri: 1 dəfə Portuqaliya çempionluğu, 5 Portuqaliya Kuboku

Hazırki vəziyyəti: Premyer Liqadakı yerini son turlarda qoruya bildi


Gözlənilmədən 2001-ci ildə Portuqaliya çempionu olan “Boavişta" cəmi bir neçə il sonra 400 min avro tapa bilmədi ki, peşəkar statusunu qorusun. Daha doğrusu, həmin məbləğ tapıldı, amma texniki ehtiyaclara sərf olundu. Çempionatda oynamağa isə pul qalmadı. Belə də komanda 2009-cu ildə peşəkar yarışlardan kənarlaşdırıldı. Amma klub məhv olmadı, həvəskar səviyyədə də olsa, fəaliyyətini davam etdirdi. 2014-cü ildə isə gözlənilməz hadisələr baş verdi. Portuqaliya Futbol Federasiyanın qərarı ilə Premyer Liqa təmsilçilərinin sayı artırıldı. Elə həmin vaxt klubun peşəkar statusu da geri qaytarıldı. Nəticədə “Boavişta" avtomatik olaraq Premyer Liqaya gətirilən 2 komandadan biri oldu. 


“Het-trik news”

Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2020
19:25

"Roma"nın yeni baş məşqçisi kim olacaq? - Namizədlər

18:30

"Fənərbağça"nın oyunçusu "Real"ın "radar"ında

17:58

PL: "Arsenal" "Lester"ə qarşı, "Çelsi" "Pelas" səfərində

17:14

"Bavariya"nın Bundesliqadakı 100 qolu - VİDEO

16:49

"Borussiya"dan "Mançester Yunayted"ə ultimatum: 10 avqusta qədər...

16:08

"Barselona" təslim olmamaq üçün hər şeyi edəcək" - Setyen

16:07

Avrokubok təmsilçilərimiz yenidən koronavirus testindən keçəcək

15:34

A Seriyası: "Milan", yoxsa "Yuventus"?

15:17

"Səbail"in baş məşqçisi: "Onun gedişinə qarşı deyilik"

14:39

"Real"ın Mbappe planı: Transfer pulsuz başa gələcək

14:17

Operativ Qərargah 4 komandaya məşqlərə başlamağa icazə verdi

14:05

Azərbaycan vətəndaşlığından və yığmadan imtina edir

13:58

AFFA-dan kreativ addım: Biz hazırıq!

13:50

Sabiq "Qarabağ"la ABŞ-da yeni müqavilə imzaladı

13:46

"Milan"ın yeni baş məşqçisi o olacaq

13:12

"Çelsi"nin yeni forması - FOTOLAR

13:05

Robert Prosineçki: "Mən gələndə komanda sonuncu yerdə idi"

12:46

"Barselona" Messinin maaşını azaldır

12:14

Kəmaləddin Heydərovun rəhbəri olduğu federasiyada nə baş verir?

12:01

"Real"ın oyunçuları mükafatlardan imtina edir - SƏBƏB

11:40

"İnter"in "Barselona"dan tələbi: 90 milyon+oyunçu

11:39

Türkiyə millisinin sabiq üzvü "Qarabağ"a gələcək?

11:07

Rəşad Sadıqov Azərbaycan çempionatının ən yaxşı futbolçusunu açıqladı

11:02

Çılpaq şəkilləri silinən boksçu əsəbləşdi - FOTO

10:55

41 yaşında futbolla vidalaşdı

10:50

"Arsenal"ın hücumçusu "Yuventus" yolunda

10:36

Mourinyu 200-ə çatdı

10:31

Roman Qriqorçuk Azərbaycan millisində?

09:50

"Verder" Bundesliqada qaldı - VİDEO

09:48

Azərbaycanlı baş məşqçinin İndoneziyadan dönüşü dörd aya gerçəkləşdi

09:30

Mourinyu - Ançelotti duelindən portuqaliyalı qalib ayrıldı - VİDEO

09:10

"Beşiktaş" Prosineçkinin komandasına uduzdu - VİDEO

08:50

Kolumbiyalı fitnes-model 5 ən yaxşıdan biridi - FOTOLAR

00:30

"Həbibi yenən ilk idmançı olmaq istəyirəm"

06 İyul 2020
23:50

Con Terriyə baş məşqçilik təklif olundu

22:10

Bundesliqada mövsümün ən yaxşı 10 anı - VİDEO

20:30

"VAR daha çox "Real" kimi hücumameyilli komandaların işinə yarayır" - Simeone

19:15

Bundesliqada ən yaxşı hücumçular kimlərdi? - VİDEO

18:25

Dani Alves "Real"a söz atdı: "Bizə öyrətdilər ki, çempion olmaq üçün..."

17:54

COVİD-19-a qalib gələn ölkənin komandasında 11 futbolçu virusa yoluxdu

17:02

Van Damm Nurməhəmmədovla belə vidalaşdı: "Qardaş, heç vaxt qarşılaşmasaq da..."

16:51

"Keşlə"ni hədələdi: "Pulumu verməsələr, FIFA-ya şikayət edəcəm"

16:41

Çempionlar Liqası: 1/8 finalın cavab oyunlarının taleyinə aydınlıq gəldi

16:39

Casusluq edən keçmiş futbolçu həbs olundu

15:55

Ulduz futbolçunun evi qarət olunub

15:28

"Mançester Yunayted"də yeni müqavilə - FOTO

15:14

Siyasətçilərin azarkeşlik etdiyi Azərbaycan klubları - VİDEO

14:46

AzTV-nin iki məşhur siması koronavirusa yoluxdu - RƏSMİ

14:34

La Liqa klubunda yeni baş məşqçi - FOTO

14:00

"Real"dan son 32 ilin ən yaxşı göstəricisi

13:25

Azərbaycanlı dünya və Avropa çempionu dünyasını dəyişdi - FOTOLAR

13:23

Lebron Ceyms belə məşq edir - FOTO

13:04

Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar: Siyahıda Mənsimovla Məmmədov da var

12:41

Messi "Barselona"dan ayrılır? - Prezidentdən açıqlama

12:02

"Nyukasl"ın oyunçusunu 3 Avropa klubu istəyir

12:00

"Formula 1"-də mövsüm başladı, Bottas Avstriyada qalib oldu

11:56

İngiltərə klubu millimizin futbolçusunun transferində israrlıdı

11:37

UFC çempionu insan həyatı qurtardı - FOTO

11:36

"VAR həmişə "Real"ın lehinə işləyir" - "Barselona"nın prezidenti

11:19

Türkiyəli gəlin azərbaycanlı əri ilə rinqə çıxdı - VİDEO

10:57

Xavinin müqaviləsini uzatdılar - FOTO

10:43

Premyer Liqada çempion müəyyənləşdi

10:17

Essyen Azərbaycan çempionatının ən yaxşı futbolçusunu açıqladı - FOTO

09:58

"Qalatasaray" "Trabzonspor"a belə uduzdu - VİDEO

09:54

Millimizin hücumçusu "Beşiktaş"a təklif olundu

09:44

"İnter" azlıqda qalan rəqibi ilə bacarmadı - VİDEO

09:40

"Liverpul"dan iki cavabsız qol - VİDEO

09:20

"Mançester Siti" uduzdu - VİDEO

09:00

5 qol vuruldu, "Barselona" qələbə qazandı - VİDEO

08:20

Məşhur model: "Ronaldo mesaj yazdı, mən rədd cavabı verdim" - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image